104
NƏT CƏ
Azərbaycan Respublikasında genişlənməkdə olan neft biznesinin inkişaf prob-
lemlərinin araşdırılması istiqamətində aparılan tədqiqat işində çoxsaylı statistik
materiallar və biznes fəaliyyəti ilə bağlı konkret faktlar bir araya gətrilərək elmi
əsasda təhlil edilmiş və davamlı irəliləyişlərə təminat verən çoxsaylı elmi-nəzəri və
praktiki əhəmiyyətli nəticələr əldə olunmuşdur. Reallaşdırılan neft strategiyası əsa-
sında biznesin əhatə dairəsinin genişlənməsi və diversifikasiyası ölkədə iqtisadi ar-
tımın təmin edilməsində, məşğulluq probleminin həllində yeni perspektiv imkanlar
açır.
Aparılan müqayisəli və amilli təhlil əsasında müəyyən olunmuşdur ki, Azər-
baycanda neft biznesinin inkişaf etdirilməsi, onun səmərəliliyinin artırılması üçün
bazar təsisatlı yeni iqtisadi münasibətlərin formalaşması, işgüzar biznes mühitinin
yaradılması, prosesə milli sahibkarların və yerli biznes qurumlarının cəlb edilməsi
mühüm əhəmiyyət kəsb edir.
Milli neft sektorunda, eləcə də bütövlükdə ölkə iqtisadiyyatında biznes fəaliy-
yətinin səmərəliliyinin yüksəldilməsi istiqamətində yerinə yetirilən tədqiqat işində
əldə edilən nəticə və təkliflər aşağıdakılardan ibarətdir:
– Azərbaycanda inkişaf tapan neft biznesinin elmi-nəzəri prinsipləri, təşkilati-
iqtisadi xüsusiyyətləri müvafiq istiqamətdə formalaşan xarici və milli təcrübənin
nailiyyətləri əsasında yeni konseptual xəttdə ümumiləşdirilməlidir.
– Azərbaycanda neft biznesinin inkişaf mərhələləri və müasir vəziyyətinin,
ölkə iqtisadiyyatında oynadığı rolunun sistemli təhlil edilməsi, struktur təsnifatının
müəyyənləşdirilməsi və neft sektorunda biznes mühütinə təsir edən amillər aşkara
çıxarılmalıdır.
– Müasir dövrdə və yaxın perspektivdə dünya enerji balansında neft-qaz
resurslarının xüsusi çəkisinin qiymətləndirilməsi, dərinləşən inteqrasiya və qlobal-
laşma şəraitində neft biznesinin səmərəli təşkili mexanizmləri müəyyənləşdiril-
məlidir.
105
– Milli neft biznesinin inkişafında konsession müqavilə formasına keçidin,
elmi-nəzəri təyinatda üstünlüyü, neft biznesinin ixrac yönümlü modelinin yaxın
gələcəkdə iqtisadi inkişafın tələbləri ilə uzlaşmaması perspektivi əsaslandırılmalı,
habelə aralıq və son məhsul istehsal edən səmərəli və qabaqcıl servis yaradan
biznes formaları inkişaf etdirilməlidir.
– Neft biznesini məhdudlaşdıran şərtlər kimi neft sənayesinin material-texniki
bazasının mənəvi və fıziki köhnəliyi, sərt fiskal təzyiq, aşağı ödəniş qabiliyyətli
tələb, inhisarlaşma səviyyəsi və bazar infrastrukturu ilə bağlı moderniləşməsi pro-
sesi başa çatdırılmalıdır.
– Neft sənayesində sahəvi qeyri-təkmil normativ-hüquqi bazanın mövcud-
luğu, neftin qiymət meylinin təsir imkanlarının genişliyi və bu təsirdən qorunmada
antiböhran mühafızəsinin yetərli olmaması biznesin inkişafını məhdudlaşdıran
mühüm amillər kimi qiymətləndirilməlidir.
– Neft biznesinin inkişafında dövlətin təsiredici rolu kimi fiskal münasibət-
lərin mülayimləşdirilməsi ilə yanaşı, neft kapitalının prioritet istiqamətləri stimul-
laşdırılmalı, milli neft məhsulları və yanacaq-enerji bazarının qeyri-təkmilliyi, neft
infrastrukturunun bazar transformasiyasındakı məhdudlaşmalar, biznes fəaliyyətin-
dəki təşkilatlanma və assosiativləşmə zəifliyinin mövcudluğu vurğulanmalıdır.
– Xam neftin qiymət dəyərləndirməsini şərtləndirən təsnifat parametrləri
ümumiləşdirilməli, «Holland sindromu»nun təhlükəli fəsadlarının təsir gücü və
onun neytrallaşması istiqamətləri müəyyənləşdirilməli, milli neft sektorunda biznes
inteqrasiyasından faydalanmanın pozitivləri əsaslandırılmalıdır.
– Milli neft strategiyasının prinsipləri çərçivəsində kiçik və orta biznesin
inkişaf etdirilməsi, xidmət-servis şəbəkəsində özəlləşdirmənin dərinləşməsi və
əlverişli biznes mühitinin formalaşdırılması istiqamətində konkret tədbirlər həyata
keçirilməlidir.
– Neft sənayesinin restruktizasiyası və neft biznesinin diversifıkasiyası
istiqamətində hasilat sektorunda konsessiya üsulunun tətbiqinin üstün cəhətlərinin
və onun yaradacağı multipkativ effektivlik göstərilməsi, neft donanmasında kom-
mersiya fəaliyyətinin genişləndirilməsi, neft emalı zavodlarının universal stan-
106
dartlara uyğun modifikasiyasını reallaşdırmaqla kontraktlar çərçivəsində Azərbay-
can Respublikasına çatacaq neftin müəyyən hissəsinin emala yönəldilməsi və bu
məqsədlə mobil quruluşlu kiçik zavodların yaradılması zəruridir.
– Neft sənayesini və onun müvafıq infrastrukturunu tənzimləyən edən bazar
təsisatlı yeni qanunvericilik bazasının formalaşdırılması məqsədəuyğundur.
– Neft sənayesində işgüzar fəallıq strategiyasının seçim alternativləri araşdı-
rılmalı, neft biznesinin tənzimlənməsi mexanizminin təkmilləşdirilməsinin pento-
qam formatlı yeni prioritetləri müəyyən edilməlidir.
– Neft sənayesində innovasiya sahibkarlığının inkişaf istiqamətləri əsaslan-
dırılmalı, innovasiya fəallığının ölçülməsi istiqamətində müvafiq alqoritmik hesab-
lama mexanizmləri işlənib hazırlanmalıdır.
– ARDNŞ-nin Şaquli nteqrasiya olunan Təşkilata bölünməsi çərçivəsində
innovasiya sahibkarlığına əsaslanan fəliyyət xəttinin əsaslandırılması vacibdir.
Dostları ilə paylaş: |