Microsoft Word leyli v? M?Cnun-nizami g?NC?VI. doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə5/70
tarix30.12.2017
ölçüsü2,8 Kb.
#18762
1   2   3   4   5   6   7   8   9   ...   70

_______________ Milli Kitabxana _______________ 
18 
 
Bir sənsən dünyada əlimdən tutan
Nə versən qailəm, böyük yaradan. 
O saf cövhərindən alsa bədənim, 
Misim qızıl olar dünyada mənim. 
Lütfündən bir işıq göstərsən, əgər, 
Torpaq qızıl olar, su dürrə dönər. 
Bir gövhər də olsam, bir saxsı da mən, 
Hüsnüm bəzənmişdir sənin hüsnündən. 
Libasım ətrinlə qoquyar müdam, 
Buyam ya "dirəmnə" ya da "ud" olsam
8

Qarşında nə dinim, nə taətim var, 
Qapında boş əlim şəfaət umar. 
Gəmim qərq olmamış qanlı sularda, 
Rəhm et, əlimdən tut, qalmayım darda. 
Qaldır yıxılmışı bu qara yerdən, 
Məni cəhl atından özün düşür sən, 
Ilahi, dar gündə sən ol həmdəmim, 
Istədiyin yerə çatsın qədəmim. 
mənim üzümə nur xəzinəni
Zülmətlər içindən xilas et məni. 
Qorxuyla, umudla baxıb dünyaya, 
Bir pərvanə olum günəşə, aya. 
Söylə, nə vaxtadək bir tikə üçün 
Şaha və gədaya yalvarım hər gün. 
Süfrəndən nemətli bir şey olarmı? 
Səndən səxavətli dünyada varmı? 
Öz xırmanından ver zəkatımı sən, 
Qəbzinlə gəzməyim qapı-qapı mən. 
Bir əkin yeriyəm hər yanı bərbad, 
Bu, suyla, torpaqla olacaq abad. 
Mənə öz qapından ver torpaqla su, 
Axıtsın yolumda olan kol-kosu. 
Məni mənliyimdən ayıran zaman 
Sən öz cövhərini alma canımdan. 
Məni qaytaranda özümə, dərhal, 
Mərhəmət kölgəni gəl, üstümə sal. 
Bu sayən olmasın çıraqdan uzaq, 


_______________ Milli Kitabxana _______________ 
19 
 
Gün kimi parlasın işığ saçaraq. 
Taki işığınla həmdəm olum mən, 
Nur kimi kənarda durum kölgədən. 
Başqa həmdəmləri almayım dilə, 
Unudum nə varsa bu gündən belə, 
Vəfasız yaranmış bütün qapılar, 
Bir sənin qapında vəfa tapılar. 
Ancaq həyatdadır vəfa, etibar, 
Ölümlə dağılıb məhv olur onlar. 
Yalnız sənin əhdin əbədi qalır, 
Ölüm də, dirim də səndən əhd alır. 
Qiyamət gününü görmədikcə mən 
Ayrılan deyiləm sənin əhdindən. 
Bir səni çağırır cahanda səsim, 
Xatirən olmasa batar nəfəsim. 
Əzəl yer üzünə mən gəlməmişdən, 
Qurduğun nizamı görməmişdim mən. 
Torpaqdan yaratdın mayəmi mənim
Torpaqdan yem aldı bütün bədənim. 
Tanrı! Varlığıyın gözəlliyindən 
Bütün kainata zinət vermisən. 
Lütfün ki, olmuşdur mənə müyəssər, 
Varlığım çürüyüb gedənə, qədər - 
Harda otur desən, oturacağam, 
Qarşında qul kimi lal duracağam. 
Gördüyün bu yoldan çox keçmişəm mən, 
Gah quyu dibindən, gah taxt üstündən. 
Istər qoca olum, istərsə cavan, 
Yollar müxtəlifdir, mən isə haman. 
Bir haldan bir hala keçsəm də dəm-dəm, 
Yenə ilk şəklimlə hərəkətdəyəm. 
Möhtac yaratmadın sən məni əzəl, 
Dünyada heç məni mətəl qoyma gəl. 
Zərrəcə qorxmuram gələn əcəldən, 
Bu yol dərgahına gedir əzəldən. 
Bağ, bostan yoludur ölümün izi, 
Dostlar sarayına aparır bizi. 


_______________ Milli Kitabxana _______________ 
20 
 
Ölüm ki, səndəndir nə qüssə, nə qəm, 
Qoy ölüm, ölümdən mən dad çəkmərəm. 
Hərçəndi dünyada ölüm gerçəkdir, 
Ölüm, ölmək deyil, yer dəyişməkdir. 
O, yemək yerindən yataq yerinə, 
Ordan şah yanına bir yoldur yenə. 
Sənin məclisinə gedən bu yoldan, 
Əbədi yuxudan qaçmaram, inan. 
Sənin şövqin ki, var, mən bəxtiyaram, 
Şad yatıb, hər zaman şad da qalxaram. 
Əgər dərd üzündən qulun Nizami 
Sənə yalvardısa, tut ilticami. 
Dəryandan yüksələn bulut bil məni, 
Yağsam da, boşaltma bu xəzinəni. 
Yüz lüğət yaradıb, yazsa yüz əsər, 
Hər sözün başında səni təriflər. 
O, yüz min üzr ilə qapında durar, 
Bilir ki, boynunda min günahı var. 
O, bütün dərdini danışmaz ki, sən 
Lalların dilini yaxşı bilənsən. 
Xəmirəm qarasa, sən yoğurmusan, 
Xəttim qarışıqsa, özün qurmusan. 
Sən öz xətlərinin hamsını yusan, 
Ömürlük bağlaram ağzımı, inan. 
Bir daha versən də mənə ixtiyar, 
Hakimlər hakimi, ixtiyarın var. 
Ölüm pəncəsiylə döyüşməmiş mən, 
Ruzgarın cilovu çıxmamış əldən, 
Sən mənə rəhm edib, yol göstər yenə
Peyğəmbər qəbrinin ziyarətinə. 
 
 


_______________ Milli Kitabxana _______________ 
21 
 
SONUNCU PEYĞƏMBƏRİN TƏRİFİ 
 
Ey varlıq mülkünə böyük şahsüvar, 
Əqlin sultanısan, zəkavətin var. 
Sonusan o mürsəl peyğəmbərlərin 
Sonun halvasısan, duzu əvvəlin. 
Varlıq bağçasının ilk gülü sənsən, 
Zamanın sonuncu sərkərdəsisən. 
Kifayət mülkünə sənsən hökmüdar, 
Vilayət hökmüdür verdiyin qərar. 
Hər kəs lovğalıqla çıxsa qarşına, 
Bir ədəb qılıncı enər başına. 
Gözlər işıq alır ayaq tozundan, 
Aləm işıqlanır daima ondan. 
Səndən işığını almayan bir şam 
Sönər öz yeliylə, qaralar müdam. 
Ey qəbilələrlə aydın dil tapan 
Vazeh dəlillərlə zərbə vuransan 
Allahın höccəti bütün səndədir, 
Səhərin sirri də o sinəndədir. 
Ey iki dünyanın saray ağası, 
O qabe-qövseynin mahir ustası
9

Ey sonsuz göyləri gəzib bac alan, 
Yetmiş min pərdənin üstə ucalan, 
Ey əqlin və canın fövqində duran, 
Sənə səcdə qılır yerlə asiman. 
Yer göyə dönmüşdür dininlə, gerçək, 
Yox-yox, döşəməndir bu sonsuz fələk. 
Ey altı cəhəti heyrətləndirən, 
Atını çapırsan yeddi göyə sən. 
Altı-yeddi min il keçir o andan 
Ki, bu dəbdəbəni eşitmiş cahan
10

Hər əqlə süfrəndə bir nemətin var 
Qapında qul kimi dayanar ruhlar. 
Ağıl sənsiz olsa, nə çıxar ondan? 
Sənsiz yaşayarsa ölüdür hər can. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə