9
ölülər dünyasından geri dönmüş bir kimsəni nişan
verir. Ona görə kukla (maska) hərəkətsiz, statik
vəziyyətdə bu qədər hüznlü, məğmun, çarəsiz görünür.
Kukla ölülər dünyasının sakitliyinin və mütiliyinin
bədii obrazıdır. Kukla (yaxud kölgə) teatrının
tarixilə bağlı əfsanələrə müraciət etsək görərik ki,
bu, həqiqətən belədir. Rəvayətə görə Çin imperatoru
sevimli arvadının ö l ü m ü n d ə n sonra çəkdiyi
xiffət ucbatından xəstlənib üzgün bir hala düşür. Onun
dərdinə heç kim əlac tapa bilmir. Nəhayət, Budda
təriqətinin Şau Vey adlı müdrik yolçularından biri
imperatoru sağaldacağını vəd edir; tapşırır ki,
imperatorun otağına bir ağ pərdə çəksinlər. Şau Vey
bir şam (və ya çıraq) götürüb bu pərdənin arxasına
keçir, başmaqları (və ya barmaqları) ilə imperatorun
ölmüş xanımının kölgə-obrazını yaratmağa çalışır,
hətta səsini də bu qadın kimi cingildətməyi unutmur.
Belə xoş bir hədiyyə imperatorun tezliklə sağalmasına
səbəb olur. Bəzi mənbələrdə bu, kukla, bəzilərində isə
kölgə teatrosunun yaranma əfsanəsi kimi təqdim edilir.
Beləliklə, həmin bu rəvayət bir daha təsdiqləyir ki,
kukla (kölgə) da maska kimi o biri dünya ilə, ölülər
səltənətilə ilişkilidir.
Portret də ölüm barəsində məxfi informasiya
daşıyır. Bu yöndən yanaşdıqda maska, kukla və portret
vahid semantik cərgəyə sığışır. Gərçi maska qədim
mədəniyyətlərdə ölünün üzündən çıxarılırdısa, portret
diri üzündən çıxarılan maskadır, üzün kətan-güzgüdə
inikasıdır. Bu kətan-güzgüdə üz əbədi qalmaq şansı
qazanır. Portret dirinin əcdadlığa olan iddiasıdır. Bu
iddiadan isə əbədiyyət boylanır. Nədən ki, maska da,
portret də özünü əbədi saxlamaq, öz görkəmini
konservləşdirmək formasıdır. Ona görə də maska və
portret ölümə qarşıdurum kimi qavranılır. Lakin
paradoks ondan ibarətdir ki, əbədiyyət ölümlə birgə
gəlir: ölüm əbədiyyət evinin açarıdır. Əbədiyyət də
ölüm qədər statikdir. Maska ölümün dirilər arasında
mövcudluq rəmzidir, ölüm haqqında vizual yaddaşdır.
10
Portret də maska kimi. Qərinələr ötüşdükcə maska da
öz ilkin funksiyasını itirib, yerini verib portretə,
özü isə tamam yeni keyfiyyətlərdə təzədən zühur edib.
MASKA HƏDİR? Maska həmişə ruhun tarixidir...
Bədənlə maskanın, əslində, heç bir əlaqəsi yoxdur.
Maska ruhu gizlədir, onu qoruyur. Maska əcdadın
simvoludur, əcdad barəsində yaddaşdır. Maska həyat və
ölüm, gerçəklik və virtuallıq arasında ötürücüdür.
Maska transendent dünyaya eyhamdır. Maska ruhun
yuvasıdır.
MAĞARA VƏ MASKA. Mağara sanki insana ana bətni
əvəzinə verilmiş təbii yuvadır. Mağara torpağın
bətnidir. Makrodünyanın bətni kahalardır,
mağaralardır. Bir vaxt insan mağara dışına çıxdıqda
özünü hüdudsuz azadlıq içində sanıb həməncə aşiq
olmuşdu üzü göyçək dünyaya və gözü işlədikcə getmişdi
uzaqlara cənnət sorağında. Sən demə, cənnət arxada
qalıbmış, mağaranın özü cənnət imiş... İnsan yaşadığı
mağaradan uzaqlaşdıqca bilmişdi ki, üzü göyçək özgə
dünya təhlükə ilə doludur, qorxu ilə doludur və lazım
gələndə qaçıb mağarada gizlənmək, daldalanmaq imkanı
olmayacaq. Bu an insan bilmişdi ki, qəribdi özgə
dünyada, bilmişdi ki, ana kimi isinişdiyi
mağarasından, öz sığınacağından həmişəlik məhrum olub.
İnsan mağaranı itirmişdi, daha doğrusu, özünün
toposfera “ana”sını itirmişdi. Real məkanın ən sirli,
ən vahiməli, ən tilsimli, ən mistik bölgəsi mağaradır.
Mağara xəzinədir, elə bir xəzinə ki, burada ağla
sığmayan var-dövlətlə birgə bilik cövhəri də
saxlanılır. Mağaranın var-dövlətini daşımağa mifik
düşüncə icazə vermir. Ancaq olar ki, bu xəzinəyə baxıb
ibrət götürəsən, bilik cövhərinə yiyələnəsən,
müdrikləşib gedəsən.
Əksərən bu xəzinə bilik
cövhərinin hər cür qiymətdən yüksək olduğunun
bildiricisidir. Mağaraya oğru kimi girmək mümkün
deyil. Çünki mağara elə həmin an cəza verəcək,
aparılan var-dövlətə görə qisas alacaq. Nağıllarda
buna misal boydan. Niyəsi də bu ki, mağara ruhların
11
yuvasıdır, müqəddəs bir yerdir, sakral enerji
zonasıdır. Mağara ölümlə həyat, gerçəkliklə virtuallıq
arasında, iki dünya arasında ötürücüdür, yoldur,
məkandan məkana keçidin işarəsidir, bildiricisidir.
Mif, əfsanə, rəvayət və hədislərə görə bir çox
qəhrəmanları, peyğəmbər və müdrikləri (İbrahim, Musa,
Muhamməd) məhz mağara təqiblərdən qoruyub, onlara qut,
vergi, buta verib, ali müqəddəs mərtəbəyə yetirib.
Deməli, mağaranın
əsas funksiyası saxlamaqdır,
qorumaqdır, hifz eləməkdir. O öz içini kiminləsə
bölüşə bilər, qadın kimi doğa bilər: kimisə yaşadar,
kimisə öldürər: sağ qalmağın, bilgiyə sahib olmağın
şərti isə yalnız niyyət paklığıdır, mənəvi-əxlaqi
qüsursuzluqdur. Niyyət pak olanda bütün xilas yolları
məqbuldur.
Ana bətni də eynilə mağara kimi bir şeydir:
mağaranın mikromodelidir. Nə qədər qəribə və təəccüblü
görünsə də, maska ana bətninin və mağaranın bir sıra
funksiyalarını özündə ehtiva edir: məsələn, saxlamaq,
qorumaq, hifz eləmək və yaşatmaq funksiyalarını. Maska
o nəsnədir ki, üzü örtür, məxfiləşdirir, qapayır;
deməli, səni ələ vermir, düşmənlərin gözündən
yayındırır. Elə situativ maskaların şəcərəsi də mağara
adamının (ana bətnindəki uşağın) özgə dünyaya
reaksiyası ilə ilişiklidir.
Hərçənd burada da bir ayrı paradoks ortaya çıxır:
maskalanmaq bacarıqla gizlənmək, şəraitə, mühitə
öyrəşib özünü tanıtdırmamaq deməkdir. Üzü göyçək özgə
dünya isə bunu heç kimə bağışlamır. Çünki Allah hər
yerdə var və ondan gizlənmək olmaz. Maska isə öz
gerçək məğzini məxfi saxlamaqdan ötrüdür. Maska şərti
mağaradır, mağarada gizlənmiş insan deməkdir. Lakin
mağaradan fərqli olaraq maska kollektivə yox, yalnız
fərdə məxsusdur. Maska insanın fərdi mağarasıdır,
mağara əvəzidir, mağaranı simvollaşdırır. Bu fərdi
“mağara” nə qədər fenomenal olsa belə, yenə psixoloji
sipərdən başqa bir şey deyil. Burada söhbət artıq,
təbii ki, sosial maskadan gedir. Sosial maska
Dostları ilə paylaş: |