Microsoft Word ?liyeva Nuran?Pul siyas?tinin n?z?ri v? ?m?li probleml?ri docx



Yüklə 0,79 Mb.
Pdf görüntüsü
səhifə12/32
tarix14.09.2018
ölçüsü0,79 Mb.
#68281
1   ...   8   9   10   11   12   13   14   15   ...   32

37 
 
məşğulluğun saxlandığını qəbul etməkdədir. Özəl sektoru müdafıə edən B.Say 
dövlətin sənaye və ticarət işi apara bilməsi üçün pulunun olduğunu, ancaq 
yaradılacaq işlərin uğur qazanmayacağını, çünki dövlət fərdlərə "iş görməyiniz 
üçün uyğun bir çevrə və mühit yaratdım, indi isə zəngin olmağınıza nəzər yetirin" 
deməlidir. 
Pul haqqında nəzəri düşüncələrdə klassiklərdən Leon Valras,  rvinq Fişer, 
Çikaqo məktəbindən M.Fridman haqqında danışmaq olar. 
Leon Valras. Bilindiyi kimi Rikardo dəyər təhlilində o malı istehsal etmək 
üçün gərəkli iş saatını almaqda idi. Valras nəzəriyyəsində isə işgücü həcminin real 
ə
mək haqqı həddinin bir funksiyası olduğunu ifadə etmiş və "pul miqdarı ilə dəyəri 
arasında əks bir münasibət vardır" deyə ifadə etmişdir. Pula tələb, arzu edilən, yəni 
likvid tutulmaq istənilən puldur. Bu da ödəmələrdə istifadə edilmək üzrə əldə 
tutulmaqdadır. Varlasa görə pulun funksiyası üç yerə bölünür: dəyər pulu; yığım 
pulu və mübadiə pulu. Dəyər pulu bir malın dəyərini digər malların dəyəri ilə 
ödəməsinə deyilir. Məsələn, bir kostyumun dəyəri 20 kq ət və ya 200 kq alma 
etdıyini qəbul etsək, o zaman kostyumun dəyərini ət və alma ilə ifadə etmiş olarıq. 
Yığım pulu sərmayə sahiblərinin istehlakı üzərindən gerçəkləşdirdikləri qənaət 
nəticəsində işgüzar dairələrə verdikləri borc pulu ifadə etməkdədir. Bu pul istehsal 
vasitələrinin satın alınmasına yönələn puldur. Varlasa görə tədavüldəki pul 
mübadilə pulu, mal və xidmət alınmasını istifadə üçün puldur. 
Riyaziyyat müəllimliyindən iqtisad elminə keçərək bu sahədə dəyərli iz 
qoymuş  rvinq Fişer (1867-1947) pulun satınalma gücü (1911), qiymət indeksləri 
(1922), faiz nəzəriyyəsi (1930), inkişaf və böhran (1932) kimi əsərləri ilə 
tanınmışdır. Fişerə görə pul və onunla satın alınan mal bərabər dəyərdədir. 
Məsələn, 1 kq ətə ödənən pul ilə satın alınan ət eyni dəyərdədir. Bir il içində 
xərclənən pul ilə satın alınan malın dəyərləri bir-birilərinə bərabərdir. Yəni , 
MV=∆PQ. Yuxarıdakı bərabərlikdə, P – qiymətlərin ağırlı ortalamasını, M – pul 
miqdarını, V–pulun tədavül sürətini, Q – pul ilə mübadilə edilən mal və xidmət 
miqdarını göstərməkdədir. Fişerə görə tədavüldəki pul miqdarına aşağıdakılar təsir 


38 
 
etməkdədir: qızıl alım və satımı; pul emissiyası; qızılın istehsalı və istehlakı və pul 
sistemləri. 
Çikaqo universitetindən Milton Fridman pul miqdarı mövzusunda çox fərqli 
bir görüş ortaya atmışdır. 1929-cu ildəki iqtisadi böhran hadisəsi pul miqdarı 
nəzəriyyəsini gözdən düşürdü. Həqiqətən də 1929-cu ildəki iqtisadi böhran pul 
siyasətinin uğursuzluğunu ortaya qoydu.  “Pul tələbi, davamlı gəlirin 
funksiyasıdır”deyən Fridman, pul tələbinə təsir edən üç faktoru aşağıdakı kimi 
sıralamaqdadır: gəlir; fərdlərin seçim və zövqləri; istehlak edilə bilən xidmət və 
gəlir qaynaqları. M.Fridman istehlak edilə bilən xidmət və gəlir qaynaqlarının da 5 
aktiv varlıq halında olduğunu yazmışdır: pul, istiqraz, səhm, bəşəri olmayan maddi 
mallar və bəşəri sərmayə. 
Pul tələbinə təsir edən digər bir dəyişkən fərdlərin zövq və tərcihləridir. 
M.Fridman pul tələbinə təsir edən dəyişkənləri klassik nəzəriyyəçilərdən fərqli 
şə
kildə açıqlamaqdadır. Ona görə, pul tələbi aşağıdakı düsturda göstərilən 
dəyişkənlərin bir funksiyasıdır: L=g(
Y

,W,P,
R

e
R

,l/P·dP/dt,V). Burada L-
nominal pul tələbini, 
Y

– nominal davamlı gəliri, W – bəşəri sərmayənin bəşəri 
olmayan sərmayəyə nisbətini, p – ümumi qiymət səviyyəsini, 
R

– səhmlərdə 
saxlanan gəlir, 1/P·dP/dt – gözlənilən inflyasiya nisbəti, V – fərdlərin zövq və 
seçimlərini göstərməkdədir. M.Fridman, faizin pul yığımına səbəb olmasını 
demişdir. M.Fridmana görə “ nsanların gələcəklərinin qeyri-müəyyənliyi ilə 
ə
laqədar pul yığımları baş verir”. Bundan başqa, pul yığımlarının iki səbəbi vardır: 
bunlardan biri istehlakı azaltmaq, ikincisi isə faiz əldə etməkdir deyə ifadə 
etmişdir. Fridman pul siyasətində pul miqdarına diqqət edilməsini, bu mövzuda 
bəzi tədbirlər alınmasının vacibliyini irəli sürmüşdür. 
qtisadi inkişaf və istehsal artımına cavab vermək məqsədi ilə hər ilə pul 
miqdarının 0,05 artımı yetərlidir.  nflyasiya olan ölkələrdə mərkəzi bankların 
emissiyasını durdurmalı və bankların kredit istehsalının qarşısını kəsməlidir. 
Antiinflyasiya siyasətinə nəzər salsaq görərik ki, buna əsas üç yanaşma var: 


39 
 
Birinciyə aktiv büdcə siyasəti (müasir keynsçilər) – dövlət gəlirləri və 
vergidən istifadə edərək alıcılıq qabiliyyətli tələbə təsir etmək: dövlət öz xərcini 
azaldır və vergini artırır. Lakin eyni vaxtda investisiyanın və istehsalın aşağı 
düşməsi baş verə bilər və bu da qarşıya qoyulan məqsədin əksinə gətirib çıxara 
bilər. Büdcə siyasəti həmçinin tələb aşağı olduqda onun genişləndirilməsi üçün də 
həyata keçirilir. Tələbin kifayət qədər olmadığı halda dövlət kapital qoyuluşu 
proqramları və digər xərclər (hətta büdcə kəsri vaxtı), vergilərin azaldılması həyata 
keçirilir. Düşünülür ki, bu yolla istehlak mallarına və xidmətlərə tələbat artır. 
Lakin tələbin büdcə yolu ilə stimullaşdırılması 60-70-ci illərdə göstərdi ki, o, 
infilyasiyanı gücləndirə bilər. Özüdə ki, böyük büdcə kəsri dövlətin xərc və 
vergilərinin bacarıqla istifadəsini məhdudlaşdırır. 
qtisadi nəzəriyyədə ikinci yanaşma monetarizm tərəfdarlarıdır. Onlar ilk 
öncə ön plana pul-kredit siyasətini çəkirlər və iqtisadi hadisəyə dolayısı və 
elastikliklə təsir edirlər. Bu cür tənzimlənmə mərkəzi bank tərəfindən həyata 
keçirilir. Bu yanaşmanın tərəfdarlırı düşünürlər ki, dövlət alıcılıq qabiliyyətli 
tələbatı məhdudlaşdırmaq üçün defilyasiya tədbirləri həyata keçirməli, çünki 
iqtisadi artımın stimullaşdırılması süni yolla məşğulluğun həqiqi səviyyəsinin aşağı 
salınması inflyasiya üzərində nəzarətin itirilməsinə gətirib çıxardır. 
Üçüncü yanaşma – bir çox ölkələrin rəhbərliyi 60-cı illərdən başlayaraq 
nəzarətdən çıxmış inflyasiyanın qarşısını almağa cəhd göstərərək belə adlanan 
qiymət və gəlirlər, əsas məqsəd əmək haqqının məhdudlaşdırılması siyasətidir. 
Belə ki, bu siyasət bazar strateqiyalı yox, inzibati mübarizə yolu olduğundan o 
həmişə qarşıya qoyulan məqsədə çatmır.  nflyasiya ilə mübarizə metodları birbaşa 
və dolayısı ola bilər.Dolayısı metodlar: 
1.ümumi pul kütləsinin mərkəzi bank tərəfindən tənzimlənməsi; 
2.komersiya banklarının ssuda və hesabatlarının mərkəzi bank tərəfindən 
tənzimlənməsi; 


Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə