Microsoft Word ?Li k?Rim doc



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə1/22
tarix25.08.2018
ölçüsü0,7 Mb.
#64065
  1   2   3   4   5   6   7   8   9   ...   22


 
 
 
 
Əli Kərim 
 
 
 
 
 
 
1
“Müasirlərim” seriyasından: Əli Kərim 
 
 
SONA XƏYAL 
 
 
 
 
 
 
 
 
 
 
ƏLİ  KƏRİM 
 (yaradıcılığı əsasında) 
 
 
 
 
 
 
 
Bakı — 2011 
           


 
 
 
 
 
Sona Xəyal 
 
 
 
 
2
 
Kitab Əli Kərimin yubileyinə ithaf olunur 
 
Redaktor: 
Tahirə Həsənzadə 
Tarix üzrə fəlsəfə doktoru 
 
Ön sözün müəllifi: 
Fikrət Qoca 
 
 
Sona Xəyal.  
Əli Kərim (yaradıcılığı əsasında)
Bakı, ____ 2011, 102 səh. 
 
 
 
AMEA-nın Məhəmməd Füzuli adına  Əlyazmalar  İnstitutunun 
böyük elmi işçisi, Azərbaycan Yazıçılar Birliyinin “İRS” komissiyasının 
sədri Sona Xəyalın 70-ə yaxın (təlif və  tərtib) kitabı  nəşr olunub. Növbəti 
kitabında oxuculara “Müasirlərim” seriyasından  Əli Kərim (yaradıılığı 
əsasında) monoqrafiyası təqdim olunur. Kitab 2006-cü ildə qələmə alınıb. 
 
 


 
 
 
 
Əli Kərim 
 
 
 
 
 
 
3
 
 
 
 
 
ÖN SÖZ ƏVƏZI 
Qarşımda böyük şairimiz  Əli Kərim haqqında 
yazılmış növbəti kitabın əl yazmasıdır. Bu kitabın müəllifi 
şair, ədəbiyyat araşdırıcısı Sona Xəyaldır. Bu kitab Sona 
xanımın “Müasirlərim” seriyasından olan on yeddinci 
kitabıdır. Sona Xəyalın hansı dərinlikdə işlədiyini bu giriş 
sözündə müzakirə mövzusuna çevirmək istəmirəm.  Əhatə 
etdiyi  ədəbiyyat  ərazisi çox geniş  və  rəngarəngdir. O, 
ustad qəzəlxan Hacı Maildən Rəsul Rza, Nigar Rəfibəyli
Anar, Cabir Novruz, Məmməd  Araz, Zeynal Xəlil, Elçin, 
Əli Tudə, Çingiz Əlioğlu, Vaqif Səmədoğlu, nəhayət,  Əli 
Kərimə kimi geniş  və  fərqli bir ədəbiyyat  ərazisini  əhatə 
edir. Burada adlarını  çəkdiyim, çəkmədiyim bu on səkkiz 
yazıçının hər birinin yaradıcılığını araşdıran bir tənqidçi 
var. Bəzi oxucular onlardan  on altıncı şairi bəyənməyə də 
bilər. Lakin Əli Kərim mövzusunda, Əli Kərim nöqtəsində 
onlar hamısı Sona xanımla yanaşı fikir yoldaşı olacaq. Əli 
Kərim mövzusundan çıxanda yenə  hər kəs öz səmtinə, öz 
mövzusuna doğru gedəcək.  


 
 
 
 
 
Sona Xəyal 
 
 
 
 
4
Poeziya da bir vətəndir. Onun da öz pirləri, ziya-
rətgahları var. İstəyirsiniz buna bütpərəstlik elementi 
deyin, istəyirsiniz qədirşünaslıq heykəli deyin, bunlar var. 
Oraya hər kəs öz inamını, məhəbbətini götürüb gəlir. 
Səcdə olunan şairin yaradıcılığı kimi ora gətirilən hədiyyə 
də müqəddəsdir. Hədiyyəni müzakirə etməzlər.  
Bu kitab da Sona xanımın hədiyyəsidir.  
Sonda Sona xanımın bu Əli Kərim ziyarətinin Allah 
və oxucular tərəfindən yaxşı  qəbul olunmasını arzu 
edirəm. 
 
Fikrət Qoca  
xalq şairi 
 


 
 
 
 
Əli Kərim 
 
 
 
 
 
 
5
 
 
 
 
 
 
ƏLİ KƏRİM POEZİYASININ CAZİBƏSİ 
 
Allah-təala peyğəmbərə şeirlə zinət vermədi, amma 
peyğəmbəri belə, mədh edə biləcək şairlər zümrəsi yarat-
dı. Niyə yaratdı? Sözün sirrini, sehrini insanlara açmaq 
üçün yaratdı şairləri. Kimləri layiq gördü bu məqama? İlk 
şeiri kim yazdı? Dünyanın ilk şairi kimdir? Ümumiyyətlə
şeir nədir? Niyə bir adamın yazdığı bir misra birdən-birə 
bütün dünyanı belə silkələmək qüdrətinə malik ola bilir? 
Allah bu qüdrərlə  nəyi bizlərə sübut etmək istəyib? Bu 
dəlilin, sübutun bəşəriyyətə  nə xeyri olub? Kimlər bu 
yoldan gəlib keçib? Kimlər bu yolda başmaq dağıdıb? 
Kimlər düz yolla sona qədər addımlayıb? Kimlər şeytana 
uyub yolunu azıb?... Bütün bu suallar tam cavabı açıqlan-
mayan suallardır. Bu sualların hər birindən onlarla, yüz-
lərlə sual almaq olar ki, onların cavabı  hələ tapılmayıb. 
Amma biz şeir oxuyanda bu sualların hansını düşünürük? 
Gərək ki, bizi həmin anda ancaq oxuduğumuz şeir maraq-
landırır. Sözün sehrinə düşəndə yada başqa heç nə düş-
mür. Bu, elə bir məqamdır ki, nə sən özün olursan, nə də 


 
 
 
 
 
Sona Xəyal 
 
 
 
 
6
düşdüyün dünya gördüyün başqa dünyalara bənzəyir. 
Amma hər şair də səni sözünün sehrinə sala bilmir... 
Sovet dönəmində yaşayıb-yaradan şairlər içərisində 
çox sevdiyimiz, dönə-dönə oxuduğumuz  şairlər də var, 
bəzi  şeirləri yaddaşımızda ilişib qaldığı üçün xatırladığı-
mız, qiymətləndirdiyimiz şairlər də var, sadəcə kitablarını 
ədəbiyyat xatirinə vərəqləyib bir kənara qoyduğumuz şair-
lər də... 
“Müasirlərim” seriyasından  əlimdə on yeddinci ki-
tabdır. Anarla Elçini çıxsaq, yerdə qalan kitablar yalnız 
poeziyamızın müxtəlif nümayəndələrinə  həsr olunub. Bu 
şairlərin haqqında yazılan məqalələri izləyəndə çox vaxt 
ancaq kitablar haqqında resenziyalarla rastlaşırıq. Amma 
bir neçə şair haqqında, onun yaradıcılığı haqqında yazılmış 
məqalələr diqqəti çəkir. Bu şairlərdən biri Əli Kərimdir.  
 
*** 
İlk  şeirlər kitabı olan “İki sevgi” 1960-cı ildə çap 
olunub. Amma Əli Kərim haqqında bu kitaba qədər ona 
yaxın məqalə yazılıb. Diqqəti çəkən cəhət isə  şairin ilk 
kitabının əvvəlcə rus dilində çap olunmasıdır. Bu məlumatı 
“İki sevgi” kitabında verilmiş bioqrafik qeyddən alırıq: 
”İstedadlı  gənc  şair  Əli Paşa oğlu Kərimov(Əli Kərim) 
1931-ci ldə Göyçayda anadan olmuşdur. O, orta təhsilini də 
həmin  şəhərdə almışdır. Sonra bir müddət Bakıda Teatr-
şünaslıq  İnstitutunda oxuyub, Moskvada M.Qorki adına 


Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə