Microsoft Word m vzu docx



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə2/75
tarix21.10.2017
ölçüsü5,04 Kb.
#6357
1   2   3   4   5   6   7   8   9   ...   75

Yuxarıda  göstərilənlər  bu  Əsasnamə  və  Qanunda  öz  əksini  tapmışdır.  Yeni  Əsasnamə 
və Qanunda respublikada  mülki müdafiənin əsas məqsəd və vəzifələrini habelə dövlət 
hakimiyyəti və idarəetmə orqanlarının, ictimai təşkilatların, eləcə də məsul şəxslərin və 
bütün vətəndaşların mülki müdafiə üzrə vəzifələri müəyyən edilmişdir. 
 
“Mülki  müdafiənin  təmin  edilməsi  barədə”  Azərbaycan  Respublikası  Nazirlər 
Kabinetinin 25 sentyabr 1998-ci tarixli, 193 nömrəli Qərarının təıəbləri: 
   Dövlət  və  qeyri-dövlət  ali,  orta  ixtisas  məktəbi  tələbələrinə,  texniki  peşə  və 
ümumtəhsil məktəbləri şagirdlərinə mülki müdafiənin öyrədilməsi. 
 
- Mülki müdafiə fənni - ali məktəblərdə əyani, qiyabi və axşam şöbələrinin bütün 
tələbələrinə öyrədilməsi məcburi olan fənn sayılır və tədris planlarına xüsusi fənn 
kimi daxil edilir. 
- Ali məktəblərin tələbələrinə mülki müdafiə fənni qüvvədə olan proqramlara müvafiq 
tədris edilir. 
 
Tələbələrə MM öyrədilməsi üzrə əsas vəzifələr aşağıdakılardır: 
 
-  sülh  və  müharibə  dövrlərindəki  fövqəladə  hallarda  fəaliyyət  göstərmək  və  ali 
məktəblərdə  aldıqları  ixtisasa  müvafiq  olaraq,  obyektlərin  sabit  işinin  təmin  edilməsi 
üsullarını öyrənmək; 
- ümumtəhsil məktəblərinin II, V, VI siniflərində mülki müdafiə fənni üzrə məşğələlər 
aparmağı bacarmaq. 
-  xüsusi  fənn  olmaqla  mülki  müdafiə  üzrə  məşğələlər  bütün  ali  təhsil  məktəblərinin 
yuxarı kurslarında bir semestr ərzində keçirilir. 
- mülki müdafiə fənni imtahan verməklə qurtarır.  
   
 
Mülki müdafiə fənninin öyrənilməsində tələbələr aşağıdakıları bilməlidir: 
 
- istehsalat sahəsində həyat fəaliyyətinin təhlükəsizliyinin təminini; 
- istehsalat sahələrində insanlar üçün təhlükə törədən amilləri; 
- istehsalat sahələrində bədbəxt hadisələrin araşdırılmasını və təhlilini; 
- fövqəladə hallar, onların baş vermə səbəblərini; 
- fövqəladə hadisələrin xəbərdar edilməsinin növlərini və vasitələrini; 
- davranış qaydalarının əhaliyə çatdırılması üsullarını və yollarını; 
- fövqəladə hallarda əhalinin mühafizəsinin prinsiplərini və üsullarını; 
- fövqəladə halların nəticələrinin aradan qaldırılması tədbirlərini; 
- zədələnmə ocaqlarında qəza-xilasetmə və digər təxirə salınmaz işləri; 
- fövqəladə hallarda iqtisadiyyat obyektlərinin iş dayanıqlığının təmin edilməsi  
yollarını və üsullarını; 
- zədələnmiş insanlara ilk tibbi yardımın göstərilməsini. 
 
Bacarmalıdır: 
 
- istehsalat sahələrində bədbəxt hadisələrin araşdırılması və aktın tərtib edilməsini; 
- istehsalat sahələrində təlimatların aparılmasını; 
- istehsalat sahələrində işçilər üçün təhlükə törədən amillərin aradan qaldırılması    
tədbirlərinin həyata keçirilməsini; 
- istehsalat qəzalarının və fəlakətlərin proqnozlaşdırılmasını; 
- ehtimal olunan fəlakət barədə əhalinin xəbərdar edilməsinin təşkilini; 
- əhalinin fövqəladə hallarda mübarizəyə və mühafizəyə hazırlanmasını; 
- fövqəladə halların nəticələrinin aradan qaldırılması işlərinin ardıcıllığının təşkilini; 
- zədələnmiş insanlara ilk tibbi yardım göstərilməsini. 
 
 


Mülki müdafiə haqqında Azərbaycan Respublikasının Qanunu 
Qəbul edilmişdir: 30 dekabr 1997-ci il,  420-IQ. 
 
Maddə 1. Əsas anlayışlar 
 
      Bu Qanunda aşağıdakı anlayışlardan istifadə olunur: 
 
1)  mülki  müdafiə  -  dinc  dövrdə  və  ya  müharibə  dövründə  əhalinin  (Azərbaycan 
Respublikası vətəndaşlarının, Azərbaycan Respublikasının ərazisində olan əcnəbilərin və 
vətəndaşlığı  olmayan  şəxslərin)  və  ərazinin  (Azərbaycan  Respublikası  ərazisinin 
hüdudları daxilində torpaq, su və hava məkanının, istehsal və sosial təyinatlı obyektlərin, 
habelə  ətraf  mühitin)  təhlükəsizliyinin  təmin  edilməsi  məqsədi  ilə  dövlət  hakimiyyəti 
orqanları, hüquqi və fiziki şəxslər tərəfindən həyata keçirilən tədbirlər sistemidir; 
2)  mülki  müdafiə sistemi - mülki müdafiənin vəzifələrinin yerinə yetirilməsi həvalə 
edilmiş  müvafiq  icra  hakimiyyəti  orqanlarının,  qüvvə  və  vasitələrin,  xüsusi  fondların, 
rabitə, xəbərdarlıq və informasiya təminatı sistemlərinin məcmusudur; 
3)  fövqəladə  hadisə  -  insan tələfatına,  insanların  səhhətinə və  ya  ətraf  mühitə ziyan 
vurulmasına,  əhəmiyyətli  maddi  itkilərə  və  insanların  həyat  fəaliyyəti  şəraitinin 
pozulmasına  səbəb  ola  biləcək  və  ya  səbəb  olmuş  hərbi  əməliyyatlar,  qəza,  təbii  və  ya 
digər fəlakət nəticəsində müəyyən ərazidə yaranmış vəziyyətdir; 
4)  fövqəladə  hadisələrin  qarşısının  alınması  -  fövqəladə  hadisələrin  baş  verməsi 
təhlükəsinin maksimum azaldılmasına, belə hadisələr baş verəcəyi hallarda isə insanların 
və  onların  sağlamlığının  qorunmasına,  ətraf  mühitə  vurula  biləcək  ziyanın  və  maddi 
itkilərin  həcminin  azaldılmasına  yönəldilən  və  əvvəlcədən  həyata  keçirilən  tədbirlər 
sistemidir; 
5)  fövqəladə  hadisələrin  və  onların  nəticələrinin  aradan  qaldırılması  - insanların 
həyatının xilas edilməsinə və sağlamlığının qorunmasına, ətraf mühitə vurulan ziyanın və 
maddi  itkilərin  həcminin  azaldılmasına,  fövqəladə  hadisələrin  yayılmasının  qarşısının 
alınmasına  yönəldilmiş  və  fövqəladə  hadisələr  zamanı  həyata  keçirilən  qəza-xilasetmə 
tədbirləri və digər təxirəsalınmaz işlərdir. 
Maddə 3. Mülki müdafiənin təşkil edilmə prinsipləri 
 
Azərbaycan  Respublikasında  mülki  müdafiə  ümumdövlət  müdafiə  sisteminin  tərkib 
hissəsi olmaqla aşağıdakı prinsiplər əsasında təşkil edilir: 
 
1)  ərazi  prinsipi  (mülki  müdafiə  tədbirlərinin  Azərbaycan  Respublikasının  bütün 
ə
razisində təşkil edilməsi); 
2) fərqli və kompleks yanaşma prinsipi (Azərbaycan Respublikasında mülki müdafiə 
tədbirlərinin ayrı-ayrı bölgələrin, şəhərlərin, istehsal və sosial təyinatlı obyektlərin hərbi-
strateji,  iqtisadi  və  digər  xüsusiyyətləri  nəzərə  alınmaqla    planlaşdırılması  və 
ə
laqələndirilmiş şəkildə həyata  keçirilməsi); 
3)  kütləvilik  və  məcburilik  prinsipi  (mülki  müdafiə  tədbirlərinin  Azərbaycan 
Respublikasının bütün əhalisini əhatə etməsi və məcburi xarakter daşıması); 
4)  daimi  hazırlıq  prinsipi  (Azərbaycan  Respublikasının  mülki  müdafiə  sisteminin 
fövqəladə  hadisələr  zamanı  dərhal  və  səmərəli  fəaliyyətə  başlamağa  hazır  vəziyyətdə 
olması); 
5) dərhal xəbərdarlıq prinsipi (baş verə biləcək və ya baş vermiş fövqəladə hadisələr 
haqqında Azərbaycan Respublikasının əhalisinə dərhal məlumat verilməsi); 
6)  qarşılıqlı  əlaqə  prinsipi  (mülki  müdafiənin  təmin  edilməsində  iştirak  edən 
Azərbaycan  Respublikasının  dövlət  orqanlarının  və  mülki  müdafiə  qüvvələrinin  sıx  və 
uzlaşdırılmış fəaliyyət göstərməsi). 
 
 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə