Microsoft Word lord talibzadeh doc



Yüklə 292,68 Kb.
Pdf görüntüsü
səhifə8/123
tarix26.09.2017
ölçüsü292,68 Kb.
#1492
1   ...   4   5   6   7   8   9   10   11   ...   123

 
24
IV Amonxotepdən  əvvəlki fironlar da üzlərinə  zər 
çəkərdilər ki, Günəş kimi bərq vursun, işıq saçsın. 
Əslində isə tanrı həyatda heç kimə üzünü göstərməyib, 
hətta peyğəmbərlərə belə. Lakin onun (müsəlmanlardan 
savayı)  şəklini çəkiblər, heykəlini yapıblar, bir 
sözlə, maskasını düzəldiblər. Beləliklə, dairə 
qapanır: maska tarixən totemlə tanrının vizual 
gerçəkliyi kimi mədəniyyət müstəvisində peyda olub. 
Nədən ki, tanrı haradasa göyə  çəkilmiş  əcdaddır, 
əcdadın 
əlçatmaz (və imaginativ) bir məkana 
transformasiyasıdır. 
Tanrı universallaşdırılmış 
əcdaddır.  Bica deyil ki, Avropanın  ən çox tanınan 
strukturalisti Klod Levi-Sross yazırdı ki, “maska 
geymiş aktyor əcdadı  təmsil edir”.
3
 Elə buna görə  də 
maskalar seyrçiyə (fəci və ya komik ovqat ifadəçisi 
olmasına baxmayaraq) hipnotik təsir göstərmək 
qabiliyyətinə malikdir. Maska hamıda gizli bir maraq 
oyadan, hər baxanı ovsunlayan və yeni ünsiyyət 
modulunu təklif edən bir nəsnədir. Çünki maska ecazkar 
əcdadı, unikal əcdadı bildirir. Əcdad hər bir şəraitdə 
nümunədir. Maska, eyni zamanda, tamaşaçıdan ötrü xof, 
qorxu mənbəyidir. Niyə? Ona görə ki, əcdad  şüuraltı 
qatında potensial təhlükə deməkdir və maska xatırladır 
ki,  əcdad nə vaxtsa qayıda bilər və  hər nəsnəni, 
həmçinin hər bir fərdin varolma hüququnu öz iradəsinə 
tabe etdirər. Maskanın da xofu elə buradan gəlir. 
     Bəs cəlladla bağlı necə? Hər bir uniforma 
maskadır, qadağanı  və  cəzanı eyhamlaşdırır. Uniforma 
haradasa totemə yaxın olan bir nəsnədir və  əcdadı 
təmsil eləyir. Çünki uniforma yasağın mövcudluğunu 
bəlirtir. Cəllad da hər  şeydən öncə uniformadır.  
Şübhəsiz ki, maska cəllad fiquru ilə  əlaqəli 
insanlarda yaranan xofu, qorxunu daha da artırır. Bu, 
bir. Maska cəlladı adi öləri insanlar sırasından 
fərqləndirir, onu bir növ bilərəkdən nişanlayır, 
bədheybətləşdirir:  əgər belə demək mümkünsə,  şəri 
simvollaşdırır. Bu, iki. Gedək üçüncüyə tərəf. Dünyada 
insanlar yəqin ki ən çox iki subyektdən qorxurlar: 


 
25
Əzraildən və  Cəlladdan.  Əzrail (ölüm mələyi) mifik 
varlıq olub tanrının hökmü ilə can alır, cəllad isə 
qanuna söykənən adamların. Cəzanı (axtalanmanı) 
gerçəkləşdirən cəlladdır. Təbii ki, dindar üçün 
cəlladın işi də ölüm mələyinin ayağına yozulur. 
Əzraili heç kəs qarğımır, cəllad isə cəmiyyətin mənhus 
adamı sayılır. Ol səbəbdən  əksər hallarda cəllad 
maskası arxasında kimin dayandığını toplumda heç kim 
bilmir. Bu baxımdan maska cəlladdan ötrü də olduqca 
mühüm sipərdir. Çünki normal cəmiyyətdə normal insan 
üçün adam öldürən işləmək, peşəsi adam öldürən olmaq 
böyük ruhi sarsıntıdır. Maska arxasında cəllad öz 
həqiqi yaşantılarını, duyğularını gizlədir:  əks 
təqdirdə, o, hökmün icrası prosesinə maneə törədə 
bilər. Cəllad toplum içrə,  əslində, peşənin yox, 
maskanın adıdır. Kor Femida nökərinin üzündə maska 
olması faktı heç də  təəccüblü deyil. Maska cəlladı 
onun gerçəkləşdirdiyi  əmələ qarşı yabançılaşdırır, 
özgələşdirir və  nəticədə  cəllad qətl hadisəsini ciddi 
qəbul eləmir: lap teatrda olduğu kimi. Teatr 
semiotikasını öyrənən fransız Patris Pavi deyir ki, 
teatrda maska özünü tanıtdırmadan, özlgələrdən xəlvəti 
ətrafı müşahidə etmək imkanını gerçəkləşdirir
4
. Mən 
elə düşünürəm ki, teatrda maska həm də yabançılaşma 
funksiyasını yerinə yetirir. Çünki maska personajın 
dünya ilə normal münasibətlərini pozur. Əgər üz 
örtülüdürsə, aktyor könüllü surətdə psixoloji ifadədən 
imtina edir. Bu isə seyrçinin oyunçu ilə 
identifikasiya prosesində yad elementə çevrilir. Maska 
aktyorun səhnə davranışını da tamam yeni tərzdə 
modullaşdırır.  
     Rəsmi qətl (edam) haradasa elə meydan 
tamaşasıdır. Gərçi cəllad özünə müəyyən mənada aktyor 
kimi yanaşmasa, işinə  və gördüyünə yabançılaşmasa, 
qısa bir zaman kəsimində ruhi xəstəyə çevrilər. İş bu 
ki, aktyorun da tamaşanı gerçəklik bilməsi patologiya 
əlaməti sayılır. Bu da bir daha sübut eləyir ki, maska 
insan psixolojisini mühafizə edən vasitədir. Maskasız 


 
26
“mən” özünü itirir, pırpız və ya qəribə adam 
təəssüratı oyadır başqalarında. Beləliklə, gün kimi 
aydındır ki, toplum içrə maskasız keçinmək hər mənada 
problematikdir. Haradasa mədəniyyət özü bütöv şəkildə 
maskalanmaq mədəniyyətidir. Ayrı cür də demək 
mümkündür:  mədəniyyət insanlar arasında ünsiyyət 
şəbəkəsini yaradan sistem kimi maskadan başlanır. 
Mədəniyyət tarixində maska ilk qanunun, ilk yasağın və 
davranış etiketinin simvoludur. Hətta təbiətdə belə 
müxtəlif canlıların maskalanma üsulu mövcuddur. 
Canlılar (buqələmun, kəpənək, balıq və s.) rəng 
dəyişmələrinin və ya plastik bədən oynaşmalarının 
köməyilə  şəraitə uyğunlaşır və  ətraf mühit içində 
düşməndən ötrü görünməz olurlar. Bu hadisəyə mimikriya 
deyilir.  Maska ruhun mimikriyasıdır. Teatr oyundur. 
Maska oyun şərtidir. Hər bir oyun maskalanmadır, 
mimikriyadır. Seyrçi teatra ruhun mimikriyasına, yəni 
ruhun  maskalarına tamaşa etməyə  gəlir; gəlir ki
maskaların yırtılması, üzlərdən götürülməsi, bir 
sözlə, onların “süqut”u prosesində  iştirak etsin. Bu 
baxımdan teatr maskalar sərgisidir. Səhnə planşetinə 
adlamış  hər hansı bir maskada ilahi başlanğıca 
nisbətən  əcinə  (şeytan) başlanğıcı daha güclü ifadə 
olunur və bu, tamamilə məntiqidir. Çünki səhnəyə çıxan 
tanrı oyun stixiyasına düşüb həməncə  uşaq kimi 
şeytanlaşır. Teatr maskalar sərgisi kimi cəmiyyətə 
davranış  və  dəb tipləri təklif edir. Toplum içrə 
davranış 
və 
dəb tipini müəyyənləşdirən teatr 
səhnəsindən (tele və ya kinoekrandan) görünən maska-
qəhrəmanlardır. Teatr maskaları dağıdır və onların 
yerinə yenilərini istehsal edir. Təbii ki, hərə özünə 
uyğun maska tipini, davranış  və  dəb tipini bəyənəcək 
və  cəmiyyətdə ona bənzəməyə çalışacaq. Bununla da 
olacaq persona, yəni maska taxmaq hüququna malik adam. 
Latınca “persona” sözü aktyorun taxdığı maskanı nişan 
verir. Düzdür, üzün neytrallaşdırılması, daha doğrusu, 
konkret bir ifadəni mütləqləşdirib sabit durum 
vəziyyətinə gətirilməsi kifayətdir ki, maska yaransın. 


Yüklə 292,68 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə