Microsoft Word Mahmudova S. docx



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə11/31
tarix02.03.2018
ölçüsü0,75 Mb.
#29084
1   ...   7   8   9   10   11   12   13   14   ...   31

 

 

 



     2. 

 

Mülayim təhlükəli 



Mis, kobalt, nikel, bor, antimon, xrom, 

molibden 

 

     3. 


 

   Az təhlükəli 

Barium, vanadium, volfram, manqan, 

stronsium 

 

Qurğuşun  (Pb)  Ən  toksik  metallardan  biri  olub  bir  sıra  beynəlxalq 

təşkilatların, o cümlədən Ümumdünya Səhiyyə  Təşkilatının (ÜST), BMT-nin toksik 

maddələr  və xəstəliklər üzrə  Amerika agentliyi və digər ölkələrin          analojidövlət 

təşkilatlarının  prioritet  çirkləndirici  maddələri  siyahısına  daxil  edilmişdir.  Qurğuşun 

ə

traf  mühitə  etilləşdirilmiş  benzinlə  işləyən  avtomobillərin  tullantıları  ilə, 



metallurgiya  müəssisələri,  poliqrafiya  müəssisələri,  maşınqayırma  istehsalı, 

akkumulyator  istehsalı  və  digər  qurğuşun  tərkibli  məhsullar  istehsal  edən 

müəssisələrin  tullantıları  ilə  daxil  olur.  Etilləşdirilmiş  benzindən  bir  çox  ölkələrdə 

istifadə  edilməsinin  qadağan  olunması  ilə  əlaqədar  son  illər  atmosfer  havasında 

qurğuşunun konsentrasiyası xeyli azalmışdır. Qurğuşunun yol verilən konsentrasiyası 

(YVK)  atmosferhavasında0,3  mkq/m³,  su  mənbələri  suyunda30  mk/m³  (ÜST-nin 

tövsiyəsinə  əsasən  –  10  mk/l)  müəyyən  edilmişdir.  Torpaqdaqurğuşunun  təxmini 

YVK-sı qumlu və qumluca torpaqlarda – 32 mq/kq, turş (gillicə və gilli) torpaqlarda 

– 65 mq/kq və neytral turşuluğa yaxın torpaqlarda – 130 mq/kq təşkil edir. [8] 

Hazırda  praktiki  olaraq  ətraf  mühitin  bütün  komponentləri  qurğuşunla 

çirklənməyə məruz qalmışdır. Atmosfer havasından başqa qurğuşuna içməli sularda, 

torpaqda və qida məhsullarında da rast gəlinir. 

Qurğuşun içməli suyapolivinilxlorid məmulatlarından istifadə etməklə əlaqədar 

daxil  ola  bilər,  bura  tərkibində  iki  və  üç  əsaslı  qurğuşun-sulfat,  ikiəsaslı  qruğuşun-

stearat  və  birəsaslı  qurğuşun-karbonat  olan  stabilizatorlar  aiddir.  zafi  miqdarda 

qurğuşun içməli suya metallurgiya və digər istehsalat müəssisələrinə  yaxın yerləşən 

yaşayış məntəqələrindən də daxil ola bilər. 

Ə

lvan metallaristehsal edən şəhərlərdə torpağın tərkibində qurğuşunun miqdarı 



1000-2000  mq/kq-a  çata  bilər.  Torpağın  qurğuşunla  yüksək  səviyyədə  çirklənməsi, 


 

 

xüsusilə,  qurğuşun  əridilməsi  və  qurğuşun  tərkibli  akkumulyatorlar  istehsal  edən 



müəssisələr  yerləşən  şəhərlərdə  müşahidə  olunur.  Torpağı  yüksək  səviyyədə 

qurğuşunla  çirklənən  şəhərlərdə  sahə  kənd  təsərrüfatı  məhsulları  üçün  istifadə 

olunduqda təbii ki, qurğuşun qida məhsuluna keçir. Belə torpaqda becərilən tərəvəzin 

tərkibində qurğuşunun miqdarı 1,5-2,5 mq/kq təşkil edir (YVK isə 0,5 mq/kq-dır).

 

Qurğuşun  zəhərlənmələri  içməli  sudan  (su  qurğuşun  borudan  keçirsə), 



tütündən,  ərzaq  məhsullarının  qurğuşun  lövhəyə  bükülməsi  zamanı  və  qurğuşun 

gübrələrindən istifadə zamanı baş verə bilər. 

Qurğuşun protoplazmatik zəhər olub, əsasən sinir sisteminə, qana və sümüklərə 

təsir  edir.  Qurğuşun  və  birləşmələri  mədə  şirəsində  həll  olduğuna  görə  çox 

təhlükəlidir. Uşaqlarda zəhərlənmə hadisəsi tez baş verir. Hətta qurğuşun istehsalı ilə 

məşğul olmayan insanlar orta hesabla 0,5 mq qurğuşun qəbul edirlər. 

Qurğuşunun  yüksək  konsentrasiyası  reproduktiv,  əsəb  (sinir),  ürək-damar, 

immunitet  və  endokrin  sistemlərinin  dəyişməsinə  səbəb  olur.  Onun  toksiki           

təsiri  böyrəklərin  funksional  vəziyyətinin  dəyişməsində,  hemoqlobinin  sintezində, 

oksidləşmə metabolizmi proseslərində və mübadilə enerjisində təzahür edir. 



Civə  (Hg)  Ən  toksik  metallardan  biri  olub,  ətraf  mühitdə  geniş  yayılmışdır, 

trofik  zəncirdə  bioakkumlyasiya  və  hərəkət  etmə  qabiliyyətinə  malikdir.           

Civənin  qida zənciri üzrə hərəkətini sadə şəkildə aşağıdakı kimi göstərmək olar: su – 

dib  çöküntüləri  –  biota  (bentos,  fito  -  zooplankton),  balıqla  qidalanan  balıqlar  və 

quşlar. 

Civə  sərbəst  metal  halında  və  birləşmələr  şəklində  xalq  təsərrüfatında  geniş 

tətbiq  edilir.  Ətraf  mühitə  civə  tərkibli  filizlərin  çıxarılması  və  əridilməsi,  sulfid 

filizlərindən  əridib  əlvan  metalların  alınması,  filizdən  qızıl  əldə  edildiyi,  sellülozun 

ağardılması,  xlor,  kaustik,  vinilxlorid,  elektrik  avadanlıqlarının  (lampa,  müxtəlif 

cərəyan mənbələri), ölçü və nəzarət cihazlarının (termometr, monometr), civə tərkibli 

tibb preparatlarının, sementin istehsalı, civətərkibli pestisidlərin istifadəsi, daş kömür 

və mazutun yandırılması zamanı daxil olur. Tullantıların yandırılması zamanı da ətraf 




 

 

mühitə xeyli miqdarda civə daxil olur.  [6] 



Civə  atmosfer  havasındaəksərən  qazşəkilli  formada  olur.  Civənin  torpaqda 

toplanması üzvi karbon və kükürdün miqdar səviyyəsinə görə təyin      edilir. Civənin 

torpaqla ana süxurdan irsən keçmiş təbii halda miqdarı 0,02-dən 03 mq/kq arasında 

tərəddüd edir, orta hesabla 0,06 mq/kq təşkil edib torpaq tipindən asılıdır. Şəhərlərdə 

torpaqda civənin miqdarı çoxlu miqdarda müxtəlif tullantıların olması ilə əlaqədar bir 

qədər çox olur.  

Civə  suda  üzvi  və  qeyri-üzvi  vəziyyətdə  ola  bilər.  çməli  suda  civənin  əsas 

mənbəyi  çirkab  suları  ilə  çirklənmiş  su  mənbələri  (məsələn,  xlor-qələvi  istehsalı), 

atmosfer  və  su  hazırlığında  istifadə  edilən  reagentlər  hesab  olunur.  Quyu  suları 

bilavasitə  quyu  nasosları  vasitəsilə  də  çirklənə  bilər.  Su  mənbələrinin  sularında 

civənin  YVK  səhiyyə-toksikoloji  göstəricilərinə  görə  0,5  mkq/l  təşkil  edir.  Ətraf 

mühitdə  qeyri-üzvi  civə  metal  üzvi  birləşmələrə,  o  cümlədən  yüksək  zəhərli 

metilləşmiş civəyə çevrilir. O, su mühitində bioloji proseslər nəticəsində əmələ gəlir 

və  trofik  zəncirə  daxil  olaraq  yırtıcı  balıqların  (akula,  tuns,  durnabalığı)  və  dəniz 

məməlilərinin (suiti, balina) orqanizmində toplanır.  nsan orqanizminə metil civənin 

daxil olması əsasən bu məhsullardan isttifadə edildikdə baş verir. 

Civənin birləşmələrindən civə nitrat, civə sulfid, civə amidoxlor, sulema, civə 

yodid və civənin üzvi birləşmələri tibbdə və başqa sahələrdə geniş tətbiqedilir. 

Odur ki, insanların civə və civə birləşmələri ilə təması qaçılmaz olub, onunla 

zəhərlənmə hadisələri tez-tez baş verir. Metal civə adi şəraitdə tez buxarlandığından 

civə termometrləri sınarkən onun buxarları tənəffüs yolu ilə orqanizmə daxil ola bilir. 

Bu zaman sinir sistemini, ilk növbədə beyin yarımkürələrini zədələyir. 

Civə 2-xlorid sulema ilə zəhərlənmə zamanı aminturşularda gedən reaksiyalar 

zamanı  həll  olmayan  birləşmələr  əmələ  gəlir.  Sulemanın  ölüm  dozası  0,2-0,3  qram 

olub, müalicəsi mümkün olmayan hadisələr törədir. 

Orqanizmdən  civə  birləşmələri  çətin  ixrac  olunur  və  əsas  böyrəkdə, 

qaraciyərdə və dalaqda toplanır. Onun təbii yolla oranizmə daxil olması da mümkün 



Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə