Microsoft Word ?liyeva Nuran?Pul siyas?tinin n?z?ri v? ?m?li probleml?ri docx



Yüklə 0,79 Mb.
Pdf görüntüsü
səhifə24/32
tarix14.09.2018
ölçüsü0,79 Mb.
#68281
1   ...   20   21   22   23   24   25   26   27   ...   32

79 
 
 
Mənbə: AMB 
Hesabat ilində manatla pul bazasında 0.9% azalma müşahidə olunmuşdur. 
Ötən il geniş pul kütləsi (M3) 11.4% artaraq 01.01.2015-cı il tarixinə 21566.4 
mln. manata çatmışdır. 
Cədvəl 1.Pul aqreqatları, mln. manat 
 
01.0
1.12 
01.01.
2013 
01.01.
2014 
01.01.
2015 
M0 (Nağd pul) 
715
8.4 
9256.6 
10458.

10152.

 M1 (Nağd pul, tələb 
olunanadək  
ə
manət və depozitlər)       
879
6.3 
11107.

12736.

12830.

  M2 (Nağd pul, tələb 
olunanadək, mddətli əmanət və 
depozitlər, manatla) 
109
97.4 
13806.

16434.

17435.

M3 (Nağd pul, tələb 
olunanadək, müddətli əmanət və 
depozitlər,   manat və xarici 
139
03.4 
16775.

19359.

21566.



80 
 
valyuta)   
 
Mənbə: AMB 
Xarici valyutada depozitlərin cəmi əmanət və depozitlərdə xüsusi çəkisi 
dövrün sonuna 36.2% təşkil etmişdir. Xarici valyutada əmanət və depozitlərin M3 
pul kütləsində payı isə dövrün sonuna 19.2% olmuşdur. 
Şəkil3.M3 pul aqreqatının dinamikası, % 
 
Mənbə: AMB 
l ərzində manatla nağdsız pul kütləsi 21.9% artmışdır ki, bu da nağdsız 
ödəniş infrastrukturundan istifadə səviyyəsinin artdığını göstərir. 
Bundan başqa sair aktivlərlə sair passivlərin fərqini ∆P ilə işarə etsək onda 
bərabərlik aşağıdakı kimi olacaqdır.  
VH+QK+KBK+XDÖ+∆P = DNP+KBD 


81 
 
Bərabərliyin sol tərəfi pul bazasının necə yaranmasını göstərir. Öz aktivlərini 
artıraraq Mərkəzi Bank pul yaradır bə onu məhv edir.  
Mərkəzi Bankın pul miqdarını tənzim etmək üçün imkanları onun aktivlərinin 
xarici (tədiyyə balansının vəziyyətini müəyyən edən – valyuta ehtiyatları) 
aktivlərdən və daxili (dövlətin həyata keçirdiyi pul siyasətindən asılı olaraq – 
dövlətə və kommersiya banklarına kreditlər) aktivlərdən asılıdır. Əgər siyasətin 
məqsədləri uyğun gəlmirsə, onda Mərkəzi Bank sterilizasiya həyata keçirir, əlavə 
pul vəsaitlərini dövriyyədən çıxarır. 
Tənliyin sağ tərəfi göstərir ki, hər bir an etibarilə pul  bazası dövriyyədə olan 
nağd pul və Mərkəzi Bankda kommersiya banklarının ehtiyyatları olaraq iki yerə 
bölünür.  
Pul bazasının pul kütləsinə artırıcı təsirini müəyyənləşdirmək üçün pul 
multiplikatorunu müəyyənləşdirmək lazımdır.  
Pul multiplikatoru  =M2 Pul bazası kimi hesablanır. Bunun mahiyyəti ondan 
ibarətdir ki, 1 vahid pul bazasının artması nə qədər pul kütləsi artımına səbəb olur. 
Məlum olduğu kimi Mərkəzi Bankın emissiya etdiyi banknotlar sonradan iki 
istiqamətdə istifadə edilir: 
1)
  Bir hissə ev təsərrüfatının kassasına daxil olur; 
2)
  Digər hissə kommersiya bankına depozit kimi daxil olur. 
Müddətsiz əmanətlərin olması əmanətçiyə imkan verir ki, öz məsrəflərini çek 
vasitəsilə ödəsin. Nəticədə banknotların oynayacağı rolu çeklər oynayır.  
Kommersiya banklarına depozit kimi daxil olmuş vəsaitləri banklar kredit 
kimi yerləşdirə bilərlər və bu zaman dövriyyədə olan vəsaitlərin miqdarı artır. 
Kreditlər qaytarıldığı zaman isə bu miqdar azalır. Beləliklə, kommersiya bankları 
da pul yaradıb ləğv edə bilirlər.  


82 
 
Bank qanunvericiliyinə görə hər bir bank cəlb etdiyi depozitlərə mütənasib 
olaraq – müəyyən faiz miqdarında Mərkəzi Bankda məcburi ehtiyyat norması kimi 
saxlamalıdır. Əgər bankda faktiki ehtiyyatlar məcburi ehtiyyat normasından 
çoxdursa banklar həmin vəsaiti kredit verə bilər. Buna görə də hər bir bank artıq 
vəsaitlərinə uyğun olaraq kredit verə bilər və nəticədə pul təklifini artıra bilər. 
Ümumi olaraq iqtisadiyyatda pul təklifi (D) əlavə ehtiyyatların (E) pul 
multiplikatoruna (m) hasili qədər artacaqdır. 
D = E*m 
Bank multiplikatoru bir əmsaldır və bu əmsal hər əlavə ehtiyyat manatların 
pul kütləsinin nə qədər artacağını göstərir. Bank multiplikatorunun formulası 
aşağıdakı kimidir: 
M= 1r 
Burada r – məcburi ehtiyyat normasıdır.  
Mərkəzi Bankdan fərqli olaraq kommersiya banklarının pul yaratmaq 
qabiliyyətləri məhduddur. Kommersiya banklarında tələb olunanadək vəsaitləri 
yerləşdirən vətəndaş istənilən vaxt öz vəsaitini bankdan tələb edə bilər. Buna görə 
müflis olmamağa görə banklar müəyyən miqdar nağd vəsait saxlamalıdırlar. 
Aşağıdakı təhlilə nəzər yetirək: 
Cədvəl 2.Pulun yaranma modeli. 
Mərkəzi Bankın 
balansı 
Kommersiya 
bankının  balansı 
ctimai balans 
Aktiv 
Passiv 
Aktiv 
Passiv 
Aktiv 
Passiv 

CM 
RR 

CM 

 
RR 
ER 
 


 
ER 

 
 
 
Cəmi 
Cəmi 
Cəmi 
Cəmi 
Cəmi 
Cəmi 


83 
 
H – pul bazası; 
RR – minimum ehtiyyatlar; 
ER – əlavə ehtiyyatlar; 
K – kommersiya banklarının krediti; 
D – müddətsiz depozitlər; 
CM – dövriyyədə olan nağd pul. 
Mərkəzi Bank əhalidən və dövlətdən aktivləri almaqla onlarla banknotlarla 
hesablaşır. Bunlardan biri əhalinin aktivini CM formalaşdırır digəri isə 
kommersiya banklarına depozit kimi daxil olur və onların aktivini təşkil edir 
(RR+ER). Depozitlər əhali üçün aktiv olduğu kimi kommersiya banklarının 
passivini təşkil edir. Kredit isə banklar üçün aktiv, əhali üçün isə passivdir. 
Bank sistemində pulun yaranma prosesi aşağıdakı tənlikdə əks olunmuşdur: 
H = CM+RR+ER; K = D-RR-ER 
Burada RRD = α – minimum ehtiyyatların normativi 
ERD = β – kommersiya banklarının kassa qalığı əmsalı  
CMK  = γ (qamma) nağd pulun ümumkommersiya banklarının kreditlərində 
xüsusi çəkisidir. 
H – ın qarşısındakı vurğu depozit multiplikatoru adlanır. Bu göstərici pul 
bazasının artması nəticəsində kommersiya banklarında depozitlərin nə qədər 
artacağını göstərir. 
Bu sistemdən həmçinin kredit multiplikatorunu da tapmaq mümkündür. 
Bunun vasitəsi ilə isə pul bazasının artması nəticəsində kommersiya banklarının 
təqdim etdikləri kreditlərin həcminin nə qədər artmasını müəyyənləşdirmək 
mümkündür. 


Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə