Microsoft Word ?liyeva Nuran?Pul siyas?tinin n?z?ri v? ?m?li probleml?ri docx



Yüklə 0,79 Mb.
Pdf görüntüsü
səhifə28/32
tarix14.09.2018
ölçüsü0,79 Mb.
#68281
1   ...   24   25   26   27   28   29   30   31   32

95 
 
Real faiz dərəcəsi kreditə verilmiş pul məbləği vahidinin alıcılıq 
qabiliyyətinin artım tempini əks etdirir.  
Tədavüldə olan pulun real alıcılıq qabiliyyəti (qiymətlər səviyyəsinə 
bölünmüş nominal pul kütləsi) real kassa qalıqlarının həcmi ilə ifadə olunur. 
qtisadi nəzəriyyədə belə bir müddəa mövcuddur ki, tədavüldə olan pulun 
miqdarının dəyişməsi istehsal həcmini dəyişilməz saxlayaraq, yalnız qiymətlərin 
mütləq səviyyəsinə təsir edir  və bu da pulun neytrallığı adını almışdır. "Pulun 
neytrallığı" anlayışı nəzərdə tutur ki, tədavüldəki pulun miqdarının bir dəfə 
dəyişməsi uzunmüddətli zaman kəsiyində istehsalın real həcminin müvazinətli 
səviyyəsinə təsir göstərməyəcək. 
Neoklassik məktəbin tərəfdarları belə bir fərziyyə irəli sürürlər ki, pul – kredit 
siyasətindəki dəyişikliklər hətta qısamüddətli dövrdə, əgər iqtisadi obyeklər güman 
edilən dəyişiklikləri gözləyirlərsə, iqtisadi sistemdə hər hansı bir dəyişiklikliyə 
səbəb olmurlar. Bu fərziyyə pulların superneytrallığı adımı almışdır.  
Pula tələb. Pula tələb təsərrüfat agentlərinin tədiyə vasitəsi kimi istifadə 
etmək istədikləri pul vəsaitlərinin həcmi ilə müəyyənləşdirilir. Pula tələb pul 
gəlirinə tələblə eyni deyil. O, iqtisadi subyetklərin öz gəlirlərinin hansı hissəsini 
daha likvidli – nağd pul (pul kassası) şəklində saxlamağa üstünlük vermələrini 
göstərir və müəyyən zaman anı üçün ölçülən pul ehtiyatına tələbdən ibarətdir. Pula 
tələb iqtisadiyyatın bütün bölmələrində formalaşır. 
qtisadi ədəbiyyatda pula tələbin iki əsas konsepsiyası fərqlənir: neoklassik 
(monetarist) və keynsçi. 
Pula tələbin monetarist nəzəriyyəsi neoklassik ənənələrə əsaslanır və 
tədavüldə pulun artmasının qiymətlərin artmasına, azalmasının isə azalmasına 
səbəb olduğunu söyləyən pulun kəmiyyət nəzəriyyəsinin əsas müddəalarını 
mənimsəmişdir.  


96 
 
Kəmiyyət nəzəriyyəsinin müasir şərhi gəlirlərin hərəkətində pulun tədavül 
sürəti anlayışına əsaslanır. Əgər  .Fişerin "mübadilə tənliyində" tənliyin sol 
hissəsindəki pul kütləsini (M) pula tələbin həcmi ilə (
M

) ilə əvəz etsək, onda belə 
alınar: 

܌
 = P · Q / V 
Bu tənlikdən göründüyü kimi pula tələbin həcmi aşağıdakı amillərdən asılıdır: 
Qiymətlərin mütləq səviyyəsindən. Bütün digər şərtlər bərabər olduqda, 
qiymətlərin səviyyəsi nə qədər yüksək olarsa, pula tələb də bir o qədər yüksək olar 
və əksinə; 
•  Real istehsal həcmi səviyyəsindən. Onun səviyyəsi artdıqca, əhalinin 
real gəlirləri də artır və deməli, adamlara da daha çox pul lazım olur, 
çünki real gəlirlərin daha yüksək olması sövdələşmələrin də artmasını 
nəzərdə tutur; 
•  Pulların tədavül sürəti. Pulun tədavül sürətinə təsir edən bütün amillər 
müvafiq olaraq pula tələbə də təsir edəcəklər.  
Keyns özünün pula tələb nəzəriyyəsini likvidliyə üstünlük vermə nəzəriyyəsi 
adlandırmışdır. O, insanları sərvətlərinin bir qismini pul şəklində saxlamağa təhrik 
edən üç səbəb fərqləndirir.  
1)
  Puldan tədiyyə vasitəsi kimi istifadə etmək üçün (pul saxlamağın 
transaksiya motivi); 
2)
  Gələcəkdə öz resurslarının müəyyən hissəsini nağd pul şəklində 
istifadə etmək imkanını təmin etmək üçün (ehtiyat görmə motivi); 
3)
  Möhtəkirlik motivi – borc faizi normalarının artmasının gözlənildiyi 
dövrdə aktivlərin istiqraz formasında saxlanılmasından irəli gələn 
kapital itkisindən qaçmaq istəyindən doğan pul saxlama motividir. 
Məhz bu motiv pula tələb kəmiyyəti ilə faiz norması arasında əks əlaqəni 
formalaşdırır.  


97 
 
Müasir pula tələb nəzəriyyəsi pula tələbin transaksiya, möhtəkirlik və ehtiyat 
görmə motivlərinə bölünməsini inkar edir. Faiz dərəcəsi pula tələb kimi təzahür 
edir, amma faiz norması pulun saxlanılmasının alternativ olması nəticəsində. Bu 
zaman zənginlik pula tələbin əsas amili kimi nəzərdən keçirilir. Pula tələbin 
həcminə gözləmələrdəki dəyişikliklər, inflyasiyanın olması təsir edir.  
Azərbaycanda Mütəşəkkil Banklararası Kredit Bazarı 2002-ci ildə 
Azərbaycan Mərkəzi Bankı (AMB), Bakı Banklararası Valyuta Birjası (BBVB) və 
Azərbaycan Bank Tədris Mərkəzinin (ABTM) birgə səyləri nəticəsində yaradılıb. 
1992-ci ildə ölkənin milli bank sisteminin yarandığı vaxtdan 2001-ci ilə qədər 
pul bazarının iştirakçıları – bilavasitə kommersiya bankları, AMB və bazarın 
təşkilatçılarından biri olan BBVB arasında bu bazarın yaradılması və fəaliyyəti 
barədə müzakirələr aparılmışdır. Nəhayət, 2002-ci ilin martında Mütəşəkkil 
Banklararası Kredit Bazarı (MBKB) yaradıldı ki, o da uzun inkişaf yolunu keçmiş 
Birja Elektron Ticarət Sistemi (BETS) vasitəsilə reallaşırdı. Əvvəllər bilavasitə 
kommersiya bankları arasında əqdlər bağlanmırdı, çünki risklər yüksək idi və 
banklar arasında etimadsızlıq var idi. Odur ki, ilk zamanlarda bankların pul 
bazarında kredit əqdləri bağlaması üçün girov kimi dövlət qısamüddətli istiqrazları 
(DQ ) tələb olunurdu, yəni pul bazarından kredit almaq istəyən bankın portfelində 
mütləq şəkildə DQ  olmalı idi. Lakin kredit cəlb etmənin bu sxemi uzun və üzücü 
girov sənədləşməsi prosudurları tələb etdiyindən, inkişaf etmədi. Qeyd etmək olar 
ki, həmin sxemlə 2002-ci ildə yalnız bir əqd bağlanıb ki, o da daha çox nümunəvi 
xarakter daşıyıb. 2003-cü ildə AMB-nin təşəbbüsü ilə kommersiya banklarına 
imkan verildi ki, AMB-nin özündən, bankın onun ehtiyat fondunda olan vəsaitinin 
ə
vvəlcə 50, daha sonra isə 100%-i məbləğində vəsait cəlb etsin. 2003-cü il ərzində 
ticarət sistemində bu kimi əqdlərin bağlanılmasına baxmayaraq, bazarın tam 
yaranması haqda söz açmaq hələ də tez idi. Belə ki, bu əqdlərdə kreditor yalnız 
AMB, cəlb edən isə yalnız kommersiya bankları idi. 
2005-ci ildə bazarın likvidliyinin gələcək yüksəldilməsi məqsədilə market-
meykerlik institutu yaradıldı ki, burada 10 kommersiya bankı təşəbbüsü öz üzərinə 


Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə