Microsoft Word Magistr-dissertas doc



Yüklə 1,06 Mb.
Pdf görüntüsü
səhifə35/37
tarix15.07.2018
ölçüsü1,06 Mb.
#55721
1   ...   29   30   31   32   33   34   35   36   37

 
104
NƏT CƏ 
 
Azərbaycan Respublikasında genişlənməkdə olan neft biznesinin inkişaf prob-
lemlərinin  araşdırılması  istiqamətində  aparılan  tədqiqat  işində  çoxsaylı  statistik 
materiallar  və  biznes  fəaliyyəti  ilə  bağlı  konkret  faktlar  bir  araya  gətrilərək  elmi 
əsasda təhlil edilmiş və davamlı irəliləyişlərə təminat verən çoxsaylı elmi-nəzəri və 
praktiki əhəmiyyətli nəticələr əldə olunmuşdur. Reallaşdırılan neft strategiyası əsa-
sında biznesin əhatə dairəsinin genişlənməsi və diversifikasiyası ölkədə iqtisadi ar-
tımın təmin edilməsində, məşğulluq probleminin həllində yeni perspektiv imkanlar 
açır. 
Aparılan müqayisəli və amilli təhlil əsasında müəyyən olunmuşdur ki, Azər-
baycanda neft biznesinin inkişaf etdirilməsi, onun səmərəliliyinin artırılması üçün 
bazar təsisatlı yeni iqtisadi münasibətlərin formalaşması, işgüzar biznes mühitinin 
yaradılması, prosesə milli sahibkarların və yerli biznes qurumlarının cəlb edilməsi 
mühüm əhəmiyyət kəsb edir. 
Milli neft sektorunda, eləcə də bütövlükdə ölkə iqtisadiyyatında biznes fəaliy-
yətinin səmərəliliyinin yüksəldilməsi istiqamətində yerinə yetirilən tədqiqat işində 
əldə edilən nəticə və təkliflər aşağıdakılardan ibarətdir: 
– Azərbaycanda inkişaf tapan neft biznesinin elmi-nəzəri prinsipləri, təşkilati-
iqtisadi  xüsusiyyətləri  müvafiq  istiqamətdə  formalaşan  xarici  və  milli  təcrübənin 
nailiyyətləri əsasında yeni konseptual xəttdə ümumiləşdirilməlidir. 
–  Azərbaycanda  neft  biznesinin  inkişaf  mərhələləri  və  müasir  vəziyyətinin, 
ölkə iqtisadiyyatında oynadığı rolunun sistemli təhlil edilməsi, struktur təsnifatının 
müəyyənləşdirilməsi və neft sektorunda biznes mühütinə təsir edən amillər aşkara 
çıxarılmalıdır. 
–  Müasir  dövrdə  və  yaxın  perspektivdə  dünya  enerji  balansında  neft-qaz 
resurslarının xüsusi çəkisinin qiymətləndirilməsi, dərinləşən inteqrasiya və qlobal-
laşma  şəraitində  neft  biznesinin  səmərəli  təşkili  mexanizmləri  müəyyənləşdiril-
məlidir. 


 
105
–  Milli  neft  biznesinin  inkişafında  konsession  müqavilə  formasına  keçidin, 
elmi-nəzəri  təyinatda  üstünlüyü,  neft  biznesinin  ixrac  yönümlü  modelinin  yaxın 
gələcəkdə iqtisadi  inkişafın  tələbləri  ilə  uzlaşmaması  perspektivi  əsaslandırılmalı, 
habelə  aralıq  və  son  məhsul  istehsal  edən  səmərəli  və  qabaqcıl  servis  yaradan 
biznes formaları inkişaf etdirilməlidir. 
– Neft biznesini məhdudlaşdıran şərtlər kimi neft sənayesinin material-texniki 
bazasının  mənəvi  və  fıziki  köhnəliyi,  sərt  fiskal  təzyiq,  aşağı  ödəniş  qabiliyyətli 
tələb, inhisarlaşma səviyyəsi və bazar infrastrukturu ilə bağlı moderniləşməsi pro-
sesi başa çatdırılmalıdır. 
–  Neft  sənayesində  sahəvi  qeyri-təkmil  normativ-hüquqi  bazanın  mövcud-
luğu, neftin qiymət meylinin təsir imkanlarının genişliyi və bu təsirdən qorunmada 
antiböhran  mühafızəsinin  yetərli  olmaması  biznesin  inkişafını  məhdudlaşdıran 
mühüm amillər kimi qiymətləndirilməlidir. 
–  Neft  biznesinin  inkişafında  dövlətin  təsiredici  rolu  kimi  fiskal  münasibət-
lərin mülayimləşdirilməsi ilə yanaşı, neft kapitalının prioritet istiqamətləri stimul-
laşdırılmalı, milli neft məhsulları və yanacaq-enerji bazarının qeyri-təkmilliyi, neft 
infrastrukturunun bazar transformasiyasındakı məhdudlaşmalar, biznes fəaliyyətin-
dəki təşkilatlanma və assosiativləşmə zəifliyinin mövcudluğu vurğulanmalıdır. 
–  Xam  neftin  qiymət  dəyərləndirməsini  şərtləndirən  təsnifat  parametrləri 
ümumiləşdirilməli,  «Holland  sindromu»nun  təhlükəli  fəsadlarının  təsir  gücü  və 
onun neytrallaşması istiqamətləri müəyyənləşdirilməli, milli neft sektorunda biznes 
inteqrasiyasından faydalanmanın pozitivləri əsaslandırılmalıdır. 
–  Milli  neft  strategiyasının  prinsipləri  çərçivəsində  kiçik  və  orta  biznesin 
inkişaf  etdirilməsi,  xidmət-servis  şəbəkəsində  özəlləşdirmənin  dərinləşməsi  və 
əlverişli biznes mühitinin formalaşdırılması istiqamətində konkret tədbirlər həyata 
keçirilməlidir. 
–  Neft  sənayesinin  restruktizasiyası  və  neft  biznesinin  diversifıkasiyası 
istiqamətində hasilat sektorunda konsessiya üsulunun tətbiqinin üstün cəhətlərinin 
və onun yaradacağı multipkativ effektivlik göstərilməsi, neft donanmasında kom-
mersiya  fəaliyyətinin  genişləndirilməsi,  neft  emalı  zavodlarının  universal  stan-


 
106
dartlara uyğun modifikasiyasını reallaşdırmaqla kontraktlar çərçivəsində Azərbay-
can  Respublikasına  çatacaq  neftin  müəyyən  hissəsinin  emala  yönəldilməsi  və  bu 
məqsədlə mobil quruluşlu kiçik zavodların yaradılması zəruridir. 
–  Neft  sənayesini və  onun  müvafıq infrastrukturunu  tənzimləyən  edən bazar 
təsisatlı yeni qanunvericilik bazasının formalaşdırılması məqsədəuyğundur. 
– Neft sənayesində işgüzar fəallıq strategiyasının seçim alternativləri araşdı-
rılmalı,  neft  biznesinin  tənzimlənməsi  mexanizminin  təkmilləşdirilməsinin  pento-
qam formatlı yeni prioritetləri müəyyən edilməlidir. 
–  Neft  sənayesində  innovasiya  sahibkarlığının  inkişaf  istiqamətləri  əsaslan-
dırılmalı, innovasiya fəallığının ölçülməsi istiqamətində müvafiq alqoritmik hesab-
lama mexanizmləri işlənib hazırlanmalıdır. 
–  ARDNŞ-nin  Şaquli  nteqrasiya  olunan  Təşkilata  bölünməsi  çərçivəsində 
innovasiya sahibkarlığına əsaslanan fəliyyət xəttinin əsaslandırılması vacibdir.  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə