Microsoft Word ?liyeva Nuran?Pul siyas?tinin n?z?ri v? ?m?li probleml?ri docx



Yüklə 5,01 Kb.

səhifə31/32
tarix14.09.2018
ölçüsü5,01 Kb.
1   ...   24   25   26   27   28   29   30   31   32

104 
 
4. çek təminat kartları 
5. alıcılıq qabiliyyəti qeyd olunmuş kartlar 
  Elektron kartlar 
6. mikroprosessor kartlar 
- yaddaş kartları 
- intellektual kartlar ( Smart cards ) 
- superintellektual kartlar ( Supersmart cards ) 
7. lazer kartlar 
Həmçinin plastic kartları təyinatına görə də qruplaşdırmaq olar: 
•  Hazırlandığı materiala görəkağız, plastik, metal (hazırda ən geniş 
plastik kart yayılıb); 
•  Lazımı informasiyanın karta qeyd olunmasına görə (kart sahibinin adı, 
kartın nömrəsi, etibarlı olduğu müddət) - qrafik təsvirli kartlar, ştrix 
kodlu kartlar, maqnit lentində kodirovkası olan kartlar, çipli kartlar, 
lazer və ya optik kartlar; 
1960-ci illərdə nağd pulun çıxarılması mümkün olan avtomatik aparatların 
kəşfi plastik kartlar biznesində inqilaba səbəb oldu. Kart sahiblərinin belə 
aparatdan istifadə etmələri üçün kartın arxa tərəfinə maqnit lent yapışdırıldı. Bank 
kartının maqnit lentində kartın nömrəsi, onun etibarlı olduğu tarix, və kart 
sahibinin P N kodu yazılır. 
•  Məqsədinə görə: identifikasiya üçün, diskont, maliyyə əməliyyatları 
üçün; 
•  Emitentə görəbanklar və maliyyə şirkətləri tərəfindən buraxılan bank 
kartları, şirkətin ticarət və ya xidmət şəbəkəsində ödənişlərin aparılması 
üçün qeyri-maliyyə kommersiya şirkətləri tərəfindən buraxılan fərdi 
kartlar, fəaliyyəti bilavasitə kartların emissiyası və onların istifadəsi 


105 
 
üçün infrastrakturun yaradılması ilə bağlı olan təşkilatlar tərəfindən 
buraxılan kartlar; 
•  ştərilərin kateqoriyalarına görəAdi (standart) - sıravi müştəri üçün 
nəzərdə tutulub. Buna misal olaraq “Classic Visa” və “Mass (Standart) 
Eurocard/MasterCard” –I göstərmək olar, “Gümüşü” (biznes kart)-
müəyyən məqsədlər üçün öz şirkətinin vəsaitlərindən istifadə etməyə 
hüququ olan işçilər üçün nəzərdə tutulub.“Qızılı” - xüsusi, daha imkanlı 
müştərilərə verilir. Bu kartlara American Express Gold Card, Gold 
Mastercard və VISA VIP aiddir. Qeyd olunmalıdır ki “Qızılı” kartların 
aşağıdakı üstünlükləri mövcuddur: müştərinin böyük məbləğdə pulsuz 
sığortalanması, limitsiz kredit, mehmanxana xidmətlərinin sadələşmiş 
ödənişi (kart sahibinin ödəmə qabiliyyətli olub-olmaması 
yoxlanılmadan ödənişin aparılması) və s. 
•  Etibarlı olma müddətinə görə: vaxt məhdudiyyətli və məhdudiyyətsiz 
•  Müvafiq hesabın artırılması  imkanına görə: hesabın ixtiyari vaxt 
artırılması, hesabın hər ay artırılması. 
Bütün plastik kartlarının üzərində aşağıdakı simvol və elementlər mövcuddur: 
  Ödəniş sisteminin simvolu; 
Bu simvol kartın bu və ya digər ödəniş sisteminə aidiyyatını göstərir.Şəxs öz 
kartı ilə bankomatlardan nağd pul çıxara, onun vasitəsi ilə qapılarında bu simvol 
yapışdırılan mağaza və agentliklərdə aldığı məhsul və xidmətlərin haqqını ödəyə 
bilər. 
  Bankın loqotipi; 
  Kartın nömrəsi; 
Kartın 16 rəqəmli nömrəsi onun yeganəliyinə və unikallığına zəmanətdir. 
  Kartın qüvvədə olma müddəti; 
Kartlarının qüvvədə olma müddəti 1 ildən 3 ilədəkdir. Kart, göstərilən ayın 
son gününə qədər etibarlıdır. 


106 
 
  Kart sahibinin adı və soyadı; 
Nəzərə alaraq ki, kartların əksəriyyəti (lokal kartları nəzərə almayaraq) 
beynəlxalq kartlardır, yəni Azərbaycanın hüdüdlarından kənarda da istifadə edilə 
bilər, kart sahibinin adı və soyadı ingilis transkripsiyası ilə göstərilir. 
  Maqnit lenti və ya Cip.  
Maqnit lenti və ya Cip kartın “ürəyidir”, və kart sahibi, hesab və s. haqqında 
unikal məlumatın daşıyıcısıdır. 
  Kağız lent.  
Kartı alarkan bu lentin üzərində qol çəkmək lazımdır. Alınan məhsul və 
xidmətlərin haqqını ödəyərkən müvafiq çekə imza atmalıdır və bu zaman kartın və 
çekin üzərindəki imzalar tutuşdurulacaqdır. 
Plastik kartlarla əməliyyat aparılması banklar üçün bir çox səbəblərdən 
ə
həmiyyət kəsb edir. Bu səbəblər aşağıdakılardır : 
-
  Plastik kartlarla əməliyyatlar banklara cəlb olunmuş vəsaitlərin həcmini 
artırmağa imkan yaradır; 
-
  Müştərilər banklardan kartları alarkən kart üçün haqq ödəyirlər. Eyni 
zamanda kartlar vasitəsilə aparılan bütün növ əməliyyatlar üçün bank 
komisyon haqqı alır ; 
-
  Ödəmə dövriyyəsindən nağd pulların və çeklərin sıxışdırılıb çıxarılması 
meyli istiqaməti üzrə bankın rəqabət potensialı güclənir ; 
-
  Plastik kartlardan istifadə innovasiya prosesinin iştirakçısı kimi bankın 
nüfuzunu artırır. 
 Müasir plastik kartların ən geniş yayılmış növü debet və kredit kartlarıdır.  
Kredit kartlar
 pul növü deyil, baxmayaraq ki insanlar çox vaxt onu “plastik 
pul” adlandırırlar. Kredit kartı vasitəsilə kart sahibi əməliyyat aparan zaman kart 
hesabında tələb olunan vəsait olmadıqda belə, ticarət və ya digər təşkilatlarla 
hesablaşmalar apara bilər. Bir çox banklar kredit kartları hətta daimi olmayan 
müştərilərinə də verir. Kredit kartı verməzdən qabaq bank müştəridən ərizə 


107 
 
blankını doldurmağı tələb edir və müştərinin hesablarını vaxtlı-vaxtında ödəməsi 
haqda məlumat toplayır. Bəzi hallarda banklar kart sahiblərindən bu xidmətdən 
istifadəyə görə illik ödəniş tuturlar. Kredit kart sahibinə bankdan kredit şəklində 
verilən məbləğ miqdarında məhsul və xidmətlər almağa imkan verir. 
Debit kartları 
kredit kartlarına oxşasa da onlar fərqlənirlər. Debit kart 
vasitəsilə ödəniş edərkən məbləğ birbaşa istifadəçinin hesabından çıxılır. Debit 
kart vasitəsilə həm də bankomatdan nağd pul çıxartmaq olar. Bu kart vasitəsilə kart 
sahibi hesabındakı puldan sərbəst şəkildə istifadə edə bilər. Bu kart sahibinə 
hesabındakı məbləğə uyğun olaraq bankomatdan nağd pul götürmək, alış-veriş 
etmək imkanı verir. Beləliklə debet kartı ilə ödəniş edən zaman müştərinin məbləği 
ödəyə biləcəyi haqda məlumat almaq üçün banka və ya prosessinq mərkəzinə zəng 
etmək lazımdır. Bu halda məbləğ ya dərhal hesabdan silinir, ya da çek prosessinq 
mərkəzinə çatdırılana qədər hesab dondurulur. 
Mikrosxemli kartlar 1974-cü ildə Fransada icad edilmişdir. Smart kartlar 
maqnit kartlarla müqayisədə 5-7 dəfə baha olurlar. Kartın daxilinə quraşdırılmış 
mikrosxem (çip) informasiyanın qoruyucusu hesab edilir. Bu informasiya əvvəldən 
yazılır və hesablaşma aparılan zaman yeniləşə bilər. Bu, kartın funksional 
imkanlarını genişləndirir və onun etibarlığını yüksəldir. Çipə yazılmış məlumatlar 
sayəsində hesablaşma bankın kompüter sisteminin mərkəzi prosessoru ilə 
bilavasitə əlaqə olmadan da aparıla bilər. Bir halda ki bank hesabında olan pulun 
məbləği kartın yaddaşında yazılıb, avtorizasiyaya ehtiyac olmur. Əgər məbləğ 
limiti ötərsə onda sadəcə olaraq sövdələşmə reallaşmır. 
Bankın və ya təşkilatın plastik kart sistemi dedikdə, fəaliyyətdə olan müqavilə 
münasibətlərinin məcmusu, texniki – proqram məsələləri, daxili təşkilati və 
metodoloji infrastruktur, ödəmə və hesablaşmaların elektronlaşdırılmış formada 
həyata keçirilməsi və gəlir əldə etmədən söhbət gedir. Plastik kart sisteminin əsas 
subyektləri aşağıdakılardır: 
-
 Bankda hesabı olan, plastik kartın sahibi; 




Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   32


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə