Microsoft Word ?liyeva Nuran?Pul siyas?tinin n?z?ri v? ?m?li probleml?ri docx



Yüklə 0,79 Mb.
Pdf görüntüsü
səhifə23/32
tarix14.09.2018
ölçüsü0,79 Mb.
#68281
1   ...   19   20   21   22   23   24   25   26   ...   32

75 
 
  nkassasiya zamanı qiymətlilərin qəbulu və təhvili qaydaları; 
  Qiymətlilərin formalaşdırılması; 
  Qiymətlilərin təhlükəsizliyinin təminatı; 
  Qiymətlilərin inkassasiyasında məsuliyyət. 
Müştərilərlə bağlanan müqavilənin şərtlərində ən azı aşağıdakı məsələlər 
nəzərdə tutulmalıdır: 
  Qiymətlilərin inkassasiya qrafiki; 
  nkassasiya zamanı qiymətlilərin qəbulu və təhvil qaydaları; 
  Xidmət haqqı; 
  Tərəflərin məsuliyyəti. 
Qiymətlilərin inkassasiyası kredit təşkilatının inkassasiya xidmətində 
yaradılan inkassator briqadası tərəfindən (iki inkassatordan az olmamaqla) həyata 
keçirilir.  nkassator briqadasının tərkibindən bir nəfər rəhbər təyin olunur. 
nkassatorlar və sürücü inkassatorlar fiziki cəhətdən sağlam olmalı, 
silahlardan istifadə etmək bacarığına malik olmalıdırlar.  nkassatorların və sürücü 
inkassatorların qanunverciliyə müvafiq olaraq sağlamlıq haqqında müvafiq tibbi 
arayışı olmalı və ən azı 3 ildən bir tibbi müayinədən keçməlidirlər. 
Qiymətlilərin inkassasiyası zamanı inkassatorların müəyyən olunmuş 
marşrtudan və qrafikdən kənarlaşması, nəzərdə tutulmayan məntəqələrdə 
dayanması, habelə avtomaşında kənar şəxslərin və yüklərin daşınması qadağandır. 
Qiymətlilərin inkassasiyası zamanı nəqliyyat vasitəsi sıradan çıxarsa və ya 
inkassatorlardan biri xəsarət alarsa dərhal kredit təşkilatının rəhəbrliyinə məlumat 
verilməli, xəsarət alan şəxsə ilkin yardım göstərilməli, qiymətlilərin mühafizəsi 
təşkil edilməli və qiymətlilərin təyinat yerinə çatdırılması üçün şəraitə uyğun 
olaraq qərar qəbul edilməlidir. 
Qiymətlilərin inkassasiya xidməti üçün aşağıdakı sahələr olmalıdır: 
•  Xidməti silahların və döyüş sursatların saxlanması üçün müvafiq 
qaydada təchiz olunmuş otaq; 


76 
 
•  Silahların güllə ilə doldurulması və boşaldılması üçün xüsusi təchiz 
olunmuş sahə; 
• 
nkassatorların fiziki hazırlıqlarının və professional biliklərinin 
artırılması, onların təlimatlandırılması və istirahət etmələri üçün otaq. 
Qiymətlilərin inkassasiyasını həyata keçirən inkassator briqadası aşağıdakı 
minimum texniki vasitələr ilə təchiz olunmalıdır: 
-
  Zirehli nəqliyyat; 
-
  Mobil telefon və ya radiostansiya; 
-
  Xüsusi geyim və zirehli gödəkcə. 
Qiymətlilərin inkassasiyasını həyata keçirən inkassasiya briqadası 
qanunvericiliyə uyğun olaraq xidməti silah və döyüş sursatları ilə təmin edilməli 
və ya silahli mühafizə olunmalıdırlar. 
 
 
 
 
 
 
 
 
 
FƏS L III. Müasir dövrdə pul siyasətinin perspektivləri. 
3.1.Pul kütləsinin tənzimlənməsi. 


77 
 
Hər bir ölkənin iqtisadiyyatının inkişafında azad bazar nə qədər önəmli rol 
oynayırsa, onun tənzimlənməsi də bir o qədər böyük əhəmiyyətə sahibdir. Azad 
bazar öz – özlüyündə müəyyən inkişaf səviyyəsinı çata bilər, lakin bu inkişaf 
prosesi idarəedilmədikdə iqtisadiyyat üçün böyük fəlakətlər, böhranlar yarada bilir.  
Pul təklifi iqtisadiyyatda dövr edən (iqtisadiyyatda əmtəələrin və xidmətlərin 
və  s. alınıb satılması üçün lazım olan ) pul kütləsinin həcmi kimi xarakterizə 
olunur. Pul kütləsi dedikdə,tədavül prosesində olan pul nişanlarının cəmi başa 
düşülür. Yəni pul kütləsi dövriyyəyə buraxılmış kağız pul nişanları, metal sikkələr 
və banklarda cari hesablarda olan vəsaitlərdir. Məlum olduğu kimi dövriyyədə olan 
pulun həcmi davamlı olaraq eyni səviyyədə qalmır. Bir başqa formada ifadə etsək 
pul təklifi öz – özünə həcm və strukturunu dəyişə bilən yaranma və yoxetmə 
mexanizminə malikdir. Pul kütləsi və onun strukturunu izah etmək üçün 
iqtisadiyyatda dövr edən pul vəsaitlərinin müəyyənləşdirilməsi vacibdir.Pul iki 
ə
sas xüsusiyyəti – yüksək likvidlik və dəyər funksiyası ödəmə vasitələrinin hər bir 
konkret formalarında eyni səviyyədə saxlanılmır. Nağd pul və tələb olunana dək 
vəsaitlər əmanət depozitlərinə nisbətdə daha likviddir. Lakin birinciyə nisbətdə 
ikinci daha çox gəlir gətirməklə mənfəətlidir. Likvidlik anlayışı iqtisadiyyatın 
müxtəlif sahələrində müxtəlif cür izah edilir. Məsələn maliyyə ədəbiyyatlarında 
likvidlik aktivlərin daha tez müddətdə pula çevrilmə qabiliyyəti kimi nəzərdə 
tutulur. Eyni zamanda likvidlik əmsalları aktivlərin öhdəlikləri ödəmək qabiliyyəti 
kimi hesablanır. Beynəlxalq Valyuta Fondunun təklif etdiyi qruplaşmaya uyğun 
olaraq bir çox öhdəliklərdə pul aqreqatları hesablanır. Bu məlumatlar həm Mərkəzi 
Bankın hər ay nəşr etdirdiyi bank statistik bülletenində və eyni zamanda 
Beynəlxalq Valyuta Fondunun  nternational Finansial statistics bülletenində verilir. 
Adətən aqreqatlar 4 qrupa bölünür: 
•  M0 – nağd pullar bank sistemindən kənarda əhalinin və müəssisələrin 
ə
lində olan pullar; 
•  M1 – nağd pul və kommersiya banklarında olan tələb olunanandək 
depozitlər; 


78 
 
•  M2-  M1+ kommersiya banklarında olan orta müddətli depozitlər; 
•  M3- M2+ kommersiya banklarında olan uzunmüddətli əmanətlər. 
Müxtəlif ölkələrdə pul aqreqatları iqtisadi təhlil və ölkənin Mərkəzi Bankının 
pul təklifini tənzimlənməsindəki yanaşmasına görə fərqlənir. 
Tənzimləmə dedikdə, inzibati qərarlarla qiymətlərin müəyyənləşdirilməsi 
nəzərdə tutulmur. Dövlət makro səviyyədə tələbi tənzimləməklə bazarda 
qiymətlərin arzuedilən  səviyyədə dəyişməsinə çalışır. Burada söhbət dövlətin 
yürütdüyü pul – kredit siyasətindən gedir. Dövlət məhz düzgün qurulan pul – 
kredit siyasəti hesabına iqtisadi inkişaf üçün əlverişli maliyyə təminatı yaradır. 
Mərkəzi banklar tərəfindən monetar siyasətin həyata keçirilməsində pul 
kütləsinin dinamikası və strukturunun təhlili mühüm əhəmiyyətə malikdir. Hal – 
hazırda Azərbaycan Respublikası statistik hesablamalarında M2 aqreqatı nağd pul 
və milli valyutada olan hesablaşma hesabı cari və depozit hesablarının qalığı 
göstəricisindən istifadə olunur. Daha qısa desək M0 + milli valyutad olan bütün 
depozitlər ( dövlət idarəetmə oqranlarının depozitləri istisna olmaqla ) kimi 
hesablanır. Bundan başqa həm də M3 geniş pul kütləsi də hesablanır. M3 – M2 + 
xarici valyutada olan depozitlər də əlavə olunur. Bu məlumatlar hər ay Məkəzi 
Bank tərəfindən bank statistik bülletenində verilir. 
2014-cü ildə geniş pul kütləsi iqtisadiyyatın tələbatına və inflyasiyaya adekvat 
olaraq dəyişmiş, onun strukturunda yaxşılaşma prosesi davam etmişdir. 
l ərzində manatla geniş pul kütləsi (M2) 6.1% artaraq 17436 mln. manata 
çatmışdır. Bank sisteminin pul yaratma qabiliyyətini ifadə edən pul 
multiplikatorunun dövr ərzində artıma meyilli olması (ilin əvvəlinə nəzərən 7% 
artım) qeyri-nağd pul kütləsinin həcminin genişlənməsinə şərait yaratmışdır. 
Şəkil 2.Pul kütləsinin dəyişməsi, % -lə  


Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə