Microsoft Word ?liyeva Nuran?Pul siyas?tinin n?z?ri v? ?m?li probleml?ri docx



Yüklə 0,79 Mb.
Pdf görüntüsü
səhifə29/32
tarix14.09.2018
ölçüsü0,79 Mb.
#68281
1   ...   24   25   26   27   28   29   30   31   32

98 
 
götürdü. Bu banklar BETS-də gündəlik olaraq dərc edilən respublikanın pul 
bazarının BakıB D və BakıBOR indikatorlarını formalaşdırırdı. Həmin dövrdən bu 
günədək sistemdə qeyd alınan əqdlərin həcmi və sayı xeyli artdı. Bunu xüsusilə 
qeyd etmək istərdim ki, əqdlər bilavasitə kommersiya bankları arasında, heç bir 
girov tələb olunmadan və demək olar ki, AMB-nin iştirakı olmadan bağlanırdı. 
Pul bazarının inkişafı yolunda növbəti addım 2009-cu ildə atıldı. Bu zaman 
BBVB, AMB və pul bazarının market-meyker bankları ilə birlikdə MBKB-nin 
təminatlı pul bazarının seqmenti işlənib hazırlandı və tətbiq edildi. Bu gün 
adıçəkilən seqmentə 10 bank qoşulub. Qısaca olaraq bu seqmentin əsas mətləbi 
bunlardır: 
  təminatlı pul bazarı (TPB) – banklararası kredit bazarının seqmentidir, 
burada kommersiya banklarının kredit əməliyyatları üzrə öhdəliklərinin 
yerinə yetirilməsinə Mərkəzi Bank təminat verir; 
  həmin seqmentin iştirakçı bankları Kollektiv Saziş imzalayırlar, bu 
Saziş Banklar arasında BBVB-nin ticarət sistemindəki TPB 
seqmentində milli valyutada kredit əqdlərinin bağlanılma qaydalarını, 
onların icrasını və həmçinin Banklar tərəfindən banklararası kredit 
müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsi hallarında kollektiv 
məsuliyyətin qüvvəyə minməsi qaydalarını tənzimləyir; 
  kredit əqdlərinin parametrləri (kreditin maksimal müddəti və məbləği) 
AMB tərəfindən müəyyən edilir, banklar kollektiv şəkildə AMB-yə 
müraciət edərsə bu parametrlər dəyişdirilə bilər; 
  hesablaşma günü borcalan bank kredit əqdi üzrə öhdəliklərini icra 
etmədikdə, AMB borcverən bank üçün overdraft xəttinin açılması 
vasitəsilə müvafiq tədbirlər görür ki, nəticədə borcverən bankın 
likvidliyinə heç bir təsir göstərmir; 
  əgər borcalan bank ilin sonunda AMB qarşısındakı öhdəliyini yerinə 
yetirə bilmirsə, onda seqmentin iştirakçı banklarının AMB qarşısında 
kollektiv məsuliyyət prinsipi qüvvəyə minir; 


99 
 
  Sazişə yeni üzvlərin qəbul edilməsi qaydalarına banklar və AMB 
tərəfindən baxılır, yekdil razılıq əldə edildikdə yeni bank seqmentə 
daxil olur. 
Bütövlükdə demək olar ki, MBKB kifayət qədər uzun inkişaf yolu keçib və 
Azərbaycanın pul bazarının dinamik inkişaf edən bir seqmentidir. Bu gün də 
davam edən maliyyə böhranı şəraitində daxili pul bazarının daha dərin inkişafı 
xarici mənfi faktorların təsirinin qarşısını almaq üçün zəruridir. Həm banklararası 
bazarda, həm də korporativ kreditləşmə seqmentində faiz dərəcələrini endirmək və 
manatın likvidliyini artırmaq məsələləri çox böyük əhəmiyyət kəsb edir. Bu yolla 
kredit xidmətlərini ucuzlaşdırmaq və onların strukturunu təkmilləşdirmək 
mümkündür.  nkişafın genişləndirilməsi naminə atıla bilən daha bir addım – qeyri-
bank maliyyə institutları hesabına pul bazarı iştirakçılarının sayını artırmaqdır. 
Ölkənin maliyyə bazarının inkişafının təkamül yolu bu ardıcıllıqda görünür: 
pul bazarı (banklararası kreditlət, svoplar, pul bazarı indikatorlarının 
formalaşdırılması, bu göstəricilərə irəlidə qeyd edilmiş bütün alətlər əsaslanır), 
valyuta bazarı (spot, svop və forvard alətləri), istiqraz bazarı (orta və üzünmüddətli 
istiqrazlar, dövlət kağızları və s.), səhm bazarı, derivativ bazarı.  
 
 
 
 
 
 
 
 
 


100 
 
3.3. Pul siyasətinin həyata keçirilməsində müasir texnologiyaların tətbiqi. 
Pulun təkamülü prosesinin növbəti mərhələsi nağd pulların avtomatik 
verilməsi sistemi hesabına geniş yayılan debet kartların buraxılması oldu. Bu 
“elektron pullar” adını almış EHM – ın köməyi ilə aparılan hesablaşma sistemidir. 
Elektron kartlar nəinki hesablaşmalarda nağd pulları və çekləri əvəz etdi, həmçinin 
sahibinə bankdan qısamüddətli ssuda almaq hüququ da vermiş oldu. Pul dairəsində 
kağız məlumat daşıyıcılarından elektron ötürmələrinə keçmə istehsal və tədavül 
dairəsinə elektron hesablama avadanlıqlarının daxil edilməsi ilə mümkün olur.  
Elektron pullar sisteminə bir sıra elementlər daxildir: avtomatlaşdırılmış 
hesablaşma palatası, avtomatlaşdırılmış kassir sistemi və əmtəələrin alınma, yaxud 
xidmət göstərilmə məntəqələrində təsis edilmiş terminallar sistemi. 
Avtomatlaşdırılmış hesablaşma palatası vahid hesablama mərkəzi ilə əlaqələnən 
banklar şəbəkəsidir. Avtomatlaşdırılmış kassir bir sıra pul əməliyyatları aparmağa 
– bank hesabından pul çıxarmağa, əmanəti almağa, ödənişlərə imkan verir.  
E – pul real pulların modelləşmiş formasıdır və şəxsdə olan elektron alətə 
yüklənmiş bir maliyyə dəyəri və ya fərdi fondu idarə edir. Emissiya təşkilatları – 
emitent onların müxtəlif sistemlərdə müxtəlif cür adlandırılan, elektron 
analoqlarını buraxırlar.Sonra isə bu pullar istifadəçilər tərəfindən alınır və onlar bu 
pulların köməyilə alış – veriş etmiş olurlar. Bu zaman satıcı emitentlə 
hesablaşmalar apararaq öz borcunu geri alır.Beləliklə satıcının hesabında pul artır, 
alıcının hesabında isə azalmış olur. Emissiya zamanı hər bir pul vahidi elektron 
möhürlə təsdiqlənir ki, bu da ödəmə zamanı onu buraxan struktur tərəfindən 
yoxlanılır.  
Elektron alətə yüklənmiş bu maliyyə dəyəri şəxs tərəfindən istifadə edildikcə 
azalır və yüklənmiş olan dəyərin qurtarması nəticəsində təkrar dəyər yüklənməsi 
vacibdir. E – pul çalışma məntiqi ilə bir şirkətin verdiyi xidmətə qarşılıq olaraq 
aparılacaq ödəmələrin gerçəkləşməsi üçün istehlakçıya verdiyi telefon və ona oxşar 
alətlər arasında bənzərlik görülsə də e – pulun məqsədi bu cür kartlar kimi tək 


Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə