Microsoft Word mahmudlu ayxan doc



Yüklə 0,52 Mb.
Pdf görüntüsü
səhifə8/25
tarix17.09.2018
ölçüsü0,52 Mb.
#69052
1   ...   4   5   6   7   8   9   10   11   ...   25

 

23

Müəssisənin  maliyyə  siyasətinin  mərkəzi  həlqəsi  kimi  təşkilat  və  pul 



vəsaitinin qazanılması prosesinin aparılması çıxış edir. 

Müssisə təsərrüfat subyekti kimi xüsusi maliyyə resurslarına malik olduğuna 

görə, özünün maliyyə siyasətini sərbəst müəyyən etmək hüququna malikdir. 

əssisə maliyyə siyasəti 

 müəssisənin maliyyə resurslarının idarəolunması 



metodlarının  məcmuudur.

  Maliyyə  siyasətinə  daxil  olan  tədbirlər  müəssisənin 

maliyyə resurslarının formalaşması və səmərəli istifadə olunmasına yönəldilir. 

Müəssisə  maliyyə  münasibətlərində  daha  sabit  olmalıdır  ki,  həmin 

münasibətlər bazar qanunları şəraitində səmərəli fəaliyyət göstərə bilsin.  

əssisənin maliyyə siyasətinin məzmunu çoxtərəflidir və aşağıdakı həlqələri 

ə

hatə edir: 

-  maliyyənin  inkişafının  elmi  cəhətdən  əsaslandırılmış  konsepsiyanın 

işlənilməsi. Maliyyənin inkişafına görə, konsepsiya iqtisadi qanunların tələblərinin 

öyrənilməsi,  təsərrüfatın  inkişafının  vəziyyətinin  hərtərəfli  təhlili  və  müəssisənin 

inkişaf perspektivləri əsasında formalaşır; 

-  perspektiv  və  cari  dövr  üçün  müəssisə  maliyyəsinin  istifadəsinin  əsas 

istiqmətləri müəyyən edilir; 

- qoyulmuş məqsədlərə çatmaq üçün praktiki fəaliyyətin həyata keçirilməsi. 

Müəssisənin  maliyyə  siyasətinin  işlənilməsindən  əsas  məqsəd  strateji  və 

taktiki məqsədlərə çatmağı təmin edən effektli sistemin təşkil olunmasıdır. 

Müəssisədə  maliyyə  siyasəti  hazırlanan  zaman  strateji  vəzifələrə  sonrakılar 

daxildir;  kapitalın  strukturunun  optimal  müəyyən  edilməsi;  müəssisənin  maliyyə 

sabitliyinin təmin olunması; mənfəətin həcminin artırılması; müəssisənin maliyyə 

fəaliyyətinin  şəffaflığına  nail  olmaq;  müəssisənin  investisiya  fəaliyyətinin  təmin 

olunması;  müəssisənin  maliyyə  fəaliyyətində  bazar  mexanizmlərindən  istifadə 

olunması;  kommersiya  kreditlərindən  istifadə  edilməsi;  qiymətli  kağızların 

buraxılması və s. 

Hər bir müəssisə üçün taktiki maliyyə vəzifələri fərdidir. Bu vəzifələr strateji 

vəzifələrdən, vergi siyasətindən, istehsalın inkişafı üçün müəssisənin mənfəətindən 

istifadə imkanlarından asılıdır. 



 

24

Müəssisələr  maliyyə  siyasətini  işləyən  zaman  metodik  göstərişlərdən  də 



istifadə edirlər. 

əssisənin maliyyə siyasətinin işlənilməsinin əsas istiqamətlərinə daxildir: 

1.

  Müəssisənin maliyyə-iqtisadi vəzyyətin təhlili; 



2.

  uçot siyasətinin işlənilməsi; 

3.

  kredit siyasətinin hazırlanması; 



4.

  xərclər siyasətinin işlənilməsi; 

5.

  borclar siyasətinin hazırlanması; 



6.

  dividend siyasətinin işlənilməsi; 

7.

  maliyyənin idarəolunması siyasətinin hazırlanması. 



Müəssisənin  sosial-iqtisadi  və  maliyyə  siyasəti  mütləq  dövlətin  iqtisadi,  o 

cümlədən, maliyyə siyasəti ilə əlaqələndirilməlidir. 

Azərbaycan  Respublikasının  perspektiv  üçün  sosial-iqtisadi  siyasətinin 

məqsədi  sonrakılardan  ibarətdir;  əhalinin  ardıcıl  olaraq  həyat  səviyyəsinin 

yüksəldilməsi;  sosial  qeyri-bərabərliyin  aşağı  salınması;  Azərbaycanın 

müstəqilliyinin  və  mədəni  qiymətlilərinin  qorunması;  dünyada  Azərbaycanın 

iqtisadi  və  siyasi  rolunun  yüksəldilməsi,  prespektivdə  iqtisadi  siyasət,  dünya 

bazarında  məhsul  və  xidmətlərin  tələbi  böyük  olan  sahələrin  inkişafına 

yönəldiləcək.  Belə  yanaşma  zamanı  ixrac  sahələrini  (ənənəvi)  və  «yeni»  ixrac 

(xidmət) sahələrini ayırmaq olar. 

xracatçı müəssisələri mənfəət və amortizasiyanı müəssisənin texniki cəhətdən 

silahlandırılmasını stimullaşdırmaq üçün mütləq elə tədbirlər görməlidirlər ki, yerli 

maşınqayırma bu tədbirlərdə iştirak etsin. 

Ölkədə  yenidənbölüşdürmənin  vahid  kanalı  fəaliyyət  göstərir;  büdcə  və 

büdcədənkənar maliyyələşmə məqsədli proqramlarda iştirak edir. 

Dövlətin  iqtisadi  siyasəti  yeni  texnika  və  texnologiyanın  hazırlanması 

səviyyəsinin yüksəldilməsini və genişləndirilməsini nəzərdə tutur. Belə proqramm 

ölkədə  sənayenin,  kənd  təsərrüfatının,  mənzil-kommunal  təsərrüfatının  və  s. 

sahələrin  inkişafı  üçün  nəzərdə  tutulur  və  iqtisadiyyatın  real  sektorunun  daha  da 

təkmilləşdirilməsi və inkişafına yönəldilir. 




 

25

Bazar  münasibətləri  və  müəssisələrin  tam  sərbəstliyi  şəraitində  maliyyənin 



təşkili  hər  şeydən  əvvəl  müəssisənin  maliyyə  siyasətinin  işlənib  hazırlanmasını 

nəzərdə  tutur.  Müəssisə  təsərrüfat  subyekti  olmaqla  xüsusi  vəsaitləri  üçün 

idarəetmə  siyasətini  seçmək  hüququna  malikdir.  Müəssisənin  maliyyə  siyasəti  – 

müəssisənin  maliyyə  resurslarının  formalaşması  və  səmərəli  istifadə  edilməsinə 

yönəldilmiş 

metodların 

məcmuusudur. 

Maliyyə 


siyasətinin 

işlənib 


hazırlanmasından məqsəd müəssisənin maliyyəsinin idarə edilməsinin elə səmərəli 

sisteminin  qurulmasıdır  ki,  qarşıda  duran  strateji  və  taktiki  vəzifələrin  yerinə 

yetirilməsinə  bilavasitə  əlverişli  şərait  yaratmaq  mümkün  olsun.  Müəssisənin 

maliyyə  siyasətinin  işlənib  hazırlanmasında  bir  sıra  funksional  struktur  bölmələr 

(plan-iqtisadi, maliyyə, mühasibatlıq və başqaları) iştirak edirlər. 

əssisənin 

maliyyəsinin 

idarə 

olunmasının 

maliyyə 

siyasətinin 

hazırlanmasının əsas istiqamətlərinə aiddir: 

1.

  maliyyə – iqtisadi vəziyyətin təhlili; 



2.

  uçot və vergi siyasətinin hazırlanması; 

3.

  müəssisənin borclanma siyasətinin hazırlanması; 



4.

  dövriyyə vəsaitinin, kreditorv və debitor borclarının idarə edilməsi; 

5.

  istehsal xərclərin  (məsrəflərin)  idarə edilməsi  və amortizasiya  siyasətinin 



seçilməsi; 

6.

  mənfəətin bölgüsü və istifadəsi (yaxud dividend) siyasətinin seçilməsi; 



7.

  maliyyənin idarə edilməsi. 

Müəssisənin  maliyyə  siyasəti  onun  sosial-iqtisadi  siyasətinin  bir  hissəsini 

təşkil  edir.  Müəssisənin  maliyyə  siyasətinin  hazırlanmasından  əsas  məqsəd 

maliyyənin idarəolunmasının səmərəli sistemini qurmaqdır.  darəetmənin səmərəli 

sistemi  müəssisənin  fəaliyyətində  strateji  və  taktiki  məqsədlərin  əldə  edilməsinə 

yönəldilir. 

Müəssisənin maliyyə siyasəti ölkənin iqtisadiyyatının ümumi vəziffətindən və 

dövlətin  maliyyəsinin  inkişaf  tendensiyalarından  asılıdır.  Müəssisələrin  maliyyə 

siyasətində onun dünya maliyyə bazarlarından asılılığı da nəzərə alınır. 




Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə