Microsoft Word leyli v? M?Cnun-nizami g?NC?VI. doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə70/70
tarix30.12.2017
ölçüsü2,8 Kb.
#18762
1   ...   62   63   64   65   66   67   68   69   70

_______________ Milli Kitabxana _______________ 
281 
 
Yəni divanə mənəm, zəncirlənməli mənəm, zəncir kimi höruklərin nə üçün sənin 
boynundan asılmışdır? Sən o zənciri-zülfünü mənim boynuma şal! 
77
  İrhəm-türhəm (ərhəm-türhəm) - ərəbcə "rəhm et, sənə  də  rəhm etsinlər" 
deməkdir. Yəni, sən aciz insanların əlindən yapış ki, çətin gündə başqaları da sənə əl 
tutsunlar. 
Qatlandı dizlorim qoşa, "lam" kimi,  
"Yey" kimi bukmüşəm öz əllərimi. 
Ərəb əlifbasında "ü " (1) çəngəl şəklində yazılır və "lam" adlanır, "^" (y) hərfı isə 
qarmaq şəklində yazılır, "yey" adlanır. 
Məcnun deyir ki, mən dərd əlindən dizlərimi iki "lanv' kimi qatlamışam, qollarımı 
isə iki "yey" kimi bükmüşəm və bunların birləşməsindən sevgilimin adı, yəni "Leyli" 
əmələ gəlmişdir. 
Qum kimi səpdi o qum rənglilərə. 
Qum rənglilər sozündə ərəblər nəzərdə tutulur. 
80
 
Zəmzəm – Məkkədə bir su quyusuna verilən addır. Əfsanələrə görə, 
İbrahimxəlil peyğəmbər zamanında, yəni eramızdan təqribən 2800 il 
qabaqqazılmışdır. 
81
 
 
Əqrəb çalmışlara verilsə gərfəs... 
Gərfəz, gərəvüz - səbziyat qismindəndir. El arasında kərəvüzün  əqrəb çalmış 
adama verilməsi zərərli sayılır. 
82
 
 
Hindli fil başına döyər hər yerdə 
Ki, fil Hindistanı anmasın bir də. 
Adət üzrə fılbanlar fili sürərkən toppuzla onun başına vurarlar. Nizami bunu belə 
izah edir ki, filbanlar filin başına onun yeriməsi üçün deyil, onu gicəllətmək üçün 
döyurlər ki, meşələrə qaçmasın. 
83
  
Kölgə özbaşına düşməz quyuya, 
Göydə dayanmamış Ay duya-duya. 
Yəni həyal və kainatın xüsusi bir qanunu vardır, heç şey öz başına hərəkət etmir. 
84
  
Su 
səpdi gülunün yaqut rənginə. 
Yəni o ağlayaraq, alışıb-yanan yaqut rongli yanaqlarının oduna göz yaşları ilə su 
çilədi. 
85
 
 
Sədəfə dürr kimi girdi o nigar. 
Yəni inci sədəfdə gizlənən kimi Leyli də çadırda gizləndi. 
86
 
Qarurə - şüşə, sənək. 
87
 
Xəyzəran - bambuq ağacı. 
88
 
 
Bax, Çinin aynası parladı Çindən, 
Həbəşin qaşları çatıldı birdən. 
Yəni  Çinin aynası (Günəş) Çindən (Şərqdən) baş qadırarkən  Həbəşin 
(qaranlığın) qaşları çatıldı. Günəş parladı, qaranlıq çəkildi. 


_______________ Milli Kitabxana _______________ 
282 
 
89
   Gecənin yolçusu yetişdi haman 
Bir Yusif camalı aldı quyudan. 
Yəni gecənin  yolçusu olan ulduzlar quyunun başına çataraq, oradan bir Yusif 
camallı gözəli (Ayı) çıxarıb öz sıralarına qatdı.  Əfsanəyə görə, Yusifi qardaşları 
quyuya saldıqdan sonra bir karvan oraya yetişib quyudan su çıxarmaq istədikdə Yusifi 
tapmış  və özlərilə  bərabər Misrə aparıb orada qul adına satmışlar. Beytdə ulduzlar 
yolçuya, Ay Yusifə, qaranlıq üfüq isə quyuya təşbih olunur. 
90
  
Ulduzlar 
içində o parladı tək, 
Göy Misri Nil kimi coşmuşdu, gerçək. 
Yəni Ay ulduzların içində parlayarkən göy Misrinin bazan Nil çayı kimi coşdu. 
Yəni misirlilər Yusifın camalından vəcdə gəlib onu almağa cəhd etdiyi kimi, ulduzlar 
da Ayı araya almaq uçün Nil çayı kimi coşub həyəcana gəldi.  
91
 
 
Saleh bir quş idi o yazıq qarğa,  
Salehilər kimi geymişdi qara. 
Saleh - peyğəmbərlərdən birinin adı və ərəbcə xeyirxah mənasındadır. Əfsanələrə 
görə, Salehin bir dəvəsi var imiş ki, peyğəmbərin bütun gücü də ondaymış. 
Düşmənləri bu dəvəni öldürdükdon sonra Salehin tərəfdarları qara geyinib matəm 
saxlamışdı. Şair qarğanı xeyirxahlıqda Salehə, sakitlikdə onun dəvəsinə və qaralıqda 
matem libası geymiş salehçilərə oxşadır. 
92
 
 
Mən İsmayıl kimi saxlaram ədəb, 
İncisəm, qoy olum İsmayılməzhəb. 
İsmayil  İbrahim peyğəmbərin oğlu idi, dini əfsanələrə görə, atası onu qurban 
kəsmək istədikdə, o, bu təklifı razılıqla qəbul etmişdi. Məcnun dəxi sevgilisinə deyir 
ki, sən mənim başımı kəssən də (İsmayıl kimi), ədəb gözləyib etiraz etmərəm. Əgər 
belə etməyib səndən incisəm İsmayılməzhəb olum. 
İsmayılməzhəb - VIII əsrdən başlayaraq, müsəlman  şərqində geniş surətdə 
yayılmış  İsmaililər təriqətinə  mənsub olanlara deyilirdi. Sonralar ismaililərin 
həşşatilər, əsasiyyun, Fatimiyyun adlanan qolları əmələ gəlmiş, bir sıra gizli sui-qəsd 
qruplar təşkil edib İran-Səlcuq hökmdarlarına qarşı mübarizə aparmışlar. Başçıları 
iflas etmiş zadəganlardan ibarət olan bu təriqət, yoxsul kəndli və  sənətkar 
kütlələrindən öz məqsədləri üçüıı geniş istifadə etmiş və bərabərlik şüarını öz siyasi 
görüşlərində irəli sürmüşlər. 
93
 
 
Nərgizlə suvardı qız ərğəvanı. 
Yəni  Qızın nərgiz (çiçək adıdır) gözündən axan yaşı onun ərğəvan (qırmızı) 
yanaqlarını islatdı. 
94
  
Atlardan 
"ərəbi", "bəxti", "təkavər"... 
"Bəxti", "ərəbi", "təkavər" - hər üçü at cinsləridir. 
95
 
 
Ləli od verirdi, bulağı da su. 
Yəni dodaqlarından od qalxırdı. gözlərindən isə yaş axırdi; Yenicə Ay görmüş 
başı zədəli. 
 


_______________ Milli Kitabxana _______________ 
283 
 
Yəni yeni Ay görmüş dəli. Dəlinin Ay gördükdə coşması məşhur bir misaldır. 
97
 Müğilan - dəvətikanı. 
98
 Zənci yuyunmaqla çinli olmadı. 
Yəni qara yuyunmaqla ağarmadı. 
99
  
Bir 
küncə qısılıb qaldı o baxtsız, 
Bircə dörd künclünu gözlədi yalnız. 
Yəni bir küncə qısılıb dörd künclü qəbrin (ölümün) yolunu gözlədi. 
100
Tuşə- azuqə. 
101
   
Xəzinəni atıb, kim yesə torpaq, 
O, ağıllı deyil, ilandır ancaq. 
Yeni: xəzinənİ saxlayıb torpaq yeyənlər ağıllı adam olmayıb, ilandırlar. Əfsanəyə 
gorə, ilan xəzinə üzərində yatır, gündə bir toz qədər torpaq yeyir. 
102
  
Axır libasıma göz qaram hər dəm. 
Yeni gozümün qarası hər an göz yaşımla birlikdə libasıma axır. 
113 
Lahövlə vəla (qüvvətə illa billah) - Allahdan başqa heç kəsdə qüdrət yoxdur. 
104
 Fərqəd - Şimal qütbünə yaxın olan iki kiçik və parlaq ulduzdan biridir. 
105
 Pərvin (yaxud Sürəyya) - səmada boyunbağıya oxşar ulduz toplusu. Sonrakı 
beytlərdə də bürclərin və ulduzların vəziyyəti göstərilir. 
106
  
"Yetim 
süfrəsinə" xeyirxahlartək 
Qüfr tullamışdı altı pay çörək. 
Yəni Qüfr (Ay mənzillərindəndir) səxavəti adamlar kimi "yetimlər süfrəsi"nə altı 
çörək salmışdı. "Yetimlər süfrəsi" ulduzlar qrupudur ki, onda altı ulduz vardır. Şair 
bu ulduzları kökəyə (qoğala) oxşadır. 
107
   
Səhər çağının da Qurd nəfəsi var. 
Yəni səhərin soyuq nəfəsi, nəsimi vardır. Qurd nəfəsi eyni zamanda səhər görünən 
ulduz adıdır. 
108
  
Boyu 
"əlif' kimi: ağzı "mim" kimi, 
Qıvrılmışdı saçı onun "cim" kimi.  
Deyirdi: - Adımdır mənim də bu "cam",  
Dünyanı göstərir özündə bu cam. 
"Əlif (I) hərfı ərəb əlifbasında düz,  şaquli, "raim"  ağzı düyməli, "cim" isə qıvrım 
yazılır. Şair gözəlin saçım "cim"ə, qəddini "əliP'ə, ağzım "mim"ə oxşadır və onların 
birləşməsindən "cam" (? ) əraələ gəldiyini söyləyir. 
109
   
Dörd atdan piyada qalsan sən əgər
Bu düyün o zaman açıla bilər. 
Dörd at sözünə iki məna vermək olar, birinci dörd ünsür, (su, torpaq, od, hava), 
ikinci isə dörd həyati zovq (yemək, içmək, ehtirası təmin, yuxu). 


_______________ Milli Kitabxana _______________ 
284 
 
 
Beytin məzmunu ikinci mənaya daha yaxındır. Yəni  əgər sən dünyanın  əsas 
ləzzətlərindən əl çəksən, bütün düyünləri aça bilərsən. 
110
  
Möhrəsiz və gözsüz oyun çıxardar, 
Ayaqsız, miniksiz çapmağımız var. 
Yəni aşıqsız vo taxtasız nərd və  şahmat oynayır, ayağı  və atı olmadan minib 
çapırıq. 
111
  Əmr-As (Əmr  İbn As) - Böyük xəlifələr zamanı dördüncü xəlifə  Əlinin 
əleyhinə olub, Müaviyəni xəlifəliyə layiq bilən hiyləgər diplomat. 
112 
 Tüküm 
dilə dondü, dilim də tükə. 
Yəni tüklərim dilə gəldi, dilləndi, dilim isə tük kimi incaldi. 
113
  
"Lam 
əlifla" ki, bax, ayrı deyildir. 
"Lam əlifla" ərəbco iki hərfin "1" ve "a" hərflərinin birləşməsindən əmələ gəlir və 
lüğəvi mənası "yox" deməkdir. Misranın mənası odur ki, mən "Ia" kimi "yox" olsam 
da, bu yoxluq "lam" ilə "əlİf'in, yeni səninlə mənini birləşməyimin nəticəsidir. 
       114 
Təmuz- iyul ayı. 
       115
 
 
Qəm də xilas oldu xəzinədardan. 
Yəni qəm onu öz ürəyində həbs edən, onun xəzinədarı olandan xilas oldu. Yəni 
Leyli vəfat etdi və qəm də onun sinəsindən uçub getdi. 
116
  
Özünə şəbə de, Şəbdiz söyləmə. 
Yeni qara olsan da Şəbdiz (qara at, Şirinin məşhur atının adı) deyilsən, kiçik bir 
şəbəsən (qara muncuqsan.) 
117
  
Qismətin Ay kimi qəribliksə, bil. 
Qədim astrologiyada Ayın hər ayda bir bürcdən və hər gün burcün bir dişciyindən 
çıxması  rəvayət olunurdu. Beləliklə  də, iki gün bir yerdə dayanmayan Ay qəriblik 
timsalı kimi tərənnüm edilmişdir. 
118
  
Gedir 
sənin Rəxşin mendən irəli. 
Yəni sənin atın məndsn qabaqda gedir, sən tez öldun, vüsal mənzilinə məndən tez 
çatdın. Rəxş – məşhur Rüstəm Zalın atının adıdır. 
119  
Səcdə edənlərin Səlcuqisən sən. 
Səlcuq - səlcuqilər sülaləsinin banisidir. Burada səcdə edənlərin pənahı, 
pərəstişgahı mənasında işlənmişdir. 
120
  

nalını salan daşı al ələ, 
Qaldır öp, "Nə gözəl ləlsən" söylə. 
Yəni ayağına toxunan daşı öp, gözünün üstünə qoy və gözəl ləl adlandır. Pisliyə 
qarşı yaxşılıq et. 
121
  Küstax - kobud, dikbaş, qorxmaz, ədəbsiz. 


_______________ Milli Kitabxana _______________ 
285 
 
KİTABIN İÇİNDƏKİLƏR 
 
İnsan dühasının əlçatmazlıq nümunəsi…………………………………4 
"Ey adı ən gözəl başlanğıc olan"………………………………………15 
Sonuncu peyğəmbərin tərifi……………………………………………21 
Peyğəmbərin meracı…………………………………………………… 23 
Hikmət və moizə haqqında…………………………………………… 27 
Kitabın  yazılmasının səbəbi……………………………………………33 
Axsitanın tərifi………………………………………………………… 38 
Padşaha xitab ……………………………………………………………43 
Şahzadənin tərifi və oğlumun ona tapşırılması…………………………45 
Məni inkar edənlərdən şikayət…………………………………………47 
Şikayətin üzrü…………………………………………………………..50 
Oğlum Məhəmmədə nəsihət……………………………………………51 
Az danışmağın gözəlliyi………………………………………………52 
Ölən qohumlarımdan xatirələr…………………………………………53 
Atamın xatirəsi…………………………………………………………53 
Anam Rəisənin xatirəsi…………………………………………………54 
Dayım Xacə Ömərin xatirəsi……………………………………………54 
Keçmiş müsahiblərin xatirəsi və başqaları ilə müsahiblik   ……………55 
Vücudu unutmaq……………………………………………………… 55 
Şöhrəti unutmaq…………………………………………………………56 
Keçən ömrü unutmaq……………………………………………………56 
Alçaqlığı və yaltaqlığı rədd etmək………………………………………57 
Zülmə qatlaşmamaq……………………………………………………58 
Padşahların qulluğunu tərk etmək……………………………………… 58 
İnsanların işinə və nızisinə əl uzatmamaq………………………………59 
Şadlıq və qənaət…………………………………………………………60 
Şadlıqla xalqa xidmət etmək ……………………………………………60 
Təvazökar ol……………………………………………………………61 
Xəlvətə çəkilib söz yaratmaq……………………………………………62 
Dastanın başlanğıcı…………………………………………………….62 
Leyli ilə Məcnunun sevişməsi…………………………………………67 
Məcnunun eşqi haqqında………………………………………………70 


_______________ Milli Kitabxana _______________ 
286 
 
 
 
Məcnunun Leylinin tamaşasına getməsi………………………………72 
Məcnunun atasının Leyliyə elçi getməsi………………………………74 
Leylinin eşqi ilə Məcnunun ağlayıb sızlaması…………………………77 
Atasının Məcnunu Kəbəyə aparması……………………………………81 
Məcnunun atasınin Leyli qəbiləsinin qəsdindən xəbər tutması…………84 
Atasının Məcnuna nəsihəti…………………………………………… 88 
Məcnunun  atasına cavabı……………………………………………… 91 
Leylinin əhvalı haqqında………………………………………………94 
Baharın tərifi və Leylinin xurmalıq tamaşasına getməsi………………98 
İbn Səlamın Leylini istəməsi…………………………………………102 
Nofəlin Məcnunla tanış olması ……………………………………….104 
Məcnunun Nofələ acıqlanması……………………………………….109 
Leylinin qəbiləsi ilə Nofəlin müharibə etməsi…………………………110 
Məcnunun Nofələ acıqlanması……………………………………….115 
Nofəlin ikinci muharibəsi…………………………………………….116 
Məcnunun ahuları azad etməsi ……………………………………….122 
Məcnunun maralı azad etməsi…………………………………………125 
Məcnunun qarğa ilə söhbəti……………………………………………128 
Qarının Məcnunu Leylinin qapısına aparması…………………………130 
İbn Səlamın dastanı……………………………………………………134 
Leylinin İbn Səlama verilməsi…………………………………………136 
Leylinin İbn Səlamin evinə köçməsi…………………………………138 
Leylinin ərə getməsindən Məcnunun xəbər tutması…………………140 
Leylinin xəyalına Məcnunun şikayət etməsi…………………………143 
Atasının Məcnunun görüşünə getməsi…………………………………147 
Məcnunun atasına cavabı………………………………………………152 
Atasının Məcnula vidalaşması…………………………………………154 
Atasının  ölümündən Məcnunun xəbər tutması………………………159 
Məcnun vəhşilər arasında…………………………………………… 163 
Hekayət………………………………………………………………..166 
Məcnunun ulduzlara şikayəti …………………………………………169 
Leylinin məktubunun Məcnuna yetişməsi……………………………174 
Leylinin məktubunu Məcnunun oxuması……………………………180 
Məcnunun məktubunu Leylinin oxuması……………………………184 
Məcnunun dayısı Səlim Amirinin Məcnunu görməyə galməsi………190 
Hekayət………………………………………………………………...193 
Anasının ölümündən Məcnunun xəbər tutması………………………197 
  


_______________ Milli Kitabxana _______________ 
287 
 
 
Leylinin Məcnuna sifarişi……………………………………………...200 
Məcnunun qəzəl oxumağı……………………………………………...205 
Bağdadlı Səlamın Məcnunun görüşünə getməsi ………………………210 
Məcnunun əzəməti haqqında…………………………………………..216 
Zeydlə Zeynəbin sevgisi haqqında…………………………………….218 
İbn Səlamın ölümü…………………………………………………….225 
Zeydin İbn Səlamın ölüm xəbərini gətirməsi………………………….229 
Leylinin Allaha yalvarması…………………………………………….232 
Leyli ilə Məcnunun görüşməsi……………………………………........233 
Payızın yetişməsi və Leylinin ölməsi………………………………….245 
Leylinin ölümündən Məcnunun xəbər tutması………………………...252 
Barğadlı Səlamın ikinci dəfə Məcnunun görüşünə gəlməsi…………...258 
Leylinin qəbri üzərində Məcnunun ölməsi……………………………261 
Zeydin Leyli və Məcnunu yuxuda görməsi……………………………266 
Kitabın sonu……………………………………………………………270 
İzahlar………………………………………………………………….274 
  


_______________ Milli Kitabxana _______________ 
288 
 
 
 
 
 
 
 
Buraxılışa məsul:  
 
Əziz Gübliyev 
Texniki redaktorlar:   
 
Rauf Cəprov 
Rövşən Ağayev 
Tərtibatçı-rəssamı:  
 
Nərğiz Əliyeva 
Kompyuter səhifələyicisi:  
Alianna Duxanina 
Kompyuter yığıcıları :  
 
Bəsti Cəfərova 
Aygün Məmmədova 
Korrektorlar: 
   Elmira Teymurova 
Aysel Qarayeva 
 
 
Yığılmağa verilmişdir 28.04.2004. Çapa imzalanmışdır 10.11.2004. Formatı 60x90 l/16,  
Fiziki çap vərəqi 8. Ofset çap üsulu. Tirajı 25000. Sifariş 158. 
Kitab "Şərq-Qərb" mətbəəsində çap olunmuşdur. Bakı, Aşıq Ələsgər küç., 17. 
 
 
 
 
 
000001 
 
  
 

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə