Microsoft Word ?liyeva Nuran?Pul siyas?tinin n?z?ri v? ?m?li probleml?ri docx



Yüklə 0,79 Mb.
Pdf görüntüsü
səhifə21/32
tarix14.09.2018
ölçüsü0,79 Mb.
#68281
1   ...   17   18   19   20   21   22   23   24   ...   32

69 
 
tərəfindən reqlamentləşdirilir. Lakin hesabın fəaliyyət mexanizmi isə hər bir 
kommersiya bankının özü tərəfindən, bank və müştəri arasında bağlanılan 
hesablaşma – kassa xidməti müqaviləsi ilə müəyyənləşir.  
Bu müqaviləyə əsasən bank öz üzərinə müəyyən öhdəliklər götürmüş olur ki, 
onlar aşağıdakılardır: 
•  Bankın lisenziyasında göstərilən bütün əməliyyat növlərinin müştərinin 
hesabında aparılması; 
•  Müştərinin hesabına daxil olan bütün pul vəsaitlərinin saxlanmasını 
təmin etmək; 
•  Müştərinin tələbi ilə nağdsız hesablaşmaların həyata keçirilməsi 
məqsədi ilə hesabından pul vəsaitlərini silinməsi ilə aparılan 
ə
məliyyatlar; 
•  Müştəriyə onun hesabından çıxarış vermək. 
Kassa əməliyyatları – nağd pul və digər qiymətlilərin qəbulu, verilməsi, 
saxlanması və qorunması üzrə əməliyyatların məcmusu, inkassasiya isə nağd pul 
və və digər qiymətlilərin (qiymətli kağızlar, qiymətli metallar və daş – qaşlar, zinət 
əş
yaları) olduğu yerdən təyinat yerinə daşınmasıdır. Nağd pulun və ya digər 
qiymətlilərin inkassasiyasını həyata keçirən şəxs  nkassatordur.  
Müəssisələrin əhali ilə hesablaşmaları zamanı qəbul etdikləri nağd pullar 
mütləq qaydada nəzarət – kassa maşınlarının tətbiqi ilə həyata keçirilir. 
Müəssisələr öz kassalarında bankın, müəssisənin rəhbərliyi ilə razılaşdırılmış limiti 
həddində nağd pul vəsaitləri saxlaya bilərlər. Limitdən artıq pul vəsaitləri qalığı isə 
öz növbəsində mütləq müəssisəyə xidmət göstərən banka geri qaytarılmalıdır. 
Kassada nağd pul qalığı limitinin müəyyən edilməsi, onun mədaxilinin banka 
təqdim olunma müddəti, mədaxildən istifadə qaydalarının müəyyənləşməsi, 
müəssisənin 1-ci kvartalın əvvəlində banka təqdim etdiyi xüsusi hesabında bank 
tərəfindən müəyyənləşdirilib göstərilir. Bu ərizə formasında müəssisə 3 aylıq pul 
daxilolmalarının həcmini, təxmini xərclərini və günlük orta mədaxilini, mədaxilin 


70 
 
banka təqdim olunma ardıcıllığını və müddətini, kassa qalığı limitini göstərir. 
Müəssisənin kassasında nağd pul qalığı limiti onun fəaliyyətinin xüsusiyyəti və 
mədaxilin inkassasiyası ilə müəyyənləşdirilir.Daimi pul mədaxili olan və hər iş 
gününün axırında bu vəsaitləri mütləq şəkildə təhvil verən müəssisələr üçün limit, 
müəssisənin növbəti iş gününün axırında bu vəsaitləri mütləq şəkildə təhvil verən 
müəssisələr üçün limit, müəssisənin növbəti iş günü normal fəaliyyətdə olması 
üçün lazım olan hədd ilə müəyyənləşir. Müəssisənin kassasına daxil olan pul 
vəsaitlərini növbəti iş günü təhvil verən müəssisələr üçün isə limit orta günlük 
mədaxildən çox olmamalıdır. Daimi pul mədaxili olmayan müəssisələr üçün isə 
limit orta günlük xərclərlər müəyyənləşir. Limitdən artıq bütün pul vəsaitləri təsdiq 
olunmuş ardıcıllıqla, müəyyənləşdirilmiş müddətə banklardakı hesablarda 
saxlanılmalıdır.  
Nağd pullar bankın gündüz (əməliyyat günü ərzində nağd pul və digər 
qiymətlilərin qəbulunu həyata keçirən mədaxil kassası) və axşam (əməliyyat 
günündən sonra nağd pul və digər qiymətlilərin qəbulunu həyata keçirən mədaxil 
kassası) kassalarına, inkassatorlara və növbəti addım olaraq banka təqdim olunmaq 
üçün müəssisələrin nəzdində vahid kassalara təhvil verilir. Nağd pulların təhvil 
verilməsinin vaxtı – vaxtında və bütövlükdə yerinə yetirilməsi bankın iqtisadçıları 
tərəfindən həyata keçirilir.Cari nəzarət iqtisadçılar tərəfindən kassa planı əsasında 
nəzarət cədvəli, bunun ardınca isə müəssisələrin kassa əməliyyatlarının aparılması 
Qaydalarına uyğun tələblərə riayət edilməsi əsasında aparılır. Əgər müəssisə, 
təşkilat və ya sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər öz fəaliyyətləri 
zamanı kassa əməliyyatlarının aparılması haqqında qanuna müvafiq olaraq 
fəaliyyət göstəməzlərsə, o zaman onlardan qanunauyğun şəkildə maliyyə 
cavabdehliyi tələb olunur.  
Nağd pul və digər qiymətlilərlə işləyən işçilərlə tam maddi məsuliyyət 
haqqında müqavilə bağlanmalıdır. Bankların rəhbərlikləri kassaların mühafizəsini 
təmin etmək üçün lazımi şərait yaratmalıdırlar.  Nağd pul və digər qiymətlilərin 


71 
 
qorunması üçün məsul olan və qiymətlilərlə işləyən şəxslər müvafiq möhürlər, 
plombirlər və adlı ştamplar ilə təchiz olunmalıdırlar. 
Kassa əməliyyatlarını aparmaq üçün nəzərdə tutulmuş, texniki tələblərə cavab 
verən və xüsusi təchiz edilmiş yer olan kassa qovşağına aşağıdakı sahələr aid 
edilir: pul saxlanana yer; anbarqabağı sahə; kassaların yerləşdiyi sahə; pulun 
sayılması üçün sahə. 
Pul saxlanan yer aşağıdakı texniki tələblərə cavab verməlidir: 
1.
 
Oda davamlı dəmir seyflərlə təchiz olunmalı; 
2.
 
Yanğın və təhlükəsizlik tələblərinə cavab verməli; 
3.
 
Yanğın və siqnalizasiya qurğuları ilə təchiz olunmalı; 
4.
 
24 saat ərzində silahli mühafizə olunmalı (qeyri iş saatlarında 
elektron mühafizə sistemləri polis idarəsinin pultuna qoşulması istisna 
olmaqla); 
5.
 
Günün sonunda kassada pul saxlamayan kredit təşkilatı muzdu 
mühafizəçilər tərəfindən qoruna bilər; 
6.
 
Tavanı təcrid olunmalı; 
7.
 
Hündürlüyü döşəmədən daxili tavana qədər 2,7 metrdən az 
olmamalı; 
8.
 
Divarların qalınlığı 40 santimetrdən az olmamalı; 
9.
 
Döşəmənin qalınlığı 60 santimetrlik beton qatından ibarət 
olmalı, damı isə 75 kiloqram kvadrat metrlik yükə davam gətirməli; 
10.
 
Alt hissədə boşluğ və ya zirzəmi olmamalı; 
11.
 
ki qapı ilə bağlanmalı: birinci qapı dəmir barmaqlıqdan 
hazırlanmalı, bir daxili kilidlə bağlanmalı, ikinci bayır qapı dəmirdən 
hazırlanmalı və iki kilidlə bağlanmalıdır. 
Pul saxlanan yer üç açarla əməliyyat gününün əvvəlində açılmalıdır və 
ə
məliyyat gününün sonunda bağlanmalıdır. Bu açarlar aşağıdakı şəxslərdə 
olmalıdır (axşam kassasının saxlanğıcı istisna olmaqla):   


Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə