Microsoft Word leyli v? M?Cnun-nizami g?NC?VI. doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə7/70
tarix30.12.2017
ölçüsü2,8 Kb.
#18762
1   2   3   4   5   6   7   8   9   10   ...   70

_______________ Milli Kitabxana _______________ 
26 
 
Bizim bu dünyada nə dərdimiz var! 
Sən bizə ruh verən günəşsən artıq. 
Daima parlasan, biz də solmarıq. 
Vicdanın mürüvvət dənizidir, bil, 
Nübüvvət göyləri sənin yerindir
31

Sənsiz mürüvvət də, göylər hakimi, 
Xalqa görünməzdi nübüvvət kimi. 
Səndən uzaq düşən hər kəs, hər nəfər 
Səadət üstündən bir qələm çəkər. 
Vəfa kəmərini belə bağlayan 
Düşməz əbədiyyət taxtından bir an. 
Baxıb Irəm bağı bu vüqarına, 
Ətir xərac verir ruzigarına. 
Göylər baratını yazıb göylərə, 
Bir xəzinə kimi qayıtdın yerə. 
Göyləri keçdiyin o sürətlə sən, 
Nolar, Nizamiyə bir söz söyləsən. 
Çoxmu qalacaqsan sən bu niqabda? 
Çoxmu yatacaqsan o rəxti-xabda? 
Bir oyan, üzündən bu örtünü at, 
Şahını şahmatın taxtında oynat. 
O yük dalındakı süfrəni göstər, 
Xəyalım aləmi pərdəsiz istər. 
Iki ağ-qaranın rəngini sil sən
Qaldır ziddiyyəti dörd təbiətdən. 
Iki vəfasızın əhdini bir et, 
Bu dörd ayaqlını özün əlbir et
32

Həyatı kəmalə verəndən bəri 
Həll etdin aləmdə çətinlikləri. 
Nafəndən küləyə bir ətir versən
33

Bizə də pay düşər bu nemətindən. 
Əzəl lövhəsini bilirsən əzbər, 
Ondan bir ayə də bizimçin göndər. 
Zəhmətsiz tapdığın elmdən bir az 
Bizim də dəftərə öz əlinlə yaz. 
Biz kimik, nəçiyik, aç göstər artıq, 
Büt qayıranmıyıq, büt qıranmıyıq
34



_______________ Milli Kitabxana _______________ 
27 
 
Ey mənim işimi düzəldən qüdrət, 
Sənsən Nizaminin qəlbinə qüvvət. 
Könül, gəl bununla qənaət elə! 
O böyük tanrıdan şəfaət dilə! 
Taki bu pərdəni almasın bizdən, 
Bu pərdə qalxmasın heç üzümüzdən. 
 
 
HİKMƏT VƏ MOİZƏ HAQQINDA 
 
Ellik məclisinə verəndə ehsan, 
Şəhərdə badəsiz qalmasın insan. 
Səxavət buludu yağsın aləmə, 
Bütün vücudları gətirsin dəmə. 
Mey kimi tökülsün müzayiqəsiz. 
Gül kimi açılıb gülsün pərdəsiz. 
Parlasın aləmdə bir günəş qədər. 
Ondan işıq alsın sonsuz üfüqlər. 
Hər şeyi elliyə bağışla, gerçək, 
El borclu qalsa da, bu borcdan əl çək. 
Bütün insanlara sual ver bu dəm: 
Nə yolla yarandı boşluqdan aləm? 
Bir söz lazımdır ki, bağlı sirrlər 
Açılsın qönçə tək, şadlansın səhər. 
Baxın əlimdəki şirin şəkərə, 
Onu paylayıram nazəninlərə. 
Dünyaya səpirəm bu şirnini mən, 
Oğlum qulaq assın buna ürəkdən. 
Mən bütün bədənə yem verən zaman 
Öz ciyər param da pay alar ondan
35

Ey varlıq nəqşinin naziri olan, 
Qaldır əngəlləri idrak yolundan. 
Yolunda nə qədər canlılar vardır, 
Sənin varlığına pərəstişkardır. 
Boş təbli döyərək, hay-haray salma
Heç kəsin səsinə biganə qalma. 
Bir toz görünsə də hər zərrə əgər, 


_______________ Milli Kitabxana _______________ 
28 
 
Dünya pərdəsində o da iş görər. 
Göylərə yüksələn bu yeddi hasar 
Zarafat deyildir, öz mənası var. 
Pərdə altındakı bu yeddi rəvaq 
Lovğalıq deyildir, hekmətə bir bax. 
Qısa söz, dünyada nə sən, nə də mən 
Oyuncaq deyilik xilqətimizdən. 
Nə şəhvət, nə yuxu, nə də ki, yemək 
Həyatın mənası olmasın gərək. 
Yatmağı, yeməyi bu aləmdə sən
Eşşək, öküzdə də görə bilərsən. 
Təbiət quranda xilqətimizi, 
Başqa səhifədə yazmışdır bizi. 
Anlayıb, düşünək hər şeyi gərək, 
Hər sirri açmaqla hünər göstərək. 
Yerləri, göyləri öyrənək bir-bir, 
Qalmasın bizimçin açılmamış sirr. 
Görək, kim yaratmış bu təbiəti, 
O kimdir, işinin nədir hikməti? 
Bu varaq üstündə çəkilən hər xətt 
Sənətkar əliylə yaranmış, əlbət. 
Qurğusu düz olan bu şeylər bir-bir 
Mahir bir ustada canlı şahiddir. 
Səni, öz adıyla düz yol göstərən 
O böyük allaha and verirəm mən, 
De, görüm, dünyada bir aynamı var 
Ki, seyqəl verməsin ona sənətkar? 
Seyqəlsiz bir ayna olmaz dünyada, 
Hər sənət bir ustad gətirir yada. 
Həqiqət gözüylə xəyala varsan, 
Hər şeydə qüdrətdən nişan taparsan. 
Baxma ki, nə yolla yaranmış onlar, 
Sənin gözlərində bu qüdrətmi var?! 
Hər şey öz-özünə necə düzəldi, 
Bax, nə cür kainat əmələ gəldi? 
Qoy, sənə şübhəsiz olsun aşikar
Onun başqasına ehtiyacı var. 


_______________ Milli Kitabxana _______________ 
29 
 
Rəsm işi rəssama düşdüyü zaman 
Mən qaxıncdan çıxdım, sən avamlıqdan. 
Dünyada gördüyün hər incə sənət 
Allah əsəridir, ondadır qüdrət. 
Bax, bu ipək rəngli yeddi pərdədən 
Üzsən ayağını, daş yeyəcəksən. 
Bu pərdə dalında o sirrlər ki, var, 
Zənn etmə, çalışsan məlumun olar. 
Xilqətin sirrini az ara, az gəz, 
O, adi gözlərlə görünə bilməz. 
Elə toxunmamış bu ip əzəldən 
Ki, onun ucunu tapa biləsən. 
Tanrı qüdrətiylə düyüm bağlayan 
Bu ipi açmamış, açammaz insan. 
Bu tanrı dastanı necə dastandır? 
Ağıl sahibləri ona heyrandır. 
Xilqətin sirrini bilsə bir nəfər, 
Bu qoca dünyanı o da xəlq edər. 
Acizik aləmi yaratmağa biz, 
Onun əslini də tapmaz əqlimiz. 
Göyün sirr pərdəsi ki, bərqərardır, 
Gözə görünməyən bir sirri vardır. 
Nə qədər oraya at çapsam da mən, 
Bir xəbər öyrənmək gəlmir əlimdən. 
Göyün lövhəsində yanır rəqəmlər, 
O saf ulduzları mən birər-birər 
Nə qədər oxuyub öyrəndim, heyhat, 
Yenə də qəlbimi görmədim rahat. 
Bilirəm, yaranmış hər böyük əsər 
Onun qüdrətiylə açıla bilər. 
O şey ki, bizlərə lap aşikardır, 
Orda da gizli bir xəzinə vardır. 
Çalış, xəzinənin böyük açarı 
Şüşə yox, poladdan qayrılsın barı, 
Taki xəzinəyə çatdığın zaman 
Sən orda zəhər yox, şərbət tapasan. 
Bilirsən, harda ki, bir xəzinə var, 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə