Microsoft Word Magistr-dissertas doc



Yüklə 1,06 Mb.
Pdf görüntüsü
səhifə28/37
tarix15.07.2018
ölçüsü1,06 Mb.
#55721
1   ...   24   25   26   27   28   29   30   31   ...   37

 
82
hadisədir. Bu mənada dövlətin son məqsədini biznes fəaliyyəti üçün əlverişli xarici 
mühit yaratmaqla üstün iqisadi və sosial effektivliyə nail olmaq təcəssüm etdirir. 
stənilən biznes-struktur açıq bir sistemdir. O bütün ətraf dünya ilə çoxtərəfli 
münasibətlərlə  bağlı  olaraq  kommersiya  təşkilatının  davranışına  və  onun 
səmərəliliyinə əhəmiyyətli dərəcə təsir edir. Bu təsirlilik isə dövlət qolları vasitəsi 
ilə tənzimlənir. Dövlət və hökumət geniş alət və metodlar arsenalına malik olmaqla 
biznes  fəaliyyətinin  makro  mühitini  mülayim  dərəcədə  nəzarətə  alaraq  onun 
hərəkətini  nizamlayır.  Burada  vergi,  kredit,  idxal-ixrac  və  pul  siyasətindən  geniş 
istifadə  olunur.  Bütün  bu  nizamlayıcı  alətlər  sistemi  kompleks  halında  biznesin 
xarici mühitinə dövlətin bazar dolayısı adlanan metodlarla təsirində akkumlyasiya 
olunur. Biznes fəaliyyətinin genişlənınəsində müvafiq kompleksliliyi və sistemliyi 
birbaşa  müdaxilədə  dövlət  qanunvericilik  fəaliyyəti  ilə  gücləndirir.  Bununla  belə 
dünya  təcrübəsi  göstərir  ki,  bütün  yüksək  inkişaf  tapmış  ölkələrdə  sosial-işgüzar 
partnyorluq  bazar  və  qeyri-bazar  metodlarının  qarşılıqlı  əlaqəsi  və  vahidliyinin 
üzvü  təqdimatlığında  keyfiyyət  və  səmərə  tapır.  Buna  görə  də  neft  biznesinin 
tənzimlənməsi  mexanizmləri  dövlət  və  bazar  metodları  ilə  reallaşmağa 
məhkumdur. 
Neft biznesi fövqəl olaraq kapitaltutumlu sahələr kateqoriyasına aid edilir. Bu 
təyinat investisiya kapitalının «məhsul verimi» baxımından uzunmüddətliliyi ilə də 
fərqlənir. Neft sektorunda biznes fəaliyyəti üzrə pul axınlarının dövrülük proqnozu 
–  orta  müddətdə  təxmini  10  ilə  hesablanır.  Bu  müddət  yalnız  axtarış-kəşfıyyat 
işlərinin çox vaxt aparması ilə deyil, həm də istismarın effektivliyinin tam təminatı 
ilə  əlaqədardır.  Odur  ki,  Azərbaycanda  neft  biznesinin  tənzimlənməsi  mexanizmi 
uzunmüddətli  çərçivələri  əhatə  etməli  və  həm  də  o  cari  və  perspektiv  vəziyyəti 
nəzərə almalıdır. 
Cari  vəziyyətdə  neft  biznesinin  tənzimlənməsi  mexanizminin  təkmilləşdiril-
məsi  ARDNŞ  daxilində,  perspektivdə  isə  diversifıkasiya  kontekstində  aparıl-
malıdır. 
Azərbaycanda neft biznesinin tənzimlənməsi mexanizminin təkmilləşdirilmə-
si məsələsinə ARDNŞ çərçivəsində baxılması zəruridir. Digər tərəfdən dəqiqləşdi-


 
83
rilməlidir ki, neft biznesinin tənzimlənməsi mexanizmlərinə hansı alətlər və qollar 
daxildir.  Qeyd  olunduğu  kimi  nəzəri  və  praktiki  sferada  neft  biznesinin  tənzim-
lənməsi dövlət, firmadaxili və bazarın özünün nizam mexanizmlərini ehtiva edir. 
Dövlətin bu sahədə tənzimləmə mexanizmi aşağıdakı istiqamətləri əhatə edir: 
–  əlverişli  biznes  iqlimi  yaratmaqla  lizensiya  və  konsensiya  əsasında 
müdaxilə; 
– fiskal mexanizmlərlələ, vergi və kredit siyasəti ilə nizamlama; 
– qanunvericilik sferasında tənzimləmə; 
– dövlət proqramları çərçivəsində nizamlama. 
Firmadaxili  tənzimləmə  isə  mövcüd  iqtisadi  və  təşkilati  tədbirlər  sistemini 
əhatə edir. Buraya aşağıdakı mexanizmlər şamil olunur: 
– təşkilati-iqtisadi metodlar; 
– güclü informasiya təminatı əsasında əlverişli marketinq işinin təşkili; 
– banklarla partnyorluğa istinad edən alət və mexanizmlər; 
– faydalı və qarşılıqlı əverişli assosiativ inteqrasiya; 
– lobbizm. 
Biznesin  bazarın  görünməz  qolu  ilə  tənzimlənməsi  isə  mövcud  iqtisadi 
qanunlar və ələlxüsus da tələb və təklif qanunu vasitəsilə reallaşır. 
Neft  sektorunun  spesifık  xüsusiyyətləri  bu  sahədə  qurulan  biznes  işinin 
xüsusiyyətlərini  daim  nəzərə  almağı  şərtli  edir.  Burada  ilk  öncə  sahənin  kapital 
tutumluğu önə çəkilir. 
Sahənin kapital tutumu bütövlükdə kompaniyanın xüsusi və borc kapitalının 
məcmusu  olan  bütün  kapitalının  dəyəri  ilə  müəyyən  edilir.  Təcrübi  gerçəklik 
belədir  ki,  neft  kompaniyası  maliyyələşmələrin  70  faizini  borc  vəsaiti  hesabına 
görürsə  böyük  maliyyə  levericinə  malik  olur  [34,  37].  Belə  vəziyyət  isə  onun 
dəyərini  digər  sahələrə  nisbətdə  daha  miqyaslı  edir.  Ona  görə  də  kompaniyanın 
dəyəri  xüsusi  və  borc  kapitalının  konfiqurasiyasından  əsaslı  dərəcədə  asılı  olur. 
Lakin  statistik  məlumatlara  əsasən  ARDNŞ-da  cəlb  edilmiş  xarici  borc  kapitalı 
yalnız  müştərək  müəssisələr  aspektində  olduğu  nəzərə  alındıqda  görərik  ki,  onun 
həcmi şirkətin likvid dəyərinin çox cüzü hissəsinə bərabərdir. Belə olduqda isə bu 


 
84
təhlükə  minimuma  enir.  Ümumiyyətlə  götürüldükdə  isə  borc  kapitalının  azlığı 
baxımından ARDNŞ-da biznes fəaliyyətinin genişlənməsi imkanlı iqtisadi baxım-
dan çox əlverişli sayılır. Lakin bu əlverişliliyi geniş biznes üçün mövcud qaydalara 
və qanunauyğunluqlara görə adekvat motivasiyada hazırlamaq gərəklidir. 
Burada  digər  məsələ  isə  neftin  qiyməti  llə  bağlıdır.  Belə  ki,  hər  hansı  bir 
biznes işinin təşkili tələb qiymətlərinin ölçüləri ilə qarşılıqlı asılılıq yaradır. Lakin 
neft  biznesində  qiymət  dayanaqlılığı  daxili  çoxaspektli  və  xarici  təsir  amillidir. 
Sistem  kənarından  təsirlilik  isə  risk  amili  doğurur  və  biznes  mənsublarına  neftin 
diskontluq  kateqoriyasını  nəzərə  almağı  diqtə  edir.  Buna  görə  də  burada  neft 
bazarındakı  meyllərlə  hesablaşmaq  zərurəti  olduca  böyükdür.  Lakin  ARDNŞ-da 
məxsusi olan sistemdaxili trasfert quruluşlu qiymətqoyma mexanizim mövcuddur. 
Qiymətqoymanın  trasfert  mexanizminin  mahiyyəti  ondan  ibarətdir  ki, 
ARDNŞ  dövlətin  timsalında  NQÇ   və  MM-lərdən  trasfert  qiymətində  neft  alır, 
onun  20-30  faizini  ixraca  yönəldərək  qalan  hissəni  neftayırma  zavodlarına 
göndərir.  Neft  emal  prosesindən keçdikdən  sonra alınan  məhsullar daxili bazarda 
reallaşdırılır.  Təbii  qaz  isə  təmizləmə  prosesindən  və  emaldan  keçərək  tamamilə 
daxili bazara yönəldilir. Bu zaman trasfert qiyməti cari istehsal xərcələrindən aşağı 
olmayaraq  vergi  minimumlaşdırılması  istiqamətində  təyin  edilir.  Belə  qiymətlər 
çox  zaman  eksport  və  məlum  bazar  qiymətlərindən  çox  aşağı  olur.  Göründüyü 
kimi  20-30  faiz  xam  və  bir  qədər  də  neft  məhsulları  qismində  xaricə  çıxarılan 
neftin  hərəkəti  üçün  liberal  məkan  ayrılır.  Məhz  bu  məkan  daxilində  də  neft 
biznesinin sferası təyin edilir. Neftin satışı və marketinqi prosesində qurulan biznes 
fəaliyyətinin  tənzimlənməsi  isə  müqavilə  öhdəliklərindən  irəli  gələn  qiymət 
meylindən  asılı  olur.  Buradakı  riski  mülayimləşdirmək  və  bütövlükdə  prosesi 
nəzarətə  götürmək  üçün  dövlət  ARDNŞ  vasitəsi  ilə  sığorta  təyinatlı  təşkilati  və 
menecment  mexanizmlərini  işə salır.  Nəzərə  alsaq  ki,  perspektivdə  neftin trasfert 
qiymətləndirilməsi prosesi minimuma enəcək və gələcəkdə kapital əsasən qimətli 
kağızlar  formasında  dövr  edəcək,  onda  neft  biznesinin  mövcud  tənzimlənmə 
mexanizminin təkmilləşdirilməsi zərurətə çevriləcəkdir. 


Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə