Microsoft Word ?liyeva Nuran?Pul siyas?tinin n?z?ri v? ?m?li probleml?ri docx



Yüklə 0,79 Mb.
Pdf görüntüsü
səhifə10/32
tarix14.09.2018
ölçüsü0,79 Mb.
#68281
1   ...   6   7   8   9   10   11   12   13   ...   32

31 
 
2) mütənasiblik (qiymətlər pulun miqdarına mütənasib olaraq dəyişir); 
3) universallıq (pulun miqdarının dəyişməsi bütün əmtəələrin qiymətinə eyni 
həcmdə təsir edir).  
Pulun funksiyalarının transformasiyası nəzəriyyəsi.
 Müasir pulların forma və 
növlərinin təhlili göstərdi ki, pul sistemlərinin fəaliyyəti onun ictimaiyyət 
tərəfindən qəbul edilməsinə söykənir və yalnız obyektiv iqtisadi qanunlarla deyil, 
eyni zamanda cəmiyyət tərəfindən yaradılan hüquqi qanunlarla da idarə edilir.Bir 
ə
mtəənin qiyməti qızılın dəyəri ilə deyil, məcmu əmtəə kütləsi ilə tutuşdurulur. 
Beləliklə, pulun bu cür formalaşmış dəyər ölçüsü konsepsiyası müasir 
iqtisadiyyatda meydana gələn bəzi yeni məqamları istisna etmir. 
Bütövlükdə pulun funksiyalarının transformasiyası nəzəriyyələri milli pul 
sistemlərində baş verən cari dəyişiklikləri əks etdirir. 
Pulun ictimai tətbiq nəzəriyyələri.
 Sosial utopiyanın prinsipcə 2 növü vardır: 
sosialist və ya kommunist utopiyalar və liberal utopiyalar. 
XIX əsrdə Ş.Furye, A.Sen-Simon, R.Ouen, A. .Gertsen, N.Q.Çernışevski 
kimi sosial-utopistlərin nəzəriyyələri daha çox məşhur idi. Sosial-utopistlərin 
tənqidi belə bir fakta söykənirdi ki, xüsusi mülkiyyət təcavüzkarlıq və kin doğurur. 
Onlar ticarət, sələmçilik və kapitalist münasibətlərini kəskin şəkildə tənqid 
edirdilər. Sosial-utopistlərin aktivində “işlək pullar” nəzəriyyəsi idi. 
Kommunizm utopiyalarında pul insanın insan tərəfindən istismar aləti kimi 
nəzərdən keçirilir. Onlar, hətta, əmtəə mübadiləsi əməliyyatlarında da pulun 
vasitəçiliyinin ləğv edilməsi barədə təkliflər irəli sürürdülər. 
XX əsrdə F.Xayek, Y.Kornainin liberal utopiyaları daha çox məşhur oldu. 
Onlar insani və sosial qüsurların azad bazarın kor – koranə fəaliyyət göstərən 
qüvvələri vasitəsilə aradan qaldırılmasını irəli sürürdülər. Onların 
konsepsiyalarının tənqidi əsasını belə bir fakt təşkil edirdi ki, ictimai mülkiyyət 
başqasının hesabına yaşama meylini doğurur. 


32 
 
“Neytral pullar” və “xüsusi pullar” nəzəriyyələri liberal utopiya 
konsepsiyaları ilə bağlıdır. 
“Neytral pul”nəzəriyyəsi.
 Pul dövriyyəsində islahatlar aparmaqla 
makroiqtisadi vəziyyətin kökündən dəyişdirilməsini təmin edən vədlərdən biri 
“azad pullar” və ya “neytral pullar” konsepsiyası ilə bağlıdır.  
Silvio Qezel (1862-1930) “Təbii iqtisadi qaydalar”kitabında faizdən azad olan 
pulları “azad pullar” adlandırmışdır. D.Zur “neytral pullar”anlayışını gətirdi, belə 
ki, onlar hamıya eyni dərəcədə xidmət göstərir, müasir pul sistemində olduğu kimi 
kimsələrə birtərəfli imtiyazlar vermir. Marqrit Kennedi də faizsiz mübadilə 
vasitəsindən söz açarkən “neytral pullar” anlayışından istifadə etmişdi. 
Öz mahiyyətinə görə “neytral pullar” nəzəriyyəsi Foma Akvinskinin pul 
nəzəriyyəsindən qaynaqlanır. “Ədalətli qiymət”konsepsiyasını inkişaf etdirən 
F.Akvinski hesab edir ki, əmtəələrin alınıb – satılması varlanma mənbəyi 
olmamalıdır. Pullar cəmiyyətdə “ədalətli mübadilə” prosesinin 
yüngülləşdirməsində rol alır, puldan pul əldə etmək məqsədi ilə istifadə 
edilməməlidir. Faiz almaq cəmiyyətdə qeyri – bərabərlik yaradan və əmtəənin 
«ədalətli» qiymətinə zidd olan bir günahdır. 
“Neytral pullar” nəzəriyyəsinə görə puldan yığım vasitəsi kimi istifadə 
olunması, onun borc kapitalına çevrilməsi iqtisadi böhranlara səbəb olur. 
“Neytral pullar” nəzəriyyəsinə görə hökumət pul yığımının baş verməməsi və 
borc faizinin minimuma endirilməsi üçün bütün tədbirləri görməlidir. Yalnız o 
halda investisiya qoyuluşunun və istehlak tələbinin artması və demokratik 
cəmiyyətin çiçəklənməsi mümkündür.  
Faizlərin eksponensial artımı nəticəsində yaranan problemlərin həlli keyfiyyət 
artımı dinamikasına uyğun gələn pul sisteminin yaradılmasındadır. Bu halda faizlər 
digər pul tədavülü mexanizmi ilə əvəz edilməlidir. Hər bir əmtəə üçün ödədiyimiz 
qiymətə faiz qismi də daxil olur. 


33 
 
Gündəlik tələbat malları və xidmətlərin qiymətlərində faizlərin və ya kapital 
xərclərinin payı orta hesabla 50 % təşkil edir. Beləliklə, əgər biz faizi ləğv edib 
onu daha mükəmməl mexanizm ilə əvəz etsək, onda nəzəri olaraq bizim 
ə
ksəriyyətimiz ən azı olduğumuzdan 2 dəfə varlı olardıq və ya mövcud yaşayış 
səviyyəsini yalnız yarım iş günü işləməklə təmin etmiş olardıq.  
Beləliklə, “neytral pullar” nəzəriyyəsinə görə elə bir şəraitin yaradılması təklif 
olunur ki, bu şəraitdə pullar “paslansın”, yəni ondan istifadəyə görə pul ödənilsin. 
“Neytral pullar” nəzəriyyəsi məntiqi olaraq “xüsusi pullar” nəzəriyyəsi ilə sıx 
bağlıdır. 
“Xüsusi pullar” nəzəriyyəsi.
 Nominalist pul nəzəriyyəsi bir dövlət pul 
nəzəriyyəsi kimi inkişaf edirdi. Bu nəzəriyyənin özəyini belə bir müddəa təşkil edir 
ki, pul – dövlət hakimiyyətinin məhsuludur. Bu zaman dövlət ilk öncə, pulu 
yaradır, ikincisi, onun alıcılıq qabiliyyətini müəyyən edir. Bir çox hallarda pulun 
dövlət nəzəriyyəsini ayrıca müstəqil konsepsiya kimi nəzərdən keçirirlər və bu 
nəzəriyyə daha geniş şəkildə alman iqtisadçısı Q.F.Knappın (1842-1926) 
ə
sərlərində yer almışdır. 
Bu cür yanaşmanın əksinə olaraq milli xüsusiyyətlərini itirmiş pul sistemləri 
nəzəriyyəsi və liberalizm və azad rəqabət prinsipləri əsasında xüsusi pulların 
yaradılması ideyası irəli sürüldü. Xüsusi pullar nəzəriyyəsinin ilkin yaradıcıları 
sırasına alman iqtisadçısı S.Qezel və amerikalı iqtisadçı E.Rigel aid edilir. Belə ki, 
E.Rigel “Xüsusi müəssisələrin pulları: neopolitik pul sistemi” kitabında pul 
emissiyasını xalqın əlinə verməyi irəli sürür.  
Sonra isə pulun milli xüsusiyyətlərdən azad olması ideyası bir – birindən asılı 
olmayaraq 1974-cü ildə Klayn və 1976-cı ildə iqtisadiyyat üzrə Nobel mükafatı 
laureatı F.A.Xayek tərəfindən irəli sürülmüşdür. 
M.Fridmanin 1986-cı ildə çapdan çıxmış “Has Government Any Role in 
Money” məqaləsi xüsusi pullar haqqında elmi müzakirələrdə xüsusi bir hadisə 
oldu. ABŞ-da pul nəzəriyyəsi sahəsində tanınmış mütəxəssis olan, həm də 


Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə