Microsoft Word ?liyeva Nuran?Pul siyas?tinin n?z?ri v? ?m?li probleml?ri docx



Yüklə 0,79 Mb.
Pdf görüntüsü
səhifə30/32
tarix14.09.2018
ölçüsü0,79 Mb.
#68281
1   ...   24   25   26   27   28   29   30   31   32

101 
 
işləmə ilə bağlı bir ödəmə üçün deyil, hər cür ödəmənin aparıla bilməsidir. E – 
pulu kredit və borc kartlarından ayırn ən böyük xüsusiyyət, e – pul istifadəsi 
sırasında bənzər bir sorğu əməliyatının olmamasıdır. 
Fiziki pulların əsas xüsusiyyətlərindən biri onların anonimliyidir, daha dəqiq 
desək, onların üzərlərində bu pulları kimin nə zaman istifadə etdiyi göstərilmir. 
Hazırda 4cür kredit kartları mövcuddur. Onlardan ən çox istifadə edilənləri bank 
və ticarət kartlarıdır. Bu kartlar istifadəçi üçün çox sərfəlidir. Belə ki, daşınmada 
da istifadəçinin rahatlığı ön plana çəkilir. Lakin bunlarla yanaşı onların çatışmayan 
cəhətləri də mövcuddur. Diskin və ya smart – kartın korlanması elektron pulların 
geri qaytarılmaması ilə nəticələnə bilər. Üstünlüklər içərisində ən önəmlisi gün 
ə
rzində aparılan əməliyyatlar sırasında gecikmiş və ya xətalı ödəmələr səbəbindən 
yarana biləcək maliyyə risklərinin azaldılması və ya aradan qaldırılmasıdır. 
Elektron pulun digər bir üstünlüyü isə çox çeşidli ödəmə imkanları saxlaması və 
ödəmələrin üz – üzə aparılması məcburiyyətini ortadan qaldırmasıdır. Fərdi ödəmə 
yerində olması məcburiyyətinin ortadan qalxması istehlakçıların daha çeşidli və 
çox miqdarda satış aparması və və ya apardıqları satışla bağlı ödəmələrini 
zamanında etməsinə kömək edir. Beləliklə, gec ödəmələr nəticəsində yarana 
biləcək çətinlikləri minimum endirmək mümkün olacaqdır. Elektron pulların əsas 
fərqləndirici cəhətlərindən biri də mikroödəmələri yerinə yetirə bilmək 
qabiliyyətidir. E – pulları həm bank, həm də qeyri – bank təşkilatları emissiya edə 
bilər.  
Plastik kart təyinatından, göstərilən xidmətin növündən, texniki 
imkanlarından asılı olmayaraq bütün növ kartları ifadə edən ümumiləşdirici 
termindir.  lk dəfə ABŞ-da yaranmış və dünyaya yayılmışdır.  Bu kartlar ilk dəfə 
kredit kartları şəklində yayılmışdı.Sahibkarlar, kartı ixrac edən bankla razılığa 
girməmişdən əvvəl bankın yeterli sayda kart sahibi olub olmadığına diqqət 
etməlidirlər.  nsanlar alacaqları kartın mümkün olduqca daha çok yerlərdə qəbul 
edilməsinə üstünlük verirlər. Bu baxımdan kart ixrac edən və ya yayımında 


102 
 
vasitəçilik edən banklar, həm kart sahibləri həm də kartı qəbul edən tərəflər 
arasında uyğun bir bazar yaratmağa çalışırlar. 
Plastik kartlar aşağıdakı imkanları verirlər: 
  Pul vəsaitlərinin rahat və təhlükəsiz saxlanılması.Çünki kart məxfi P N-
kodla qorunur və plastik kartın itirildiyi və ya oğurlandığı hallarda 
hesabdakı vəsait olduğu həcmdə qalır; 
  Dünyanın istənilən nöqtəsində, sutkada 24 saat ərzində, banka müraciət 
etmədən, bankomatlardan pul vəsaitinin çıxarılması; 
  Ölkə daxilində və onun hüdudlarından kənarda malların və xidmətlərin 
ödənilməsi; 
  nternet vasitəsilə həyata keçirilən “on-line” sifarişlərin ödənilməsi; 
  Kart hesabınızdakı hər hansı dəyişikliklər barədə ətraflı hesabatın 
alınması; 
  Şəxsi məsrəflərin və gəlirlərin kart hesabı üzrə alınmış çıxarışların 
ə
sasında təhlil edilməsi və planlaşdırılması; 
  Bir hesaba ailə üzvləri üçün bir neçə əlavə kartın, onlara müəyyən limit 
müəyyən etməklə və ya bunsuz, rəsmiləşdirilməsi. 
Plastik ödəniş kartların istifadəsində 3 əsas istiqamət mövcuddur: 
•  fiziki şəxslər üşün plastik kartlar; 
•  nümayəndəlik xərcləri üçün korporativ kartlar; 
•  maaş kartları. 
Ödəmələrin bu sisteminin tətbiqini beynəlxalq aləmdə daha da təkmil 
formada tətbiq etmək məqsədi ilə Qərbdə  SO (  nternarional Standarts 
Organisation ) – Beynəlxalq Standartlar Təşkilatı yaradıldı. Plastik kartların 
dünyada tanınmış V SA, MASTER CARD, AMER CAN EXPRESS kimi 
emitentləri bu təşkilatın üzvləri oldular. Bu təşkilat tərəfindən plastik kartların 
ümumi xarici görünş standarti, hesabların nömrələnməsi qaydası, maqnit xətlər 


103 
 
formatı aparılan əməliyatlar barəsində kart sahibinə göndərilən məlumatlar 
formatının standartları işlənib hazırlandı. Məhs həmin standartlar bütün dünyada 
tətbiq edilir. 
Hal – hazırda dünyanın 200 – dən artıq ölkəsində pul dövriyyəsi sahəsində 
plastik kartlardan istifadə edilir. Qərbin sənayecə inkişaf etmiş ölkələrində plastik 
kartlar daha geniş tətbiq edilərək çek kitabçalarını tədricən sıxışdırır. 
Kartların ən böyük üstünlüyü həm də ondadır ki, pulun oğurlanmasını qeyri – 
mümkün edir. Əgər kart ogurlanarsa, banka xəbər verib ödəməni dayandırmaq 
mümkündür. 
Hesablaşmaların həyata keçirilməsi üçün istifadə olunan bütün plastik kartlar 
iki yerə ayrılırlar : şəxsi və korporativ. 
Şə
xsi kartları banklar ayrı – ayrı şəxslərə, özünün ödəmə qabiliyyətli 
müştərilərinə verirlər. Bundan başqa, banklar şəxsi kartları digər tanımadıqları 
şə
xslərə də verə bilərlər. Bunun üçün bank tərəfindən həmin şəxslərin ödəmə 
qabiliyyətləri öyrənilməli, “ kredit tarixləri ” nəzərdən keçirilməlidir. Həmin 
şə
xslər bankda cari hesab açmalı və bu hesaba sığorta depoziti keçirməlidirlər. 
Korporativ kartlar banklar tərəfindən hüquqi şəxslərə onların təminatı 
ə
sasında verilir. Belə kartları vermək üçün bank mütləq həmin hüquqi şəxsin 
ödəmə qabiliyyətini yoxlamalıdır. 
Funksional əlamətlərinə görə şərti olaraq plastik kartlar yeddi növə və iki 
qrupa bölünürlər. Birinci qrupa maqnit kartları, ikinci qrupa isə elektron kartlar aid 
edilir.  lk beş növ maqnit kartları, son iki növ isə elektron kartlarıdır. 
  Maqnit kartlar 
1. kredit kartlar 
2. ödəmə (debet ) kartları 
3. ekzekyutiv (icra) kartları 


Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə