Microsoft Word leyli v? M?Cnun-nizami g?NC?VI. doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə18/70
tarix30.12.2017
ölçüsü2,8 Kb.
#18762
1   ...   14   15   16   17   18   19   20   21   ...   70

_______________ Milli Kitabxana _______________ 
73 
 
Məcnun rübab kimi əli başında
74

Leyli səhər kimi işıqlanırdı, 
Məcnun da şam kimi qəmdən yanırdı. 
Leyli bağ içində gözəl bir bağdı, 
Məcnun dağ üstündə böyük bir dağdı. 
Leyli yaranmışdı ay kimi parlaq, 
Məcnun ipək kimi qaraydı ancaq. 
Leyli gül saçırdı ağaclara, bax, 
Məcnun dürr səpirdi şabaş olaraq
75

Leylini sormayın, pəriydi o can, 
Məcnun bir od idi, nə deyim ondan? 
Leyli-qış görməmiş yasəmən kimi, 
Məcnun-xəzan vurmuş bir çəmən kimi. 
Leyli parlayırdı sübhün qızı tək, 
Məcnun da sönürdü dan ulduzu tək. 
Leyli dağıtmışdı saçını nazla, 
Məcnun qul olmuşdu min iltimasla. 
Leyli can bəsləyən şərbət içirdi
Məcnun yaxa yırtıb, candan keçirdi. 
Leyli toxuyurdu qəlbində ipək, 
Məcnun alışırdı bir üzərlik tək, 
Leyli boy atırdı qızıl gül kimi, 
Məcnun ağlayırdı bir bülbül kimi. 
Leyli keçirdikcə zülfü şanədən, 
Məcnunun göz yaşı axırdı dən-dən. 
Leylinin əlində müşkin piyalə, 
Məcnun mey ətriylə dalmış xəyalə. 
Bunu əyləndirir canan səfası, 
Ona xoş gəlirdi aşiq vəfası. 
Onları görməsin, deyərək, əğyar, 
Qərib tək uzaqdan baxışırdılar. 
Bunu da çox gördü onlara zaman, 
Quru bir baxış da çıxdı ortadan. 
 
 


_______________ Milli Kitabxana _______________ 
74 
 
MƏCNUNUN ATASININ LEYLİYƏ ELÇİ GETMƏSİ 
 
Elə ki, yar yolu bağlandı bir gün, 
Arxın körpüsünü kəsdilər bütün. 
Məcnun ağlayırdı qəlbində hicran. 
Gözünü yummazdı gecələr bir an. 
Başından aşdıqca ayrılıq dərdi, 
Dilində nəğmələr Nəcdə gedərdi. 
Dalınca qaçardı iki-üç nəfər, 
Baş açıq gəzərdi o divanələr. 
Sövda xəstəsiydi bu aşiq artıq, 
Dillər dastanıydı bu rüsvayçılıq. 
Şikayət eylərdi qohumlar ondan, 
Atası qalmışdı bu dərdə heyran. 
Nəsihət verdilər, əməl etmədi, 
Əfsanə dedilər, o eşitmədi. 
Nəsihət versə də çoxlu mənfəət
Eşqin meydanında nədir nəsihət? 
Zavallı atası gətirməyib tab, 
Oğlunun dərdiylə çəkirdi əzab. 
Bütün nazlar ilə oynardı, yenə 
Bir çarə tapmazdı onun dərdinə. 
Bu sirri dostlardan o aldı xəbər, 
Dostlar bu mətləbi şərh eylədilər, 
"Bir qız həsrətidir bu dərd, bu nəva, 
Eşqidən gəlmişdir başına hava". 
Ata bu sözlərdən çıxardı qərar, 
Dedi: "Gül üzündən silinsin qübar. 
O dünya gözəli, dürrü gətirək, 
Başımın tacına nəqş edəm gərək. 
O gözəl zinəti yüz calalla mən 
Alım öz oğluma o qəbilədən". 
Bütün ağsaqqallar danışdı bir-bir, 
Bu oldu məsləhət, bu oldu tədbir: 
"O gözəl tayfanın incisini biz 


_______________ Milli Kitabxana _______________ 
75 
 
Bizim bu gövhərə tay etməliyiz". 
Bu oldu tayfanın verdiyi qərar, 
Səfər paltarında yola çıxsınlar. 
Razılıq əliylə kəsilsin kəbin, 
Bəlkə bu divanə o aya yetsin. 
Elə ki, səsləndi bu şadlıq zəngi, 
Açıldı gül kimi atanın rəngi, 
Ata dinlədikcə bu məsləhəti, 
Dağıldı qəlbindən qəmi, möhnəti. 
Böyük bir dəstəylə qalxıb o zaman 
Səfər tədarükü gördü hər yandan. 
Tamam hazırlaşıb, düzəlişdilər, 
Böyük bir calalla yola düşdülər. 
Çatdı Leyligilə gedən elçilər, 
Böyükdən kiçiyə yetdi bu xəbər. 
Hər elin, obanın öz adəti var
Qonaq gəlir deyə, yola çıxdılar. 
Hörmət ayağında durdular möhkəm, 
Bütün hədiyyələr verildi o dəm. 
Baxıb başçısına amirilərin, 
Dedilər: "Gəlməkdən nədir məqsədin?  
Danış istəyini, hazırıq biz də 
Can-başla dayanaq xidmətinizdə!" 
Dedi ki: "Məqsədim-qohum olmaqdır. 
Iki gənc gözünə işıq salmaqdır. 
- Qızın atasına üz döndərərək, 
Qoy birləşsin, - dedi, - bu iki ürək. 
Bil ki, məhəbbətlə, kəbinlə səndən 
Qızını oğluma istəyirəm mən. 
Qumlarda doğulmuş, ciyəri teşnə 
Gözünü tikmişdir sənin çeşmənə. 
Sərin bulaqlardan kim içsə bir az, 
Bir də susuzluqdan ürəyi yanmaz. 
Qapına gəlmişəm bu məqsədlə mən
Xəcalət çəkmirəm dediklərimdən. 
Sən özün bilirsən, bilir bu aləm, 
Zamanın ən məşhur adamı mənəm. 


_______________ Milli Kitabxana _______________ 
76 
 
Mənim xəzinəm də, calalım da var, 
Dosta, düşmənə də qüdrətim çatar. 
Ağlın başındasa, mətaini sat! 
Almağa gəlmişəm, sən də əl uzat! 
Nə qədər olsa da onun qiyməti. 
Almağa hazıram mən o zinəti. 
Sən onu satmağa vergilən qərar, 
Dünyada hər şeyin öz bazarı var". 
Dinləyib-dinləyib bu iltiması, 
Böylə cavab verdi qızın atası: 
"Baş tutan deyildir sənin diləyin, 
Başqadır qərarı, hökmü fələyin. 
Şirin bir dil ilə danışsan da sən, 
Əyləşə bilmərəm o atəşlə mən. 
Bir dostluq olsa da bu xeyir işdə, 
Min ədavət olar bu tərpənişdə. 
Nə yaman ərköyün böyümüş oğlun, 
Özbaşına gəzir, muğayat olun. 
Dalınca "divanə" söyləyir hər kəs
Bizə divanələr tay ola bilməz. 
Əvvəl dua et ki, gəlsin ağıla, 
Sonra məhəbbətdən başla nağıla. 
Hələ düzəlməmiş sizin o gövhər, 
Bu sövda söhbəti verməz bir səmər. 
İllətli gövhəri almaz ki, heç kəs, 
Eyibli gövhərlər sapa düzülməz, 
Gözdən kirpik çəkir bizim ərəblər, 
Gülərlər üstümə, dil versəm əgər. 
Bir də bu mətləbdən gəl danışma heç, 
Söhbəti qurtaraq, bu işdən vaz keç", 
Onu amirilər sakit dinlədi
Atanın qəlbində kaman inlədi... 
Qayıtmaqdan başqa bir əlacmı var! 
Pərişan olaraq çəkildi onlar. 
O yol yorğunları, dil incikləri 
Dərdin dəryasına batandan bəri, 
"Bu dərdə bir dərman axtaraq" deyə, 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə