Microsoft Word ?liyeva Nuran?Pul siyas?tinin n?z?ri v? ?m?li probleml?ri docx



Yüklə 5,01 Kb.

səhifə25/32
tarix14.09.2018
ölçüsü5,01 Kb.
1   ...   21   22   23   24   25   26   27   28   ...   32

84 
 
Pul kimi M1 aqreqatını nəzərdə tutsaq onda pul multiplikatorunu da buradan 
tapmaq mümkündür: 
M = CM+D 
Buradan da CM = γK +D 
Nəticə olaraq verilmiş pul bazası (buraxılmış banknotların miqdarı) əsasında 
ölkədəki pul kütləsinin həcmi α β γ parametrlərindən asılıdır. 
Ümumi olaraq qeyd etmək olar ki, pul kütləsinin tənzimlənməsinin aşağıdakı 
alətlərindən istifadə edilir: 
  Dünya praktikasında ən əsas alət kimi açıq bazarda əməliyyatları qeyd 
etmək olar. 
  Deviz əməliyyatları. Mərkəzi Bank tərəfindən xarici valyutaların alınıb 
satılması və bunlada dövriyyədə olan pul kütləsinin tənzimlənməsi 
  Depozit əməliyyatları. Mərkəzi Bank sərbəst pul vəsaitlərini depozit 
ə
məliyyatları vasitəsilə cəlb edir və milli valyutanın dəyərdən 
düşməməsinə və eyni zamanda inflyasiya prosesinə nəzarət etmiş olur.  
  Uçot dərəcəsi vasitəsilə bankların kredit üzrə faizlərinə təsir edir. 
  Məcbur ehtiyyat normalarının dəyişdirilməsi vasitəsilə pul vəsaitlərinin 
dondurulmasına və ya əksinə döviyyəyə buraxılmasına imkan yaradır. 
Pul kütləsinin həcminə əsir edən amillərdən ən mühümü rəsmi uçot 
dərəcəsinin həcmidir. Müasir dövrdə Mərkəzi Bank digər özəl  banklarına kredit 
verilməsi sahəsində restriktiv siyasət həyata keçirdiyindən bu alətin təsir gücü o 
qədər də güclü deyildir. Ancaq bunu Mərkəzi Bankın istiqrazlarının uçot dərəcəsi 
kimi tənzimləmə aləti hesab etmək olarş Bu baxımdan yanaşsaq Mərkəzi Bankın 
rəsmi uçot dərəcəsi dedikdə, Mərkəzi Bankın istiqrazlarının vaxtı çatdıqda özəl 
banklardan alışına sərf etdiyi vəsait başa düşülür. Bu eyni zamanda digər 
istiqrazların alış və satışı üçün də orientr rolunu oynayır. Deməli, bu yolla Mərkəzi 
Bank pul bazarının keyfiyyət parametrlərinə təsir edir, yəni Mərkəzi Bank rəsmi 
uçot dərəcəsini dəyişməklə istiqrazlar vasitəsilə investisiyaların dəyərinin aşağı və 


85 
 
ya yuxarı olmasını tənzimləyir. Bu da öz növbəsində həm istiqrazların və həm də 
eyni zamanda digər qiymətli kağızlara olan tələb və təklifə təsir edir. Beləliklə 
qeyd etmək olar ki, Mərkəzi Bank uçot siyasəti həyata keçirməklə bilavasitə kredit 
institutlarının likvidliyinə və bununla da dolayısıyla ölkənin iqtisadiyyatına təsir 
edir.  
Şəkil 4.Dövriyyədə olan qısamüddətli notların həcmi, mln. manatla  
 
Mənbə: AMB 
Hesabat dövrünün sonuna dövriyyədə olan notların həcmi 27 mln. manat 
təşkil etmişdir. Son hərracda notlar üzrə orta gəlirlik 0.91%, ilin əvvəlində isə 
1.07% təşkil etmişdir. 
Açıq bazarda əməliyyatların aparılması da pul kütləsinə təsir edən amillərdən 
biridir. Məlum olduğu kimi Mərkəzi Bank notlar və istiqrazları bazara təqdim 
etməklə bankların resurslarına təsir edir. Yəni əgər banklar Mərkəzi Bankın təklif 
etdiyi qiymətli kağızları alırsa deməli müştərilərə kredit vermək imkanlarını 
məhdudlaşdırırlar. Bu tənzimləmə metodu inkişaf etmiş ölkələrdə daha çox istifadə 
olunur. Qeyd etmək lazımdır ki, bu vasitə ilə pul kütləsinin dövriyyədə həcmi 
azalır və eyni zamanda borc kapitalının faizi eyni münasibətdə artır.  


86 
 
Yuxarıda qeyd etdiyimiz metodlardan fərqli olaraq ehtiyyat normasının 
tətbiqinin üstün və çatışmayan tərəfləri vardır. Bu metod daha çox inzibati 
tənzimləmə vasitəsi hesab olunur və birbaşa təsir imkanlarına malikdir. Belə 
olduğu halda bankların kredit vermək imkanları azalır və eyni zamanda banklar 
daha çox kredit tarixi olan ənənəvi müştərilərə üstünlük verirlər. Kiçik və orta 
sahibkarlar banklar tərəfindən daha çox imtinalar almış olurlar. 
Pul kütləsinin tənzimlənməsinin ən geniş yayılmış metodlarından biri də 
Mərkəzi Bank tərəfindən deviz əməliyyatlarının aparılmasıdır. Xarici ticarət 
dövriyyəsindən və ölkə daxilində devizə olan tələbatın səviyyəsindən asılı olaraq 
xarici valyutaların sterilizasiyası və ya tam əksinə dövriyyəyə SDV (Sərbəst 
Dönərli Valyuta) – buraxılması prosesi həyata keçirilir. Bu proses həm də 
dollarlaşmanın qarşısının alınmasında da mühüm əhəmiyyətə malikdir.  
Ə
halinin pula olan tələbi sonsuzdur deyə fikirlər mövcuddur. Belə fikirləşən 
insanlar adətən əllərində olan pula avtomobil, ev və s. maddi nemətlər almalarını 
düşünürlər. Beləliklə, daha çox maddi nemətlər əldə etmək və bunun üçün daha 
çox gəlir qazanmaq pula olan ələbi sərhədsiz edir.  
Makroiqtisadiyyatda pula olan tələb dedikdə, iqtisadi subyektlərin 
sərəncamında müəyyən miqdar ödəmə vasitəsinin (kassada) olması arzusu başa 
düşülür. Dəqiq pula olan tələbatın müəyyənləşdirilməsi Mərkəzi Bank üçün çox 
vacibdir. Bu hər hansı bir tikinti təşkilatının yeni evlərə olan tələbatı öyrənməsi 
kimi müqayisə edilə bilər. Pulun əldə saxlanması onun sahibini gəlir qazanmaqdan 
azad edir. Yəni pulun sahibi əgər pulu başqa gəlir gətirən əmlaka yatırsaydı burada 
faiz kimi və s. müəyyən gəlir əldə edə bilərdi. Başqa cür desək, pulun kassada nağd 
olaraq saxlanması alternativ xərclərə başa gəlir.  
Ə
gər iqtisadiyyatda pul təklifi xaricdən müəyyənləşirsə, onda puı bazarında 
tarazlıq ya yüksək faiz səviyyəsi ilə aşağı səviyyəli milli gəlir üçün ya da aşağı faiz 
səviyyəsi ilə yüksək milli gəlir səviyyəsi üçün əldə edilə bilər. Çünki 
iqtisadiyyatda milli gəlir səviyyəsi artdıqca əməliyyat və ehtiyyat məqsədi ilə pula 


87 
 
olan tələb də artacaqdır. Bu zaman pul təklifi sabit olduğundan əməliyyat üçün 
lazım olan nağd pullar şəxslərin möhtəkirlik məqsədi ilə əllərində saxladığı nağd 
pullar vasitəsilə qarşılanacaqdır. Şəxslərin də möhtəkirlik məqsədi ilə əllərində 
tutduqları puldan əl çəkmələri üçün faiz səviyyəsinin yüksəlməsi məcburidir. 
Ölkədə pul kütləsinin tənzimlənməsi və dövlətin maliyyə - pul sisteminin 
təhlükəsizliyinin möhkəmləndirilməsi üçün aşağıdakı tədbirlərin həyata keçirilməsi 
məqsədə uyğundur. 
1.
  Pul tədavülünün normallaşdırılması; 
2.
  Ölkədaxilində qarşılıqlı ödəmələrin “bağlanması”; 
3.
  Mərkəzdə və yerlərdə səmərəli, dayanıqlı fəaliyyət göstərən kredit-
hesablaşma bazasının yaradılması;  
4.
  qtisadiyyatın monetarizasiyası; 
5.
  Maliyyə-pul tədavülü vasitəsilə barterin sıxışdırılması;  
6.
  Kapitalın dövrüyyəsinin normallaşdırılması və iqtisadiyyatda pul 
dövrüyyəsinin sürətinin ləngidilməsi; 
7.
  ARBM-nın pul kütləsinə dövrüyyə tələbatının  ödənilməsi; 
8.
  Pul kütləsinin və kredit qoyuluşlarının tətbiqi sinxronluğunun əldə 
edilməsi;  
9.
  Pul ötürmə sistemi mexanizminin yenidən tənzimlənməsi; 
10.
 Pul və kredit sahəsində nəzəri işləmələrin fəallaşdırılması,bank sisteminin 
müasir elmi alətlər əsasında qurulması;  
11.
 qtisadiyyatın real sektoruna dövlət investitsiyaların artırılması; 
12.
 qtisadi cinayətkarlıqla mübarizənin sərtləşdirilməsi; 
13.
 Siyasi sabitliyin əldə edilməsi; 
14.
 Veksel tədavülünün inkişafı, bank sisteminin gələcək təkamülünün 
qiymətli kağızlar və fond bazarlarının stimullaşdırılması. 
Azərbaycan respublikasında son illər həyata keçirilən məqsədyönlü iqtisadi 
siyasət və geniş miqyaslı islahatlar nəticəsində iqtisadiyyatın dinamik inkişafına o 
cümlədən makroiqtisadi sabitliyə nail olunmuş bütün sahələrə investitsiya 




Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   32


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə