Microsoft Word ?liyeva Nuran?Pul siyas?tinin n?z?ri v? ?m?li probleml?ri docx



Yüklə 0,79 Mb.
Pdf görüntüsü
səhifə6/32
tarix14.09.2018
ölçüsü0,79 Mb.
#68281
1   2   3   4   5   6   7   8   9   ...   32

18 
 
Bretton-Vuds dünya valyuta sistemini dövlətlərarası qızıl deviz standartı sistemi 
idi. Bu valyutaları sərbəst dəyişdirən ölkələr üçün qızıl dollar standartı idi. Qızıl 
dollar standartının xüsusiyyəti ondan ibarətdir ki, o yalnız mərkəzi banklar üçün 
müəyyən edilmişdir. Yalnız bir vahid valyuta ABŞ dolları qızılla əlaqəsini 
saxlamışdır. 
Dəyər nişanələri elə pullardır ki, onların nominal dəyəri real dəyərindən, yəni 
onun istehsalına sərf edilən ictimai əməkdən yüksəkdir. Onlara aiddir:  
• 
Metal dəyər nişanları, sürtülmüş qızıl sikkə, bilon sikkə, yəni 
ucuz metaldan hazırlanmış xırda sikkələr (məsələn, mis, alüminium) 
• 
Kağız dəyər nişanələri, bir qayda olaraq kağızdan 
hazırlanmışdır. 
Burada kağız pullara və kredit pullar fərqləndirilir. 
Beləliklə, pul sisteminin təkamülü kapitalist təkrar istehsalının inkişafı 
prosesləri ilə müəyyən olunur. Dövlət inhisarçı kapitalizmi inkişaf etdikcə 
iqtisadiyyata pul sisteminin təsiri də güclənir.  
1999-cu il yanvarın birindən etibarən dövriyyə artıq yeni pul vahidi “avro” 
daxil olmuşdur ki, həmin bu pul vahidi on bir avropa ölkəsini əhatə etmişdir. Bu 
2000-ci ildə nağd pul dövriyyəsinin, ona qədər isə nağdsiz pul dövriyyəsi 
formasında aparılırdı.  
Hal-hazırda pul sisteminə aşağıdakı elementlər daxildir: 
- pul vahidi; 
- qiymətlərin miqyası; 
- pul növləri; 
- emissiya sistemi; 
- dövlət kredit aparatı. 


19 
 
Pul sisteminin tərkib hissəsini milli valyuta sistemi təşkil edir. Pul vahidi 
qanunvericilik qaydası ilə müəyyən edilmiş və bütün əmtəələrin qiymətlərinin 
tutuşdurmağa və ifadə etməyə xidmət edən pul nişanıdır. Pul vahidi bir qayda 
olaraq kiçik tərkib hissələrə bölünür. Belə ki, onların əksəriyyətində onda bir bölgü 
sistemi tətbiq edilmişdir. 
Pulun funksiyası dedikdə - onun təsərrüfatdakı rolunun konseptual ifadəsi 
başa düşülür. Pullar o qədər müxtəlif xüsusiyyətlər toplusuna malikdir ki, onları 
öyrənmək üçün mütləq şəkildə təsnif etmək zərurəti yaranır. Bu zaman bır sıra 
funksiyaları fərqləndirmək tələb olunur. Pulun hər bir funksiyası bu və ya digər 
dərəcədə, müəyyən  eynicinsli iqtisadi əməliyyatlar çevrəsini təsvir edir. Həmin 
ə
məliyyatlar pulun qeyd edilən funksiyasının köməkliyi ilə gerçəkləşir. Bu zaman 
həm də nəzərə almaq lazımdır ki, pul – funksiyalar toplusu deyil və o hər hansı bir 
funksiyanı yerinə yetirərkən də, özünün digər funksiyalarını da qoruyub saxlayır. 
Pulların funksiyaları daimi dinamikdir: bəzilər əvvəl, digərləri isə daha sonra 
meydana çıxıb. Bəzi funksiyalar öz məzmununu ciddi şəkildə dəyişib, bəzilərinin 
ə
həmiyyəti isə nəzərə çarpacaq qədər azalıb. 
Özünün keçdiyi təkamül yolunda pulların funksiyalarını aşağıdakı kimi 
təqdim etmək olar: Klassik və modern funksiyalar. 
Pulun klassik funksiyaları: 
• Pulun dəyər ölçüsü olması funksiyası; 
• Pulun tədavül vasitəsi funksiyası; 
• Pulun yığım funksiyası; 
• Pulun tədiyyə vasitəsi funksiyası; 
• Dünya pulu funksiyası. 
Pulun modern funksiyaları: 
•  qtisadi fəaliyyətləri stimullaşdıran və ya zəiflədən pul; 


20 
 
• Gəlirlərin yenidən bölgü aləti olaraq pul; 
• Nüfuz aləti olaraq pul. 
Pulun dəyər ölçüsü olması funksiyası.
Ümumi ekvivalent olan pulun vasitəsilə 
bütün əmtəələrin dəyəri ölçülür.Pul – əmtəələrdə cəmləşmiş əməyin kəmiyyət və 
keyfiyyətini ümumi ölçü ilə ifadə etməyə şərait yaradır. Pulun özünün dəyəri 
vardır. Pulun dəyəri dəyişikliyə məruz qala bilər. Əmtəənin pulla ifadə olunan 
dəyərinə qiymət deyilir. Qızıl standartı zamanı qiymətlər əmtəənin dəyərindən asılı 
idi, çünki pulun – qızılın dəyəri nisbətən sabit idi. Kağız – pul və banknot sistemi 
şə
raitində öz dəyərinə malik olmayan nişanların dəyərində ifadə olunur və ona görə 
də onlar əmtəələrin dəyərliliyini dəqiq əks etdirə bilmirlər. Buradan da eyni dəyərə 
malik olan əmtəələrin dəyərində fərqlər irəli gəlir ki, bu da əmtəə istehsalçılarının 
ə
mtəə istehsalı haqqında düzgün qərar qəbul etməsində çətinliklər doğurur. 
Dəyərcə müxtəlif olan əmtəələrin qiymətlərini müqayisə etmək üçün onları vahid 
miqyasa gətirmək zəruridir, yəni onları eyni pul vahidində ifadə etmək lazımdır. 
Qızıl tədavülü şəraitində qiymət miqyası müəyyən miqdarı qızıla bərabər olan pul 
vahidinin müəyyən edilməsini nəzərdə tuturdu. XX əsrdə pulun alıcılıq 
qabiliyyətinin aşağı düşməsi müşahidə olunur ki, bu da pul vahidində qızılın 
miqdarının azalmasında ifadə olunmuşdur. 1976 – 1978-ci illərdə tətbiq edilmiş 
Yamayka valyuta sistemi qızılın rəsmi qiymətini və Beynəlxalq Valyuta Fondu 
(BVF) iştirakçı ölkələrinin pul vahidlərinin qızıl məzmununu ləğv etdi. Hal-
hazırda bu ölkələrin rəsmi qiymət miqyasları kor təbii olaraq bazar mübadiləsində 
ə
mtəələrin dəyərini qiymətləndirmək vasitəsilə əmələ gəlir. Rusiyada və digər 
MDB ölkələrində 1992-ci ildən rubl ilə qızılın rəsmi nisbəti nəzərdə tutulmamışdır. 
Müasir dövrdə qızılın demonetazisiyası, yəni onun pul funksiyasını, o cümlədən 
həm də dəyər ölçüsü funksiyasının itirilməsi prosesi gedir. 
Pulun tədavül vasitəsi funksiyası. Ə
mtəələrin alqı – satqı prosesi tədavül 
vasitəsi kimi pula ehtiyac doğurur.Bu onunla bağlıdır ki, dəyər ölçüsü funksiyası 
vasitəsilə əmtəənin pulla ifadəsi hələ onun satışı demək deyildir. Əmtəənin qiyməti 
yalnız alqı – satqı (Ə-P-Ə) prosesində,əmtəənin pula real mübadiləsi zamanı 


21 
 
reallaşır. Pul bu funksiyada əmtəələrin tədavülünə xidmət edir, ondan satın alınan 
ə
mtəələrin ödənilməsi üçün istifadə edilir, onların alqı-satqısı prosesində vasitəçi 
rolunu oynayır. Bu funksiyanın xüsusiyyəti ondan ibarətdir ki, əmtəənin alıcıya 
verilməsi və onun dəyərinin ödənilməsi eyni vaxtda baş verir. Əmtəə tədavülünün 
ə
mtəəyə bilavasitə mübadiləsindən fərqləndirici cəhəti ondan ibarətdir ki, əmtəə 
tədavülünə tədavül vasitəsi kimi pul xidmət edir. Birinci funksiyadan fərqli olaraq, 
pul əmtəələrin tədavülü şəraitində real surətdə iştirak etməlidir.Əmtəə tədavülü 
özündə əmtəələrin satışını, yəni onun pula çevrilməsini və əmtəələrin alışını,yəni 
pulun əmtəəyə çevrilməsini (Ə-P-Ə) daxil edir. Pul daima mübadilədə 
qalır,fasiləsiz olaraq ona xidmət edir və bu da əmtəə mübadiləsinin inkişafına 
səbəb olur.Hal-hazırda qızılın sikkəsizləşməsi səbəbliyindən tədavül vasitəsi 
funksiyasını dəyər nişanları ( kağız və kredit pullar ) yerinə yetirirlər. Həmin pullar 
alıcılıq və eləcə dəödəniş vasitəsi kimi fəaliyyət göstərirlər. Pulun tədavül vasitəsi 
funksiyasının köməkliyi ilə istehsala, ölkənin rayonları və ticarət müəssisələri üzrə 
mal kütlələrinin düzgün yerləşməsinə fəal təsir göstərir. Mal dövriyyəsi öz 
növbəsində pul tədavülünə pulun sabitliyinə, başqa sözlə, pulun mexanizminin 
fəaliyyət göstərməsinə təsir edir. 
Pulun tədiyyə vasitəsi funksiyası.
Pulun hərəkəti tədavül edən əmtələrin 
hərəkəti ilə eyni bir vaxtda düşməyə də bilər. Belə olduğu halda pul dəyərin sərbəst 
forması kimi çıxış etmiş olur. Məlumdur ki, əmtəələr heç də həmişə nağd pula 
dəyişdirilmir. Bu onunla əlaqədardır ki, müxtəlif əmtəələrin istehsalı və tədavülü 
dövrü eyni deyildir, bir sıra əmtəələrin istehsalı və satışı mövsümü xarakter 
daşıyır. Bu da təsərrüfatçılıq subyektlərində əlavə vəsaitin çatışmamazlığını 
yaradır. Nəticədə əmtəələrin kreditə (nisyəyə, möhlətə) alınıb – satılması zərurəti 
meydana çıxır. Borc (kreditə) əmtəə alan yazılı öhdəlik –veksel verir. Kreditə 
ə
mtəə alındıqdan sonra onun dəyəri,bir qayda olaraq, alıcı tərəfindən həmin vaxt 
pulla ödənilmir. Möhlətə satılan əmtəənin haqqı müəyyən olunmuş vaxt gəlib 
çatdıqdan sonra borcu olan əmtəələrin dəyərini ödəyir, borc (kreditor) verən isə 
vekseli qaytarır. Tədiyə vasitəsi kimi fəaliyyət göstərən puldan əmtəələrin kreditə 


Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə