Microsoft Word leyli v? M?Cnun-nizami g?NC?VI. doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə4/70
tarix30.12.2017
ölçüsü2,8 Kb.
#18762
1   2   3   4   5   6   7   8   9   ...   70

_______________ Milli Kitabxana _______________ 
13 
 
Bəzən Leyli qadını min illərdir köləyə, hüquqsuz əşyaya çevirən qanunlar 
zəncirini qırıb parçalamaq, daha azad nəfəs almaq haqqında düşünürsə, 
bunlar ilk düşüncələr olaraq qalır. Ata və  ər qorxusu onu qanad açmağa 
qoymur. 
 
Eşq ürək verir ki, sən də qanad aç,  
Bu qarğa-quzğundan kəklik kimi qaç.  
Ad ilə namussa: "tərpənmə"- deyər,  
Tək uçan kəkliyi qızılquş yeyər.  
Bir qadın nə qədər cəsur olsa da,  
Yenə də qadındır adı dünyada. 
 
Leyli üçün bu ilk düşüncələrin özü də böyük nailiyyətdir. Leyli düşdüyü 
vəziyyətlə barışıb qəmlərə boyun əysə belə, düşmənə təslim olmur. 
Nizami bu poemada yaratdığı surətlər, təsvir və  təhlil etdiyi hadisələr, 
mətləblər vasitəsilə dövrünün zəngin mənəviyyatlı insan obrazını, fikir, 
düşüncə və əxlaq mənzərəsini yaratmışdır. Hətta hər bir zərrənin müəyyən bir 
iş gördüyünü söyləyən ölməz sənətkarın bu əsərində də ən epizodik surət belə 
mühüm ideya yükü daşıyır, dövrün insan xarakterlərini daha dolğun 
göstərməyə xidmət edir. Şairin  əvvəlki  əsərləri kimi bu poema da həyatın 
özündən gələn zəngin fikir xəzinəsidir. 
Dahi  şairin "Leyli və  Məcnun" poemasını böyük sənətkarımız Səməd 
Vurğun tərcümə etmişdir. Bu tərcümə haqlı olaraq Nizami əsərlərinin 
tərcümələri arasında  ən yaxşılarından biri, bəlkə  də birincisi sayılır. 
Tərcümənin dilindəki təbiilik, yüksək bədiilik və axıcılıq onu oxuculara 
sevdirən əsas keyfiyyətlərdir. Nizami əsərindəki ən rənga-rəng poetik fikirlər 
Vurğun tərəfindən o qədər məharətlə  tərcümə olunmuşdur ki, oxucu bir 
tərcümə əsəri oxuduğunu əsla hiss etmir. 
 
Xəlil Yusifli 


_______________ Milli Kitabxana _______________ 
14 
 
 
 


_______________ Milli Kitabxana _______________ 
15 
 
 
 
Ey adı ən gözəl başlanğıc olan, 
Adınla başlanır yazdığım dastan. 
Sən, ey xatirəsi könlümə həmdəm, 
Adın düşməmişdir dilimdən bir dəm. 
Bütün varlıqları özün yaratdın, 
Bağlı qapılara açardır adın. 
Adının qərarı olmadan əvvəl 
Qələm tutmamışdır dünyada bir əl. 
Ey bütün varlığın həyat təməli, 
Yetməz dərgahına bir insan əli. 
Sənin tərifindir "təbarəkallah"
1
 
Alqış cəlalına, feyzinə, allah! 
Yeddi qız, doqquz taxt qapında sənin 
Olmuşdur daima pərdə çəkənin
2

Ey öz varlığı da bilinməz hekmət, 
Zahirə, batinə bir sənsən bələd. 
Bütün bu canlılar, cansızlar ki, var, 
"Yaran" deməyinlə yarandı onlar. 
Hökmünlə ruh alır, əql alır bədən, 
Yaradan da sənsən, öldürən də sən. 
Ey sirr aləminin ulu məhrəmi
Dolduran, boşaldan sənsən aləmi. 
Sənin sifətində öz tərifin var, 
Yox sözün yox olur, var sözün də var. 
Əmri mütləq olan, ey böyük hünər, 
Kainat əmrinlə iki bölünər. 
Sən, ey möhtacların ürək dirəyi, 
Böyük vicdanların sənsən diləyi. 
Ən iti gözlərə sən sürmə çəkdin, 
Bağlı qapılara özün baş çəkdin. 
Ey ustad, göstərir yazdığın əsər, 
Zamanı əvvəldən axıra qədər. 
Ağasan, qulundur hər şey dünyada
Sultan sən özünsən, başqası gəda. 


_______________ Milli Kitabxana _______________ 
16 
 
Yolun, işığıdır əbədiyyətin, 
Şəriksiz yaranmış bütün niyyətin. 
Saysız yaratdığın nemətlər durur, 
Bu sirri tapmağa acizdir şüur. 
Lütfünlə hər şeyin qeydinə qaldın, 
Dünyanı ən yarar bir şəklə saldın. 
Axşamın qapqara, səhərin ala, 
Atına göyləri yaratdın tovla
3

Yeddi düyüm vurdun göylərə, birdən 
Yetmişi açıldı, bu qüdrətindən
4

Bir kül qaldıraraq torpaqdan həmən, 
Onunla yüz ayna təmizlədin sən. 
Hansı bir varağı yazdınsa əgər, 
Ikicə hərf ilə dedin müxtəsər. 
Bir dağ çapmadısa bu kaf ilə nun, 
Göy adlı bir böyük Bisütun qurdun
5

Hardasa dünyanın dövləti, varı, 
Bu iki hərfdir onun açarı. 
Yanlış bir hərf də yazmadın yenə, 
Qoydun hər nöqtəni sən öz yerinə. 
Sənin sənətinlə yarandı aləm, 
Yoxdur bu sənətdə başqa bir qələm. 
Lütf etmən yazığa, sığındım sənə, 
Bir söz xəzinəsi bağışla mənə. 
Xəzinən bu payla heç də azalmaz, 
Başqa xəzinədə bu kərəm olmaz. 
Şahlığın, qulluğun öz qismətindən 
Hər kəsə bir dövlət, nemət verirsən. 
Hər zülmün alovu, məzlumun ahi. 
Bir sənə məlumdur, böyük ilahi! 
Hələ yazılmamış kitabları sən 
Oxuyub aləmə xəbər verirsən. 
Əql büdrəmədə, kuyinsə-zülmat, 
Yol da ki, tük kimi nazikdir, heyhat! 
Köməyim olmasan, ya pərvərdigar, 
Bu düyüm əql ilə necə açılar? 
Əql işıq alır sənin qapından, 


_______________ Milli Kitabxana _______________ 
17 
 
Yanar dərgahına girdiyi zaman... 
Ey mənim əqlimə mənalar verən
Mən axtarışçıyam, sən yol göstərən. 
Yollarım qorxulu olsa da bu dəm, 
Sən ki, rəhbərimsən qorxan deyiləm. 
Yüküm çox ağırdır düşmüşəm gücdən, 
Tükənmiş taqətim, de, neyləyim mən, 
Nə qorxu, yoxsa da canımda qüdrət, 
Sənin köməyinlə işlərəm, əlbət. 
Lütfün ki, qəhrindən ayrı deyildir, 
Yanında şərbət də, zəhər də birdir. 
Əsirəm, şübhəsiz, hüzurunda mən, 
Lütfünlə yaşaram, ölləm qəhrindən. 
Qoy, içim mərhəmət şərbətlərindən, 
Qəzəb badəsini mənə vermə sən. 
Qəzəbin layiqsə əzəldən bizə
Rəhmin də düşmüşdür qismətimizə. 
Nə qədər nəfəsim çıxmamış candan, 
Əlim ətəyində gəzirəm hər an. 
Bir gün can evimdən çıxsa nəfəsim, 
Dualar deyəcək adına səsim. 
Ölüm səfərinə qoyarsam ayaq, 
Adın vücuduma hünut olacaq
6

Tozlara dönsə də bu aciz bədən, 
Hər yerdə, hər zaman məbədim sənsən. 
Ilahi, nə qədər dünyada sağam, 
Sənin xatirənlə yaşayacağam. 
Böyük dərgahına girdiyim zaman, 
Neylər bu dərgahdan qovulmuş şeytan. 
Boynuma asdımsa tilsimini mən, 
Qorxmuram divlərin böyüklüyündən. 
Mənəm dərgahında bir dilsiz ehram
Sənin sorağında ləbbeyk vuraram
7

Ehram sındıranlar çoxdur dünyada, 
Bu şərdən məni gəl saxla, ey xuda! 
Bəlalar gizlidir, bikəsəm, allah! 
Varmı səndən özgə mənə bir pənah?! 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə