Microsoft Word leyli v? M?Cnun-nizami g?NC?VI. doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə20/70
tarix30.12.2017
ölçüsü2,8 Kb.
#18762
1   ...   16   17   18   19   20   21   22   23   ...   70

_______________ Milli Kitabxana _______________ 
81 
 
Sevgilim! İnsanıq ikimiz də, bax: 
Mən tikan koluyam, sən şümşad budaq. 
Qızılı zırnıxdan seçərək, tanı, 
Onun bir misqalı, bunun batmanı. 
Hardasan, ey mənim dərdimə dərman? 
Nə üçün can almaq xəyalındasan? 
Şikəstə könlümün nədir pənahı? 
Səni sevməkmidir onun günahı? 
Nolar bir gecəlik bizə gələndə? 
Bir dəfə yanılıb, səvab et sən də. 
Gəl inad eyləmə, boyun ol buna, 
Bu işin babalı mənim boynuma. 
Bu dərdli aşiqin günahı çoxdur, 
Sənin ki, lütfün var, qorxusu yoxdur. 
Qəzəbin yandırır, qəlbi, ciyəri, 
Yoxmu iltifatın, ey gözəl pəri? 
Sənin qəzəb odun yandığı zaman 
Ona göz yaşımdan su çilə, canan! 
Ayımdır, günümdür səndəki camal, 
Onunçun seyr edir aləmi xəyal. 
Yaxşı ki, görmürəm səndən nəvaziş, 
Dəli təzə ayla bağlamaz saziş. 
Səni kölgəmdən də sormuram, ey yar, 
Çünki kölgəmə də yoxdur etibar. 
Mən ki, öz kölgəmdə görürəm səni. 
Başımdan kəsirsən sən öz kölgəni. 
Apardın könlümü, aldın canımı, 
Zalım cəllad olub, tökdün qanımı. 
Eşqindən aldığım bu şöhrət, bu ad 
Elədi ömrümü, eşqimi bərbad. 
Sənin visalına yetməyir ünüm, 
Lakin ümidinlə keçir hər günüm. 
Evdə susuz qalıb yatsa bir uşaq
Görsə yuxusunda sulu bir bardaq, 
O şirin yuxudan qalxdığı zaman 
Sorar barmağını susuzluğundan. 
Qatlandı dizlərim qoşa, "lam" kimi, 


_______________ Milli Kitabxana _______________ 
82 
 
"Yey" kimi bükmüşəm öz əllərimi
78

Ah, adın məni də adın tək edir, 
O da, bax, iki "lam", iki də "yey"dir. 
Eşqin çıxan deyil candan, ürəkdən, 
Nə çıxar aləmə sirr söyləməkdən. 
Süd ilə gəlmişdir canıma bu sirr, 
Canımdan ölüncə çıxan deyildir". 
Bunu söyləyərək, yıxıldı yerə, 
Çökdü qəm buludu baxan gözlərə. 
Mərhəmət üzündən kömək etdilər
Onu evlərinə alıb getdilər. 
Məhəbbət daimi olmasa əgər, 
Gəncliyin bir şəhvət oyununa dönər. 
Məhəbbət odur ki, odu sönməsin, 
Insan yaşadıqca, üzü dönməsin. 
Həqiqi məhəbbət bir məhəbbətdir, 
Ilki də, sonu da əbədiyyətdir. 
Məcnun məhəbbətlə yetdi kamala, 
Yayıldı şöhrəti bütün mahala. 
Məhəbbət yükünü çəkən o ürək 
Sövda nəsimiylə açıldı gül tək. 
Indi onun gülü olmuşdur xarab, 
Ondan xatirələr bir damcı gülab. 
O gözəl gülabın xoş ətirindən 
Arxımın suyunu durulduram mən. 
 
 
ATASININ MƏCNUNU KƏBƏYƏ APARMASI 
 
O sövda bayrağı qalxandan bəri 
Leylinin hüsnü tək tutdu göyləri. 
Aləmdə Məcnunu bu rüsvay etdi, 
Onun dəliliyi kamala yetdi. 
Başa divanəlik gəlsə hicrandan
Bütün zəncirlərdən qurtarır insan. 
Talein ürəyi yanmırdı ona, 


_______________ Milli Kitabxana _______________ 
83 
 
Atası baxdıqca yazıq oğluna, 
Dua edirdi ki, günəş görünsün, 
O qaranlıq gecə gündüzə dönsün. 
Duasız bir qapı, bir pir qoymadı, 
Yazıq yalvarmaqdan cana doymadı. 
Bütün qohumlar da pirə gedərdi, 
Atayla birlikdə dua edərdi. 
Gördülər bir əlac yoxdur bu dərdə, 
Bir xeyir verməyir ziyarətlər də; 
Bu oldu dostların verdiyi qərar: 
Bu dərdə Kəbədən qapı açılar. 
Bütün yer üzünün o pənahıdır, 
Yerin də, göyün də qibləgahıdır. 
Dedilər: "Həcc vaxtı gələndə yenə, 
Gedərik Məkkənin ziyarətinə... 
Ata bu səfərə çıxdığı gündə, 
Kəcavə bəzədi dəvə üstündə. 
Oğluna yalvardı: "Gəl əyləş", deyə, 
Oturtdu ay kimi onu beşiyə. 
Çatınca Kəbəyə o dərd atası 
Taxdı qulağına qulluq sırğası. 
Gövhəri qızıla qatıb yüz kərə
Qum kimi səpdi o qum rənglilərə. 
O qədər xəzinə payladı ki, tək 
Qaldı xəzinəsi boş bir daxma tək. 
Kəbənin üzünü görüncə ata 
Istədi mətləbi yetsin murada. 
Öpüb, qucaqladı yazıq oğlunu, 
Kəbə kölgəsində saxladı onu. 
Dedi: "Oyun yeri deyil bu, oğlum, 
Əlaca gəlmişik, qurbanın olum. 
Kəbə zəncirindən yapışsan bu an, 
Qəmlər zəncirindən azad olarsan. 
De ki: - Böyük tanrı, bu hərzəlikdən 
Canımı bir dəfə azad eylə sən. 
Rəhm elə, məni öz himayənə al
Gəl bu divanəni doğru yola sal. 


_______________ Milli Kitabxana _______________ 
84 
 
Bu dərdi canımdan irağa göndər, 
Bir də bu eşqdən qəlbimi döndər. 
Mən eşq əsiriyəm, bir məni yad et, 
Eşqin bəlasından məni azad et". 
Məcnun eşq sözünü eşidən zaman 
Əvvəlcə ağlayıb, güldü sonradan, 
İlan tək qıvrılıb, sıçradı yerdən, 
Kəbə halqasına əl atdı birdən, 
Halqanı öpərək, dedi: "Ey allah! 
Mən də bir qapının halqasıyam, ah! 
Eşqin halqasında inildəsin can, 
Bir gün də düşməsin o qulağımdan. 
Mənə deyirlər ki: - Gəl eşqi burax, - 
Bu, dost məsləhəti deyildir ancaq. 
Eşq ilə yaşayır aləmdə səsim, 
Eşqsiz aləmdə batar nəfəsim. 
Eşqdən yoğrulmuş ruhum, bədənim, 
Eşqsiz bir günüm olmasın mənim. 
Eşqsiz bir ürək heçliyə varsın, 
Onu qəm selləri yuyub aparsın. 
Ilahi, birliyin xatirəsinə, 
Yenə yalvarıram ürəkdən sənə. 
Qoy eşqim ucalıb, namidar olsun, 
Mən özüm ölsəm də, eşqim var olsun. 
Eşqin günəşindən ayırma məni, 
Silmə gözlərimdən sən bu sürməni. 
Könül bu sövdadan sərxoş olsa da, 
Qoy bundan da bətər olum dünyada. 
Deyirlər: - Eşqi tut özündən kənar, 
Leylini sevməyi qəlbindən çıxar. 
Ilahi, sən saxla mənim Leylimi, 
Çoxalt hər dəqiqə ona meylimi! 
Ilahi, ömrümdən kəs indən belə 
Leylinin ömrünə cala əlinlə! 
Mən tükə dönsəm də onun qəmindən
Başından bir tük də əskik etmə sən. 
Qoyma ki, boş qala qulağım bir an, 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə