Microsoft Word leyli v? M?Cnun-nizami g?NC?VI. doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə2/70
tarix30.12.2017
ölçüsü2,8 Kb.
#18762
1   2   3   4   5   6   7   8   9   ...   70

_______________ Milli Kitabxana _______________ 

 
Nizami Leyli və  Məcnun haqqındakı  xırda və  pərakəndə, quru və  bədii 
cəhətdən sönük olan müxtəlif rəvayətləri böyük ustalıqla birləşdirmiş, demək 
olar ki, heç nəyi atmamış, lakin sənətin sərt qanunu əsasında onu sistemə 
salıb, kədərli və  əzəmətli bir söz abidəsi yaratmışdır. Böyük söz ustası 
mövzunun imkanlarından istifadə edərək həyat, insanlar, onların  əxlaqı, 
rəftarı, əməlləri barədə narahat düşüncələrini qələmə almışdır. 
Nizami insan və zaman probleminə, bu problemin ayrı-ayrı  cəhətlərinə 
poemada dönə-dönə toxunur. Dahi şair doğru qeyd edir ki, insanda hələ 
nöqsanlar vardır. Bununla bərabər, o, insanı yaxşılığa, gözəlliyə  səsləyir. 
Yaxşı sözü yaman sözdən üstün tutan şair zamanın eyiblərini də çəkinmədən 
romantik bir pafosla dilə gətirir. 
 
Bir çox sifətlər var insanda hələ,  
Almasan yaxşıdır onları dilə.  
Pis sözü ağzına alınca insan,  
Qarnında öldürsə yaxşıdır, inan.  
Bu dünya dolanıb döndükcə ruzgar,  
Qoy səndən yaxşı söz qalsın yadigar. 
 
Nizaminin poeması bu həqiqəti sübut edir ki, zaman insana ziddir. Lakin 
insan zamana qalib gələcək. Qurbanlar, faciələr hesabına olsa da, insan 
dünyanı insaniləşdirəcək, zamanı  dəyişdirəcək, zaman özü də  dəyişəcəkdir. 
Həyatın və  təbiətin öz dialektikası var; xərabə olan abad olacaq, pis olan 
yaxşılaşacaq. 
 
Daim xaraba da olsa bir diyar,  
Bil ki, abadlıqdan onda nişan var.  
İstər xarab olsun, istərsə abad,  
Daimi bünövrə qoymamış həyat. 
 
Bu dialektik düşüncələr göstərir ki, Nizami insanın zaman üzərində 
qələbəsinə, indi ağa olanın sabah məhv olacağına, bu gün faciə qurbanı 
olanın sabah vüsala və sevincə yetişəcəyinə inanmışdır. 
"Leyli və  Məcnun" poeması insan və zaman mövzusu ətrafında  şairin 
düşüncələrindən ibarət möhtəşəm bir poeziya ümmanıdır. Nizaminin "Leyli 
və  Məcnun" poeması ancaq nakam bir eşq macərasının nəzmə  çəkilməsi 
deyil, bəlkə daha çox bu mövzudan istifadə edərək 


_______________ Milli Kitabxana _______________ 

 
dünya və insan haqqında yaradılmış  bədii- fəlsəfı bir əsərdir.  İnsan düşünə 
bilər ki, bütün bu söhbətlərin "Leyli və Məcnun" mövzusu ilə nə əlaqəsi var. 
Ancaq  şairin  əsərini diqqətlə oxusaq, anlayarıq ki, bu rəngarəng düşüncələr 
birbaşa "Leyli və Məcnun" mövzusu ilə bağlıdır. Şair əsərin həm əvvəlində, 
həm də əsər boyu müxtəlif yerlərdə müxtəlif üsullarla həyat, dünya, dövrün 
insanları, onların amalları, səviyyələri,  əməlləri haqqında söhbət açır, bu 
söhbətləri də mövzuya yad, kənar bilmir. 
 
Ey varlıq nəqşinin naziri olan,  
Qaldır əngəlləri idrak yolundan.  
Boş təbli döyərək hay-haray salma,  
Heç kəsin səsinə biganə qalma.  
Bir toz görünsə də hər zərrə əgər,  
Dünya pərdəsində o da iş görər. 
 
İdrak yolundakı əngəllər deyilmi Leylinin, Məcnunun faciəsinin səbəbi?  
Dünya pərdəsində hər zərrənin bir iş gördüyünə biganəlik deyilmi bu faciəni 
törədən?  Şair bu fikirdədir ki, qəflət, nadanlıq, biganəlik, insanın öz 
vəzifəsini bilməməsi onun həyatını  zəhərləyir, onu düzgün hərəkət etməyə 
qoymur. Nizamiyə görə, insan dünyaya dünyanın mahiyyətini anlamaq, 
öyrənmək üçün gəlmişdir. 
 
Qısa söz; dünyada nə sən, nə də mən  
Oyuncaq deyilik xilqətimizdən.  
Nə şəhvət, nə yuxu, nə də ki yemek  
Həyatın mənası olmasın gərək.  
Yatmağı, yeməyi bu aləmdə sən  
Eşşək, öküzdə də görə bilərsən.  
Təbiət quranda xilqətimizi,  
Başqa səhifədə yazmışdır bizi. 
 
Nizami insandan ayıq olmağı, öz insanlıq vəzifəsini yaxşı başa düşməyi, 
yerlərin, göylərin sirlərini öyrənməyi tələb edir; İnsan dünyaya nə üçün 
gəlmişdir? Onun burada vəzifəsi nədən ibarətdir? Peyğəmbərə müraciətlə 
deyilən aşağıdakı iki misra bəlkə  də poemada qaldırılan mətləblərin ana 
xəttini təşkil edir: 
 


_______________ Milli Kitabxana _______________ 

 
Biz kimik, neçiyik, aç göstər artıq,  
Büt qayıranmıyıq, büt qıranmıyıq. 
 
Allaha yalvarışlarında da şair dünya və insan haqqındakı düşüncələrindən 
ayrıla bilmir. Dövründən, bü dövrün mətləblərindən danışan zaman alov 
püskürür. 
 
İlahi, dar gündə sən ol həmdəmim,  
İstədiyin yerə çatsın qədəmim,  
Söylə nə vaxtadək bir tikə üçün  
Şaha və gədaya yalvarım hər gün...  
Vəfasız yaranmış bütün qapılar,  
Bir sənin qapında vəfa tapılar. 
 
Bu sətirlər təkcə Allaha məhəbbətin ifadəsi deyil, həmçinin də  şairin 
dövrü, onu əhatə edən mühit, insanlar haqqında narazılıq dolu narahat 
düşüncələridir.. Məcnunu, Leylini, onları  əhatə edən adamları da bədbəxt 
edən, kədər və göz yaşları ilə üzləşdirən məhz həmin mühit və insanlardır. 
Həyat elə qurulmuşdur ki, insanların içi dərdlə, kədərlə doludur. Burda isə 
həm də bir ixtiyarsızlıq vardır. Məcnunun atasına verdiyi cavablardan 
aşağıdakı misralara diqqət edək: 
 
Daşları əridər çəkdiyim kədər,  
Kim öz ürəyinə sıxıntı istər?!.  
Məni pis taleyim təqib edir, bil,  
Heç kəs bədbəxtlikdən qurtaran deyil.  
Yaxud: 
Məzlum mən deyiləm yalnız bu yerdə,  
Yüzləri düşmüşdür mən düşən dərdə.  
Filin vücudundan milçəyə qədər,  
Bu zülmü çəkməyən varmıdır məgər? 
 
"Leyli və  Məcnun" poemasında Nizami əsərdəki hadisələrlə bağlı iki 
müstəqil hekayə  də vermişdir ki, bu hekayələr poemanın  əsas ideyası ilə 
birbaşa bağlıdır. Bunlardan ən məşhuru "İt saxlayan padşah" hekayəsidir. 
Çox vaxt bu hekayə  əsərin  əsas mövzusu ilə o qədər də bağlı olmayan bir 
əlavə kimi şərh olunur. Əslində isə  həmin hekayə  əsərin ideyası ilə birbaşa 
əlaqəlidir və ancaq dövrün şahlarının zülmkarlığını  tənqid etmək üçün 
qələmə alınmış bir hekayə deyil; on il şaha sədaqətlə xidmət eləyən, ancaq 
sonra şah tərəfindən quduz və yırtıcı itlərə atdırı 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə