Microsoft Word ?liyeva Nuran?Pul siyas?tinin n?z?ri v? ?m?li probleml?ri docx



Yüklə 0,79 Mb.
Pdf görüntüsü
səhifə4/32
tarix14.09.2018
ölçüsü0,79 Mb.
#68281
1   2   3   4   5   6   7   8   9   ...   32

12 
 
pulların təbiətinə xas olan bir əlamətdir. Bu pullar dəfinə funksiyasını yerinə 
yetirməyə qadir deyillər. Elə buna görə də bu pullar daim pul dövriyyəsinin 
kanallarında ilişib qalır, onu doldurur və artaraq qiymətdən düşür ki, son nəticədə 
inflyasiyanın yaranmasına səbəb olur. Hazırda bu proseslərin qarşısının alınması 
hər bir dövlət tərəfindən mərkəzi banklara həvalə edilmişdir. Mərkəzi bank pul 
emissiyasının həddini müəyyən edir və onun tədavülə buraxılmasını öz üzərinə 
götürür.  Beləliklə mərkəzi bank pul emissiyasını həyata keçirir, özünün pul – 
kredit siyasəti vasitəsilə dövriyyədə olan pul kütləsinin sabitliyinin qorunmasına 
cavabdeh olur, pulun alıcılıq qabiliyyətinin, onun xarici valyutaya nəzərən 
dönərliliyinin, ölkədə inflyasiyanın minumum həddinin qorunub saxlanmasının 
təminatçısı rolunu yerinə yetirir. 
Xəzinə biletləri – Dövlət xəzinədarlığı, Maliyyə Nazirliyi və ya Xüsusi dövlət 
orqanları tərəfindən, əsasən büdcə kəsirini örtmək məqsədilə, buraxılan kağız 
pullardır. Xəzinə biletləri banknotlardan fərqli olaraq heç vaxt qiymətli metallarla 
təmin olunmurdu. Həmçinin bu pullar qızıla dəyişdirilə bilməzdilər.  
Ə
mtəə mübadiləsinin genişlənməsi ilə əlaqədar kommersiya və bank 
kreditlərinə gündən günə artan tələbat kredit pulların meydana gəlməsinə şərait 
yaratmış oldu. Kredit pullar öz inkişafında sonrakı mərhələlərdən keçmiş oldu: 
veksel,banknot, çek, elektron pullar və onların son növlərindən olan kredit kartları. 
Veksel 
– qanunla müəyyən olunmuş qaydada tərtib edilmiş, üzərində 
göstərilən müddətdə və yerdə ödəniləcək məbləğ göstərilən borc öhdəliyidir. 
Vekselin əsas xüsusiyyətləri: 
 
mücərrədlik; 
 
yəqinlik; 
 
tədavül qabiliyyəti (ötürücü veksellərə aiddir). 
Vekselin müxtəlif növləri mövcuddur. Bunlar əsasən sadə veksellər, ötürücü 
veksellər, xəzinə vekselləri, dostluq vekselləridir. 


13 
 
Sadə veksellər – borclunun müəyyən məbləği göstərilən müddətdə ödəməsi 
haqda yazdığı və imza etdiyi borc sənədidir.  
Ötürücü veksellər – (tratta) əsasən xarici ticarət əlaqələrində istifadə olunan 
veksellərdir. Vekselin arxa hissəsində xüsusi təslim aktı olur ki, bu akt vekselin 
başqasına ötürülməsi ilə məsuliyyətinin də başqasına ötürülməsini özündə əks 
etdirir. Bu akt indossoment adlanır. Ötürücü veksellər kreditor tərəfindən imzalanır 
və borc tələb olunan müddətdə üçüncü tərəfə (remitentə) müəyyən miqdarda 
məbləğin verilməsi haqda kreditorun əmridir. Ötürücü vekseldə borc verən tərəf 
trassant
 adlanır. 
Xəzinə vekselləri – burada borclu tərəf kimi dövlət iştirak edir.  Bu veksellərə 
kredit bazarında ən çox tədavül xassəsinə və likvidliyə malik olan, risk səviyyəsi 
də başqa borc öhdəliklərindən az olan dövlət qısamüddətli kağızları aiddir. Bu 
kağızların dövlətin pul – kredit siyasətində rolu olduqca böyükdür. Belə ki, məhz 
bu kağızların tədavülə buraxılması və yaxud əksinə tədavüldən çıxarılması 
dövriyyədəki pul kütləsinin tənzimlənməsinə effektiv şəkildə kömək edir.  
Dostluq vekselləri – ayrı ayrı şəxslər bir – birlərinə, onları sonradan banka 
uçota təqdim etmək şərtilə yazırlar. 
Beləliklə bankın kredit fəaliyyətinin ən başlıca istiqamətlərindən biri 
bankların veksellərlə olan əməliyyatlarıdır. 
Banknot
 kredit pulların inkişafının növbəti mərhələsi hesab olunur. Banknot 
tədavülü də əsasən veksel tədavülünün əsasında meydana gəlmişdir.  
Banknot – bankın borc öhdəliyidir. Banknotun  vekseldən iki başlıca fərqi 
aşağıdakılardır: 
 
müddətinə görə, belə ki, veksel müddətli borc öhdəliyi olduğu 
halda, banknot müddətsiz borc öhdəliyidir. 
 
Digəri isə təminatına görə, belə ki, veksel tədavülə ayrı – ayrı 
hüquqi və fiziki şəxslər tərəfindən buraxılıb, individual zəmanətə malik 


14 
 
olduğu halda, banknotlar tədavülə ölkənin mərkəzi bankı tərəfindən 
buraxılıb dövlət zəmanətinə malik olurlar. 
Banknotlar – (bank biletləri) pul nişanı növü olub, mərkəzi bank tərəfindən 
tədavülə buraxılan qanuni ödəmə vasitəsidir. 
Banknotlar qəti müəyyən edilmiş şəkildə buraxılır: ABŞ-da 1, 5, 10, 20, 50, 
100 dollarlıq banknotlar,  ngiltərədə 1, 10, 20, 50 funt sterlinq, Rusiyada 5, 10, 50, 
500 və 1000 rublluq banknotlar tədavül edilir. 
Qızıl standartlarının ləğvindən sonra xəzinə biletləri və banknotların 
arasındakı fərq praktiki olaraq silindi.  
Çeklərin ortaya çıxması veksel və banknotlardan sonrakı dövrə, daha dəqiq 
desək, kommersiya banklarının yaranması və pul vəsaitlərinin cari hesablarda 
cəmləşməsi dövrünə təsadüf edir.  
Çek – hesab sahibinin kredit təşkilatına, çeksaxlayana üzərində göstərilən 
məbləği ödəməsi barədə verdiyi əmri özündə tərənnüm edən, müəyyən olunmuş 
formada pul sənədidir. Başqa sözlə desək çek faktiki olaraq ötürücü vekselin, 
hesab sahibinin kommersiya bankına yazdığı  bir növü kimi ortaya çıxır. 
Çeklərin növləri aşağıdakılardır: 
• 
Adlı çeklər – bu çekin üzərində ad yazılır və bu çek digər 
şə
xslərə verilə bilməz.  Adsız çeklərin isə əksinə üzərində ad göstərilmir. 
• 
Orderli çeklər – müəyyən bir şəxsin xeyrinə və yaxud onun 
ə
mrinə əsasən yazılır və çek sahibi çeki veksel indossomentinə oxşar 
yolla başqa birinə verə bilər. 
• 
Hesablaşma çeki – nağdsız hesablaşma sferasında fəaliyyət 
göstərən çeklərdir. 
• 
Aksept olunmuş çeklər üzrə bank müştəriləri cari hesablarında 
olan depozit hüdudunda çekləri akseptləşdirə bilər. Yəni bu çeklərin 
üzərlərində göstərilən məbləğ olmasa belə, müştəriyə ödənilən çeklərdir. 


Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə