Microsoft Word lord talibzadeh doc



Yüklə 292,68 Kb.
Pdf görüntüsü
səhifə4/123
tarix26.09.2017
ölçüsü292,68 Kb.
#1492
1   2   3   4   5   6   7   8   9   ...   123

 
12
normadır, davranış etiketidir, yazılmamış qanundur. 
Bu qanunu pozub, öz sosial maskasını  yırtıb həqiqəti 
bulmaq istəyən adamı “dəli” adlandırıb gülüşürlər. 
İncəsənət,  ədəbiyyat isə sosial maskanın qatı 
düşmənidir. Çünki qəhrəmanlar həmişə potensial 
“dəli”lərdir. 
     Lakin  və bir də lakin... situativ maska insanın 
ictimai dünyada xilasıdır. Yoxsa insan məhv olur. 
Şəxsiyyət situativ maskadır. Bizim üzümüz gündə, 
kölgədə və işıqda min bir dəfə dəyişir. Situativ maska 
imaginativ mənşəlidir. Bu maska təsəvvürlə sosial 
dünyanın qaynağında fərdin cəmiyyətlə kompromis 
variantı kimi (öncə imaginasiyada), müdafiə variantı 
kimi meydana gəlir. Toplum içrə  məhz situativ maska 
fərdi  şəxsiyyətə çevirir, təbiəti sosial dünyaya 
transformasiya edir. Fərdin psixoloji oyunlarının 
nəticəsində situativ maskalar çeşid-çeşid ola bilər və 
vəziyyətlə bağlı başqalaşar. Dəyişkənliyə meyli bizə 
təbiət bəxş edir. Belə ki, təbiətin özü maskalardan 
ibarət. Flora və faunada nə varsa, hamısı maskalı, 
fitrətən maskalı, genetik olaraq maskalı. Təbiətin içi 
situativ maskalarla dolu. Özünüqoruma instinktinin 
gerçəkliyidir bu. Fərd də özünü qorumaq, əlverişli 
həyat mövqeyində yaşamaq məqsədilə maskalanır və 
maskalananda  şəxsiyyət olmağa imza atır. Bütün 
vəziyyətlərdə bu maskalar fərdin sosial sipəri 
(psixoloji-imaginativ mağarası, evi) funksiyasında 
qalır. Bu sipər hər bir fərd üçün son dərəcə 
individualdır. Hər bir insanı  fərdiləşdirənsə onun 
qorxu və  həya müstəvisində gerçəkləşmiş yaşantıları, 
həyəcanlarıdır.  İnsanın psixikası da elə formalaşıb 
ki, o heç vədə  nədən qorxduğunu və  nədən utandığını 
bildirmək istəmir. Bunu apriori zəiflik nişanəsi 
bilir. Hələ XX əsrin başlanğıcında rus ədəbiyyatçısı 
Maksimilian Voloşin yazırdı ki, maska (heç şübhəsiz 
ki, o, situativ maskanı 
nəzərdə tutur) ruh 
fərdiliyinin  əldə etdiyi ən müqəddəs nəsnədir... bu, 
intim hissin toxunulmazlıq hüququdur. Qorxu və  həya 


 
13
isə  ən intim yaşantılardır. Bütün imaginativ sosial 
(situativ maska həm də sosial maska kimi definisiya 
oluna bilər) maskalar bu yaşantıların modifikasiya 
formasıdır. Beləliklə, insanı  fərdiləşdirən ilkin 
qüvvələr qorxu və  həyadır.  Maska qorxu və  həyanı 
neytrallaşdırmaq vasitəsidir. Bu yaşantıların hər 
ikisi  mağara (bətn)  dışında peyda olur. Sosial-siyasi 
toplum içrə insan mağaraya dönməməkdən ötrü üzünə 
maska taxır, daha doğrusu, üzünü maskalaşdırıb onun 
arxasında gizlənir. Maskanın yaranma tarixində bu iki 
yaşantı  təhrikçi kimi çıxış edir. Ov həmişə  həm 
qidadır, həm qorxu. Qidalanmanın özündə belə bir qorxu 
gizlənir. Belə ki, yeyib zəhərlənmək olar, yeyib 
yoluxmaq olar, aşırı yeyib ölmək olar. Ov eləmək üçün 
maskalanmaq gərək. Maskalananda sən qorxunu özündən 
qovursan. (Qadınlar ona görə dasha çox maskalanır ki, 
daim kifir görünməkdən qorxurlar). Maska səni bir 
addım qorxudan uzaqlaşdırır, bir addım ov predmetinə 
yaxınlaşdırır. 
     MASKA  NƏDİR? Maska “mən”in mühafizəçisidir. 
Sosial-situativ maska individuallığın zühurudur, 
fərdin yaradıcılığıdır, improvizəsidir,  şəxsiyyətinin 
sərhədləridir. Bu elə bir yaradıcılıqdır ki, məqsədi 
“mən”i məxfiləşdirməyə yönəlib. Maska mağara 
təbiətinin ifadəçisidir. Maska tilsimdir. Əgər totem 
əcdad-Atadırsa, mağara  əcdad-Anadır. Bu mənada maska 
hər iki başlanğıcı (anima və animus) özündə ehtiva 
edir. Deməli, maskanın özü marginaldır: maska 
arxasında cins əlaməti bilinmir. Yalnız teatr sənəti 
maskaları müəyyən kateqoriyalara ayırır.  Əcdad-Ata və 
əcdad-Ana maskada birləşib yenidən marginal bir 
tanrıya dönürlər. Aborigen xalqların mədəniyyətinə 
istinadən söyləmək mümkündür ki, maska insanlar 
arasında tanrının obrazıdır. Maska tanrıdır, tanrı 
simvoludur. 
     ÜZ  VƏ MASKA. Təkcə insan insanı üzdən tanıyır. 
Başqa heç bir canlı buna qabil deyil. Bu mənada üz elə 
insan deməkdir, yəni “mən”in simvoludur. Üz “mən” 


 
14
barəsində potensial informasiya daşıyıcısıdır. 
İnsanın həqiqi mənəvi cövhəri mütləq  şəkildə onun üz 
cizgilərində öz ifadəsini tapır. Üz insanın bədəni və 
ruhu ilə bağlı bütün fizioloji proseslərin, onun 
yaşantılarının, iç dünyasında cücərən hər hansı bir 
istəyin, hətta mənəvi-əxlaqi imperativin belə, 
güzgüsüdür. Üz “məni məndə” göstərən güzgüdür. Lakin 
kim istər ki, bu güzgüdə zühur edəni bir özgəsi 
görsün? Heç kim. Deməli, üz örtülməlidir, 
qapanmalıdır, ayrı cür mənalandırsaq, yalana 
öyrəşməlidir, aldatmalıdır. Azərbaycan dilində “üz” 
sözünün “sifət” və “sima” kimi qarşılıq variantları da 
mövcuddur.  “Üz” sözü nəyinsə üst qatını, görünəni 
bildirmək üçün işlədilir. “Üzmək” felinin kökü “üz” də 
sözün birinci mənası ilə ilişiklidir. Yəni yalnız 
görünəni, üzdə olanı üzmək mümkündür. Və bundan 
 
əlavə: ancaq üzdə  qalıb üzə  biləndə insanın suda 
batmamaq  şansı var. Mövzuya bu rakursdan yanaşanda 
aydınlaşır ki, əllər də, barmaqlar da potensial üzdür. 
Lakin üz müəyyən qədər neytraldır, çünki fiziki 
dünyaya mənsubdur. Azəri türkcəsində “üz” mənasını 
verən digər söz “sifət”dir. Amma bir məsələ də var ki, 
biz “cümlədə  əşyanın necəliyini bildirən nitq 
hissəsi”nə  də  “sifət” deyirik.. “Üz” və “sifət” 
sözlərinin məna tutumu heç də bir-birinə müsavi 
gəlmir.  Sifət mimika oynaqlığına alışmış plastik üz 
deməkdir.  İfadə necəliyi müəyyənləşmiş, konkretləşmiş 
üz artıq sifətdir. Sifət ifadə elastikliyinə öyrəşmiş 
üzdür. Sifət üzün necəliyini bildirir. Bu necəlik 
insanın xarakterinə    pərçimlənib portret cizgiləri 
aldıqca sifətdən  sima yaranır. Sima canlı üzün 
portretləşməsi anlamına uyğundur.  Sima üzün ifadə 
yetkinliyinin  ən yüksək dərəcəsidir, maskalaşma 
astanasıdır. Simadan o yana maska, portret dayanır. Bu 
mənada  üz  bədənindir,  sifət - cəmiyyətin, sosial 
dünyanın,  sima - əbədiyyətin.  Simada panteon xisləti 
var. Bu söz nə qədər “alicənab” səslənsə belə, yenə də 
canlılıqdan məhrumdur və dirilərdən daha çox ölmüş, 


Yüklə 292,68 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə