Microsoft Word lord talibzadeh doc



Yüklə 292,68 Kb.
Pdf görüntüsü
səhifə6/123
tarix26.09.2017
ölçüsü292,68 Kb.
#1492
1   2   3   4   5   6   7   8   9   ...   123

 
18
Busa ona gətirib çıxarır ki, “ulduzlar”ın “üzü” və 
“mən”i olmur, yalnız maskası olur və onlar həmin 
maskanı oynamağa məhkumdurlar... Daha doğrusu, maska 
elektron medianın təlqiniylə dönüb həqiqi üz statusu 
alır,  əsl insan üzü (bioloji, ruhsal və  vətəndaş üz) 
isə bu “virtual örtük”
2
 arxasında gizlənir, görünməz 
olur. Maska toplumsal oyunların rahatlığının şərtidir. 
     MASKA  NƏDİR? Maska üzün sipəridir: ancaq fiziki 
üzü yox, ruhu qoruyur. Maskasız üz məhv olur, çünki 
ruh xəstələnir. Ruhi xəstələrin üzündə heç bir ifadə 
görünmür. Maska ifadə individuallığını hifz edəndir; 
fərdlə  cəmiyyət arasında bəyan edilməmiş sazişdir, 
kompromisdir. Maska şərti yalandır, ictimai-sosial 
oyunları  tənzimləyən, sahmanlayan yalandır. Absolyut 
şəkildə yalan danışmayanlar ruhi xəstələrdir, yəni 
maskasız adamlardır.  İctimai strukturlara daxil 
olmaqdan ötrü maska insanın vəsiqəsidir. Maska 
münasibətlər tənzimləyicisidir. Maska cəmiyyətdə 
yazılmamış sosial qanundur. Maska insanın intim 
yaşantıları üzərinə çərkilmiş pərdədir, örtükdür. 
     NİQAB VƏ MASKA. Dilimizə çoxdan aktiv şəkildə 
daxil olmuş “niqab” sözünün ərəbcədən tərcüməsi “üz 
örtüyü, duvaq, yaşmaq, rübənd” kimi eyni praktiki 
funksiyanı nişan verən anlamları bildirir. Niqab üzü 
örtən pərdədir, üzə çəkilmiş pərdədir, yəni rübənddir, 
daha doğrusu, üz bəndidir. Müsəlman dünyasında maska 
deyilən, maska kimi qavranılan bir nəsnə yoxdur. Çünki 
islam aləmi maskanın funksiyasını  mənasızlaşdırır. 
Müsəlman dünyasında nəyisə gizli saxlamaq qeyri-
mümkündür. Nə varsa, Allaha əyandır, agahdır. Ona görə 
də dinin mahiyyəti fərdin maskalanmasını az qala küfr 
sayır. Alahdan gizlənmək və ya nəyisə gizlətmək cəhdi 
elə Allahı tanımamağa bərabərdir. Müsəlman  Şərqində 
“Allahdan gizlin deyil, səndən nə gizlin” ifadəsi hər 
bir söhbətin aparıcı leytmotividir. İslam mədəniyyəti 
dünyasında maska yad bir elementdir. Nədən ki, islam 
dini totem, büt tanımır. Halbuki üzü örtmək, 
pərdələmək, şəxsiyyəti pərdə arxasında əyləşdirib gözə 


 
19
görükdürməmək  Şərqin müsəlman ölkələrində qutlu bir 
ənənə keyfiyyəti qazanmışdır. Bu baxımdan niqab 
haradasa maskaya tay tutula bilər. Nədən ki, maska da, 
niqab da üzü gizlətmək vasitəsidir. Lakin maskanın 
gizlətdiyi üzün sahibi tanınmır. Çünki maska üz 
əvəzinə üzdür. Niqab isə əksinə, üzün yiyəsinin ilahi 
dünya ilə ilişikli olduğunu bildirib onu tamam yeni 
bir rakursdan tanıtdırır. Niqab üz əvəzinə boş 
məkandır, adi (ağ  və ya qara) örtükdür. Bu, anti-
situativ maskadır, maskalar (fiksə edilmiş ifadələr, 
üzlər, mimikalar) fövqündə dayanan maskadır.  İslam 
dünyası ölkələrinin mədəniyyətlərində 
şahların, 
sultanların üzünü rəiyyətə, qızların üzünü kişilərə, 
müqəddəslərin üzünü kütləyə göstərməzdilər. Bunun üçün 
həmin şəxslərin üzünə əl içi boyda örtük salınardı, ya 
da onları  pərdə arxasında  əyləşdirərdilər. Bir 
məsələni xüsusilə qeyd eləmək lazımdır: niqab, hər 
hansı bir sosial kontekstdən asılı olmayaraq,  həmişə 
müsbət işarəlidir, yəni pozitivdədir. Nədən ki, islam 
mədəniyyəti dünyasında boş 
məkan tanrını 
eyhamlaşdırır, Allahı bildirir. Nişanəsizlik Allahın 
nişanəsi.  Pərdə arxasında gözəgörünməz olub hər  şeyi 
görən və bilən Odur, Allahdır. Onun üz örtüyü səmadır, 
yeddi qatlı göydür. Allah heç kimə, hətta merac zamanı 
həzrəti Muhammədə belə, görünmür. Amma o, kiməsə 
simvolik tərzdə, bildirmələr yolu ilə nazil olur, 
həmin  şəxsi öz varlığından agah edir. Pərdə (səma, 
niqab) iki, - real və transendental, - dünya arasında 
sərhəddir, adi öləri insan üçün əbədi müəmmadır. Dünya 
insana bu pərdəyə  qədər açılır, ondan o yana yalnız 
ruhun yetişə biləcəyi sakral, ilahi bir aləmdir. Orta 
çağlarda 
Şərqin müsəlman məmləkətlərində 
müqəddəslərin, yüksək mənsəb sahiblərinin üzünü örtmüş 
niqab Tanrını görünməz edən pərdə-səmanı  işarələyir. 
Niqab yeri laməkan olana eyhamdır. Mövlanə  Cəlaləddin 
Ruminin dediyi kimi, nişansız üz Allah adamını nişan 
verir, kamil insanın  əlaməti olur. Üzsüzlük özündən, 
öz “mən”indən yaxa qurtarıb tanrıya qovuşmağın 


 
20
bildiricisidir. Nişansız üz (miniatürlərdə üzlər heç 
bir fərdi  əlamətlərilə seçilmir) islam mədəniyyəti 
kontekstində  hər hansı bir üzdən (Allaha güzgü olmaq 
statusunda) daha zəngindir. Bu mənada niqab Allahın 
hələ yazmadığı lövhənin nişanıdır və elə ona görə  də 
üzdən üstündür. İlk növbədə bu səbəbdən müqəddəslərin, 
şahların, sultanların üzü niqabla örtülüb 
nişansızlaşdırılırdı. Niqab islam məmləkətlərinin 
sosial, dini və  mədəni həyatında həm də paklıq, 
təmizlik, mənəvi saflıq və bakirəlik simvolu  kimi 
anlaşılır. Orta əsrlərdə Yaxın və Orta Şərq 
ölkələrində bir də qız-gəlinlərin üzünə niqab (yaşmaq, 
duvaq, rübənd, hicab, cilbab, çarşab) tutulardı, 
əlbəttə ki, ismət və  həya nişanəsi kimi. Bu adət 
folklor mənşəlidir və öncə yalnız qızlara aid 
edilərmiş. Qədim zamanlarda qız uşaqlarını gözdən uzaq 
bir yerdə saxlayıb üzlərinə yaşmaq çəkərdilər ki, 
onların ovsunçuluq, sehrbazlıq, cadugərlik bacarığı 
artsın, sehr duyumu güclənsin. Bakirəlik həmişə 
sirrdir, ovsundur, tilsimdir, tapmacadır. Bakirəlik 
bir kimsəyə görünməz;  əgər görünsə, həmin an öz 
bakirəliyini itirər. Niqab bakirəliyi yad gözlərdən 
hifz etməkdən ötrüdür. Belə mühafizəyə müsəlman 
müqəddəslərinin və yüksək mənsəb sahiblərinin “bakirə” 
üzlərinin də ehtiyacı vardı. Niqab onların ilahi 
nurundan işıqlanmış pak üzünü yad baxışların fəxr və 
ya həsəd, sevgi və ya nifrət püskürən enerjisindən 
qorumaq məqsədini yerinə yetirirdi. Burada o, artıq 
maska kimi çıxış edirdi. Nə üçün? İş bu ki, hər hansı 
bir təsir, sezilməz enerji axını  əgər birbaşa bu 
adamların üzərinə tuşlansaydı, onların psixoloji 
müvazinətini pozardı, bu şəxslərin ruhi aləminə böyük 
xətər gətirərdi. Digər tərəfdən isə müəyyən bir qəfil 
xəbər onların iç yaşantılarını faş edə bilərdi, 
sarsıntılarını açıqlardı. Busa min bir xoşagəlməz 
dedi-qodu demək idi ki, aliqədr  şəxslərin hörmətini 
camaat arasında  sıfra endirərdi. Niqabsa bütün 
bunların qarşısına bir sədd çəkirdi. Bununla yanaşı 


Yüklə 292,68 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə