Microsoft Word leyli v? M?Cnun-nizami g?NC?VI. doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə8/70
tarix30.12.2017
ölçüsü2,8 Kb.
#18762
1   ...   4   5   6   7   8   9   10   11   ...   70

_______________ Milli Kitabxana _______________ 
30 
 
Qoynunda zəhər də, dərman da saxlar. 
Musa gövhər tapdı xəzinələrdə, 
Qarun da boğuldu ləli-gövhərdə
36

Arada ixtilaf, dava oldusa, 
Yenə Qarun öldü, qazandı Musa. 
Varlıq cədvəlini quran sənətkar 
Bilinməz şeylərə çəkmişdir hasar. 
Ən uca nöqtəni aşarsa bir xətt, 
Öz əski halına meyl edər fəqət. 
Fikir nə zaman ki, son xəttə çatar, 
Dayana bilməyib geri qayıdar.  
Pərgar dolansa da öz dövrəsinə, 
Birinci nöqtəyə qayıdar yenə. 
Dünya dövrəsində bu həlqə ki var, 
Onu bu məqsədlə bağlamışdırlar. 
Ki, hər kəs başını çıxartsa ondan, 
Qapı həlqəsi tək qala sərgərdan, 
Əl vurma fələyin bu zəncirinə, 
Bil ki, bu zəncirin sonu var yenə. 
Baxma ki, nə höküm vermiş təbiət
Onun da bir sonu olacaq, əlbət. 
Bundan xaricdə də bir dərgah durur, 
Ağlayıb sızlamaq onun yoludur. 
Elə bir pərdədən nəfəs al ki, sən, 
Hər şey düz qurulmuş haman pərdədən. 
Bu yeddi fələyə nəzər yetir bir, 
Xəyalın rəqsinə pərdə düzəldir. 
Olmaz o pərdəylə səsləşmək bir az, 
Onu öz-özünə tanımaq olmaz. 
Sən haman pərdəni axtarsan əgər
Bil ki, öz pərdən də yadından gedər. 
Çalıb oxumaqda Barbüd olsan da
37

Pərdəsiz bu saza toxunma əsla 
Pərdəsi yırtılmış xudbinlə yəqin, 
Dalında durma sən heç bir pərdənin.  
Sən də Nizami tək bir pərdə axtar, 
O vaxt yaxşılıqla şöhrətin artar. 
 
 
* * * 
 


_______________ Milli Kitabxana _______________ 
31 
 
Yenəmi alçalaq biz torpaq kimi, 
Ruzgara baş əyək bir yarpaq kimi? 
Yenəmi yel olub torpaq sovuraq, 
Xəzəllə, tikanla oynayıb duraq? 
Torpaqdan nə qədər xərc alsa ruzgar
Aldığı torpaqla çuxur doldurar. 
Bundan aldığını ona verərək, 
Aldığı mayanı qaytarır külək. 
Bu qat-qat yerlərə diqqətlə bir bax, 
Torpaqdan qurulmuş bu yerlər ancaq, 
Gah zəlzələ qopar, gah sellər axar, 
Torpaq tuta bilməz bir yerdə qərar. 
Zəlzələ batırar, su yuyar onu, 
Sonra düzəngaha çevrilər sonu. 
O vadi, zamanın hökümləriylə 
Dönüb qışlaq olur obaya, elə. 
Bu fani torpaqdan hər arxı bir su, 
Bir də külək qazmış, sözün doğrusu. 
Yerin hüdudundan o tərəfdə də 
Bulutlar, fələklər qaçışır yenə. 
Onlar bir-birinə sarılmış bərk-bərk, 
Hamsı top kimidir, gəzir kürə tək. 
Bu kürə şəklində yalnız yer deyil, 
Hər xətt ki, hərlənir yuvarlaqdır, bil. 
Tüstü bu dərədən qalxar yuxarı, 
Iki-üç cidalıq gəzər ruzgarı, 
Sonra əyilərək, geriyə dönər, 
Bu yer kürəsinin başına enər. 
Pərgar xətti kimi dolanan fələk 
Yalnız bu qaydayla dövr edir, gerçək. 
Səhradan bir bulut qalxarsa əgər, 
Ucalar müəyyən nöqtəyə qədər. 
Uçar ucalığın son zirvəsinə
Lakin o sərhəddi aşammaz yenə. 
O da dairədə dolanıb qalar, 
O da bir dairə şəklini alar. 
Çadır tək çataraq bulut qaşını, 


_______________ Milli Kitabxana _______________ 
32 
 
Yerin üfüqünə qoymuş başını. 
Onun qoşununa yetirsən nəzər, 
Dairə olmağa o da meyl edər. 
Hər sadə damcının əsil cövhəri 
Dəryaya meyl edir əzəldən bəri
38

Bax, yeddi dalğalı bu çərxi-fələk 
Getdikcə yüksəlir, hey yüksələrək. 
Üfüqdə də olsa, göydə də olsa, 
Həmişə yüksəlmək adətdir ona. 
Onun bu uçuşu bənzər xəyala
O da ucaldıqca yetər kamala. 
Fələkdən yuxarı dolaşma artıq, 
Ondan da yuxarı yoxdur ucalıq. 
Hələ açılmamış elm ilə göylər, 
Lakin hər elm də gülür bir səhər. 
Bir qara pul olsun, bir arpa əgər, 
Onda dörd gövhərdən tapılar əsər
39

Toxum göyərsə də torpaqdan, sudan, 
Bu sirri axtarıb tapmamış insan. 
Toxumu bəsləyən torpaqdır ancaq. 
Ona şəkil də mi verir bu torpaq? 
Nizamsız olsaydı yeraltı bir an, 
Salxım olardımı, deyin, toxumdan? 
Tutaq, salxım olur bir dənin sonu, 
Şəkil qalıbına kim salır onu? 
Fikri dolaşdıran bu pərdə də bir, 
Halları dəyişən səbəb gizlənir. 
O səbəb nədirsə sənin yanında, 
Aç, söylə, gizləmə onu canında. 
Bir səbəb gördükdə arif olanlar 
Anlar ki, yaratmış onu səbəbkar. 
Nizami, uzaqlaş bu fikirlərdən
Düşmə bu dünyanın tələsinə sən. 
 
 


_______________ Milli Kitabxana _______________ 
33 
 
KİTABIN YAZILMASININ SƏBƏBİ 
 
Bir gün nəşəliydim, aləm şad kimi, 
Dəmlər içindəydim Keyqubad kimi
40

Qaşlarım açıqdı, sanki bir kaman, 
Qarşımda dururdu yazdığım divan. 
Üzümə tutmuşdu güzgüsünü baxt, 
Səadət saçımı darardı, o vaxt, 
Dəstə bağlamışdı güllərdən səhər, 
Səhəri oxşardı yaqut şəfəqlər. 
Könül pərvanəsi əlində çıraq, 
Mən bülbül olmuşdum, məst olmuşdu bağ. 
Bayraq qaldırmışdım söz zirvəsinə, 
Hünər lövhəsini yazırdım yenə. 
Qələm dimdik olub deşirdi ləli, 
Turaca dönmüşdü təbimin dili. 
Qəlbim deyirdi ki, söz əməyimdir, 
Səadət yoldaşım, bəxt köməyimdir. 
Yenəmi dünyada boş nəfəs alım? 
Yenəmi aləmdən kənarda qalım? 
Dövran şadlıq bəzmi qurandan bəri 
Qovdu məclisindən boş gəzənləri. 
Mədəsi ac olan işsiz bir köpək 
Boş-boş oturmaqla taparmı çörək? 
Bu dünya səsiylə səsləşənindir, 
Dövranla düz gəlsən, dövran sənindir. 
Başını yuxarı tutmaq istəsən, 
Hava tək hamıyla sazişə gir sən. 
Güzgü tək hər yerə qoyulsa əgər, 
Yalandan özündə bir şey göstərər. 
Sənətin ziddinə söz danışanlar 
Əyri pərdə kimi yanlış çalarlar
41
 
Sən ey padşahım, böyüksən əgər, 
Iltimas edərsən məndən bir hünər. 
Bu fala mən qürrə atdığım anda 
Ulduzlar keçirmiş eyni zamanda
42



Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə