xüsusiyyətləri nədən ibarətdir?
12. Zədələnmə ocaqlarında xilasetmə işləri aparılarkən müvafiq
təhlükəsizlik qaydaları hansılardır?
13. Zəhərlənmələrin nəticələrinin aradan qaldırılmasına hansı işlər daxildir?
14. Dezaktivasiya nədir, hansı üsulla aparılır və görülən işlər nədən
ibarətdir?
15. Deqazasiya nədir və görülən işlər nədən ibarətdir?
16. Dezinfeksiya nədir, hansı məqsədlərlə aparılır, görülən işlər nədən
ibarətdir?
17. Deratizasiya nədir, hansı məqsədlərlə aparılır, görülən işlər nədən
ibarətdir?
18. Tam sanitariya təmizlənməsi nədir, görülən işlər nədən ibarətdir?
19. Qismən sanitariya təmizlənməsi nədir, görülən işlər nədən ibarətdir?
Mülki müdafiə fənninin müəllimi Neymət Lətifov
Azərbaycan Dövlət
qtisad Universitetinin
tələbələri ilə keçirilən
Mülki müdafiə dərsinin
konspekti
Mövzu №7: “Fövqəladə hallarda
rabitə, xəbərdarlığın təşkili və
həyat fəaliyyətinin təmini”
“Təsdiq edirəm”
Mülki müdafiə
kafedrasının müdiri
___________ Elçin Əliyev
“___” mart 2015-ci il
Azərbaycan Dövlət qtisad Universitetinin
tələbələri ilə keçirilən Mülki müdafiə dərsinin
konspekti
Mövzu №7: “Fövqəladə hallarda rabitə, xəbərdarlığın təşkili və həyat
fəaliyyətinin təmini”
Keçirmə vaxtı: 2 saat
Keçirmə üsulu: mühazirə
Keçirmə yeri: auditoriya
Dərsin məqsədi: Tələbələrə fövqəlada hallar zamanı mülki müdafiə rabitə və
xəbərdarlıq sisteminin vəzifələri, təşkili prinsipləri, idarəetmə və
idarəetmə məntəqələri, onların təyinatı, növləri və vasitələri
barədə məlumatlandırmaq, xəbərdarlıq siqnalları, onların verilmə
qaydaları və vasitələri ilə tanış etmək.
Dərsin sualları: 1. Fövqəlada hallar zamanı mülki müdafiə rabitə və xəbərdarlıq
sisteminin vəzifələri, təşkili prinsipləri, idarəetmə və idarəetmə
məntəqələri, onların təyinatı, növləri və vasitələri.
2. Mülki müdafiə xəbərdarlıq siqnalları, onların verilmə üsulları və
əhalinin davranış qaydaları.
Ə
dəbiyyat: - Azərbaycan Respublikasının “Mülki müdafiə haqqında” Qanunu;
- “Mülki müdafiənin təmin edilməsi barədə” Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 25 sentyabr 1998-ci tarixli, 193
nömrəli qərarı;
- H.Ocaqov - “Mülki Müdafiə”
- Fövqəladə hadisələr zamanı necə davranmalı;
- Fövqəladə Hallar Nazirliyinin qəzetləri.
I. Giriş hissə - 5 dəq.
T\ələbələrin dərsə hazırlığını yoxlayıram.
Dərsin mövzusunu, məqsədini, sualları elan edirəm.
II. Əsas hissə - 80 dəq.
1-ci sual. Fövqəlada hallar zamanı mülki müdafiə rabitə və xəbərdarlıq
sisteminin vəzifələri, təşkili prinsipləri, idarəetmə və idarəetmə məntəqələri,
onların təyinatı, növləri və vasitələri.
Mülki müdafiə rabitə və xəbərdarlıq sisteminin vəzifələri və təşkili prinsipləri.
Mühafizə tədbirləri həyata keçirilərkən mülki müdafiə qüvvələrinə rəhbərlik
üçün mülki müdafiə idarəetmə sistemi yaradılır. Bu sistemin məqsədi hər cür
şə
raitdə tabelikdəki qüvvə və vasitələrin fəaliyyətə hazırlanmasına və əməli
işlərinə daimi rəhbərliyi və nəzarəti təmin etməkdir.
Rabitə idarəetmə sisteminin tərkib hissəsidir və onun əsas vasitələrindən
biridir. Rabitə olmadan fasiləsiz və çevik idarəetmə mümkün deyil. Xüsusən
fövqəladə hadisələr yaranan dövrdə çox böyük əhəmiyyət kəsb edir.
a) darəetmənin mahiyyəti, vəzifələri və ona verilən əsas tələblər.
Fövqəladə hadisələr dövrlərində müdafiə tədbirlərinin vaxtında və
müvəffəqiyyətlə yerinə yetirilməsini təmin edən başlıca şərtlərdən biri - mülki
müdafiə qüvvələrinin düzgün idarə edilməsidir. darəetmənin mahiyyəti - mülki
müdafiə rəhbər və qərargahının özlərinə tabe olan qüvvələrə daim rəhbərlik
etməsindən, onların fəaliyyətini qarşıda duran vəzifələrin icrasına yönəltməkdən
ibarətdir.
Mülki müdafiənin idarə edilməsi üzrə əsas vəzifələr bunlardır:
- Mülki müdafiə tədbirlərinin və qüvvələrin fəaliyyətinin əvvəlcədən
planlaşdırılması, bu planların vaxtaşırı olaraq dəqiqləşdirilməsi;
- fövqəladə hadisələr baş verərkən yaranmış vəziyyət barədə mə’lumatların
fasiləsiz surətdə toplanması və öyrənilməsi;
- fəaliyyət üçün vaxtında qərar qəbul edilməsi və onun icraçılara çatdırılması;
- qarşılıqlı fəaliyyətin təşkili və görülməli işlərin hərtərəfli təmin və təchiz
olunması;
- iş tapşırıqlarının tabelikdəkilər tərəfindən vaxtında icra edilməsinə nəzarət
və onlara lazımi yardım göstərilməsi;
- mülki müdafiə qüvvələrində və qərargahlarında şəxsi heyətin yüksək
mənəvi-psixoloci ovqatının saxlanması.
Mülki müdafiə - mülki müdafiə rəhbərinin qərarına əsasən idarə edilir. Qərar
qəbul etmək mürəkkəb, həm də məsuliyyətli işdir və mülki müdafiə rəhbərinin
ə
sas hüququ, başlıca vəzifəsidir. Mülki müdafiə rəhbəri tərəfindən qəbul edilmiş
qərarın müddəaları mühafizə və digər tədbirlərin planlaşdırılmasına, eləcə də
tabelikdəkilərə verilən iş tapşırıqlarında və başqa prinsipial məsələlərdə öz
ə
ksini tapmalıdır. Mülki müdafiə rəhbərinin qərarı yerinə yetiriləcək vəzifələrin
ə
sas məqsədini, mahiyyətini və icra yollarını müəyyən edən ana xətt rolunu
oynayır. Buna görə də belə qərarlar konkret şəraitə uyğun gəlməli, qüvvə və
vasitələrdən səmərəli istifadə olunmasını təmin etməlidir.
Ehtimal olunan hərbi münaqişələrin xarakterindən asılı olaraq hazırda
idarəetmə fəaliyyətinə yüksək tələblər verilir.
Bunlardan ən əsasları aşağıdakılardır:
Dostları ilə paylaş: |