Microsoft Word ?liyeva Nuran?Pul siyas?tinin n?z?ri v? ?m?li probleml?ri docx



Yüklə 0,79 Mb.
Pdf görüntüsü
səhifə13/32
tarix14.09.2018
ölçüsü0,79 Mb.
#68281
1   ...   9   10   11   12   13   14   15   16   ...   32

40 
 
3. komersiya banklarının əsas ehtiyatları mərkəzi bankın açıq qiymətli 
kağızlar bazarında hərəkəti. 
Birbaşa metodlar: 
1.dövlət tərəfindən birbaşa kreditlərin və pul kütləsinin tənzimlənməsi; 
2.dövlət qiymət tənzimlənməsi; 
3.əmək haqqının dövlət tərəfindən tənzimlənməsi; 
4.dövlət tərəfindən daxili ticarət, idxal və ixrac kapitalının və valyuta 
kursunun tənzimlənməsi. 
nflyasiyanın sürətini salmaq deməli təsərrüfatda pul və mal kütləsi arasında 
fərqi azaltmaq deməkdir. Bunun üçün iqtisadiyyatı tarazlaşdıran bütün metodlar 
uyğun gəlir. Əsas tədbirlərə aşağıdakılar daxildir: 
1.Ölkədə ərzaq bolluğu yaratmaq; 
2.Xalq təsərrüfatı sahələrinin pozulmuş investisiya sahələrinin bərpası; 
3. Müəssisələrarası alqı-satqı münasibətlərini nizama salmaq; 
4.Krizis vaxtı mərkəzləşdirilmiş bank sistemi təşkil etmək lazımdır. 
stehlak bazarını stabilləşdirmək məqsədə uyğundur. Kiçik biznesin istehsal 
və xidmət sferalarında inkişafını stimullaşdıran sistem yaratmaq, istehsal 
sahələrinin və dəzgahların icarəsinə (ardınca almaq imkanı olmaqda) dövlət krediti 
və lizinq kreditinin verilməsi. Kiçik müəssisələrin ilk 3-5 il fəaliyyətinin 
sığortalanması öhdəliyi - müflisləşmə riski xeyli çoxdur. 
Böhran baş verən zaman daxili bazarın və şəxsi eksport fəaliyyətinə ciddi 
nəzarət olunması üçün dövlət tərəfindən müdafiə üçün səmərəli siyasət 
yeridilməlidir. Bütün eksport əməliyyatları dövlət tərəfindən idarə olunan bir neçə 
iri firmalar və sindikatlar tərəfindən komission vergilər üzərində eksport 
ə
məliyyatları yerinə yetirlməlidir.  nflyasiyanın qarşısını hər-hansı bir təşkil 
edilmiş tədbir vasitəsi ilə alınması çox çətindir, deməsək ki, tamamilə mümkün 


41 
 
deyil. Bunun üçün iqtisadiyyatda baş verən disproporsiyaların aradan qaldırılması 
üçün, struktur islahatlar keçirilməlidir. 
nflyasiya monetar və yaxud struktur xarakter daşıya bilər.  nflyasiyanı dövlət 
büdcəsinin defisiti və mal göndərənlərlə istehsalçıların inhisarları stimullaşdırır. 
Ona görə də inflyasiya prosesi ilə mübarizə metodları adətən kompleks xarakter 
daşıyır. 
1.3.Pul islahatlarının səbəbləri.  
Cari qiymətlər üzərində məcmu tələbin məcmu  təklifi üstələməsi ilə yaranan 
inflyasiya ilə mübarizəyə başlamazdan qabaq aşağıdakı məsələlər təhlil 
edilməlidir: 
a)  nflyasiya boşluğunun hesablanması:
  lk məsələ inflyasiya boşluğunu 
müəyyən etməkdir. Bu müəyyənləşmədikdə, inflyasiya boşluğuna nisbətən daha 
böyük miqyasda görüləcək antiinflyasiya tədbirləri sonradan təhlükəli olan 
deflyasiyaya səbəb ola bilər. Ona görə də məcmu tələblə təklif arasında olan fərq 
və ya inflyasiya boşluğu hesablanır. 
b) Məcmu tələb və təklif öyrənilməlidir:  nflyasiya boşluğunun aradan 
qaldırılması üçün tələb artıqlığına və ya təklif çatışmazlığına səbəb olan amillər 
müəyyənləşdirilməlidir. 
c)  nflyasiyanın mənbəyi,yəni onun hansı növ olması aydınlaşmalıdır: Bunlar 
fərqli mənbələrdən qidalandığından onlarla mübarizə tədbirləri və istifadə olunan 
vasitələr də müxtəlif olacaqdır. 
nflyasiya ilə mübarizə yollarını göstərən 2 fərqli nəzəriyyə mövcuddur: 
1. 
Monetarizm 
2. 
Təklif iqtisadiyyatı 


42 
 
Monetarizm məcmu tələbin məhdudlaşdırılaraq məcmu təklif səviyyəsinə 
endirilməsini əsas götürür, Təklif iqtisadiyyatı isə məcmu təklifin artırılaraq 
məcmu tələb səviyyəsinə qaldırılmasını irəli sürür. 
Bu yollardan birincisində büdcə xərcləri məhdudlaşdırılacaq,gəlirləri isə 
artırılaraq büdcə artıqlığı (profsit) meydana gətirilcək,pul təklifi 
məhdudlaşdırılcaq,kredit faizləri yüksəldiləcək,vergi dərəcələri qaldırılacaq və.s 
kinci yolda isə ictimai xərclər və vergilər səmərəli investisiyalara 
istiqamətləndirilir,vergi və faiz dərəcələri aşağı salınır və.s 
nflyasiya ilə mübarizə kompleks tədbirlərin həyata keçirilməsini nəzərdə 
tutur və buna görə də onunla mübarizədə hər bir hökumət öz proqramını 
ə
vvəlcədən hazırlayaraq ortaya qoyur. Müasir dünyada inflyasiya ilə mübarizə 
proqramlarını aşağıdakı kimi qruplaşdırmaq olar: 
1. 
Ortodoks proqramlar; 
2. 
Qeyri-ortodoks proqramlar; 
3. 
Heterodoks proqramlar; 
4. 
BVF tipli proqramlar. 
Ortodoks proqramlar BVF (Beynəlxaq Valyuta Fondu) tərəfindən də tövsiyə 
edilir. 
Bu proqramlar əsəsən hiperinflyasiya və yüksək inflyasiyalara qarşı tətbiq 
olunur. Monetarist sistemə uyğun olaraq sərt pul və maliyyə siyasətinə əsəslanır. 
Pul təklifi məhdudlaşdırılır, pul emissiyası dayandırılır və iqtisadi tarazlıq təmin 
olunur. Qiymətlər, əmək haqqı sistemi liberallaşdırılaraq, tam liberal sistem 
yaradılır,yüksək faizlər qoyulur. Bu proqramlar inflyasiyanı "boğmaq"da faydalı 
olsalar da mənfi cəhətləri də vardır. Belə ki,məhdudlaşdırıcı maliyyə siyasəti çox 
vaxt istehsalın aşağı düşməsinə və işsizliyə səbəb olur. 


43 
 
Qeyri – ortodoks proqramlar pul təklifinə o qədər də toxunmur,yalnız inzibati 
yollarla qiymətə,əmək haqqına nəzarəti, istehsalı sabit saxlamağı əsas götürür. 
Digər yandan valyuta balansı ciddi nəzarətə götürülür və milli valyutanın dəyərdən 
düşməsinin qarşısı alınır. 
Heterodoks proqramlar bir növ ortodoks proqramların davamıdır.Lakin 
burada bir əlavə odur ki, hiprinflyasiya dövrlərində qiymətlər günlük olaraq 
müəyyənləşdirildiyindən indeksləşdirmələr və qiymətlərin müəyyənləşdirilməsi 
getdikcə sərbəst xarici valyuta kurslarına bağlanır və valyuta kurslarının 
sabitləşdirilməsi ilə digər qiymətlərin sürətlə sabitləşdirilməsinə nail 
olunur.Beləliklə,bu proqramlar valyuta kursları,qiymət və əmək haqqların 
dondurulmasını da özündə birləşdirir.Xatırladaq ki,Azərbaycanda BVF – nun 
tətbiq olunan sabitləşdirmə proqramı da heterodoks prinsiplərinə əsaslanmışdır. 
BVF “iqtisadi xəstəxana” kimi dünyada tanınan bir təşkilatdır. Bu 
“xəstəxana”nın mütəxəsisləri (“həkimlər”) daim “xəstə”iqtisadiyyatlar üçün 
proqramlar(“reseptlər”) hazırlayırlar. Həmin proqramlar arasında antiinflyasiya 
proqramları da geniş yayılmışdır. Bu proqramların əsas istiqamətləri 
aşağıdakılardır: 
-
 Hökumətin gəlir və xərclərinin balanslaşdırılması,büdcə kəsirini 
minimuma endirmək,büdcə gəlirlərini artırmaq,vergi dərəcələrini 
yüksəltmək,xüsusilə dolayı vergilərə üstünlük vermək; 
-
 Sərt pul siyasəti və kredit faizlərinin artırılması; 
-
 Ticarətin və qiymətlərin liberallaşdırılması; 
-
 Milli valyutanın devalvasiyası,yəni onun nisbətən dəyərdən 
düşürülməsi və sonralar valyuta kurslarının sabitləşdirilməsi. 
Həyata keçirilmə metodlarına görə antiinflyasiya proqramları 2 qrupa 
bölünür: 
1. 
Ş
ok (Cold turkey)proqramlar; 
2. 
Mərhələli proqramlar. 


Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə