Microsoft Word ?liyeva Nuran?Pul siyas?tinin n?z?ri v? ?m?li probleml?ri docx



Yüklə 0,79 Mb.
Pdf görüntüsü
səhifə22/32
tarix14.09.2018
ölçüsü0,79 Mb.
#68281
1   ...   18   19   20   21   22   23   24   25   ...   32

72 
 
-
 Birinci açar – kassanın müdirində (və ya kassa əməliyyatlarına məsul 
vəzifəli şəxsdə); 
-
  kinci açar – kredit təşkilatının rəhbərində (ümumi rəhbərliyə məsul 
vəzifəli şəxsdə); 
-
 Üçüncü açar – kredit təşkilatının baş mühasibində (uçot işinə məsul 
olan vəzifəli şəxsdə). 
Pul saxlanan yerdə olan nağd pulun və digər qiymətlilərin salamatlığına 
açarları olan şəxslər məsuliyyət daşıyırlar. Həmin məsul şəxslər müəyyən 
səbəblərə (xəstəlik, məzuniyyət, ezamiyyə və s.) görə işdə olmadıqda açarları 
onları əvəz edən şəxslərə müvafiq akt tərtib olunmaqla verilə bilər. Pul saxlanan 
yer əməliyyat gününün sonunda açarları olan şəxslərin möhürləri ilə möhürlənib 
mühafizə işçisinə müvafiq jurnalda imza etdirməklə təhvil verilməlidir. Bu zaman 
mühafizə işçisi onda olan möhürlərin nümunələrini pul saxlanan yerin 
bağlanmasında istifadə edilən möhürlərlər tutuşdurur. Bu jurnal isə kassa 
müdirində saxlanılır. Pul saxlanan yerin ehtiyat açarları olmalıdır. Ehtiyat açarları 
kisəyə qoyulmalı və açarları olan şəxslərin möhürləri ilə möhürlənməli, rəsmi 
qaydada saxlanılmaq üçün Mərkəzi Banka və ya yaxınlıqda olan digər kredit 
təşkilatına təhvil verilməlidir.  
Nağd pulu mədaxil etmək üçün kredit təşkilatlarında yaradılan gündüz 
mədaxil kassaları “nağd pulun mədaxili üçün elan”a əsasən həyata keçirilir. 
Gündüz mədaxil kassasına qəbul edilən nağd pul həmin əməliyyat gününün 
mühasibat balansında əks olunur. Elanlar nağd pulu təqdim edən tərəfindən 
mürəkkəbli və ya diyircəkli qələmlə doldurulur və bütün rekvizitlər üzrə 
yoxlanılmaq üçün kredit təşkilatlarında müştərilərin əməliyyatlarının aparılmasına 
məsul olan şəxsə təqdim olunur. Kassir nağd pulu qəbul etdikdən sonra “nağd 
pulun mədaxili üçün elan”da göstərilən məbləği qəbul etdiyi faktiki məbləğlə 
tutuşdurur. Məbləğlər uyğun gəldikdə, elanların order, qəbz və elan hissəsi kassir 
tərəfindən imzalanır, order hissəsi hesabdan çıxarış ilə birlikdə müştəriyə təqdim 


73 
 
edilməsi üçün məsul icraçıya verilir, qəbz hissəsi pulu təhvil verən şəxsə qaytarılır, 
elan hissəsi isə günün kassa sənədlərinə tikilmək üçün kassirdə qalır.  
Ə
məliyyat günü qurtardıqdan sonra müştərilərdən nağd  pulu qəbul etmək 
üçün zəruri hallarda kredit təşkilatlarında yaradılan axşam kassasının müvafiq 
işçiləri üzərində “axşam mədaxil kassası” sözləri yazılmış möhür və kassanın 
açarları ilə təchiz edilməlidir. 
Axşam mədaxil kassasına qəbul edilən nağd pul növbəti iş günündə 
mühasibat balansında əks olunur. Axşam mədaxil kassasına nağd pul gündüz 
mədaxil kassasına nağd pulun mədaxili və rəsmiləşdirilməsi proseduruna uyğun 
surətdə qəbul olunur. Axşam mədaxil kassasının işçilərinin sayı iki nəfərdən 
(kassir və nəzarətçi – mühasib) az olmamalıdır.  
Axşam mədaxil kassasına daxil olan pullar bu Qaydalara müvafiq surətdə 
formalaşdırılmalıdır. Axşam mədaxil kassasına mədaxil olunan nağd pul, müvafiq 
sənədlər və möhürlər, mühafizə üçün pul saxlanan yerə qoyulur. Pul saxlanan yer 
mühafizəçinin iştirakı ilə kassirə və nəzarətçiyə məxsus olan iki açarla bağlanmalı, 
həmin şəxslərin möhürləri ilə möhürlənməlidir və pul saxlanan yer jurnalında imza 
etdirməklə mühafizəçiyə təhvil verilməlidir.  
Ə
məliyyatların yerinə yetirilməsi üçün bankomatdan istifadə kredit 
təşkilatlarının müştərilərinin ödəniş kartlarını və fərdi identifikasiya nömrələrini 
tətbiq etməklə həyata keçirilir. Nağd pulun verilməsi əməliyyatları yerinə 
yetirildikdən sonra müştəriyə nömrələnmiş qəbz verilməlidir.  
Bankomatların nağd pul ilə təmin olunması prosedurları kredit təşkilatlarının 
daxili qaydaları ilə təsdiq olunmalıdır. Banomatların nağd pulla yüklənməsi və 
boşaldılması inkassasiya qaydalarına müvafiq surətdə həyata keçirilir. Vaxtaşırı, 
ayda bir dəfədən az olmamaqla bankomat tam boşaldılır.  nkassator çıxarılmış 
kasetlərlə birlikdə bankomatın çap qurğusundan götürülmüş kağız lenti kassaya 
çatdırır. Kassir çıxarılmış kasetlərdəki nağd pulun qalığını bankomatın hesabındakı 
məbləğin qalığı ilə tutuşdurur və uçot məlumatları ilə üzləşdirir, fərq aşkar 


74 
 
edildikdə müvafiq akt tərtib olunur. Aktı kassa müdiri, inkassator, kassir və texniki 
işçi imzalayırlar. Akt tərtib olunarkən bankomatları idarəetmə sisteminin verdiyi 
məlumatdan və bankomatın əməliyyat jurnalından götürülmüş məlumatdan istifadə 
edilir, qalıqlardakı uyğunsuzluğun səbəbləri aydınlaşdırılır. Bankmatlara texniki 
xidmət onların istismarına dair sənəddə göstərilmiş qaydada həyata keçirilir. 
Texniki xidmət və köhnəlmiş materialların dəyişdirilməsi ilə əlaqədar 
ə
məliyyatları bankomatın işinin əməliyyat dövrünün başlanması ilə qurmatması 
arasında təyin olunmuş vaxtda həyata keçirilməlidir. Bankomatın seyfində 
yerləşdirilməsi modulların təmiri və bununla əlaqədar texniki xidmət bankomat 
tam boşaldıqdan sonra həyata keçirilməlidir. Bankomatın seyfində yerləşdirilmiş 
modulların təmiri və bununla əlaqədar texniki xidmət bankomat tam boşaldıqdan 
sonra həyata keçirilməlidir. 
Kredit təşkilatlarının kassasında olan nağd pulun seçilməsi, sayılması və 
bağlanılması üçün zəruri hallarda kredit təşkilatlarında yenidənsayma kassaları 
yaradılır. Yenidənsayma kassasının müvafiq işçiləri üzərində “yenidənsayma 
kassası” sözləri yazılmış möhürlə təchiz edilməlidir. Yenidənsayma kassasında 
işçilərin sayı iki nəfərdən az olmamalıdır (kasir və nəzarətçi). Nağd pul kredit 
təşkilatının kassasından yenidənsayma kassasının işçilərinə kitabda imza 
etdirməklə verilir. Yenidənsayma nəticəsində kənarlaşma aşkar edildikdə akt tərtib 
olunur və müvafiq tədbirlər görülür.  
Qiymətlilərin inkassasiyasını həyata keçirmək üçün kredit təşkilatları 
tərəfindən inkassasiya xidməti yaradılır.  nkassasiya xidməti olmayan kredit 
təşkilatı qiymətlilərin inkassasiyasını həyata keçirmək üçün bu Qaydalarla 
müəyyən edilmiş texniki tələblərə cavab verən inkassasiya xidməti olan digər 
kredit təşkilatı ilə müqavilə bağlamaqla onların inkassasiya xidmətindən istifadə 
edə bilərlər. Qiymətlilərin inkassasiyası kredit təşkilatının daxili prosedur 
qaydaları və müştərilərlə bağlanmış müqavilələr əsasında təşkil edilir. Kredit 
təşkilatının daxili prosedur qaydalarında ən azı aşağıdakılar müəyyən edilməlidir: 
  nkassatorlar briqadasının təşkili; 


Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə