Microsoft Word ?liyeva Nuran?Pul siyas?tinin n?z?ri v? ?m?li probleml?ri docx



Yüklə 0,79 Mb.
Pdf görüntüsü
səhifə3/32
tarix14.09.2018
ölçüsü0,79 Mb.
#68281
1   2   3   4   5   6   7   8   9   ...   32


 
3500il bundan əvvəl Çində pul vasitəsi kimi kakuri balıqqulaqları ekvivalent 
rolunu oynayırdı ki, vaxt keçdikcə ilk Çin pulları da bu balıqqulağı formasında 
hazırlanırdı. IX – XVIII əsrlərdə Hindistanda, XVII əsrdə Taylandda, XIX əsrdə 
isə Afrikada kakuri balıqqulaqları pul kimi istifadə edilirdi.Hətta Asiyanın bəzi 
ölkələrində XX əsrin əvvəllərinə kimi ondan istifadə olunub.  
Sparta pulları isə o qədər iri və ağır hazırlanırdı ki, bu pulları daşımaq üçün 
atlı araba lazım olurdu. Onlar dəmirdən hazırlanır, qaynar halda uksusa salınırdı ki, 
təkrar emal üçün yararsız olsun. 
Sxem 2. Pulun növləri. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
PULUN NÖVLƏR  
KAĞIZ 
(XƏZ NƏ B LETLƏR ) 
Dəyəri olan əsl pullar. 
Bütün digər əmtəələrin 
dəyər ölçüsüdür, dövlət 
tərəfindən buraxılır. 
QIZIL, GÜMÜŞ 
KRED T 
Ə
sl pulların dəyərini əks 
etdirən nişanlar. Məcburi 
kursla tədavül edirlər, 
dövriyyədə əsl pulları əvəz 
edir, dövlət tərfindən 
buraxılır, qızılla təmin 
edilmir. 
Məcburi dövriyyə gücü 
olmayan dəyər nişanları. 
Pulun ödəniş 
funksiyasından yaranır, 
banklar tərəfindən 
buraxılır, qızılla, xarici 
valyutayla təmin edilirlər. 
VEKSEL 
BANKNOT 
ÇEK 
Qiymətli kağız, borc 
götürənin borcu vaxtında 
ödəyəcəyi barədə yazılı borc 
öhdəliyi 
Banklar tərəfindən 
buraxılmış bank bileti. 
Təqdim edənin göstərilən 
vaxtda pulları ala biləcəyi 
şə
xsi vekselləri əvəz edir. 
Cari hesab sahibinin 
banka sənəddə göstərilən 
məbləğində onu təqdim 
edənə və ya başqa 
subyektə ödənilməsi 
barədə qeyri – şərtsiz 
yazılı əmridir. 


10 
 
Zaman keçdikcə baş verən tarixi inkişaf və ekvivalentin təkmilləşdirilməsi 
nəticəsində pul funksiyasını sikkələr, gümüş vı qızıl pullar oynamağa 
başladı.Kapitalist istehsalı bərqərar olduqdan sonra isə pul daha da təkminləşməyə 
məruz qaldı. 
Sikkənin yaranması pulun formalaşmasında mühüm mərhələ oldu. Sikkə 
quldarlıq dövlətlərinin iqtisadi və siyasi qüdrətinin güclənməsi, tacirlər sinifinin 
yaranması, əmtəə istehsalı və mübadilənin inkişafı nəticəsində meydana çıxmışdır. 
lk sikkələr e.ə.VII əsrdə qədim Çində və qədim Lidiya dövlətində meydana 
gəlmişdir.  E.ə. 600-300-cü illərdə Çində tədavülə dəyirmi formada sikkələr 
buraxıldı və bu sikkənin üz tərəfi avers, arxa tərəfi revers, qıraq dairəsi isə qurt 
adlanırdı. “Qurt” kəsikli edilirdi ki, sikkənin korlanmasının qarşısı alınsın. Kiyev 
rusiyasında isə ilk sikkənin buraxılması IX-X əsrlərə təsadüf edir.  
lk qızıl sikkələr b.e.ə. VII əsrdə üzərində öz əksini təsvir edən Makedoniyalı 
skəndərin olmuşdur. Qızıl tədavülü birinci dünya müharibəsinədək mövcud 
olmuşdur. Rusiyada sikkələrdən olduqca geniş istifadə olunmağa başlanılmışdır. 
Bu dövrlərdə istifadə olunan qızıl və gümüş pulların üzərlərində göstərilən dəyərlər 
onların real dəyərləri ilə üst üstə düşürdü. Getdikcə bazar münasibətlərinin artması 
və gündən günə mükəmməlləşməsi, dövriyyədə əmtəə mübadiləsinin 
genişlənməsinə səbəb oldu ki, bu da öz növbəsində artıq qızıl və başqa qiymətli 
metal pulları sıxışdırmağa başladı. Belə ki, əmtəələrin artması və onların 
mübadiləsinin genişlənməsi qızıl pul istehsalı ilə üst üstə düşmədi. Qızılın az 
olması, bu pulların tədavülə az buraxılması əmtəə tədavülündə onların vasitəçi rolu 
oynaya bilməsinə mane oldu və qızıl pullar getdikcə kağız pullarla əvəz olunmağa 
başladılar.  
Kağız pullar qızıl sikkənin əvəzedicisi kimi ilk dəfə XII əsrdə  Çində yaranıb. 
Çin höküməti ağır dəmir pullar buraxdırdı. XI əsrdən hökümət tacirlərə qəbz 
verməyi qadağan etdi və özü sikkələri əvəz edən qəbzlər hazırladı.  


11 
 
Kağız pullar – tədavüldə olan qızıl sikkənin əvəzedicisi kimi meydana 
gəlmişdir.  lk dəfə kağız pullar Çində XII  əsrdə, Rusiyada isə 1769-cu ildə 
meydana gəlmişdir. Qızıl sikkə ilə müqayisədə bu kimi əmtəə istehsalçılarına 
müəyyən üstünlüklər (məsələn, saxlamaq asandır, xırda partiyalı hesablaşmalarda 
ə
lverişlidir) yaratmışdır. Kağız pullar buraxılması hüququnu dövlət öz üzərinə 
götürür. Buraxılmış pulun nominal dəyəri ilə onların buraxılış dəyəri arasındakı 
fərq (kağıza çap edilməsinə çəkilən xərclər) xəzinənin emissiya gəlirini təşkil edir. 
lk mərhələdə kağız pullar qızıl pullarla yanaşı buraxılırdı və onlar tədavülə 
yeritmək üçün qızıl sikkələrə dəyişdirildi.  
Dəyərləri tutuşduraraq ölçmək üçün mütləq hər hansı real mövcud olan əşyavi 
formalı əmtəənin dəyərindən istifadə etmək tələb olunmur. Əmtəə tədavülü 
ə
mtəənin pula deyil, məhz əmtəəyə mübadiləsi məqsədi ilə həyata keçirilir. Ona 
görə də əmtəə tədavülü vacibdir ki, tədavüldə olan pul dəyəri, mübadilə edilən 
ə
mtəələrin ekvivalent dəyərini göstərsin, lakin onların özlərinin də məhz belə 
dəyərə malik olması vacib deyil. 
Məhz bu, qızılı özləri də xüsusi əmtəə olan sadə kağız nişanları ilə əvəz 
etməyə imkan verdi. 
Kağız pullar tam qiymətli pulların nümayəndələridir. Kağız pulların meydana 
gəlməsi aşağıdakı mərhələləri əhatə edir: 
I mərhələ - sikkənin silinməsi; 
II mərhələ - dövlət tərəfindən sikkənin şüurlu korlanması, sikkənin metal 
məzmununun aşağı salınması; 
III mərhələ - dövlət tərəfindən kağız pulların məcburi kurslarının təyin edilməsi. 
Kağız pulların istehsalı dövlət tərəfindən həyata keçirilir. Onun istehsalının 
müəyyən həddi vardır. Bu pulların mahiyyəti ondan ibarətdir ki, onlar dövlət 
tərəfindən özünün büdcə kəsirinin bağlanması üçün buraxılan pul nişanlarıdır. 
Kağız pulların emitenti dövlət orqanı olan xəzinədarlıqdır. Qeyri – sabitlik kağız 


Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə