Microsoft Word mahmudlu ayxan doc



Yüklə 0,52 Mb.
Pdf görüntüsü
səhifə7/25
tarix17.09.2018
ölçüsü0,52 Mb.
#69052
1   2   3   4   5   6   7   8   9   10   ...   25

 

20

§1.2. Müəssisənin maliyyə fəaliyyətinin, idarəolunması siyasətinin 



məzmunu, əhəmiyyəti və təsnifatı 

 

Müəssisənin maliyyə fəaliyyətinin idarəolunması siyasəti sadəcə olaraq həyata 



keçirilən  maliyyə  siyasətini  əks  etdirmir.  Bu  siyasət  biznesin  mövcud  olan 

vəziyyətinin  yaxşılaşdırılması  üçün  qəbul  edilən  siyasi  və  maliyyə  qərarları 

sistemini  ifadə  edir.  Maliyyə  siyasətinin  iri  məqsəd  və  vəzifələrinin  həyata 

keçirilməsi böyük həcmdə pul və maliyyə resurslarının xərcini tələb edir. Maliyyə 

siyasəti  (istər qısa,  istərsə  də  uzunmüddətli) özünün  iqtisadi və  siyasi təbiətindən 

irəli  gəlir.  Maliyyə  siyasətinin  iqtisadi  və  siyasi  təbiəti  arasında  nisbət  daima 

dəyişir,  lakin  maliyyə  siyasəti  həyata  keçirilən  zaman  mütləq  bu  nəzərə  alınır  və 

saxlanılır. 



Öz  məzmununa  görə,  müəssisənin  maliyyə  siyasəti  onun  mahiyyətini  əks 

etdirən aşağıdakı istiqamətlərdə realizə olunur: 

- maliyyə münasibətlərinin islahatı; 

- maliyyə münasibətlərinin sabitləşdirilməsi; 

- maliyyə sağlamlaşdırılması. 

Maliyyə münasibətlərinin islahatı müəssisə daxilində maliyyənin təşkilindəki 

dəyişiklikləri  nəzərdə  tutur.  Müəssisə  daxilindəki  maliyyənin  təşkilindəki 

dəyişikliklərə eyni zamanda müəssisədən kənarda maliyyə, pul tədavülü və kredit 

sahələrindəki  münasibətlərdə  olan  dəyişikliklərlə  əlaqədar  olan  tədbirlər  də 

daxildir. 

Maliyyə  münasibətlərinin  islahatı  ancaq  maliyyənin  təşkilindəki  islahatların 

zəruriliyini  deyil,  eyni  zamanda,  onun  fəaliyyətinin  effektivliyini  və  müəssisənin 

təsərrüfat-maliyyə fəaliyyətinin nəticələrinin səmərəliliyini də nəzərə alır. 

Maliyyə 

münasibətlərinin 

sabitləşdirilməsi 

baş 


verən 

maliyyə 


münasibətlərində və proseslərdə  o qədər də  köklü  olmayan  dəyişiklikləri nəzərdə 

tutur. Maliyyə münasibətlərinin sabitləşdirilməsi onlarda düzəlişləri müəyyən edir. 

Məqsəd  müəssisənin  maliyyə-islahsal  fəaliyyətindəki  miqdar  parametrlərinin 

pisləşməsinə yol verməməkdir. 




 

21

Maliyyə sağlamlaşdırılması siyasəti – müəssisənin pis maliyyə şəraitində olan 



maliyyə  fəaliyyətinin  idarə  olunması  siyasətidir.  Belə  siyasət  fövqəladə  hallarda 

da,  yəni  müəssisənin  maliyyə  sabitliyinin  pozulması  və  iflas  və  müflisləşmə 

şə

raitində də tətbiq olunur.  Maliyyə  sağlamlaşdırılması  siyasəti  məcburi tədbirdir 



və  konkret  müəssisə,  firma  və  şirkətlərdə  istifadə  olunur.  Belə  siyasət 

iqtisadiyyatda və maliyyədə köklü dəyişiklikləri nəzərdə tutmur. 

Müəssisənin maliyyə sağlamlaşdırılması siyasətinin başqa variantı da var. Bu 

variant  yeni  təşkilatı  və  maliyyə-iqtisadi  bazada  maliyyə  sağlamlaşdırılması 

zamanı  tətbiq  olunur,  yəni,  köhnə  maliyyə-iqtisadi  münasibətlərin  tamamilə 

dəyişməsi əsasında aparılan sağlamlaşdırma siyasətidir. 

Beləliklə,  maliyyə  sağlamlaşdırılması  siyasəti  maliyyə  münasibətlərinin 

sabitləşdirilməsini  deyil,  müəssisədə  mövcud  olan  şəraitin  yaxşılaşdırılması 

deməkdir.  Bununla  əlaqədar  müəssisədə  tez-tez  çox  maliyyə  proseslərinin  və 

münasibətlərin tərkibi və xarakteri dəyişir. 



əssisənin  maliyyə  siyasəti  elementlər  üzrə  tərkibinə  görə,  aşağıdakılara 

ayrılır: 

-  büdcə  siyasəti.  Bu  qruppa  daxildir;  vergi  və  gömrük  siyasəti,  büdcə 

sisteminin müxtəlif həlqələrindən büdcə təxsisatları; 

-  büdcədənkənar  siyasət,  DSMF-na  müəssisə  və  təşkilatların  ödədikləri 

vergilər  üzrə  siyasət;  büdcədənkənar  məqsədlər  üçün  pul  vəsaitinin  xərclənməsi 

siyasəti və s.; 

-  kontrak  hesablaşmalar  və  başqa  ödəmələr  üzrə  siyasət,  kommersiya 

istiqrazlarının verilməsi, bank kreditlərinin alınması və s. siyasət; 

-  cari  xərclərin  maliyyələşdirilməsi  siyasəti,  maliyyə-təsərrüfat  fəaliyyətinin 

istehsal və satış xərclərinin, birdəfəlik xərclərin, investisiya xərclərinin və s. təmin 

olunması siyasəti; 

-  uçot-maliyyə  siyasəti.  Maliyyə  fəaliyyətinin  uçot  və  hesabatda  əks 

etdirilməsi siyasəti. 

əssisənin maliyyə fəaliyyətinin idarəolunması siyasəti aparılma vaxtına və 

planlaşmada əhatə dövrünə görə aşağıdakılara ayrılır; 



 

22

- operativ; 



- cari; 

- uzunmüddətli. 

Müəssisənin maliyyə fəaliyyətinin operativ idarə olunması gün, ay, həftə və 

s. əhatə edir. 



Cari  siyasət  –  qısamüddətli  maliyyə  siyasəti  kimi  çıxış  edir.  Bu  siyasət  il 

daxilində rübləri əhatə edir. 



Uzunmüddətli maliyyə siyasətinə cari və operativ siyasət daxildir. 

Aparılma obyektlərinə görə, müəssisənin maliyyə fəaliyyətinin idarəolunması 

siyasəti özü də iki yerə ayrılır: 

- aktivlərin idarə olunması siyasəti; 

- passivlərin idarəolunması siyasəti



Aktivlərin  tərkibinə  əsas  və  dövriyyə  kapitalı,  passivlərə  isə  xüsusi  və  cəlb 



olunmuş maliyyələşmə mənbələri aiddir. 

Təkrar  istehsal  prosesinin  mərhələlərinə  görə,  müəssisənin  maliyyə 

fəaliyyətinin idarəolunması siyasətinə aşağıdakılar daxildir: 

- istehsal sahəsində siyasət; 

- bölgü sahəsində siyasət; 

- mübadilə sahəsində siyasət; 

- istehsal sahəsində siyasət. 

Sahə  əlaməti  və  müəssisələrin  fəaliyyət  növlərinə  görə  isə  maliyyə 

fəaliyyətinin  idarəolunması  siyasəti  sonrakılara  ayrılır;  sənayenin,  ticarətin,  kənd 

təsərrüfatının,  investisiyanın,  nəqliyyatın,  istehsalak  bazarının,  məişət xidmətinin, 

mənzil-kommunal təsərrüfatının, ictimai iaşənin, tikintinin və s. siyasəti. 

Beləliklə, müəssisənin maliyyə siyasəti, onun münasibətidir və bu münasibət 

ancaq  maliyyə  ilə  əlaqədar  yaranmır.  Müəssisənin  maliyyə  siyasəti  onun  pul 

siyasətidir.  Bu  siyasət  müəssisənin  maliyyə  göstəricilərinin  sabitləşdirilməsinə  və 

yaxşılaşdırılmasına yönəldilir. 

Maliyyənin təşkilinə görə, maliyyə siyasəti aktivdir. 



Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə