Microsoft Word ?liyeva Nuran?Pul siyas?tinin n?z?ri v? ?m?li probleml?ri docx



Yüklə 0,79 Mb.
Pdf görüntüsü
səhifə11/32
tarix14.09.2018
ölçüsü0,79 Mb.
#68281
1   ...   7   8   9   10   11   12   13   14   ...   32

34 
 
iqtisadiyyat üzrə A.Nobel mükafatı laureatı olan M.Fridman bu məqalədə xüsusi 
rəqabət qabiliyyətli valyutalar sisteminin tətbiq edilməsi təklifinə öz mənfi 
münasibətini bildirmiş və F.A.Xayekin mövqeyi ilə əsasən razılaşmışdır. 
F.A.Xayek özünün elmi fəaliyyətinə yekun vuraraq hesab edirdi ki, bir kəşf 
və iki ixtira etmişdir. Bu ixtiralardın biri pul sisteminin milli xüsusiyyətlərindən 
azad edilməsi nəzəriyyəsi və xüsusi pulların tətbiq edilməsidir. Ödəniş vasitəsinin 
emissiyası üzərində dövlət inhisarının aradan qaldırılmasının zəruriliyini irəli 
sürməklə F.A.Xayek dövlətlərin ictimai etimaddan sui-istifadə etmələrinin 
mexanizmi və nəticələrinin mahiyyətini açmağa çalışmışdır.  
F.A.Xayekin xüsusi pulların geniş yayılması barədə ideyası bazar 
konsepsiyasından irəli gəlir. Bu ideyaya görə hər bir təsərrüfat sahibinin özünün 
istehsal fəailyyətinin imkanları və istehlak ehtiyacları barədə bildikləri yalnız onun 
özünə məlumdur. Bu məlumatlardan iqtisadi sistemin bütün iştirakçılarının 
fəaliyyətinin koordinasiyası (əlaqələndirilməsi) məqsədilə istifadə edilir. Ona görə, 
bu məlumatlardan tam dolğunluğu ilə istifadə etməyi bacaran iqtisadi sistem ən 
yüksək nailiyyətə malik olacaqdır. Bu məlumatlardan istifadə edilməsi bazar 
iqtisadiyyatının həm planlı iqtisadiyyat, həm də təsərrüfat fəaliyyətinin digər 
üsullarla əlaqələndirilməsi qarşısında başlıca üstünlüyüdür. 
Xüsusi pullara keçidlə bağlı islahatlar aşağıdakı tədbirlərdən ibarət ola bilər: 
1. Artıq istifadədə olan bütün valyutaların, o cümlədən xarici valyutaların 
bərabərhüquqlu olmasını qəbul etmək. Bununla da mövcud işgüzar təcrübənin 
leqallaşması baş verərdi. Argentina 2001-ci ilin sonunadək bu yolla getmişdir (həm 
də F.A.Xayekin nəzəriyyəsinə əsaslanaraq). 
2. Bank fəaliyyətinin idarə olunmaması. Bu, milli və xarici kommersiya 
banklarına özünün xüsusi ticarət nişanı ilə sərbəst pul emissiya etmək icazəsinin 
verilməsindən ibarətdir. Dövlətin Mərkəzi Bankı bu halda pul tədavülünə nəzarət 
funksiyasını itirmiş olur. 


35 
 
3. Ölkənin Mərkəzi Bankı emissiya hüququ olan kommersiya bankına 
çevrilir. Milli valyuta isə onun xüsusi valyutası olur. Mərkəzi Bank özü isə 
özəlləşdirilir. 
2001-ci ildə ictimai iğtişaşlarla nəticələnən Argentinanın təcrübəsi göstərdi ki, 
“xüsusi pullar”ın daxil edilməsi prinsipi əsasında milli pul sistemində aparılan 
islahatlar məhz iqtisadi böhranları dərinləşdirir, ümummilli iqtisadi risklərin 
yaranmasına səbəb olur. 
Klassiklərin pul haqqındakı nəzəriyyələrinə nəzər salsaq görərik ki, Adam 
Smit (1723 – 1790) 1776-cı ildə “Millətlərin zənginliyi” adlı məhşur əsəri 
yazmışdır. A. Smit ölkə daxilində və ölkələr arasında sərbəst mal hərəkətini prinsip 
olaraq müdafiə etmiş, bunu beynəlxalq xarici ticarətin əsas prinsipi olaraq qəbul 
etmişdir. A. Smit kağız pulun qızıl və gümüş, yəni metal pul qarşılığı çıxarılmasını 
kağız pulun hər zaman qızıla çevrilməsi önəmliyinin qorunmasını istəmişdir.  
Smitə görə, kağız pulun metal puldan daha çox çıxarılması halında qiymətlər 
yüksələcək, tədiyyə balansı pozulacaq və ölkədən qızılın çıxması üçün şərtlər 
ortaya çıxacaqdır. Təklif iqtisadiyyatını müdafiə edən Smit, sərmayə artımının 
ə
manətlə olacağını, xərcləmə və pis idarəetmənin iqtisadiyyata mənfi təsir 
edəcəyini qəbul etmişdir. Smit istehsaldan əldə edilən mənfəətin faizdən yüksək 
olmalı olduğunu, bu iki nisbət arasındakı fərqin borc pul sahəsinin mükafatını 
təşkil etdiyini söyləmişdir. Borc pul verən şəxs sağlam  (yəni, inflyasiyanı çıxmaq 
şə
rti ilə) bir əlavə faiz əldə etməkdədir. Lakin mənfəət isə sərmayə istifadəsinin 
riskli olması səbəbi ilə daha yüksək olmalıdır. 
David Rikardoya görə isə (1772 – 1823) tədavüldəki pul miqdarı metal pul 
mərkəz bankının çıxardığı kağız puldan meydana gəlməkdədir. D.Rikardo pulun 
tədavül sürəti mövzusuna açıqlıq verməmişdir.  Rikardo pul kütləsi mövzusunda 
iki nəzəriyyə irəli sürmüşdür: kağız pulun qızıla çevrildiyi ölkələr və kağız pulun 
qızıla çevrilmədiyi ölkələr.  Kağız qızıla çevrildiyi ölkələrdə kağız pul üzərində 
yazılı qızıl çəki miqdarında qızıla çevrilməkdədir. Bu da tədavüldəki kağız pulun 
qızıl və ya gümüş pula çevrilməsi və ya külçə qızıla çevrilməsidir.  Rikardo xarici 


36 
 
ödəmələrdə qızıldan istifadə etmənin zəruriliyini qəbul etmişdir. Rikardo dövlətin 
və ya bankın kağız pul çıxarma müstəqilliyindən sui – istifadə etməməsini irəli 
sürərək, nə dövlət, nə də bank pul çıxarma mövzusunda limitsiz gücə sahib deyildir 
deyə ifadə etmişdir. Rikardoya görə bütün dövlətlərdə kağız pul emissiyası nəzarət 
altında tutulmalıdır. Rikardo, dövlətin ehtiyacından çox pul buraxması nəticəsində 
qiymətlərin yüksəlməsinə səbəb olacağını qəbul etmişdir. Burada pul miqdarı 
mövzusunda iki məktəbin ortaya atdığı fikirlərə baxaq. Bu iki məktəb: Bank 
məktəbi (Bankinq School) və pul məktəbi (Currency School). Bank məktəbi pul 
miqdarının iş həcminə bağlı olduğunu, yəni iqtisadi durumu pul miqdarının təyin 
etdiyini qəbul edir. Bank məktəbinə qarşı Rikardo pul məktəbini müdafiə etmişdir. 
Bu məktəbin fəlsəfəsinə görə kağız pul qızıl qarşılığında çıxarılmaqdadır. 
Ehtiyacdan çox pul tədavülə girincə orada təsirsiz qalmaz və qiymətlərin 
yüksəlməsinə səbəb olacaqdır. Rikardoya görə qızıl istehsalının artımı, öz 
növbəsində pul miqdarının artımına səbəb olacaq, bu isə qiymətlərin yüksəlməsinə, 
bundan sonra isə idxalın artacağı və ixracatın azalacağı ortaya çıxacaqdır. Bütün 
bunlar isə ölkədən qızılın çıxışına səbəb olar. Qızıl miqdarının azalması 
qiymətlərin düşməsinə yol açar. Beləliklə, tədiyyə balansı qızıl girişi və çıxışıyla 
tənzimlənmiş olur. 
Fransız iqtisadçısı Baptist Say (1767-1832) - bazar qanununun kəşfi ilə 
tanınmışdır. Bu qanun - istehsal edilən bir malın dəyəri qədər, bazarda pul tələbi 
olduğunu ifadə etməkdədir. Belə ki, istehsalçının ən böyük arzusu istehsal etdiyi 
malı satmaqdır.  stehsalçı, istehsal edilən malın satışından əldə etdiyi pulu başqa 
bir malı almaqda istifadə edir. Beləliklə, istehsal edilən bir mal digər bir bazarda 
bu mala uyğun ekvivalent mal tapır. Ümumiyyətlə, bir malın təklifı onun izafı 
qiymətinə bağlıdır. Malla əlaqədar pul tələb və təklifi, malın izafi qiymətinə görə 
olur. Halbuki, miqdar nəzəriyyəsində pul tələbi izafi mal qiymətinə görə deyil, 
mütləq qiymətlərə görə olur. Mala olan tələb pula olan tələb anlamına gəlir. Çünki 
mala olan ehtiyac pul ehtiyacını yaradır. Bu da pul təklifinə təsir edir. Say pulun 
mübadilə üçün istənildiyinə, əl altında tutulmadığını və bunun üçün də tam 


Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə