Microsoft Word leyli v? M?Cnun-nizami g?NC?VI. doc



Yüklə 2,8 Kb.

səhifə9/70
tarix30.12.2017
ölçüsü2,8 Kb.
1   ...   5   6   7   8   9   10   11   12   ...   70

_______________ Milli Kitabxana _______________ 
34 
 
Hər zəhmət sonunda bir səadət var
Bəxti olanlar da xəzinə tapar. 
Bu zaman bir elçi gəldi eyvana, 
Şahın məktubunu gətirdi mana 
On-on beş sətirdi şahın bu sözü 
Gözəl xətti ilə yazmışdı özü. 
Hər hərfi bağ kimi güllər açmışdı, 
Bir şəbçıraq kimi şəfəq saçmışdı: 
"Ey söz dünyasına hakim Nizami, 
Qulluğa məhrəmsən tut ilticamı. 
Səhər yuxusunun pərdəsini at, 
Yenə söz oynadıb bir sehir yarat. 
Əqli heyran qoyan söz meydanında 
Min şirinlik göstər hər dastanında. 
Istərəm Məcnunun böyük eşqinə 
Bir söz xəzinəsi açasan yenə. 
Bakirə Leyli tək, ey böyük ustad! 
Şerdə iki-üç bakir söz yarat. 
Deyim, bu şəkərdir, deyildir acı, 
Deyim ki, bu sözdür başımın tacı. 
Min eşq kitabından yüksək və təzə, 
Sən öz qələminlə bir dastan bəzə. 
Bu mövzu şahıdır bütün sözlərin, 
Layiqdir bu sözə sənin hünərin. 
Bu təzə gəlinə, çəkəndə zəhmət, 
Fars, ərəb diliylə vur ona zinət. 
Sözün sərrafıyam, sən ki, bilirsən, 
Təzəni köhnədən tez seçərəm mən. 
Qüdrətin böyükdür ona-on yarat, 
Onda beş verməyi bir dəfəlik at! 
Kamal cövhərinin xəzinəsindən 
Gör, kimin sapına inci düzürsən. 
Türk dili yaramaz şah nəslimizə
Əskiklik gətirər türk dili bizə. 
Yüksək olmalıdır bizim dilimiz, 
Yüksək yaranmışdır bizim nəslimiz". 
Qulluq halqasına düşdü qulağım, 


_______________ Milli Kitabxana _______________ 
35 
 
Qan vurdu beynimə, əsdi dodağım. 
Nə cürətim vardı ki, evdən qaçam. 
Nə də gözüm vardı, xəzinə açam. 
Ömrüm viran oldu, solub saraldım, 
Bu əmrin önündə cavabsız qaldım. 
Sirrimi deməyə bir məhrəm hanı? 
Ona söyləyəydim bu macəranı. 
Qəlbimdə can kimi əzizim olan 
Məhəmməd Nizami oğlum bu zaman 
Bu gözəl mövzuya könül verərək, 
Oturdu yanımda o bir kölgə tək. 
Öpdü ayağımı xeyli mehriban. 
Dedi: "Ey göylərə meydan oxuyan, 
"Xosrovi-Şirini" yazıb yaratdın, 
Hər duyan könüldə bir zövq oyatdın. 
Leyli-Məcnundan da yarat bir əsər, 
Cüt olsun yazdığın qiymətli gövhər. 
Bu gözəl mövzuda böyük sənət var, 
Xoşdur qoşa gəzsə cavan tovuzlar. 
Bir də ki, Şirvanşah, o baş hökmüdar 
Şirvana, Irana olmuş şəhriyar. 
O rütbə verəndir, nemət verəndir, 
Şerə, sənətə də qiymət verəndir. 
O səndən bir əsər edir iltimas, 
Sən də hünər göstər o əsəri yaz". 
Dedim: "Aynaüzlüm, sözündə möhkəm, 
Sözün yerindədir, haqlısan bu dəm. 
Lakin, iki səmtə əsir bu ruzgar
Fikir çox genişdir, könül mülkü dar. 
Əfsanə dəhlizi dar olsa əgər, 
Sənətin sözü də yolda ləngiyər. 
Gərək söz meydanı gen olsun müdam, 
Atını dörd nala səyirtsin ilham. 
Bu ayə olsa da aləmə bəlli, 
Qəlbə gətirməyir şadlıq, təsəlli. 
Şadlıqdır, eyhamdır sözün arğacı, 
Bunlarla düzəlir söz ehtiyacı. 


_______________ Milli Kitabxana _______________ 
36 
 
Kədərlə, zəncirlə bağlansa dastan, 
Sözlər çılpaq olar, can sıxar, inan. 
Onu həddən artıq bəzəsən əgər, 
Dastanın üzünə ləkələr düşər. 
Yoxsa çıxış yolu bu vəziyyətdən, 
Mütləq bir neçə söz deməliyəm mən. 
Bu dastanda nə bağ, nə ucalıq var, 
Nə çalğı, nə şərab, nə xoşbaxtlıq var. 
Qumsala, daşlığa ilham gedərmi? 
Getsə də, torpağa təsir edərmi? 
Hər şer şadlıqla gəlsə nəfəsə, 
Beyit hadisəylə başlayar rəqsə, 
Odur ki, dünyada əzəl zamandan 
Kədərdən, qüssədən qaçmışdır insan. 
Dərd yazan şairlər qanad salmışdır, 
"Leyli və Məcnun"sa sözsüz qalmışdır... 
Indi şah dil tökür bu təmtəraqla, 
Deyir: "Bu kitabı adıma bağla". 
Mənzil dar olsa da, bu gündən belə 
Mən Leyli-Məcnunu incəliyilə 
Bəzəyib bir zinət vurum ki, ona, 
Gövhərlər səpilsin şahın yoluna. 
Oxucu pərişan olsa da bundan, 
Qoy eşqə can versin onda varsa can. 
Yenə də öz oğlum dinlədi məni, 
O açdı üzümə bu xəzinəni, 
Ömrümün ilk gülü o təkcə balam
O ağız ləzzətim, o son piyalam 
Dedi: "Ey kəlamı ekizim ata
44

Əsəri qardaşım, əzizim ata, 
Yarat bu dastanı rəngli, boyalı, 
Qoyma ki, süstləşə nəzmin xəyalı. 
Harda ki, eşq əli bir süfrə açar, 
Bu gözəl hekayə ona duz saçar. 
Bütövsə, parçasa hələ bu duzlar, 
Süfrədə bişməmiş çiy kabab da var. 
Sənin qüdrətinlə duz əziləcək, 


_______________ Milli Kitabxana _______________ 
37 
 
Kabab da səyinlə bişə biləcək. 
Bu qədər nazəndə, incə bir dilbər 
Nədən çılpaq qalsın bu vaxta qədər. 
Onu bəzəməmiş arif əlləri, 
Odur ki, çılpaqdır o gözəl pəri. 
O, candır, can üçün çalışmayanlar 
Həmişə borc geyər əyninə paltar. 
Can bəzənməlidir can bəzəyilə, 
Canından keçməmiş bir insan hələ. 
Nəfəsin can verir xalqa cahanda, 
Sənin məhrəmindir bu gözəl can da. 
Səndən söz yaratmaq gözlənsin gərək, 
Məndən dua etmək, bəxtdən də kömək", 
Danışıb qurtardı o ciyərparam, 
Onun xatirinə söz aldı ilham. 
Gövhər axtarmağa başladım yenə, 
Kimyalar açaraq girdim mədənə. 
Təbim də ən qısa bir yol axtardı, 
Yol uzunluğundan qorxum da vardı. 
Nə bundan qısaca yol var hələlik
Nə də bundan qıvraq, iti bir minik. 
Bəhrin suyu yüngül, özü axardır, 
Canlı, nəfəs alan balığı vardır
45

Çox bu şirinlikdə söz deyən olar, 
Sanma ki, onlarda bu təzəlik var. 
Hələ üzücülər qəlb dənizindən 
Belə saf bir inci tapmamış, bilsən. 
Hər beyti, sapdakı incilər kimi, 
Parlayır eybsiz bir hünər kimi. 
Mən bu inciləri gəzəndə bir-bir, 
Ayağım tük qədər sürüşməmişdir. 
Qəlb cavab- verirdi mənə ürəkdən, 
Bulaq su verirdi yer qazdıqca mən. 
Əqildən aldığım bu gəlir, dövlət 
Yalnız əsərimə vururdu zinət. 
Dörd min beytdən də çoxdur bu dastan, 
Dörd aydan az vaxta yazmışam, inan! 



Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   70


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə