Microsoft Word mahmudlu ayxan doc



Yüklə 0,52 Mb.
Pdf görüntüsü
səhifə2/25
tarix17.09.2018
ölçüsü0,52 Mb.
#69052
1   2   3   4   5   6   7   8   9   ...   25

 

4

Tədqiqatın  məqsədi:  Bazar  iqtisadiyyatı  şəraitində  təsərrüfat  subyektlərinin 

(firma, müəssisə, şirkət və s.) maliyyə fəaliyyətinin səmərəliliyini yüksəltmək üçün 

effektli idarəetmə sisteminin qurulmasına nail olmaq zəruridir.   



Magistr  dissertasiyası  qarşısında  qoyulan  vəzifələrə  aşağıdakılar 

daxildir: 

 

1.

 



Dövlətin maliyyə siyasətinin tərkib hissəsi olan müəssisənin maliyyə 

fəaliyyətinin  idarəolunması  siyasətinin  mahiyyətini,  əhəmiyyətini, 

məqsədini göstərmək; 

2.

 



Müəssisənin  maliyyə  fəaliyyətinin  idarəolunması  siyasətinin  strateji 

vəzifələrini tədqiq etmək;

 

3.

 



Müəssisənin  maliyyə  fəaliyyətinin  və  maliyyə  vəziyyətinin 

məzmununun və göstəricilərinin xarakteristikasını vermək; 

4.

 

Müəssisənin  maliyyəsinin  idarəolunması  siyasətinin  işlənilib 



hazırlanmasında  maliyyə  vəziyyətinin  qiymətləndirilməsinin  rolunu, 

zəruriliyi izah etmək; 

5.

 

Müəssisənin  maliyyə  siyasətinin  ayrı-ayrı  istiqamətlərini  xarakterizə 



etmək; 

6.

 



Sair vəzifələr. 

 

Magistr  dissertasiyasının  elmi  yeniliyi:  Bazar  iqtisadiyyatı  şəraitində 

müəssisə  və  təşkilatlarda  maliyyə  işinin  düzgün  təşkili  müəssisədə  maliyyə 

fəaliyyətinin  səmərəli  idarə  olunması  və  s.  onun  maliyyə  siyasətindən  birbaşa 

asılıdır.  Bütün  bu  məsələlər  magistr  dissertasiyasında  ətraflı  tədqiq  olunmuş  və 

müəyyən məsələlər araşdırılmış və elmi cəhətdən əsaslandırılmışdır. 

Magistr dissertasiyası giriş, üç fəsil, nəticə və təkliflər, ədəbiyyat siyahsından 

ibarətdir. 

ş

in giriş hissəsində mövzunun aktuallığı əsaslandırılır. 



I  fəsil  «Müəssisənin maliyyə  fəaliyyətinin  idarə  olunması siyasəti  – dövlətin 

iqtisadi-maliyyə  siyasətinin  tərkib  hissəsidir»,  II  fəsil  «Müəssisənin  maliyyə 




 

5

fəaliyyətinin  idarəolunması  sisteminin  səmərəli  təşkili  –  maliyyə  siyasətinin  əsas 



məqsədidir»,  III  fəsil  «Müasir  dövrdə  müəssisənin  maliyyə  fəaliyyətinin 

idarəolunması  siyasətinin  əsas  istiqamətləri  və  onların  təkmilləşdirilməsi»,  nəticə 

və təkliflər. 



 

6

I FƏS L 



ƏSS SƏN N MAL YYƏ FƏAL YYƏT N N  DARƏOLUNMASI 

S YASƏT   DÖVLƏT N  QT SAD -MAL YYƏ S YASƏT N N TƏRK B 

H SSƏS D R 

§1.1. Dövlətin maliyyə siyasətinin mahiyyəti, məqsədi və vəzifələri 

 

Maliyyə  siyasəti  –  maliyyənin  idarəolunması  sistemində  əsas  elementdir. 



Dövləti  məcmuu  daxili  məhsulun  formalaşması,  bölüşdürülməsi,  yenidən 

bölüşdürülməsi  və  istifadəsi  ilə  əlaqədar  dəyər  münasibətlərinin  müəyyən  edən 

zaman cəmiyyət və maliyyə sistemi qarşısında duran əsas məqsəd və vəzifələri də 

müəyyənləşdirir. 



Maliyyə  siyasəti 

  məcmuu  daxili  məhsulun,  ictima  sərvətin  formalaşması, 



bölüşdürülməsi,  yenidən  bölüşdürülməsi  və  istifadəsi  proseslərinə  yönəldilə

məqsəd və vəzifələlərin müəyyən edilməsi deməkdir

Maliyyə siyasəti, iqtisadi siyasətin tərkib hissəsi olmaqla ona məxsus spesifik 



üsul və metodlardan istifadə etməklə iqtisadi siyasətdə qarşıya qoyulan vəzifələri 

yerinə yetirmək və məqsədə çatmaq üçün təsir göstərir, 

Maliyyə siyasəti iqtisadi münasibətlər nəticəsində formalaşır. 

Maliyyə siyasətinin əsas məqsədi

 cəmiyyətin inkişafı ilə əlaqədar tələbatların 

ödənilmpəsi  üçün  zəruri  maliyyə  resurslarını  tam  səfərbərliyə  almaqdır.  Buna 

uyğun  olaraq  maliyyə  siyasəti  sahibkarplığın  aktivləşməsi  üçün  əlverişli  şəraiti 

yaramalıdır.  Müəssisələrdən  gəlirin  büdcəyə  alınmasının  səmərəli  forması 

müəyyən  edilməlidir,  eləcə  də  maliyyə  resurslarının  formalaşmasında  əhalinin 

iştirak payının formalaşması qaydası təkmilləşdirilməlidir. Maliyyə resurslarından 

istifadənin  səmərəliliyinin  yüksəldilməsinə  də  fikir  verilməlidir.  Maliyyə  siyasəti 

hazırlanan zaman maliyyə mexanmzminin qurulması prinsipləri müəyyən edilir. 

Maliyyə  siyasətinin  həyata  keçirilməsi  maliyyə  resurslarının  səfərbərliyə 

alınması, onların bölüşdürülməsi və yenidənbölüşdürülməsinə yönəldilmiş dövləti 

tədbirlərini təmin edir. 




 

7

Cəmiyyətin  iqtisadi  və  sosial  inkişafına  maliyyənin  təsiri  iqtisadi  siyasətin 



tərkib hissəsi kimi çıxış edən maliyyə siyasətinin müvəffəqiyyətindən birbaşa asılı 

olur. 


Maliyyə  siyasəti  işlənib  hazırlanarkən  maliyyə  münasibətlərinin  təşkilinin 

forma və metodları müəyyən edilir. 



Maliyyə  siyasətini 

  iqtisadi  strategiyanın  həyata  keçirilməsinə  yönəldilə



maliyyə  sistemi  vasitəsilə  reallaşdırılan  tədbirlərin  elmi  əsaslarının  məcmuusu 

kimi qiymətləndirmək olar. 

Maliyyə siyasəti maliyyə strategiyası və maliyyə taktikası əsasında müəyyən 

olunur.  Maliyyə  strategiyası  maliyyədən  istifadənin  əsas  istiqamətlərini,  maliyyə 

münasibətlərinin  təşkilinin  forma  və  metodlarının  dəyişdirilməsini  əhatə  edir. 

Maliyyə taktikası cari vəzifələrin yerinə yetirilməsinə yönəldilir. 

Maliyyə  siyasəti  hər  şeydən  əvvəl  müəyyən  bir  iqtisadi  məqsədlərə  çatmaq 

üçün  maliyyədən  istifadə  olunması  deməkdir.  Dövlət,  xüsusilə  maktoiqtisadi 

məqsədlərinə  (iqtisadi  tarazlığın  təmin  edilməsi,  iqtisadi  artım  inkişafının 

reallaşdırılması)  çatmaq  üçün  maliyyə  vasitələrindən  istifadə  edir.  Dövlət 

gəlirlərinin  artırılması,  büdcə  tarazlığı  iqtisadi  artıma  aparan  əsas  vasitələrdir,  bu 

vasitələrin təmin olunması isə maliyyə siyasətinin əsas vəzifələrindəndir. 

Uzun,  orta  və  qısa  müddətdə  proqramları  yerinə  yetirmək  üçün  maliyyə 

resurlarının  səfərbərliyə  alınması,  bölüşdürülməsi  və  yenidən  bölüşdürmələrinə 

yönəldilən dövlətin tədbirlərinin məcmuu maliyyə siyasətinin həyata keçirilməsini 

təmin edir. 

Maliyyə  siyasət  onun  cəmiyyətin  mənafeyinə  uyğun  olması  ilə  onun 

qoyulmuş məqsədlərə çatmağı ilə qiymətləndirilir. 

Maliyyə  siyasətinin  nəticəsi  o  zaman  böyük  olur  ki,  belə  siyasət  ictimai 

inkişafın tələbatlarını, o cümlədən, cəmiyyətin bütün əhali qruplarının mənafeyini, 

konkret tarixi şəraiti və dövrün xüsusiyyətlərini nəzərə alsın. 

Dövlətin  maliyyə  siyasəti  birinci  növbədə  cəmiyyətin  maddi  bazasını  təşkil 

edən  maliyyə  resurslarının  maksimum  mümkün  həcminin  formalaşmasına 

yönəldilməlidir. 



Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə