Microsoft Word ?liyeva Nuran?Pul siyas?tinin n?z?ri v? ?m?li probleml?ri docx



Yüklə 0,79 Mb.
Pdf görüntüsü
səhifə2/32
tarix14.09.2018
ölçüsü0,79 Mb.
#68281
1   2   3   4   5   6   7   8   9   ...   32
    Bu səhifədəki naviqasiya:
  • Sxem 1.


 
Azərbaycan  Respublikası  Mərkəzi  Bankının  rəsmi  materiallarından,  müxtəlif 
internet saytlarının iqtisadi materiallarından və s. mənbələrdən istifadə etmişdir. 
 
  I Fəsil. Pul siyasətinin mahiyyəti. 
1.1.
  Pulun tarixi təkamülü. 
Tarixi mənbələr göstərir ki, pul insan cəmiyyətinin yaranması ilə bir vaxtda 
meydana gəlməmişdir. Milyon ildən artıq tarixi olan bəşər cəmiyyətində pul 
təxminən 6-8 min ildir ki, yaranıb təşəkkül tapmış və uzun təkamül yolu keçmişdir. 
Bunu da xatırlatmaq lazımdır ki, tarixi iqtisadi kateqoriya kimi pul hər hansı bir 
şə
xs tərəfindən ixtira edilməmişdir, cəmiyyətin inkişaf zəruriliyindən doğan 
məhsuldur. Pul təbii və qanunauyğun hadisə kimi, bir iqtisadi vasitə kimi 
məhsuldar qüvvələrin və əmtəə münasibətlərinin daha yüksək inkişafının nəticəsi 
olaraq meydana çıxmışdır. Geniş əhatə diapazonuna və yüksək likvidliyə malik 
olan pul kortəbii şəkildə meydana gəlmişdir ki, bu da onun tarixi inkişafında ən 
önəmli elmi açıqlamalardan biri hesab edilir.  nsanların hamısının eyni əmtəəyə 
malik olmaması onların bir-birində olan əmtəəyə ehtiyac yaradırdı və bu da 
insanlar arasında mübadilənin yaranıb inkişaf etməsinə səbəb oldu. Məhz bu 
mübadilənin alqı-satqı əməliyyatlarının reallaşdırılmasında pul bir vasitədir. 
Pulun meydana gəlməsinə bir çox yanaşmalar mövcuddur. Bir sıra klassik 
iqtisadçılar pulun insanlar arasında süni şəkildə razılaşdırılmış, ixtira edilən məhsul 
olmasını iddia edirdilər. Pol Samuelson pulu süni sosial şərtilik kimi 
qiymətləndirmişdir. 
Digər iqtisadçı Gon Kennet Qelbreyt də nəcib metalların pul rolunu 
oynamasını insanlar arasındakı razılaşma məhsulu adlandırmışdı. Bu fıkirlər pulun 
sosialist nəzəriyyəçilərinin fıkirləridir. 
Pulun digər nəzəriyyəsi isə onun təkamül nəticəsində, kortəbii şəkildə 
yaranmasını sübut edən və bu gün üzərində durulan nəzəriyyədir. 
Pulun yaranması və mahiyyəti haqqında məsələ ilə bağlı ədəbiyyatda başlıca 
olaraq rasionalistik və təkamül kimi elmi konsepsiyalar mövcuddur.  



 
Rasionalistik konsepsiya pulun əmələ gəlməsini əmtəə mübadiləsində 
dəyərlərinin hərəkəti üçün xüsusi alətlərin lazım olduğuna əmin olan insanlar 
arasındakı razılığın nəticəsi kimi izah edir. Bu pula müqavilə kimi yanaşma ideyası 
XVIII əsrin sonlarına kimi hakim fikir olmuşdu. 
Pulun yaranmasına subyektiv – psixoloji yanaşma bir çox müasir burjua 
iqtisadçılarının da görüşlərində özünə yer alıb. Belə ki, P.Samuelson pula süni 
sosial şərtilik kimi tərif verir. Amerika iqtisadçısı C.Helbreyt hesab edir ki, “pulun 
funksiyalarının nəcib metallara və digər şamil edilməsi insanlar arasındakı razılığın 
məhsuludur”. 
Pulun yaranmasının təkamül konsepsiyasına əsasən onun yaranma tarixi ictimai 
ə
mək bölgüsünün, mübadilənin, əmtəə istehsalının inkişafının nəticəsidir. 
Mübadilənin və dəyər formalarının tarixi inkişaf prosesini araşdırarkən, əmtəənin 
ümumi kütləsindən pul rolunu oynayan və ümumi ekvivalent kimi qəbul olunan bir 
ə
mtəənin necə seçilib ayrıldığını başa düşmək olar. Davamçısı K.Marks olub. 
Pul, mübadilənin tarixi inkişafı prosesində kortəbii sürətdə meydana 
gəlmişdir. Buna görə də pulun razılaşma nəticəsində meydana gəldiyini söyləyən 
burju alimləri tamamilə haqsızdırlar. Təkamül (obyektiv) yanaşma üslubuna uyğun 
olaraq pulun meydana gəlməsi sonrakı obyektiv səbəblərlə: əmtəə istehsalının 
həcminin artması; mübadilə olunan əmtəələrin miqyasının genişlənməsi;xüsusi 
ə
mtəənin əmtəələr aləmindən ayrılması; dəyərin hərəkəti; ixtisaslaşma və ictimai 
ə
mək bölgüsü; əmtəələrin mübadiləsində ekvivalentliyə riayət olunması zərurəti ilə 
ə
laqədardır. Pul əmtəə aləmindən ayrılmış və ümumekvivalent rolunu oynayan 
ə
mtəənin xüsusi bir növüdür. 
Pulun meydana gəlməsinin elmi təhlili məqsədilə müasir nəzəriyyə ondan 
irəli gəlir ki, cəmiyyətin təsərrüfat sisteminin inkişafında 2 mərhələ: barter 
iqtisadiyyatı və pul iqtisadiyyatı mövcuddur. Barter iqtisadiyyatı (ingilis sözü olan 
barter – mübadilə ticarəti deməkdir) birbaşa əmtəə mübadiləsinin həyata 
keçilirməsi ilə xarakterizə edilir, bir faydalı şey bilavasitə başqa əhəmiyyətlisinə 



 
mübadilə olunur, ticarət sövdləşmələri “əmtəə - əmtəə” (Ə – Ə) sxemi üzrə həyata 
keçirilir, yəni natural mübadiləyə əsaslanan iqtisadi sistem pulun vasitəçiliyi 
olmadan fəaliyyət göstərir. Barter, pul tədavülünün alternatividir. Lakin pul 
barterdən fərqli olaraq daha az vaxt və gərginlik tələb edir.   
lk pullar hələ maldarlıq dövründə bu işlə məşğul olan tayfalar arasında 
meydana gəlmişdir. Qədim dövrdə “öküz” adını metaldan hazırlanan pul 
daşıyırdı.Buna görə də, hesab edilir ki, latın mənşəli olan “penukiya” –pul , 
“pekus” – mal-qara sözündən yaranmışdır. 
Birinci ictimai əmək bölgüsünün yaranması ilə mübadilə müntəzəm şəkil aldı 
və dəyərin ikinci mübadilə forması tam və ya dolğun dəyər forması yarandı. 
kinci ictimai əmək bölgüsü zamanı sənətkarlıq əkinçilikdən ayrıldı və 
mübadilənin inkişafında yeni pillə oldu ki, bu da ümumi ekvivalentin 
təkmilləşməsinə gətirib çıxartdı.  lk vaxtlar ümumi ekvivalent kimi duz, mal-qara, 
çörək, fil sümüyü, qoyun, qətran, pivə, keçi, bıçaqlar, taxıl, gil, düyü və s. istifadə 
olunurdu. Şərq slavyanları isə ərəblərlə ticarətdə xəz dərilərdən pul vasitəsi kimi 
istifadə edirdilər. 
Sxem 1. Əmtəə pulların təsnifatı. 
 
 
 
 
 
 
 
 
 
Ə
MTƏƏ PULLARI 
Mal-qara 
Yun 
Balıqqulağı 
Köpək balığının dişi və s. 
METAL PULLAR 
Ə
mək 
alətləri 
Zinət 
əş
yaları 
Külkələr 
Dən 
Meyvələr 
Tütün 
Çay 
Pambıq və s. 


Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə