7
ümumi gəlirdən əsas kapitalın amortizasiyasını, dövriyyə kapitalı ilə bağlı olan
xərcləri çıxmaq vacibdir.
Sözü gedən problemin öyrənilmə zamanı bir sıra suallar meydana çıxır. Bunlara
misal olaraq, əgər xərclər ümumi məhsulun tərkibindədirsə, bu zaman "gəlir"
terminini buna aid etmək nə dərəcədə düzgün olardı? Və ya əgər bu istehsalçı üçün
ə
sil gəlir hesab olunmursa, və onun bir hissəsinə təşkil edirsə, bu zaman vergiyə cəlb
olunarkən ümumi dövriyyə hesablanıldığı zaman onun tam həcmini vergi obyekti
olaraq qəbul etmək düzgün olardımı? və s. bu kimi sualları göstərmək olar.
Göstərilmiş bu problemin öyrənilməsinə istərsə beynəlxalq, istərsə də
Azərbaycanın bir çox alimləri yaxından təşəbbüş göstərmişlər. P.S. Bezrukix, X.
Ş
valbe, V.M. Paliy, V.Q. Makarov, P.N.Rıbalmen, K.P. Obolenski, E.S. Oqlobmen,
V.A. Svobodin, A.F. Akesenenko, V.P. Vasilenko vıə s. MDB alimləri öz
araşdırmalarında uçotun təkmilləşdirilməsinə, istehsal məsrəflərin uçotuna və s. dair
qiymətli fikirlər bildirmişlər.
Sözü gedən mövzuya dair bir çox Azərbaycan alimləri - S.M. Səbzəliyev, Q.Ə.
Abbasov, H.Ə.Cəfərli, N. M. smayılov, V.M. Quliyev, Q.R. Rzayev, S.Y.
Müslümov, C.M. Yaqubov, C.B. Namazova öz fikirlərini bildirmişlər.
Tə dqiqatın mə qsə d və və zifə lə ri. Müəssisədə gəlirlərin və xərclərinin uçotunun
təkmilləşdirilməsində əsas məqsəd sözü gedən bu anlayışların beynəlxalq standartlara
uyğunlaşdırılmasıdır. Bunun üçün müasir bazar iqtisadiyyatında elmi cəhətdən
ə
saslandırılmış şəkildə uçot əməliyyatlarınının həyata keçirilməsi vacib amildir. Bu
zaman gəlirlərin və xərclərin təsnifatının müasirləşdirilməsiylə bağlı nəzəri və
praktiki təkliflər sistemini formalaşdırmaq və həyata keçirmək lazımdır.
Sözü
gedən
dissertasiyada
bir
sıra
yerinə
yetiriləsi
vəzifələr
müəyyənləşdirilmişdir:
Gəlirlərin və xərclərin beynəlxalq standartlara uyğunlaşdırılması səviyyəsinin
öyrənilməsi;
8
Xərclərin uçotunun funksional metodunun müasir dövrdə müəssisələrin uçot
sisteminə uyğunlaşdırılması imkanlarını araşdırmaq;
Xərclərin sifariş metoduyla uçotunun aktuallığınının araşdırılması və onun uçot
xüsusiyyətlərinin müəyyən olunması;
Gəlirlərin sintetik və analitik uçotunun xüsusiyytələrinin öyrənilməsi;
Qərbdə tətbiq edilən uçot siyasətinin öyrənilməsi.
Tə dqiqatın obyekti. Sözü gedən gəlir və xərclərin tədqiqat obyekti kimi
kommersiya müəssisələri seçilmişdir. Bu o deməkdir ki, müəssisələrdə gəlirlərin və
xərclərin rolu, onların uçotda əks etdirilməsi qaydaları, Mühasibat Uçotu Beynəlxalq
Standartlarının müəssisə fəaliyyətinə təsiri, müəssisələrdə gəlirlərin artırılması,
xərclərin azaldılması bu mövzuda özünün geniş əksini tapmışdır.
Müəssisələr tərəfindən tərib edilən "Mənfəət və zərərlər" haqqında hesabatdan
fərqli olaraq standartlar layihəsi konseptual cəhətdən bütövlüklə başqa prinsiplər və
meyarlar əsasında müvafiq adlı maliyyə hesabatında gəlirin MMUS-un tələblərinə
uyğun olaraq təqdim edilməsini nəzərdə tutmuşdur.
Sözü gedən layihənin müvafiq göstərilmiş müddəalarına əsasən gəlirlər və
xərclər sadəcə müəssisənin hesabına daxil olmuş və ya daxil olaraq iqtisadi
səmərənin və zərərin mədaxilini özündə birləşdirir. Gəlirlərin və xərclərin
qiymətləndirilməsi, malların satışı, xidmətlərin göstərilməsi üzrə konsepsiyalara da
diqqət yetirmək lazımdır.
Tətqiqatın predmeti. Tədqiqatın predmetini gəlirlər və xərclərin beynəlxalq
standartlara uyğunlaşdırılması, gəlirlərin və xərclərin uçotunun formalaşmasının
nəzəri, praktiki və metodoloji problemlərinin həlli təşkil edir.
Gəlirlərin və xərclərin beynəlxalq standartlara uyğunlaşdırılmasını təmin etmək
üçün bir bir sıra tədqiqat işləri aparılmaqdadır.
Respublikamızda iqtisadiyyatın hal-hazırki inkişaf mərhələsində xaricdən
investisiya cəlbi və ölkədaxili sahibkarların daxili bazarda və xarici bazarda istehsal
9
etdikləri rəqabətli məhsullar vəzifəsi ilə mövqelərin möhkəmlənməsinə olan tələblər
MHBS-ya uyğun olaraq maliyyə hesabatının hazırlanılması və təqdim edilməsinə aid
islahatların həyata keçirilməsi vacib hal almışdır.
Son-icmal informasiyada təqdim edilmiş "Gəlirlər üzrə" kommersiya
təşkilatları üçün MHBS-nın layihəsi Mühasibat Uçotunun Beynəlxalq Standartları
Ş
urası tərəfindən işlənilmiş və təsdiq olunmuş "Gəlir" adlı 18 N-li Mühasibat Uçotu
Beynəlxalq Standartına və "Mühasibat uçotu haqqında" Azərbaycan Respublikası
qanuna uyğun olaraq işlənib hazırlanmışdır.
ctimai qurumlar və kiçik sahibkarlıq subyektləri istisna olmaq şərtilə müəssisə
tərəfindən gəlirlərin və xərclərin "Mənfəət və zərərlər" haqqında hesabatda ardıcıl,
etibarlı və şəffaf formada tanınmasının və ona bilavasitə aid edilən qeydlərin
qiymətləndirilməsinin və açıqlanılmasının təşkil edilməsi əsas məqsədlərdən biridir.
Tə dqiqatın informasiya bazası. Tədqiqatın informasiya bazasında Maliyyə
Hesabatı Beynəlxalq Standartları, onların əsasında tərtib olunmuş Milli Mühasibat
Uçotu Standartları, gəlirlər və xərclər barədə bir çox azərbaycanlı alimlərin dəyərli
fikirlərindən, həmçinin bir sıra MDB alimlərinin bu
yöndə
tədqiqat
işlərinin
məlumatlarından geniş istifadə edilmişdir.
Bu dissertasiya işində həmçinin qərbdə aparılan uçot sistemində gəlirlərin və
xərclərin necə uçota alınması və onların uçot sistemini necə təkmilləşdirilməsi
yolunda apardıqları tədbirlərdən də söz açılmışdır.
Mühasibat Uçotunun Beynəlxalq Standartlarının tədqiqatın informasiya bazası
kimi istifadə edilməsində əsas məqsəd gəlirin maliyyə hesabatlarının hazırlanması və
təqdim edilməsi barədə konseptual əsaslarda hesabat ili ərzində iqtisadi səmərənin
artması kimi müəyyənləşdirilməsidir. Bu standartın gəlirlərin uçotunun aparılmasında
tutduğu mühüm mövqedir, çünki
sözü gedən bu artım uçot dövründə "Gəlir" adlı 18
N-li Mühasibat Uçotunun Beynəlxalq Standartında aktivlərin daxil olması, yaxud
onların sayının/həcminin artması formasında, və yaxud əlavə qoyuluşlarla əlaqəli
olmayan, səhmdarlar tərəfindən həyata keçirilən kapitalda artım ilə nəticələnmiş
Dostları ilə paylaş: |