Microsoft Word lord talibzadeh doc



Yüklə 292,68 Kb.
Pdf görüntüsü
səhifə123/123
tarix26.09.2017
ölçüsü292,68 Kb.
#1492
1   ...   115   116   117   118   119   120   121   122   123

 
372
Yeyib-içmək və aclıq eyni bir sınağın iki 
qütbüdür. Hərçənd mifoloji və dini tekstlərdə yeyib-
içmək və aclıq bir cəza üslubu kimi də gündəmə gəlir. 
Qədim yunan mifologiyasında kimlərisə bolluca 
yeyib-içməklə, kimlərisə aclıqla cəzalandırır 
tanrılar... Biri mütəmadi yeyir, doyammır və axırda 
qayıdıb özünü yeyir, o birisə yaxınlığındakı yeməklərə 
əl uzadıb onları ağzına apara bilmir. Hər iki cəzanın 
dəhşəti ondadır ki, əbədi davam edir.
16 
XX yüzildə  rəsmi sovet ideolojisi hər gün 
qəzetdən, efirdən bəyan eləyirdi: insan yeyir ki, 
yaşasın: amma yemək üçün yaşamır. Cəfəngiyyatdır. 
İnsan yeyir ki, özünü çoxaltsın, artırsın, bacardıqca 
çox enerji toplayıb çox yaşasın. Yaşayır ki, yesin və 
yemək fürsətini əldən qaçırmasın. İnsan təbiətdən buna 
proqramlaşdırılıb. Ancaq məsələ bu ki, yeyib-içmək 
məqsədə dönəndə aktın özü neqativləşir. 
Rəsmi mədəniyyət özünü həmişə elə aparır ki, 
guya qarnı görmür: onu pərpiləməyə, aşağılamağa 
çalışır, sakrallığa ünvanlanmış vizual və verbal 
mətnlərdən qarınla bağlı  məqamları  çıxdaş eləyir. 
Azərbaycanlılar da çox yeyən, fikri-zikri yemək 
yanında qalan adamı  “qarınqulu” çağırıb utandırırlar 
və  hətta kinayə ilə, məzəmmətlə ondan soruşurlar ki, 
“qarın səndən aşağıdır, yoxsa yuxarı?”  Fundamental 
fəlsəfə sualıdır.           
Qarın top kimi partlaya bilir: çoxlu yeməkdən
çoxlu içməkdən, kökəlib  şişməkdən... Bu partlayışın 
gülüşlə  də müşayət olunmaq ehtimalı  qədərincədir, göz 
yaşları ilə də. 
Qarın olumla ölüm arasında gülüş torbasıdır: o, 
gülümsünür, ona isə gülürlər.  Əsl gülüş obyektidir 
qarın; bədənin mərkəzidir: yuxarının aşağısıdır, 
aşağının – yuxarısı; onu bununla əlaqələndirir, bunu – 
onunla. Bədənin enerji təminatçısı, bədənin enerji 
qazanı, enerji dəyirmanı odur. Bu elə bir anbardır ki, 
bütün digər orqanlara material paylayır, sakral 
(müqəddəs, yuxarı) və profan (urvatsız, aşağı) 
dünyalar arasında ötürücü olur. 
Lakin qarnın aşağı meylliliyi artdıqca, bir az 
da bəsit ifadə eləsək, qarın aşağı sallandıqca o, daha 
çox gülüş doğurur. Çünki yekə qarın bədənin 


 
373
əziyyətidir, bədənə  əlavə yükdür ki, insan ömrü 
boyu onu hıqqana-hıqqana daşımalıdır. 
Hərçənd aşağı sallanmış hamilə qarnı mübarəkdir, 
qayğı obyektidir. Ona görə ki, bu qarnın içində yeni 
həyat gizlənib. 
Bununla birgə 
mədəniyyət eybəcər hamilə 
qarıların qırmızı gildən düzəldilmiş fiqurlarını da 
tanıyır və bu halətdə  hətta qarılar gülümsəyir
17
  də. 
Dünya fəlsəfi fikrində çevriliş etmiş  yəhudi mənşəli 
rus Mixail Baxtin bu xüsusda yazır ki,  gülən hamilə 
qarı təsviri Ortaçağ və İntibah mədəniyyəti üçün “çox 
xarakterik və ifadəli qroteskdir. O, ambivalentdir: 
burada ölüm özü hamilədir, ölümün özü doğur”
18
. Bu 
fiqurların fəlsəfəsi ona söykənir ki, həyat zəncirinin 
qırılmazlığı ölümlə  şərtlənir. Başqa sözlə, ölüm 
həyatı doğur. Burada yekə qarın pozitivdədir, daha 
doğrusu, onun yükü pozitiv mənalarla doludur. 
Əslində, qarnın pozitivini şərtləndirən faktor 
mərasim gülüşüdür. Mərasim (ritual) gülüşü qarnı 
aşağılanmaqdan qurtarır, onu əkinçilik və məhsuldarlıq 
ayinləri ilə  əlaqələndirir. Bu, yaponların ana 
təriqəti, qədim inancı sayılan sin-do (“sin” yaponca 
tanrı, “do” isə yol deməkdir) mifologiyasında xüsusilə 
qabardılır.  Əgər qarın Yerdirsə, niyə  də  əkinçiliyin 
reprezentasiyası onun üzərinə köçürülməsin? Bir dəfə 
Günəş  və  məhsuldarlıq tanrıçası Amaterasu öz Susanoo 
adlı qardaşından küsüb Səma kahasında (Səma quyusu?) 
gizlənir və dünyanı, insanları, torpağı, ağacları, 
bitkiləri, heyvanları günəş  işığından məhrum edir. 
Digər tanrılar qərara alırlar ki, onu çalışıb kahadan 
bayıra çıxarsınlar. Bu vaxt ilahə Udzume aşırılmış çən 
üzərində rəqsə başlayır və rəqs müddətində yavaş-yavaş 
soyunub tanrılara öz yekə, hamar, yumru qarnını 
göstərir. Nə vaxt ki, ilahə əynindəki tumanı bir az da 
aşağı sürürşdürür,  tanrılar elə gülürlər ki, sanki 
Göylərdə ildırım  şaqqıldayır. Amaterasu dözəmmir, 
maraq onun küsəyənliyinə üstün gəlir və tanrı  Səma 
kahasından dışarı addımlayır: dünya işıqlanır, həyat 
öz axarına düşür.
19
  Təbii ki, bu, ritual rəqsidir, 
mahiyyətcə  şamançılığa söykənən rəqsdir və ayinin 
özündə qapsadığı  dəyərlərlə bağlıdır. Yəni günəş 
olmasa, məhsul olmaz, məhsul olmasa, yeyib-içmək olmaz 


 
374
və qarın boş qalar: qarın boş qalanda isə “qa” 
enerjisinin dövriyyəsi kəsilər, sistem dağılar. 
Dediklərimizin paralelini Azərbaycan mifik 
təfəkküründə axtaraq. Novruz bayramında və müqəddəs 
çərşənbələrdə ifa edilən “Kosa-kosa” meydan 
tamaşasının iç mahiyyətindən faydalanaq. Bu tamaşanın 
birbaşa Günəş kultu ilə bağlılığı heç kimdə  şübhə 
doğurmur. Tədqiqatçı Elçin Muxtar Elxan (Aslanov) 
“Kosa-kosa” oyununu qışgüntəni (21-22 dekabr) ilə 
əlaqədar keçirilən Çıraqan bayramının motivlərinə 
kökləndiyini söyləyir və öz fikrini tutarlı faktlarla 
isbata yetirir.
20
 “Kosa-kosa” tamaşasının mütləq 
atributlarından biri kəndirbaz oyunudur ki, tamaşanın 
ideyasını vizual şəkildə konkretləşdirir. Nədən ki, 
kəndirbazın kəndir üstündə hərəkəti astroloji xarakter 
daşıyır. Burada kəndir Kous // Qövs (ərəbcə “kaman” 
deməkdir) bürcünü, kəndirbaz isə  Oğlaq bürcünü 
simvollaşdırır. Kəndirbaz yeridikcə  kəndir qövs 
formasını alır. Onun məqsədi Günəşi kainatın  ən 
qaranlıq,  ən dərin nöqtəsindən (Günəş yaygüntənindən 
sonra 6 ay müddətində aramla kainat quyusunun dibinə
–  zülmətinə, – yuvarlanır: müqayisə elə  Səma 
kahasında günəş tanrısı Amaterasunun gizlənməsi ilə) 
xilas etmək, başqa sözlə, dünya işığını dünyaya 
qaytarmaqdır. Bunun üçün kədirbaz Təkə // Keçi kimi 
guya ki buynuzları ilə qövsü yırtmalı  və Günəşi 
azadlığa buraxmalıdır. Kəndirbazın ağırlığı altında 
kəndirin qövsvari şəkildə sallanması  məhz Səma 
quyusunu, “zülmət quyusu”nu işarələyir. 
Qövs həmişə potensial qarındır. Günəş kainatın 
qarnından çıxır. Belə ki, Çıraqan bayramında 
qışgüntəni kainatın hamiləliyinin sonuncu günüdür, 
Günəşin zülmət quyusunda qaldığı axırıncı gündür. 
Çünki səhərisi Günəş yenidən doğur. Bayaq misal 
gətirdiyimiz hamilə qarılar məhz qışı  rəmzləşdirib 
Günəşi bətnlərində  gəzdirən qarılardır. Təbii ki, qış 
yazı doğur, ölüm – həyatı. 
“Məlikməmmədin nağılı” da mifik təfəkkürün bir 
parçasıdır, çünki birbaşa Günəş kultu ilə bağlıdır: 
təkrarlanan arxetiplər buna bir dəlil. Quyu, kəsilmiş 
kəndir, ağ  və qara qoç, div (əjdəha variantı), gözəl 
qız, Simurq quşu və möcüzəli xilasolma günəş kultunun 
rudimentləri kimi özünü tanıtdırır. 


 
375
Di gəl ki, meydan mədəniyyəti müstəvisinə 
çıxarılmış yekə qarın qrotesk bədənin atributudur. Bu 
kontekstdə ona münasibət birmənalı şəkildə neqativdir. 
Nədən ki, xalq gülüş  mədəniyyətinin ictimai-sosial 
parametrlərində yekə qarın tənbəlliyi, müftəxorluğu, 
bikarlığı, dünya nemətlərinə uyub yalnız gödənini 
fikirləşən, tamahını, nəfsini üstələyə bilməyən acgöz 
birisini bildirir. Xan, bəy, padşah, paşa, sultan, 
racə, burjua dedikdə gözönünə  hər  şeydən öncə yekə 
qarın gəlir. Bu, mədəniyyətdə formalaşmış bir 
tendensiyadır, bir düşüncə streotipidir. Hərçənd əsası 
var, izahı var. 
Məsələ ondan ibarət ki, yekə qarın xalqın gülüş 
mədəniyyəti tərəfindən ya istibdadın, zülmkarlığın, 
istismarın, zülmün və  aşkar hədənin rəmzi kimi 
qavranılır, ya da tənbəlliyin, kütlüyün, əfəlliyin, 
maymaqlığın. Səbəbi aydındır: yekə qarın birmənalı 
şəkildə qorxunc təzahürdür.  Qarnın başa bəla olduğu 
məşhuri-cahandır. Çünki onun tələbatları çoxdur: 
hələm-hələm doymur; permanent yeyir, yenə doymur. 
Doymayanda vadar eləyir ki, qarın sahibi başqasının 
payını  mənimsəsin. Bu isə  aşkar  şəkildə konflikt 
vəziyyətinə gətirib çıxaracaq bir faktdır. 
Hər  şey də elə buradan başlayır: çəkişmələr, 
mənafelərin toqquşması, ziddiyyətlər, təcavüzlər, 
üsyanlar, inqilablar, davalar...  
Qarnın həcmi böyüdükcə düşüncə intensivliyi 
azalır, passivlik artır, adam elə bil ki yerə mıxlanıb 
qalır. 
Məgər inkişaf günbəgün çoxalan insanları bir 
təhər doyuzdurmaq, yəni məhsuldarlığı artırmaq 
məqsədini güdmür? 
İnkişaf aclığa bir reaksiyadır: qida azlığını 
aradan götürməyi hədəfləyir.  
Bütün üsyanların, inqilabların, davaların, 
müharibələrin primitiv və  bəsit mündəricatı yemək və 
çoxalmaq, daha artıq yemək və daha artıq çoxalmaq  
ideyasını özündə qapsayır. 
Odur ki, qarın və onun tələbləri ilə bağlı 
aktuallığı insanın beynindən kənarlaşdırmaq üçün, 
yaxud onun düşüncələrini qarından xilas etmək üçün 
mədəniyyət gülüşdən faydalanır, qarnı birbaşa xalqın 
meydan həyatının müstəvisinə  çıxarıb lağa qoyur, ona 


 
376
şəbədə qoşur, ona gülür. Gülür ki, insan qarnın 
diqtəsindən, 
əsarətindən qurtulsun, oturub-durub 
yalnız yeməkdən danışmasın. Və  mədəniyyət permanent 
olaraq buna çalışır. Ancaq nə etməli ki, qarın 
təbiətdir, torpaqdır, Dionis başlanğıcının rəmzidir, 
beyin (ağıl, bilinc) isə qanundur, sistemdir, 
 
mədəniyyətdir: Apollon başlanğıcını eyhamlaşdırır.  
Beyin (ağıl, bilinc) qarnı  mədəniyyətə  dəvət 
etməyi bacarmayanda cəmiyyət faciələr yaşayır. Çünki 
doymaq və çoxalmaq instinkti ağlın  əmrlərinə tabe 
olmur və  şuluqluq salır. Ol səbəbdən  ədəbiyyatda və 
mədəniyyətdə qarın həmişə eybəcərdir, karikaturadır, 
gülüş obyektidir. Fikir vermisinizmi, gombul, şişman 
adamlardan heç vədə faciə aktyorları olmur. Şekspirin 
Hamleti müəllif təqdimində kökdür. Amma heç bir kök 
(!) aktyor Hamlet rolunda uğur qazanmayıb və bir kimsə 
tərəfindən də kök təsəvvür edilmir. Ona görə ki, 
fakturada permanent yekə qarın faktoru var. Yekə 
qarnın içində isə həmişə çoxlu gülüş gizlənir. 
Başqa bir aspektdən isə  cəmiyyətdə müəyyən bir 
düşüncə streotipi mövcuddur; bu, toplum içrə 
formalaşmış qavrayış streotipidir: insan fikirləşir 
ki, ideya adamı, yəni maddiyyatdan uzaq birisi, arıq, 
sısqa, çəlimsiz görkəmdə olmalıdır və yekə qarın onun 
imicini mütləq korlayır.  Əslində, bu, xristianlığın 
yaratdığı ideya adamının obrazıdır və demək mümkündür 
ki, Avropanın 
əksər filosofları (maarifçiləri, 
yazıçıları, alimləri) bu standarta cavab veriblər. 
Hərçənd... Platon, Sokrat, Ezop və  Şərq 
filosoflarının böyük bir qismi qədərincə dolu bədənə 
malik idilər və qarınları onlara müdrik fikirlər 
söyləməyə əngəl törətmirdi. 
Şərq filosofu qarınla barışıb yaşayır: Qərb 
filosofu (ideya adamı) isə qarına qarşı qiyamçı 
mövqeyini üstün tutur. 
Lakin... bütün hallarda... qarın azğının birisi 
olaraq qalır: “mən ölüm, sən öləsən” bilmir, vaxt 
bilmir, saat bilmir, etika bilmir, həya bilmir, qanun 
bilmir, vicdan bilmir, namus bilmir: təbiətin 
buyurduğu kimi yaşayır, Dionis kimi öz kefinə yaşayır. 
Təbiətdə qarın üçün qadağa yoxdur. Toplum isə onu 
müəyyən ölçülər çərçivəsində  məhdudlaşdırmağa can 
atır, qarnın hoqqalarını ədəbsizlik sayır, yasaqlayır. 


 
377
Digər tərəfdən isə cəmiyyət qarnın nazı ilə oynayır 
da: üzünə  hər yerdə  mətbəx verilişləri açır, 
dərgilərdə  ləziz yeməklərin, pişintilərin parıltılı 
şəkillərini onun önünə vızıldadır... 
Beləliklə, toplum qarnı  təbiətdən ayırıb onu öz 
qanunlarına tabe etdirməyə çalışır.  Necə? Hansı 
yolla.  Əlbəttə ki, psixoterapiyanın köməyilə. Konkret 
desək, gülüşün vasitəsilə. Gülüş  tənqiddir, qınaqdır. 
İnsan başqasına gülməyi sevir, ancaq özünə ünvanlanan 
gülüşdən ehtiyatlanır, utanır, xəcalət çəkir, qaçıb 
hamıdan gizlənmək istəyir. Gülmək cəsarətdir, 
azadlıqdır, kompleksizlikdir. Qorxaq gülə bilmir. 
Toplum da bu və ya digər formada qarına güləndə onun 
sahibinə sataşır, həmin  şəxsi (və eyni zamanda yemək 
kultunu) aşağılayır. Meydan tamaşalarını, kölgə  və 
kukla oyunlarını, karikaturaları, çoxsaylı komediya 
personajlarını xatırlayın. Kök adamlarda arıqlamaq 
istəyi fiziki əziyyətdən daha çox gülünc görünmək 
qorxusundan irəli gəlir.  Qarnın qulu, yəni qarınqulu  
olmaqdan qurtulmağın bircə yolu mövcuddur  ki, o da 
gülüşdür. Qarnın iddiaları gülüşlə  tənzimlənir. “Bizə 
gülərlər” deyib insanlar öz düşüncələrindən qarnı 
sanki silirlər, onun haqqında fikirləşməyi özlərinə 
yasaq eləyirlər. Özlərini elə aparırlar ki, guya qarın 
üçün işləmirlər. 
Amma sonucda bütün günü onların əllərindən qaşıq 
və fincanları yenə  də yerə düşmür. “Qarnın səsi 
həqiqətin səsidir”. Bunu mən söyləməmişəm, bunu Şərq 
müdrikləri belə buyurublar. 
“Polkovniki heç kim xəbər almır”
21
 romanının 
sonu.  
Unutmayaq ki, Hamletin əlində tutduğu qafa tası 
və ya kəllə  məhz qarın üzərində qurulmuş dünyanın 
faniliyinə, ötəriliyinə gülür. 
Hətta ölümün də gülüşü qarnın mənasız çabalarına 
tuşlanıb: yəni qarın heç vaxt ölümə qalib gələ bilmir. 
Çünki bir gün mütləq enerji istehsalından dayanır. 
Toplumda qarına qarşı münasibət ikilidir, 
ambivalentdir: bir yandan yemək kultu, o biri yandan 
qarnın karikaturası. Bir tərəfdə qarnın özü gülür, 
digər tərəfdə isə qarına gülürlər; yəni əbədi olaraq
yəni həmişəlik mənfi ilə müsbət arasında… 
            


 
378
 
 
Ədəbiyyat 
1
 Pyat filosofskix traktatov na temu “Afak va anfus”. 
M.: 1970.  –  s.22.    
2
  Ətraflı bax: Seyidov M.M. Azərbaycan mifik 
təfəkkürünün qaynaqları. Bakı: 1983. –  s. 99-101. 

Basilov V.N. İzbranniki duxov. M.: 1984. – c. 30-96. 
4
 Ətraflı bax: Seyidov M.M. Göstərilən əsəri, s.98-99 
5
  Fərzəli  Ə.Ə. Dədə Qorqud yurdu. Bakı, 1989. – s. 
152.
 
6
 Bax: Seyidov M.M. Göstərilən əsəri, s.143
 
7
  Quar qədim hunlarda göy gurultusu, ildırım,  şimşək 
tanrısının adı imiş. 
8  
Bax: Seyidov M.M. Göstərilən əsəri, s.212-214
 
9
 Yenə orada, s.214-215
 
10
 Azərbaycanın dəyərli kinorejissoru Əjdər İbrahimovun 
çəkdiyi “26-lar” filmində oxunan mahnının nəqarəti.
 
11
 Qolosovker Y.E. Mifin məntiqi. Bakı, 2006. –  s. 84-
85. 
12
 Talıbzadə A.A. Şərq teatrı tarixi. – Bakı, 2006. –  
s. 274. 
13 
 Bax:  Mehdiyev N.M. Orta əsrlər Azərbaycan estetik 
mədəniyyəti. Bakı, 1986. –  s. 90-91 
14 
Safronova Y.S. Dzenskiy smex kak otrajeniye 
arxaiçeskoqo zemledelçeskoqo prazdnika // Simvolika 
kultov i ritualov narodov zarubejnoy Azii. – M., 1980. 
– s.70-71.  
15 
“Dünya qan üstündə bir xanimandır”. Səməd Vurğunun 
“Vaqif” pyesində söylədiyi fikrin modifikasiya edilmiş 
variantı. 
16
 Bax: Qolosovker Y.E. Mifin məntiqi (tərcümə 
A.Talıbzadənindir)   Bakı, Kitab aləmi, 2006. – s.59-
61.   
17
 Bax: Baxtin M.M. Literaturnıye-kritiçeskiye statyi. 
M.: 1986. –  s.318. 
18
 Yenə orada. 
19
Bax: Safronova Y.S. Dzenskiy smex kak otrajeniye 
arxaiçeskoqo zemledelçeskoqo prazdnika // Simvolika 
kultov i ritualov narodov zarubejnoy Azii. – M., 1980. 
– s.71. 


 
379
20
 Daha ətrafı bax: Elçin M.E. Gün çıx, çıx, çıx. – 
Bakı, 2009, s.5-12. 
21 
Qabriel Qarsia Markesin əsərinin adı. 





Yüklə 292,68 Kb.

Dostları ilə paylaş:
1   ...   115   116   117   118   119   120   121   122   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə