Microsoft Word leyli v? M?Cnun-nizami g?NC?VI. doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə28/70
tarix30.12.2017
ölçüsü2,8 Kb.
#18762
1   ...   24   25   26   27   28   29   30   31   ...   70

_______________ Milli Kitabxana _______________ 
113 
 
Qızmış ərəblərin o nərəsindən 
Göylərin qulağı kar oldu bilsən. 
Əcəl ildırımı şığıyan zaman 
Alov püskürürdü daşın ağzından. 
Deyləmi tükünün ucları kimi 
Qəhr edən zubinin ucu itiydi. 
Günəş on cıqqalı bayrağa bənzər, 
Sanki qızarmışdı yenə ilk səhər. 
Daşlar deşik-deşik Sürəyya kimi
Yer qana dönmüşdü bir dərya kimi. 
Hər şirin baxışı alov saçmışdı, 
Qara ilan kimi ağız açmışdı. 
Yırtıb dağıtdıqca o qara şirlər, 
Ağ atlar div kimi əlləşirdilər. 
Hər kəs bu döyüşə atlanan zaman 
Məcnun can verirdi ruhu pərişan. 
Hamı at çapdıqca müharibəyə, 
O dua edirdi barışıq deyə. 
Hər kəs çıxardıqca düşmən gözünü, 
O həlak edirdi dərddən özünü. 
Açıb öz qəlbində dua yelkəni
Sülhə çağırırdı müharibəni. 
O utanmasaydı, qalxıb durardı, 
Bulud tək özünə qılınc vurardı. 
El qınamasaydı bu dəmdə onu, 
Qırıb qurtarardı öz qoşununu. 
Olmasa düşmənin tənəsi əngəl, 
Dostların başını kəsərdi əvvəl. 
Təqdir kamanına çatsaydı əli, 
Ox atıb dostları qırardı, bəli. 
Onun dediyini desəydi ürək, 
Öz yoldaşlarını qırardı, gerçək. 
Bu qoşun içində coşurdu Məcnun, 
Istərdi ki, bassın o biri qoşun. 
Burda axtarışa at səyirdərdi, 
Ordakı qoşuna dua edərdi. 
Öz tərəflərindən ölsə bir nəfər, 


_______________ Milli Kitabxana _______________ 
114 
 
Onu öldürənin əlindən öpər. 
Leyligil tərəfdən məhv olanlara 
Göz yaşı tökərdi bu bəxti qara. 
Bu yandan o yana nizə tutardı, 
Düşmən nizəsinə duası vardı. 
Bəzən öz qoşunu gələndə üstün 
Atardı kamanı, oxu büsbütün. 
Elə ki, yar tərəf qalib gələrdi 
Şir kimi nərəsi dağlar dələrdi. 
Bir nəfər soruşdu: "Niyə, ey cavan, 
Döyüşdən çarx kimi kənar qaçırsan. 
Biz sənin uğrunda can qoyuruq bil, 
Düşmənlə dostluğun heç insaf deyil". 
Dedi: "Sevgilimdir dediyin əğyar, 
Mənim qılınclarla nə işim aşar. 
Düşməni qanına qərq etmək olar
Dostla vuruşmağın mənasımı var? 
Döyüşdən su kimi qanlar çağlayır. 
Canansa o tayda yara bağlayır. 
Məşuqə verdikcə aşiqə nəfəs, 
Aşiq də verməli ona bir əvəz. 
Yar sürmə göndərir ayaq tozundan, 
Mən ona daş atsam, qıyarmı vicdan? 
Mənə bal vədəsi vermişdir o yar, 
Mən sirkə göndərsəm layiqmi olar? 
Yarın əli varsa o yanda əgər, 
Kim canan tərəfi zəlil istəyər? 
Ordadır istəyim, qəlbim, həvəsim, 
Qəlbim hardadırsa orda nəfəsim.  
Canana can vermək xoşdur əzəldən
Canmı əsirgəyim mən o gözəldən? 
Mən ki, öz canımdan keçmişəm belə, 
Yazığım gələrmi sizlərə, söylə! " 
Soruşan bir ona, bir yerə baxdı, 
Göz yaşı torpağa sel kimi axdı. 
Məcnunsa döyüşdən uzaq düşərək, 
Tozların içində oynayırdı tək. 


_______________ Milli Kitabxana _______________ 
115 
 
Nofəl qılıncını çəkib dörd yana, 
Bir sərxoş fil kimi girib meydana, 
Hər oxda bir nəfəs, bir can alardı, 
Hər bir həmləsində cahan alardı. 
Qan arxı çəkirdi gəzdiyi yerdə, 
Qan yeyib-içməkdən doymuşdu yer də. 
Qılınc oynadırdı şöhrət gəzənlər, 
Axşam qaranlığı çökənə qədər. 
Canan zülfü kimi qaraldı göylər, 
Gündüzün üzünə töküldü ənbər. 
Siyah tellərini düzdükcə gürcü, 
Qaraldı get-gedə göylərin bürcü. 
Bu zaman ayrıldı düşmən qoşunlar, 
Döyüş meydanında yatışdı onlar. 
Elə ki, o qara ilan büküldü, 
Ağ nəfəsli Zöhhak-günəş də güldü. 
Qalxdı hər pəhlivan, hər igid əsgər
Zöhhak ilanına döndü nizələr, 
Qoşunla dolmuşdu Leylinin yurdu, 
O yerdə dağ kimi ordu dururdu. 
Düşməni qarşıdan, arxadan səf-səf 
Oxlara tutmuşdu Leyligil tərəf. 
Nofəli qorxutdu o daşğın ordu, 
O artıq, sülh üçün dayanıb durdu. 
Öz adamlarından tapıb bir nəfər, 
Tapşırdı: "Sülh üçün bir tədbir göstər. 
De ki, qan tökməyə gəlməmişik biz, 
Yalnız bir könüldür istədiyimiz. 
Divanə bir gəncə söz vermişəm mən, 
Yalnız bir gözəldir istəyim sizdən. 
Öz dövlətimdən də keçirəm bu dəm
Sizə xalvar-xalvar qızıl verirəm. 
Məsləhət görsəniz bu sövdanı siz, 
Qəlb açan bir cavab verməlisiniz. 
Şəkər satmasanız bu yerdə bizə, 
Sirkə də tökməyin istəyimizə. 


_______________ Milli Kitabxana _______________ 
116 
 
Yaxşılıq gəlməsə əllərinizdən, 
İntiqam almayın qılıncla bizdən..." 
Elçi bu sözləri verincə xəbər, 
Qızmış orduları geri çəkdilər. 
Hamıya xoş gəldi bu gözəl dilək, 
Ordular döyüşdən geri dönərək, 
Barışıq nəğməsi çaldıqca, çənglər, 
O qanlı döyüşdən qalmadı əsər.  
 
MƏCNUNUN NOFƏLƏ ACIQLANMASI 
 
Sülhün qoqusunu duyunca Məcnun 
Kinlə qəzəbləndi ürəyi onun. 
O igid Nofələ acıqlanaraq, 
Rişxəndlə dedi ki: "Qəhrəmana bax! 
Sən, ey qucaq-qucaq vədlər verən, 
Yaman başa vurdun öz vədini sən. 
Buydumu sözündə möhkəm durmağın? 
Bir də at oynadıb qılınc vurmağın? 
Danış, qəribliyə salma sorğumu, 
Vəhşini ram edən əfsunun bumu? 
Buydumu meydanda at oynatmağın? 
Havada ox tutub kəmənd atmağın? 
Zidmiş iradəmə sənin iradən, 
Nə yaxşı bir hünər göstərmisən sən?! 
Salam düşməniydi o canan mənə, 
Indi sən döndərdin tamam düşmənə. 
Vəfaya açılmış o qapıya sən 
Min qıfıl vuraraq bağladın nədən? 
Ey dost, köməyindən əlim üzüldü, 
Işimi korladın, belim büküldü. 
Bu dostluq telləri qırıldı nədən? 
Çox şahlar yıxılmış bir süvaridən. 
Qurda ox atdısa dağlarda çoban, 
Gedib itə dəydi aldığı nişan. 
Hünərin aləmə səs salan zaman 
Əfsus ki, əhdini ayaqlayırsan. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə