Microsoft Word leyli v? M?Cnun-nizami g?NC?VI. doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə22/70
tarix30.12.2017
ölçüsü2,8 Kb.
#18762
1   ...   18   19   20   21   22   23   24   25   ...   70

_______________ Milli Kitabxana _______________ 
89 
 
Ata salam verdi yazıq oğluna, 
Şirin bir dil ilə yalvardı ona. 
Məcnun atasının şəklini görcək, 
Onun ayağına düşdü kölgə tək: 
"Ey başımın tacı, könlümün taxtı, 
Üzrüm var, gəl dinlə sən bu bədbaxtı, 
Soruşma halımı, üzümə bir bax
Gəl qəzaya tapşır məni sən ancaq. 
Arzu etməzdim ki, belə bir halda 
Gözlərin görəydi məni, ey ata! 
Doğrudur, qaradır yanında üzüm. 
Ah, üzr istəməyə varmıdır sözüm. 
Mənim ki, dərdimi özün bilirsən, 
Çıxmış ipin ucu əllərimizdən..." 
 
ATASININ MƏCNUNA NƏSİHƏTİ 
 
Ata eşitdikcə onun səsini, 
Alıb yerə vurdu əmmaməsini. 
Bir səhər quşu tək sızladı qəlbən, 
Gündüzü gecə tək qaraldı birdən. 
Dedi: "Ey gözümün qarası, ağı, 
Dağılmaz bir gülün solğun varağı, 
Xəyalın yenəmi bir divanədir? 
Yanıb külə döndü, bu halın nədir? 
Kimin gözü dəydi gül camalına? 
De, kimlər qarğadı sənin halına? 
Kimlər öz qanını boynuna atdı? 
De, kimin tikanı ətəynə batdı? 
Sənə nə oldu ki, qaldın işindən? 
Düşdü gözlərinə, de, hansı tikən? 
Heç aşiq sən kimi bədbəxt olmamış, 
Bu qədər dərd çəkib darda qalmamış. 
Neçin yorulmadın, usanmadın sən, 
Düşmən tənəsindən, qəm qəfəsindən? 
Qəlbin doymadımı bu məzəmmətdən? 


_______________ Milli Kitabxana _______________ 
90 
 
Neçin dirilmədin bu qiyamətdən? 
Oğul, bu sövdanı bir dəfə unut, 
Özünə rəhm elə, hörmətimi tut. 
Nədir bir eşq üçün bu rüsvayçılıq? 
Aləmə göstərmə bu eybi açıq. 
Çox gözəl olsa da eybi gizləmək, 
Dost dostun eybini örtməsin gərək. 
Bu dostluq aynası göstərir ki, sən 
Özündən bu eybi kənar edəsən. 
Aynanın nə pisi, nə yaxşısı var, 
Bu cür xasiyyətlər insanda olar. 
Bu dərdi qəlbindən çıxar bir kərə, 
Soyuq bir dəmiri döymə boş yerə. 
Tutaq ki, ağırdır canan həsrəti, 
Qalmamış könlüyün səbri, taqəti 
Bari bu həsrəti arabir unut
Gəl biz tərəfin də əhvalını tut. 
Xəyal havasına at çapan olar, 
Qaçmaq ayağında piyada qalar. 
Bəsdir bu şərabsız, içgisiz məstlik, 
Bəsdir bu arzusuz arzupərəstlik. 
Oğul, sən xırmanı yelə vermisən, 
Bu zalım düşmənə kam olmuşam mən. 
Sən adlı, sikkəli istərsən məni, 
Boşla dəliliyi, bu pis sikkəni. 
Sən sazı döyürsən, mən də dizimi, 
Sən paltar cırırsan, mən də üzümü. 
Eşqin odlarına yansan belə sən
Mənim ciyərimdir küllərə dönən. 
Umuddan əl üzmə, gəl çarə qılaq, 
Göyərmək deyildir danədən uzaq. 
Umudsuz bir işdən, səbr etsən əgər, 
Bir umud işığı parlaya bilər. 
Hər umudsuz işdə bir çox umud var, 
Qaranlıq gecədən ağ səhər doğar. 
Oğul, səadətin qapısını aç, 
Ayağı sürüşkən taleindən qaç. 


_______________ Milli Kitabxana _______________ 
91 
 
Çalış, əllərindən çıxmasın dövlət, 
Dövlətlə yaranır bütün səadət. 
Dövlət, düyümləri açandır bir-bir, 
Şahlıq üzüyünün firuzəsidir. 
Dünya qapısının açarı hər an 
Dövlətin cibində saxlanır, inan. 
Sən də səbr eləsən, dayansan əgər, 
Tale yavaş-yavaş əlinə gələr. 
Dərinlik, sonsuzluq varsa dəryada, 
Arxların suyundan yaranmış o da. 
Başında bulutlar oynayan hər dağ 
Torpaq zərrəsindən qurulmuş ancaq. 
Sənin də səbrində qoy olsun qərar, 
Gövhəri səbr ilə qazanmaq olar. 
Iradəsiz olma, iradəsizlər, 
Ayaqsız qurd kimi yerdə sürünər 
Tülkü canavarı edirsə məğbun, 
Ondan iradəsi böyükdür bunun. 
Səni illər boyu yad etməyənə 
Nə üçün könlünü verirsən yenə? 
O, şaddır, gül kimi, sən gözü yaşlı, 
O, daş ürəklidir, sən başı daşlı. 
Kim ki, söhbət açır o qızdan sana, 
Səni rüsvay edir, bir ayılsana. 
Əqrəb çalmışlara verilsə gərfəs
81

Zəhərlə məhv olub kəsilər nəfəs. 
Can oğul, başqa bir iş ucundan tut
Bu sövda işini bilmərrə unut. 
Hindli fil başına döyər hər yerdə 
Ki, fil Hindistanı anmasın bir də. 
Canımsan, canımdan daha əzizsən, 
Evə dön, evimin işığısan sən. 
Bu dağda yurd salıb otursan, əgər, 
Yalnız üzümüzün suyu tökülər 
Bu yolda daşlıq var, quyu var ancaq, 
Bir aç gözlərini, ona yaxşı bax. 
Darğa pusqudadır, inad olma bir, 


_______________ Milli Kitabxana _______________ 
92 
 
Zəncirə əl vurma o dəmirdəndir. 
Sən yol uşağısan, fitnə yolkəsən, 
Qılıncdır başıyın üstündə əsən. 
Sən şadlan, kor olsun buna düşmənin
Gəlsin məclisinə dostların sənin" 
 
MƏCNUNUN ATASINA CAVABI 
 
O şəkərdillini Məcnun eşitcək, 
Ağzından söz tökdü o da şəkər tək: 
"Sən, ey böyüklüyü göylər calallı, 
Uca göylərdən də uca xəyallı, 
Viranə yerlərə sənsən şəhriyar, 
Ərəblər üzündə, ənbər xalın var. 
Sənin dərgahındır ilk qibləgahım, 
Canım canındandır, sənsən pənahım. 
Ömrün uzun olsun, daima yaşa, 
Səninlə bir vuraq dünyanı başa. 
Böyük xəzinədir bu nəsihətin, 
Yaramı bağladı mehrin, ülfətin. 
Ancaq, neyləyim ki, mən bəxti qara 
Xoşla düşməmişəm vəhşi dağlara. 
Doğrudur, dağılmış səbrim, qərarım, 
Özümdə deyildir öz ixtiyarım. 
Bağlanıb qalmışam, zəncirim dəmir
Görünür mənim də bəxtim belədir. 
Zənciri açmağa gücsüzəm bu dəm, 
Bu yükü üstümdən ata bilmərəm. 
Dedim ki, dönməsin ciyərin qana, 
Xəyal pərişandır, könül virana. 
Başımda partlayan bu ildırımdan 
Minlərcə xırmanlar yanmışdır, inan. 
Məzlum mən deyiləm yalnız bu yerdə, 
Yüzləri düşmüşdür mən düşən dərdə. 
Kölgə özbaşına düşməz quyuya, 
Göydə dayanmamış ay duya-duya
83



Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə