Microsoft Word leyli v? M?Cnun-nizami g?NC?VI. doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə16/70
tarix30.12.2017
ölçüsü2,8 Kb.
#18762
1   ...   12   13   14   15   16   17   18   19   ...   70

_______________ Milli Kitabxana _______________ 
65 
 
Böyüyüb on yaşa çatandan bəri 
Oldu gözəlliyi dillər əzbəri. 
Kim onun üzünü görsə uzaqdan, 
Ona can sağlığı dilərdi haqdan. 
Atası gördükdə, gülüb sevindi, 
Məktəbə yolladı oğlunu indi. 
Bilikli alimdən istədi kömək 
Ona gecə-gündüz sərf etsin əmək. 
Ona yoldaş oldu bir bölük uşaq, 
Sən bir onlardakı səadətə bax! 
Hər uşaqda qorxu və ümid vardı, 
Dərsinə, elminə can yandırardı. 
Xırda oğlanlarla, qızlar-yanaşı 
Hamısı olmuşdu sıra yoldaşı. 
Hərəsi bir yerdən, bir qəbilədən, 
Bu ədəb evində, öyrənirdi fənn. 
Qeysin elm işində vardı hünəri, 
Dodağı saçardı söz inciləri. 
Orada bakirə bir inci vardı, 
Sırada Qeys ilə bir oturardı. 
Hələ saf qalmışdı o gözəl dilbər, 
Kamalı olmuşdu dillərdə əzbər. 
Camalı ay kimi, süd işıqlıydı, 
Boyu, sərv kimi, yaraşıqlıydı. 
Qəmzə xəncərini çəksəydi əgər
Min sinə deşərdi o nazlı dilbər. 
Ahu gözlərini süzsəydi bir an, 
Yanıb məhv olardı bütün bir cahan. 
Ərəb ayı kimi sifəti vardı, 
Əcəm türkü kimi könül ovlardı. 
Saçları gecəydi, camalı bir bağ, 
Sanki qara qarğa tutmuşdu çırağ
67

Lələ bəzənmişdi püstəcik ağzı, 
Şəkər dodaqlıydı o ellər qızı. 
Nə qədər istəsən şəkər qırardı, 
Yalnız şəkər deyil, ləşkər qırardı. 
Qoynunda bəslərdi qızı gözəllər, 


_______________ Milli Kitabxana _______________ 
66 
 
Sevərdi, oxşardı onu ağ əllər. 
Dünyanın həyalı bir dilbəriydi, 
Gənclik dastanının şah əsəriydi. 
Onun mirvarisi-alın təriydi, 
Boyun həmaili-hörükləriydi. 
Ənliyi anadan gəlmə qırmızı, 
Sürməni neylərdi o ellər qızı? 
Öpərdi xalını qara telləri, 
Zülfünə bağlıydı camal gövhəri. 
Bir ona düşmüşdü hamının meyli, 
Zülfü də "leyl" idi, adı da Leyli
68

Qeys onu gördükdə heyrətdə qaldı, 
Ona könül verdi, könlünü aldı. 
Qeysin bu sevgisi qızı oyatdı, 
Könüldən-könülə sevgi boy atdı. 
Içdilər ilk eşqin piyaləsini, 
Iki can bir qəlbin duydu səsini. 
Birinci badənin yaman zəhmi var, 
Ilk dəfə yıxılan çox bərk yıxılar. 
Onları məst etdi ilk eşqin dadı, 
Onları bir yerə sövda bağladı. 
Bu ona can verib meylini saldı, 
Qəlbini ovladı, can isə qaldı. 
O bunun üzünə nəzər salaraq, 
Quruca könlünü vermişdi ancaq. 
Yoldaşlar elm alıb, dərs oxuyurdu
Onlar da eşq adlı elmi duyurdu. 
Yoldaşlar lüğətdən söz axtarardı, 
Onların başqa bir lüğəti vardı. 
Yoldaşlar deyirdi addan, sifətdən, 
Onlar da eşq adlı bir sərgüzəştdən. 
Yoldaşlar elm üçün kitab açardı, 
Onlar da eşqdən söhbət açardı. 
Hesab öyrəndikcə hər oğlan, hər qız, 
Onlar özlərini sayırdı yalnız. 
 
 


_______________ Milli Kitabxana _______________ 
67 
 
LEYLİ İLƏ MƏCNUNUN SEVİŞMƏSİ 
 
Hər gün parladıqca sübhün güzgüsü, 
Doğardı şərqin də Yusif üzlüsü
69

Öz reyhan köksünə turuncu fələk 
Qızıl bir turuncla verirdi bəzək. 
Leyli də bəhs edib turunc fələklə
Turunc çənəsini alardı ələ. 
Turunclu gördükcə xalq o nigarı, 
Açıldı eşqinin yetişmiş narı. 
O təzə turunca baxdığı zaman 
Turunc tək, əlini kəsərdi insan. 
Qeys onun turunca bənzər üzündən 
Saralıb narınca dönmüşdü bilsən. 
Narıncla turuncun ətri dünyada 
Dostlar damağını gətirdi dada. 
Böyləcə bir müddət gəlib dolandı, 
Bu iki nazənin odlara yandı. 
Çəkib qılıncını zalım məhəbbət. 
Bu gənc ürəkləri eylədi qarət. 
Ürək əvəzində qəm verdi yalnız, 
Ürəklə səbri də apardı vaxtsız. 
Onlar bir-birinə könül verdilər, 
Tezcə dildən-dilə düşdü bu xəbər. 
Hər yandan yırtıldı bu gizli pərdə, 
Bu sirr əzbər oldu bütün dillərdə. 
Bu qəmli dastanın sərgüzəştindən 
Hər ağız bir parça deyirdi bəzən. 
Aşiqlər çalışıb, çox əlləşdilər 
Ki, aləm tutmasın bu sirrdən xəbər. 
Lakin, bağlansa da ətir şişəsi, 
Yenə duyulacaq xoş rayihəsi. 
Eşqə məhrəm olan ruzgar, qəflətən 
Götürdü pərdəni eşqin üzündən. 
Xeyli səy elədi oğlan da, qız da, 
Bu sirr dolaşmasın dildə, ağızda. 
Bu səyin olmadı faydası bir az. 
Günəşi palçıqla qapamaq olmaz. 
Göz qəmzə oxunu atsa, aşikar, 


_______________ Milli Kitabxana _______________ 
68 
 
Bu sirri pərdəylə örtməkmi olar? 
Zülfü min halqalı zəncirsə, əgər 
Könül vurulmaqdan başqa nə edər? 
Sonra, gələcəkçin sözləşirdilər, 
Bəzən oğrun-oğrun gözləşirdilər. 
Aşiqlik olalı Qeysin murazı, 
Eşqin kəməndinə keçdi boğazı. 
Bir qəlb ovçusuydu Qeysin nigarı, 
Uçub dağılmışdı səbri, qərarı. 
Bəzən, ortalıqda olsa da söhbət, 
Yaxırdı qəlbini yenə də möhnət. 
Bir gün dərd əlindən yoruldu ürək, 
Tüluqlar yırtıldı, yıxıldı eşşək
70

Eşqdən xəbərsiz adamlar ki, var, 
Onu "Məcnun" deyə çağırırdılar. 
Biçarə Qeys də əlacsız qaldı, 
Bu "Məcnun" sözünü üstünə aldı. 
O qədər artdı ki, tənə yarası, 
Gizləndi dəlidən o ay parası. 
O qədər it kimi hürdü avamlar
Çəməndən ayrıldı o ahu nigar. 
Hicrana dözmədi Leylinin qəlbi, 
Axdı göz yaşları incilər kimi. 
Məcnun görmədikdə Leylini bəzən, 
Bir sel axıdardı hər kirpiyindən. 
Gözündə qəm yaşı, ürəyində qəm, 
Küçəni, bazarı gəzərdi sərsəm. 
Ürək parçalardı onun nəğməsi, 
Aşiqlər səsiydi Məcnunun səsi. 
Gəzəndə, ardınca bağırardılar, 
-Məcnun! Məcnun! - deyə çağırardılar. 
O da bu tənədən qəmlər yeyərək, 
Pərişan gəzərdi divanələr tək. 
O, eşşək sürürdü zəif boyunla


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə