Microsoft Word mahmudlu ayxan doc



Yüklə 0,52 Mb.
Pdf görüntüsü
səhifə3/25
tarix17.09.2018
ölçüsü0,52 Mb.
#69052
1   2   3   4   5   6   7   8   9   ...   25

 

8

Maliyyə siyasətinin vəzifələrinə daxildir: 

1.

 

Maksimum  səviyyədə  mümkün  maliyyə  resurslarının  formalaşması 



üçün şəraitin təmin edilməsi; 

2.

 



Maliyyə  resurslarının  bölüşdürülməsi  və  istifadəsinin  səmərəli 

sisteminin müəyyən olunması; 

3.

 

qtisadi və sosial proseslərin maliyyə metodları ilə tənzimlənməsi və 



stimullaşdırılmasının təşkili; 

4.

 



Strategiyanın  dəyişən  məqsəd  və  vəzifələrinə  uyğun  maliyyə 

mexanizminin işlənilməsi və inkişafı; 

5.

 

Maliyyənin idarəolunmasının səmərəli sisteminin yaradılması. 



Dövlətin maliyyə siyasətinin məzmunu və onun əsas istiqamətləri cəmiyyətin 

inkişafında dövlətin rolu haqqında elmin inkişaf səviyyəsindən asılıdır. 



Bazar  iqtisadiyyatına  keçid  dövrünün  məqsədi  və  proqrammı  sonrakılar  idi; 

yeni iqtisadi sistemi və yeni cəmiyyətin əsaslarını yaratmaq. 

Bu  məqsədin  əsas  vəzifəsi  sonrakı  idi;

  özəlləşdirmə,  yəni,  dövlət 

mülkiyyətinin  vətəndaşlara  verilməsi,  özəlləşmə  –  insanların  ölkənin  milli 

sərvətində payına olan hüququnu təmin etmək demək idi. 

Bazar iqtisadiyyatı şəraitində dövlətin yeni maliyyə-kredit siyasətinin əsasını 

aşağıdakılar təşkil edirdi: 

- pul sisteminin sabitliyini və möhkəm manatı təmin etmək; 

- pul-kredit sistemində mərkəziyyət saxlamaq; 

- valyuta əməliyyatlarına olan inhisarı ləğv etmək; 

- əhalinin əmanətlərinin cəlb edilməsi zəruriliyi; 

- sair. 

Bazar  iqtisadiyyatına  keçid  dövründə  maliyyə  siyasəti  büdcə  xərclərinin 

ixtisarını  (büdcənin  balanslaşdırılması  üçün  nəzərdə  tuturdu;  istehsal  təyinatlı 

kapital  qoyuluşunu,  məqsədli  əhəmiyyətini  itirən  xərclər.  Əvvəllər  qəbul  edilmiş 

investisiya proqramlarını, zərərli müəssisələrə dotasiyanın verilməsini və s.) 

Yeni  maliyyə  siyasəti  maliyyə  sisteminin  bütün  həlqələrinin  yenidən 

qurulmasını tələb etdi. Bununla əlaqədar Milli Məclis tərəfindən bir sıra qanunlar 



 

9

qəbul  edildi;  Büdcə  sistemi  haqqında,  sığorta  haqqında,  bank  sistemi  haqqında, 



vergilər haqqında. 

Azərbaycanda  bazar  maliyyə-kredit  mexanizminin  hazırlanmasında  1994-cü 

ildə  Milli  Məclis  tərəfindən  qəbul  edilən  «Müəssisələr  haqqında»  Azərbaycan 

Respublikasının  Qanunu  böyük  rol  oynadı.  Bu  qanun  Azərbaycan  Respublikası 

ə

razisində  fəaliyyət  göstərən  müəssisələrin  təşkilati-hüquqi  formalarını,  onların 



yaradılması, idarə edilməsi və fəaliyyəti prinsiplərini müəyyən edir, müəssisələrin 

təsərrüfat müstəqilliyinə və hüquq bərabərliyinə təminat verir. 

Qnunla  göstərilir:  «Azərbaycan  Respublikasında  mülkiyyət  haqqında 

Azərbaycan  Respublikası  qanununa  uyğun  olaraq  dövlət,  kollektiv,  xüsusi  və 

qarışıq mülkiyyət formalarına əsaslanan müəssisə növləri fəaliyyət göstərə bilər.  

«Müəssisə  haqqında»  Azərbaycan  Respublikası  qanunun  maliyyə  aspektləri 

sonrakılarda  öz  ifadəsini  tapır.  Müəssisənin  əmlakının  təşkili  və  mənfəətinin 

bölüşdürülməsi  onun  nizamnaməsi  ilə  müəyyən  edilir;  müəssisənin  əmlakı  onun 

ə

sas  fondlarından  və  dövriyyə  vəsaitlərindən,  habelə,  müəssisənin  müstəqil 



balansında dəyəri göstərilən digər qiymətli əşyalardan ibarətdir. 

Bazar iqtisadiyyatı qiymətləri liberallaşdırdı. Yəni, indii həm dövlət, həm də 

müqavilə qiymətləri fəaliyyət göstərir. Belə Ki, müəssisə öz məhsulunu müstəqil, 

yəni, müqavilə və ya dövlətin tənzimlənən qiyməti ilə sata bilər. 



Bazar  şəraitində  iqtisadi  və  sosial  sferaya  maliyyə  təsirinin  əsas  metodları 

aşağıdakılardır; 

- vergiqoyma; 

- maliyyə resurslarının manevt edilməsi; 

- maliyyələşmə; 

- maliyyə bazarı; 

- sair. 


Dövlət tərəfindən bazar iqtisadiyyatının maliyyə tənzimlənməsinin əhəmiyyəti 

daha da artır. O müəssisələrə vergiqoyma yolu ilə həyata keçirilir. 

Beləliklə,  yeni  iqtisadi  dövrün  siyasəti  sonrakıları  nəzərdə  tutur;  rəqabətin 

güclənməsi;  maliyyə  intizamının  möhkəmləndirilməsi;  dövlət  xərclərinin  ixtisar 




 

10

edilməsi;  idarəetmə  xərclərinin  təkmilləşdirilməsi;  sahibkarlığın  inkişafı;  maliyyə 



mexanizminin təkmilləşdirilməsi və sair. 

qtisadiyyatda  mövcud  olan  yeni  mərhələ  dövlət  büdcəsinin  bazar 

prinsiplərinin  daha  çox  tətbiqini,  səmərəli  qərarların  qəbul  edilməsini  və  s.  tələb 

edir. 


Beləliklə, keçid dövrünün başa çatması və yeni dövrün başlanması büdcədən 

verilən  botasiyanın  azalması,  büdcə  xərclərinin,  xüsusilə  idarəetmə  xərclərinin 

ixtisar  edilməsi,  iqtisadiyyatda  rəqabətin  dərinləşməsi  və  s.  nəzərdə  tutur.  Bütün 

bunlar  isə  yeni  maliyyə-büdcə  siyasətini  və  ölkədə  tam  bazar  iqtisadiyyatı 

qanunları ilə işləməyi zəruri edir. 

Maliyyə siyasətinin mühüm istiqamətlərindən birini büdcə siyasəti təşkil edir.  

Büdcə  siyasətinin  ən  vacib  vəzifələrinə  daxildir;  dövlət  xərclərinə  qənaət 

proqramının  realizasiyası;  xəzinədarlığın  hesablarında  dövlət  büdcəsinin  bütün 

gəlirlərinin  və  vəsaitinin  mərkəzləşdirilməsi;  dövlət  borcunun  təkmilləşdirilməsi, 

bütün daxili və xarici borcların yoxlanılması və onların istifadəsinin nəticələrinin 

təhlil edilməsi. 

Büdcə  siyasəti 

 dövlət  tərəfindən aşağıdakıların  müəyyən edilməsi  məzərdə 



tutulur; 

1.

  Dövlət büdcəsinin gəlirlərinin formalaşma mənbələri; 



2.

  Büdcə xərclərinin daha vacib istiqamətləri; 

3.

  Büdcə kəsirinin maliyyələşmə mənbələri; 



4.

  Büdcə  sisteminin  ayrı-ayrı  həlqələri  arasında  qarşılıqlı  münasibətlərin 

prinsipləri. 

5.

  Büdcənin balanslaşdırılmasının mümkün sərhədləri. 



Bu  siyasət  Azərbaycan  Respublikasının  ortamüddətli  maliyyə  siyasətinin 

tərkib  hissəsi  olmaqla,  ölkənin  sosial-iqtisadi  inkişaf  konsepsiyasına  və  proqnoz 

göstəricilərinə hazırlanılır. 

Büdcə  siyasətini  istiqamətləndirən  makroiqtisadi  göstəricilər  mövcud 

maliyyə-kredit  siyasətinin  davam  etdirilməsini,  büdcə  və  vergi  siyasətinin 

iqtisadiyyatın  idarə  olunmasındakı  birbaşa  iştirakının  və  təsirinin  artırılmasını, 




Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə