6
içində onun fotoşəklini tapıb fotoqrafa böyütdürürlər
və sonra da gətirib portret kimi asırlar divardan? Bir
qədər varlı ailələr (kübarlar) isə əzizləri vəfat edən
kimi rəssama yaxud heykəltəraşa portret (büst və ya
heykəl) sifariş verirlər. Aydın məsələdir və burada
müəmmalı heç nə yoxdur. Dünyasını dəyişmiş adama qarşı
belə münasibət hörmətdir, xatirədir, sevginin, vəfanın
təzahürürüdür və i.a. və s. Bəs bu adətin kökü haradan
gəlir? Əvvəlcə Orta çağlarda, sonradan isə zadəgan
nəcabətli Avropa nəsillərində, xüsusilə də ingilis
ailələrində ölmüş əcdadların, ata və ana tərəfdən
qohum olan uluların portretlərini çəkdirib saxlamaq
dəb olmuşdur. Belə portretləri adətən nəslin miraslıq
malikanəsində yerləşdirərdilər. Çox vaxt bu
malikanələr iri portret qalereyalarını xatırladırdı.
Zaman keçdikcə bu portretlərdən biri və ya bir
neçəsi, əksərən naməlum tərzdə yoxa çıxmış (yəni ölüm
faktı dəqiqləşdirilməmiş) əcdadın portreti, qeyri-adi
bir qüvvənin, enerjinin, ruhun daşıyıcısı kimi
tanıtdırılırdı. Bununla bildirilirdi ki, həmin əcdadın
(təkcə ölümünün müəmması ilə deyil, həm də
şəxsiyyətinin tipinə görə fərqlənən) ruhu malikanənin
müasir varislərilə birgə yaşayır, onların düşdükləri
bütün həyati vəziyyətlərdə iştirak edir, liberallıq
gözləməyən kabus-seyrçi olur. Şübhəsiz, burada müəyyən
mənada mistika var. Lakin hansı bir adət, hansı bir
ənənə, hətta hər hansı bir dəb və ya vərdiş mistik
təlqin dışındadır? Unutmayaq ki, mistika həmişə
psixoloji təlqindir. Mistikanın müəllifi təsəvvürdür.
Bizim təsəvvürdə yaratdığımız “mən” isə həmişə
potensial əcdaddır. Çünki əcdad daim ideal kimi
qavranılır. Və nəhayət, qısası budur ki, çağdaş
dövrümüzdə ölmüş şəxsin xatirəsinə hörmət kimi onun
şəklini
əzizləmək Avropa mədəniyyətində
nəslin
əcdadlarının kultu ilə ilişiklidir. Məhz bu kult
nəticəsində adi şəkil, tablo mistik portretə çevrilib.
Çağdaş dövrdə portretlərə (fotolara, şəkillərə) olan
sevginin kökü, ənənəsi buradan gəlir. Hərçənd tarix bu
7
ənənəni qədim-qədim zəmanələrə aparıb çıxarır. Əgər
boylanıb maarifçilik Avropasından və Orta əsrlərdən
bir qədər də o yana baxsaq görəcəyik ki, antik Romada
əcdadların portretinə “iməcines” (latınca)
deyərmişlər. İngilis dilində “imic” sözü “təsvir,
obraz” mənalarında işlənir, “iməcin” kəlməsisə
“təsəvvür etmək” kimi anlaşılır. Qəribə də olsa bu üç
anlam, - “əcdadın portreti”, “təsvir” və “təsəvvür
etmək”, - arasındakı məna uyarlığı, məna bağlantıları
bu məqalənin ilk nisbi, tam improvizə şəklində öz-
özünə meydana gəlmiş nəticəsidir: yəni əcdadın obrazı
təsvir (portret) kimi təsəvvür edilir. “Mən” isə
həmişə
təsəvvürdə
təsvirdir, imaginativdir. Bu
baxımdan bir “mən”in min maskasını törədən
təsəvvürdür. Belə ki, insan özünü daim fikirləşir və
imaginasiyada özünün optimal (bəlkə də ideal)
variantını yaratmağa çalışır. Ancaq bir şey
dəyişməzdir: hər necə olursa olsun təsəvvürdə “mən”
əcdad portretinin təsvir-modifikasiyasıdır. Bu
məsələni də bir az səngidək və düşünək görək
insanlarda portretləri, şəkilləri əzizləmək, urvata
mindirmək meylinin səbəbi nədir? Təkcə “bu, babamdır,
o da nənəmdir” məntiqinə görəmi? Əlbəttə ki, yox. Oncə
ondan başlayaq ki, qədim Misir camaatında ölülərin
maskalarını çıxarıb saxlamaq adəti vardı. Əslində bu
nəsnə üzün güzgüvari əksindən başqa bir şey deyildi.
Bu mənada qədim misirlilərin bütün portretləri
həqiqidir, orijinalı olduğu kimi görükdürür. Orijinal
isə qədim Misirdə bir qayda olaraq ölü üzü idi. Digər
tərəfdən o da faktdır ki, insan öləndə onun üzü
üzlükdən çıxıb maskalaşır, yəni donuqlaşır,
ifadəsizləşir, statikləşir. Sanki onun simasında əbədi
bir qorxu daşlaşıb qalır. Maska haradasa donuq, ölü üz
deməkdir. Misirlilər də eləməyib tənbəllik həmin bu
maskalardan panteon düzəldirdilər və güman edirdilər
ki, nə vaxtsa bədəndən uçmuş ruh geri dönərkən çaş-baş
düşməyib öz əvvəlki üzünün, təzahür cismiliyinin
simvolu arxasında rahatlanacaq. Maska simvoldur,
8
işarədir, bildiricidir. Məhz buradaca yeni maraqlı
düşüncələrə təkan verəcək başqa bir paralel ortaya
çıxır. Qədim Şərq məmləkətlərində, həmçinin Yunanıstan
və Romada ipli kukla bir növ maskanın ekvivalenti kimi
qavranılırdı. Bu mədəniyyətlərin kontekstində ipli
kuklalar ölüləri və lalları eyhamlaşdırırdı. Maska (və
eyni zamanda ipli kukla) ölümün ən fəci, ən müdhiş
görkəmli ifadəçisidir. Heç şübhəsiz ki, (əgər müsəlman
dünyaduyumundan çıxış eləsək) maska və ipli kuklada
nəsə bir bayquşluq, sonsuz bir hüzn nişanəsi var.
Maska totemin, yəni əcdadın ölümündən sonra guya ki
onun ruhunun köçüb məskunlaşdığı heyvanın, simvoludur,
ayrı cür desək, totemik heyvanın şərti vizual
obrazıdır. Avstriya psixoanalitiki Z.Fğoyd (ruslar bu
soyadı “Freyd” kimi yazıb oxuyurlar) özünün “Totem və
yasaq” risaləsində totemin meydana gəlməsini Öcül
(potensial ata) və onun oğulları konfliktinin sürü
intizamını dağıtması ilə bağlayır. Gərçi biz bu
versiyanı qəbul eləsək, o zaman ilk maskanın yaranma
tarixi bəşər miqyasında ilk qətl hadisəsilə
əlaqələnir. Məhz öcül-atanın ruhunu yaşadan totemik
heyvan tezliklə maskalaşır. Artıq maska qadağa, yasaq
işarəsidir: o həm totem olmuş heyvanı obrazlaşdırır,
həm də Atanın ruhuna hörməti hifz edib aktuallaşdırır.
Bu kontekstdə maska kollektiv şüursuzluğun sonucudur,
fərdiyyətin təntənəsinin tarixi faktıdır. Deməli,
maska totemin üzüdür, ətini yemək yasaq buyrulmuş
müqəddəs heyvanın kəllə görünüşünün üçölçülü formada
təzahürüdür. Maska şərti Atadır, Əcdaddır. Ölülərin
üzündən qədim mədəniyyətlərdə maska çıxarmaq və
onlardan panteon yaratnaq ənənəsi də elə burdan gəlir.
Yapon No(h) teatrosunun maskaları da panteon
xislətlidir. Onlar da müqəddəs sayılır. Aktyor maskanı
üzünə taxmamışdan öncə hökmən sake, düyü və duzla qüsl
eləməlidir (sake içilir, düyü maskanın üzünə səpilir,
duz çiyinlərin üstündən arxaya atılır). No(h)
teatrosunda maska həmişə nə vaxtsa ölmüş qəhrəmanın
ruhunun maskasıdır. Kukla da maska variantıdır, sanki
Dostları ilə paylaş: |