Microsoft Word ?liyeva Nuran?Pul siyas?tinin n?z?ri v? ?m?li probleml?ri docx



Yüklə 0,79 Mb.
Pdf görüntüsü
səhifə26/32
tarix14.09.2018
ölçüsü0,79 Mb.
#68281
1   ...   22   23   24   25   26   27   28   29   ...   32

88 
 
qoyuluşu əhəmiyyətli dərəcədə artmış, əhalinin yaşayış tərzi yaxşılaşmış, manatın 
xarici dönərli valyutalara nisbətən məzənnəsinin sabitliyi təmin edilmişdir. Məlum 
olduğu kimi dövlət müstəqilliyinin ilk illərində Azərbaycan Respublikasında 
dövrüyyəyə buraxılmış milli valyutanın məzənnəsi həmin dövrdə baş verən hərbi-
siyasi və sosial-iqtisadi böhranın təsiri nəticəsində qısa müddət ərzində aşağı 
düşmüş və ölkədə yüksək qiymətlər miqyası formalaşmışdır.  qtisadiyyatda sürətli 
artımı və inkişaf potensialı Azərbaycan Respublikasının dövlət atributu olan milli 
valyutanın – manatın məzənnəsinin dünyanın aparıcı valyutalarının mübadilə 
məzənnələrinə uyğun səviyyədə formalaşması üçün əlverişli şəraitin yarandığı 
nəzərə alaraq və milli pul nişanlarının dizaynını, mühafizəsini, nominal 
strukturunu beynəlxalq standartlara uyğunlaşdırmaq, pul nişanlarında milli və 
tarixçilik ənənələrini daha qabarıq ifadə etmək, ölkədə pul dövrüyyəsini daha da 
yaxşılaşdırmaq, məzənnə və qiymətlər miqyasını optimallaşdırmaq, manatın 
funksiyalarının daha səmərəli yerinə yetirilməsini təmin etmək, uçot və hesablaşma 
sistemini sadələşdirmək və dövlət xərclərinə qənaət etmək məqsədi pulun 
denominasiyası haqqında qanun qəbul edilmişdir. (7 fevral 2005-ci il). 
Denominasiya dedikdə puldan sıfırların silinməsi başa düşülür. 2006-cı il yanvarın 
1-dən Azərbaycanda milli valyutanın manatın denominasiyası həyata keçirilməyə 
başladı.Yeni manata keçid zamanı 1 yeni manat 5000 köhnə manata bərabər 
tutulur. 2006-ci il yanvarın 1-dən dekabrın 31-dək köhnə nümunəli pul nişanları 
qanuni ödəniş vasitəsi kimi dövrüyyədə yeni pul nişanları ilə yanaşı hər növ 
ödənişlərin həyata keçirilməsində, hesablara daxil edilməsində və pul köçürmələri 
üçün qəbul edilir, habelə banklar tərəfindən məhdudiyyətsiz olaraq dəyişdirilir. 
2007-ci il yanvarın 10-dən etibarən isə, köhnə pul nişanları məbləğindən asılı 
olmayaraq ARMB və onun qurumları tərəfindən məhdudiyyətsiz və müddətsiz 
olaraq dəyişdirildi. 
Denominasiyanın müsbət cəhətləri aşağıdakılardır: 
•  Hesablaşmaları asanlaşdırır və vaxta qənaət olunmasına imkan verir. 


89 
 
•  Pulun keyfiyyət tərəfdən təkminləşdirilməsi əlavə xərclərin azalmasına 
imkan verir. 
•  Ciddi makroiqtisadi effektliyə kömək edir.  
•  Valyutalar üzrə hesablaşmalar ləğv olunaraq,vacib resurs cəmiyyət 
vaxtına qənaət olunacaq. 
•  Xarici valyutanın ( məsələn: dolların ) mövqeyinin həm ictimai şüurda, 
həm də şüuraltında zəifləməsinə səbəb olacaq ki, bu da manat haqqında 
yüksək imicin formalaşmasına kömək edir. 
•  Pulun təkminləşdirilməsi saxtalaşdırılmasının qarşısını almağa kömək 
edir. 
Pul – kredit siyasətinin başlıca vəzifəsi qiymətlərin sabitliyini və iqtisadi 
inkişafın davamlığını təmin etməkdir. Bu baxımdan uzun illər, tədqiqatçıların 
öyrənməyə çalışdıqları əsas məsələ tədavüldəki pul ilə qiymətlər arasındakı əlaqə 
olub. Yekunda əsas nəzəriyyələrin orta xəttində bu fikir dayandı ki, makroiqtisadi 
səviyyədə qiymətlər birbaşa pul kütləsi ilə əlaqəlidir.  
Nəzəri fikirlərin əsas müddəalarını ümumiləşdirərək demək olar ki, pul – 
kredit siyasətinin əsas mahiyyətini dövlətin pul kütləsini tənzimləməklə, ona 
müdaxilələr etməklə makroiqtisadi səviyyədə qiymətlərin sabitliyinə çalışması 
təşkil edir. Bununla bərbər fiskal (büdcə - vergi) siyasətə nisbətən pul – kredit 
siyasətinin iqtisadiyyata təsiri daha operativdir ki, bu baxımdan makroiqtisadi 
səviyyədə qiymətlərin tənzimlənməsində pul – kredit siyasətinin əsas vasitə kimi 
seçilməsi zəruridir. Pul – kredit siyasəti vasitəsilə iqtisadiyyatda borc faiz 
dərəcələrinin tənzimlənməsi investisiyaların stimullaşdırılması, iqtisadi 
tənəzzüllərə qarşı mübarizə baxımından əhəmiyyətlidir. Dövlət pul – kredit 
siyasətinin əhəmiyyətini artırmaq məqsədilə həmçinin valyuta rejimi, valyuta 
tənzimlənməsini də həyata keçirir və s.  
Azərbaycanda bütün bu işləri, yəni pul – kredit siyasətini Mərkəzi Bank 
həyata keçirir. Mövcud qanunvericiliyə əsasən hər il oktyabr ayının 1-dən gec 
olmayaraq Mərkəzi Bank növbəti il üçün dövlətin pul siyasətinin əsas 


90 
 
istiqamətlərini prezidentə təqdim edir, dekabrın 31-dək isə ictimaiyyətə açıqlayır. 
Bu zaman Mərkəzi Bank cari ildə həyata keçirilən pul siyasətinin yekunları və 
qarşıdakı il üçün pul siyasətinin məqsəd və vəzifələrini, onların həyata keçirilməsi 
yollarını göstərir. Bu məqsədlə hər il Mərkəzi Bank “Pul siyasətinin əsas 
istiqamətləri” adlı sənəd hazırlayır.  
Bu sənəddə qanunvericilikdə Mərkəzi Bankın qarşısında qoyulan vəzifələrin 
yerinə yetirilməsi, pul siyasətinin ötən il ərzində yerinə yetirilməsi vəziyyəti, 
növbəti il üçün pul siyasəti üzrə hədəflər və bu hədəflərə nail olmaq yolları öz 
ə
ksini tapır.  
“Pul siyasətinin istiqamətləri” ona görə hər il hazırlanır ki, o iqtisadiyyatda 
baş verən dəyişikliklərlə uyğunlaşdırılır. Burada həm dövlətin marağı, həm də 
biznes mühiti nəzərə alınır.  qtisadiyyatda sürətli dəyişikliklərin baş verdiyi, 
məsələn son maliyyə böhranı şəraitində Mərkəzi Bank daha qısa müddətlərə pul 
siyasəti işləyə bilər.  
Tədqiqatçıların fikrincə, pul – kredit siyasəti geniş və dar mənada nəzərdən 
keçirilməlidir.  Geniş mənada o inflyasiya və işsizliklə mübarizə, pul kütləsinin 
tənzimlənməsidir.  Mərkəzi Bank valyuta kursunun tənzimlənməsində də bazar 
ə
məliyyatından istifadə edir. Bunun üçün onun zəruri valyuta ehtiyatına malik 
olması lazımdır. Əgər xarici valyutanın təklifi artırsa, bu milli valyutanın 
möhkəmlənməsi, milli valyutanın möhkəmlənməsi isə ölkənin ixrac potensialına 
mənfi təsir ilə nəticələnir. Beləolan halda, Mərkəzi Bank valyuta alışını həyata 
keçirərək bazardakı nisbəti birincinin xeyrinə dəyişməyə çalışır.  
Ə
ks proses baş verdikdə, yeni xarici valyutanın təklifi azaldıqda milli 
valyutanın ucuzlaşması, bununla da ölkədə maliyyə sabitliyinin pozulması, 
ə
halinin real gəlirlərinin azalması, inflyasiya təhlükəsi meydana gəlir. Buna görə 
də Mərkəzi Bank bazara xarici valyuta çıxarmağa başlayır. 
Dünya ölkələrinin təcrübəsi və çoxsaylı iqtisadçı alimlərin yekdilliklə qəbul 
etdiyi belə bir rəy mövcuddur ki, müasir dövrdə milli iqtisadiyyatın ümumi 


Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə