Microsoft Word ?liyeva Nuran?Pul siyas?tinin n?z?ri v? ?m?li probleml?ri docx



Yüklə 0,79 Mb.
Pdf görüntüsü
səhifə20/32
tarix14.09.2018
ölçüsü0,79 Mb.
#68281
1   ...   16   17   18   19   20   21   22   23   ...   32

65 
 
୥ୢୣୠ୲
௚ୢୣୠ୲  ∗
dövlət borcunun ÜDM-ə nisbətidir (ölkə daxilində və ticari tərəfdaş 
ölkələrdə). 
DTVM yanaşması empirik qiymətləndirmə zamanı ölkə iqtisadiyyatının 
spesifik xüsusiyyətlərini nəzərə almağa imkan verir. Bununla belə, manatın 
REVM-nin iqtisadi determinantlardan asılılığını qeyri-aşkar funksiya şəklində 
aşağıdakı kimi yazmaq olar: revm = f(tot, ntt, nfa _ ngdp , gov _ exp_ ngdp , oil _ 
p, cpi _ adm, open ) 
Burada:  
tot– ticarət şərti indeksi,  
ntt– ölkə daxilində və ticari tərəfdaş ölkələrdə qeyri – ticari qiymətlərin ticari 
qiymətlərə nisbəti  
((CP /PP ) / (CP */PP *))  
nfa_ngdp –  xalis xarici aktivlərin qeyri – neft ÜDM-nə nisbəti  
gov_exp_ngdp – dövlət xərclərinin qeyri-neft ÜDM-nə nisbəti  
oil_p – neftin dünya bazarında qiyməti  
cpi_adm – inzibati tənzimlənən qiymətlər  
open– iqtisadiyyatın açıqlıq dərəcəsi
 
Neftin dünya bazarındakı qiyməti, inzibati tənzimlənən qiymətlər və dövlət 
xərclərinin qeyri-neft ÜDM-ə nisbəti istisna olmaqla, qalan izahedici dəyişənlər 
mövsümi təmizlənmişdir. Bununla belə, REVM-nin qısamüddətli dövrdəki 
tərəddüdü əsasən özünün bir rüb gecikməsi, ticarət şərti, iqtisadiyyatın açıqlıq 
dərəcəsi, xalis xarici aktivlərin vəziyyəti və inzibati tənzimlənən qiymətlərdən 
qaynaqlanır.  


66 
 
STVM yanaşması faktiki valyuta məzənnəsi ilə ona təsir edən amillərin 
zaman sıralarının sabit (S) komponentləri arasındakı uzunmüddətli əlaqəni tədqiq 
edir: 
ݍ

ௌ்௏ெ
=  ߙ + ߚ


ߜ − ߜ

)


+ ߚ

ݐ

ݐ


 + 
ߚ

ଽௗ௘௕௧
ଽௗ௘௕௧
 ∗
)


 
Ona görə də, ilk öncə bu amillərin zaman sıraları sabit və keçici 
komponentlərinə ayrılmalıdır. Tədqiqatda STVM üzrə TVM-ni hesablamaq üçün 
DTVM yanaşmasından əldə edilən uzunmüddətli dövr modelinin əmsallarından və 
izahedici dəyişənlərin sabit komponentlərindən istifadə edilir. Model vasitəsilə 
aparılmış qiymətləndirmələr manatın real effektiv məzənnəsinin determinantlarını, 
həmçinin faktiki və tarazlı məzənnə uyğunsuzluğunu müəyyən etməyə imkan verir. 
2014-cü ilin AZN məzənnəsinə nəzər yetirsək görərik ki, 1 USD ortalama 
0,7842 – 0,7845 AZN kimi qiymətləndirilirdi. 2015-ci ilin fevral ayında müəyyən 
qədər xırda dəyişikliklər olsa da, 21 fevral 2015-ci il tarixində manatın dollara 
nisbətən məzənnəsində kəskin dəyişiklik müşahidə olundu. Belə ki, 1 USD 1,0500 
AZN-ə bərabər tutuldu. Son bir neçə ayda manatın məzənnəsində qalxıb enmələr 
olsa da bu dəyişim çox cüzidir. 
 
 
 
 
 
 
2.3. Təkrar emissiyasının əsas xüsusiyyətləri. 
Bazar iqtisadiyyatının formalaşması və səmərəliliyinin artırılması kredit 
münasibətlərindən istifadə etmədən və onları təkmilləşdirmədən mümkün deyil. 
Müasir tip kredit münasibətlərinin formalaşması uzun inkişaf yolu keçmiş 


67 
 
mürəkkəb iqtisadi münasibətlərin həyata keçirilməsinə əsaslanır. Hazırda müasir 
kredit sistemi borc kapitalları bazarının əsas hissəsidir və öz növbəsində aşağıdakı 
institutsional qruplardan (pillələrdən) ibarətdir: 
1.
  Mərkəzi (emissiya) bank. 
2.
  Bank sistemi: 
• 
kommersiya bankları; 
• 
ə
manət bankları; 
• 
investisiya bankları; 
• 
ipoteka bankları; 
• 
digər ixtisaslaşmış banklar. 
3.
  Sığorta bölməsi: 
• 
sığorta kompaniyaları; 
• 
pensiya fondları. 
4.
  xtisaslaşmış qeyri – bank maliyyə - kredit institutları: 
• 
investisiya şirkətləri; 
• 
maliyyə şirkətləri; 
• 
xeyriyyə fondları və b. 
Mərkəzi bankın fəaliyyəti yalnız və yalnız ümumdövlət məqsədlərinə 
çatılmasına yönəlməlidir. Onun siyasəti dövlətin ümumi iqtisadi siyasətinin 
prioritetləri ilə müəyyənləşir. Buradan da istənilən ölkənin kredit sisteminin ən 
vacib prinsiplərindən biri – Mərkəzi bankın ölkə daxili pul bazarında rəqabət 
mübarizəsində iştirakına qadağa prinsipi irəli gəlir. 
Banklar – öz resurslarını təsbit olunmuş məbləğdə borc öhdəlikləri (depozitlər 
və ya əmanətlər) əsasında formalaşdıran maliyyə vasitəçiləridir. Bu vasitəçilər 
bütün riskləri öz üzərlərinə götürürlər, çünki əmanətçilərin mümkün itkilərini öz 
kapitalları ilə örtür və müştəri qarşısında yüksək məsuliyyət daşıyırlar. Bank 
ümumilikdə aşağıdakı bank əməliyyatlarını həyata keçirməyə müstəsna hüququ 
olan kredit təşkilatıdır: 


68 
 
 
pul vəsaiti qoyuluşlarına hüquqi və fiziki şəxslərin cəlb 
edilməsi; 
 
göstərilən vəsaitlərin öz adından və öz hesabına ödənişlilik, 
qayıdanlıq və təcililik şərtilə yerləşdirilməsi; 
 
hüquqi və fiziki şəxslərin bank hesablarının açılması və 
aparılması. 
Bank sisteminin tərkib hissəsi olan kommersiya bankları – vəsaitlərin cəlb 
edilməsi və qayıdanlıq, təcililik və ödənişlilik şərti ilə öz adından yerləşdirilməsi 
üçün təyinatlanmış kredit təşkilatlarıdır.  
Bankları digər maliyyə institutlarından fərqləndirən spesifik funksiya kredit 
pullarının emissiyasıdır. Banklar depozit – kredit emissiyasını həyata keçirərək 
dövriyyədəki pul kütləsini artırır. Kredit verərkən pul kütləsi artır, qayıdarkən 
azalır. Müştəriyə verilmiş kredit onun tələb edilənədək hesabın yazılaraq bankın 
öhdəliyini artırır. Hesabın sahibi vəsaiti nağdlaşdıraraq dövriyyədəki nağd pul 
kütləsini artıra bilər. Amma iqtisadiyyat müəyyən həcmli pul kütləsi tələb 
etdiyindən bankların bu funksiyası mərkəzi banklar tərəfindən ya məhdudlaşdırılır, 
ya da stimullaşdırılır. 
Bank əməliyyatlarına yuxarıda göstərilənlərdən başqa aşağıdakılar aiddir: 
 
fiziki və hüquqi şəxslərin, o cümlədən müxbir – bankların 
tapşırığı ilə onların bank hesabları üzrə hesablaşmaların həyata keçirilməsi; 
 
pul vəsaitləri, veksellər, ödəniş və hesablaşma sənədlərinin 
inkassasiyası və fiziki və hüquqi şəxslərə kassa xidmətinin göstərilməsi; 
 
nağd və nağdsız formada xarici valyutanın alqı – satqısı; 
 
qiymətli metalların qoyuluşa cəlb edilməsi və yerləşdirilməsi; 
 
bank təminatlarının verilməsi. 
Banklarda fiziki və hüquqi şəxslərin hesablaşma – kassa xidmətlərinin 
aparılması üçün ilk növbədə bankda həmin müştərinin hesablaşma və ya cari 
hesabı aparılmalıdır. Bu hesabların açılma ardıcıllığı və hesablaşma və ya cari 
hesablar vasitəsilə həyata keçirilən əməliyyat dairəsi ölkənin mərkəzi bankı 


Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə