Microsoft Word ?liyeva Nuran?Pul siyas?tinin n?z?ri v? ?m?li probleml?ri docx



Yüklə 0,79 Mb.
Pdf görüntüsü
səhifə5/32
tarix14.09.2018
ölçüsü0,79 Mb.
#68281
1   2   3   4   5   6   7   8   9   ...   32

15 
 
Ayrı-ayrı dövrlərdə və xalqlarda pulun müxtəlif növlərindən istifadə 
edilmişdir. Pul öz inkişafında 2 növdə olmuşdur: 
  Həqiqi pullar. 
  Dəyər nişanələri .  
Həqiqi pullar – elə pullardır ki, onların nominal dəyəri (onlarda qeyd edilmiş 
dəyər) real dəyərinə, yəni hazırlandığı metalın dəyərinə uyğun gəlir. Metal pullar 
(mis, gümüş, qızıl) müxtəlif formaya əvvəlcə ədədi, sonra isə çəki məzmununa 
malik olmuşlar. Metal pul tədavülü sistemi zamanı pul sisteminin 2 növü vardır. 
1.Bimetalizm  
2.Monometalizm  
Bimetalizm – elə bir pul sistemidir ki, bu zaman dövlət ümumi ekvivalent 
rolunu 2 metalla –qızıl və gümüş ilə qanunvericilik yolu ilə təsbit edir. Hər iki 
metaldan sərbəst sikkə kəsilməsi və onların qeyri-məhdud miqdarda tədavüldə 
olması nəzərdə tutulur.  lk sikkələr təxminən 26 əsr bundan əvvəl Çində və qədim 
Lidiya dövlətində kəsilmişdir. Rusiyada XIX əsrdə və XX əsrin əvvəllərində 
dövriyyədə sikkələrdən olduqca geniş istifadə edilirdi. Bimetalizmin 3 növü 
mövcud olmuşdur.  
• Paralel valyuta sistemi – bu zaman qızıl və gümüş sikkələr arasında nisbət 
kortəbii şəkildə müəyyən edilirdi. 
•  kili valyuta sistemi – həmin nisbətin dövlət tərəfindən müəyyən edildiyi 
sistemdir. 
• “Axsayan” valyuta sistemi – bu zaman qızıl və gümüş sikkələr qanuni tədiyə 
vasitəsi olur. Amma bərəbər əsaslarda yox, çünki qızıl sikkələrin sərbəst 
kəsilişindən fərqli olaraq gümüş və sikkələrin kəsilməsi qapalı qaydada həyata 
keçirilirdi. Kapitalizmin inkişafı sabit pul, vahid ümumi ekvivalent tələb edirdi. 
Buna görə də bimetalizm öz yerini monemetalizmə vermişdir. 


16 
 
Bimetalizm XVI-XVII əsrlərdə Qərbi Avropanın bəzi ölkələrində isə XIX 
ə
srdə geniş yayılmışdır. 1865-ci ildə Latın Sikkəsi  ttifaqı adlanan beynəlxalq 
müqaviləsinin köməyi ilə Fransa, Belçika,  sveçrə və  taliya bimetalizmi 
saxlamağa cəhd etmişlər. Amma bimetalist pul sistemi inkişaf etmiş kapitalist 
təsərrüfatının tələblərinə cavab vermirdi . Belə ki, eyni vaxtda 2 metaldan –qızıl və 
gümüşdən dəyər ölçüsü kimi istifadə edilməsi, pulun bu funksiyasını təbiətinə 
ziddiyyət təşkil edirdi. Bundan başqa dövrün qızıl və gümüş arasında müəyyən 
etdiyi möhkəm dəyər nisbəti onların bazar dəyərlərinə uyğun gəlmirdi. XIX əsrin 
sonunda gümüş istehsalının ucuzlaşması nəticəsində və onun qiymətdən düşməsi 
qızıl sikkələrin tədavüldən çıxaraq dəfinəyə çevrilməsinə səbəb oldu. Kapitalizmin 
inkişafı sabit pul vahidi ümumi ekvivalent tələb edirdi, buna görə də bimetalizm öz 
yerini monometalizmə verir.  
Monometalizm – elə bir pul sistemidir ki, bu zaman bir pul sikkəsi ümumi 
ekvivalent rolunu oynayır və tədavüldə eyni zamanda digər dəyər nişanələriisə 
qiymətli metallara çevrilə bilər. Gümüş monometalizmi Rusiyada 1843 – 1852-ci  
illərdə, Hindistanda 1852 – 1893-cü illərdə, Hollandiyada 1847 – 1875-ci illərdə 
mövcud olmuş və Çində isə 1935-ci ilə qədər mövcud olmuşdur. Çar Rusiyasında 
gümüş monometalizm sistemi 1839 – 1843-cü illərin pul islahatı nəticəsində 
həyata keçirilmişdir. Pul vahidi gümüş rubl oldu. Tədavüldə gümüş sikkələrlə 
yanaşı səviyyədə dövr edən və gümüşə sərbəst xırdalanan kredit pulları da 
buraxıldı. Amma bu islahat təhkimçiliyin dağılması, dövlət büdcəsi və xarici 
ticarət balansının çatışmazlığı şəratində, pul tədavülünü uzun müddətə əhəmiyyətli 
dərəcədə nizama sala bilməzdi.  lk dəfə qızıl monometalizm pul sistemi tipi XVIII 
ə
srin sonunda Böyük Britaniyada yaranmış və 1816-cı ildə qanunla 
möhkəmləndirilmişdir. Bir çox inkişaf etmiş başqa ölkələrdə o XIX əsrin ikinci 
yarısında tətbiq edilmişdir. Məsələn, Almaniyada 1871-73-cü ildə,  sveç, Norveç 
və Danimarkada 1873-cü ildə, Fransada 1876-1878-ci illərdə, Avstriyada 1892-ci 
ildə, Rusiya, Yaponiyada 1837-ci ildə ABŞ-da isə 1900-cü ildə tətbiq edilmişdir. 
Qızıl monometalizminin 3 növü mövcuddur: 


17 
 
1) 
Qızıl sikkə standartı. Qızıl sikkə standartında qızıl bütün pul 
funksiyalarını yerinə yetirir. Qızıl sikkə standartı kapitalizmin, azad rəqabət 
dövrünün tələblərinə daha çox uyğun gəlirdi, istehsalın, kredit sisteminin, dünya 
ticarətinin inkişafına, kapital gətirilməsinə kömək edirdi. Bu standart aşağıdakı 
ə
sas əlamətləri ilə xarakterizə olunur: 
• Ölkənin daxili dövriyyəsində tam qiymətli qızıl sikkələr daxil olur, qızıl 
pulun bütün funksiyalarını yerinə yetirir; 
• Fərdi şəxslər üçün sərbəst qızıl sikkə kəsilməsinə icazə verilir; 
• Tədavüldə olan tam qiymətli olmadan pullar sərbəst və məhdudiyyətsiz 
qızıla xırdalanır; 
• Qızılın və xarici valyutanının sərbəst aparılması və gətirilməsinə,sərbəst 
qızıl bazrını fəaliyyətinə imkan verir. 
2) 
Qızıl külçə standartı. Bu onunla səciyyələnir ki, banknotlar qızıl 
külçələrə mübadilə edilir. Ancaq burada, qızılın bilavasitə tədavülü yerinə qızılı 
təmsil edən banknotların tədavülü prosesidir. Banknotların qarşılıqlarının nə 
miqdar qızıl olduğu təsbit edilmişdir. Banknotların istənilən an qızıla çevrilmək 
imkanı vardır. Qızıl külçə standartı zamanı tədavüldə qızıl sikkə və onların sərbəst 
kəsilməsi yox idi. 
3) 
Qızıl valyuta (deviz)standartı. Qızıl valyuta standartının xüsusiyyəti 
ondan ibarətdir ki, banknotların devizlərlə, yəni qızıla dəyişdirilmiş xarici valyuta 
ilə mübadilə edilir. 1929 – 1933-cü illərin dünya iqtisadi böhranı nəticəsində qızıl 
standartı bütün ölkələrdə ləğv edilmiş və xırdalanmayan banknot tədavülü 
möhkəmlənmişdir. Avstriya, Almaniya, Norveç, Danimarka və başqa ölkələrdə 
qızıl deviz standartı müəyyən edildi, hansı ki, burada da qızıl sikkənin tədavülü və 
onların sərbəst kəsilməsi yoxdur. 1929 – 1933-cü illərin dünya iqtisadi böhranı 
nəticəsində bütün ölkələrdə qızıl standartı ləğv edildi. (məsələn,  ngiltərədə 1931-
ci ildə, ABŞ-da 1933-cü ildə, Fransada 1936-cı idə).1931-ci ildə funt-sterlinq və 
1933-cü ildə dollar bloku fəaliyyətə başladı. 1944-cü ilin iyulun 22-də yaradılan 


Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə